Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-25/2023 13.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu Göyməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Qasımalılar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh olaraq ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, habelə xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-438/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8118 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, nikahları isə rəsmi olaraq 2006-cı ildə qeydə alınmışdır. Həmin evlilikdən iki uşaqları dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulmuş, Zərərçəkmiş şəxs alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-3258/2018 saylı, qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin nikahdan sonradan həmçinin Damla adlı uşaq da anadan olduqdan sonra Zərərçəkmiş şəxs yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-438/2020 saylı, qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə icra vərəqəsi Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş və orada maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmiş, bu səbəbdən də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin yenə də alimenti ödəməmişdir. İcra məmuru tərəfindən aliment borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibi üçün verilən xx.xx.2022ci il tarixli təqdimata əsasən aliment borcu 8118 manat təşkil edir. O, məhkəmədə hazırki işə baxılan dövrdə Zərərçəkmiş şəxs adına poçt vasitəsi ilə yeddi yüz manat pul köçürmüş, lakin pula ehtiyacı olduğu üçün həmin pulu sonra geri götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun borc məbləğindən gələcəkdə hissə-hissə ödəniş etməyə söz verməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, nikahları 2006-cı ildə rəsmiləşdirilmiş, həmin nikahdan bir uşaqları olmuş, uşaq dünyaya gəldikdən sonra Təqsirləndirilən şəxsla bir müddət birlikdə yaşamış, Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış, uşağın böyüdülməsi üçün heç bir maddi və mənəvi yardım göstərməmişdir. Bu səbəbdən Pərvizdən ayırılmağa və uşağın saxlanılması üçün alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin nikahdan sonradan Damla adlı uşaq da anadan olduqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-438/2020 saylı, qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmədə işə baxılarkən Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə onun adına pulun ödənilməsi barədə poçt qəbzini təqdim etdikdən sonra, o, həmin pulun onun hesabında olması ilə bağlı poçt şöbəsi ilə maraqlanan zaman ona bildirilmişdir ki, onun adına göndərilmiş pul sonradan pulu göndərən şəxs tərəfindən geri götürülmüşdür. Məlum olan budur ki, aliment borcundan ona heç bir ödəniş edilməmişdir. Tələbi ondar ibarətdir ki, Təqsirləndirilən şəxs yığılmış aliment borcunu tam şəkildə ona ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş cəza tədbirləri görülsün. O məhkəmədən borclunun həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstədi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmiş və borcun yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Borclu Təqsirləndirilən şəxs Şəmkir rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və icra sənədinin icrasını təmin etməsi xəbərdarlıq olunmuşdur. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcraat zamanı Şəmkir rayon icra və probasiya şöbəsində xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı icra məmurunun həmin tarixli qərarına əsasən sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, Şəmkir Rayon Məhkəməsinin 3(076)- 383/2020 nömrəli xx.xx.2020-ci il və 3(076)-560/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarları ilə təqsirli bilinərək hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra qətnamələri icra etmək üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu borcunu ödəməmişdir. İş üzrə borc 2022-ci ilin may ayı daxil olmaqla cəmi 8118 (səkkiz min yüz on səkkiz) manat təşkil edir. Aliment borcu qərəzli olaraq ödənilmədiyinə görə borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Həmçinin qeyd edilməlidir ki, borclu hal-hazıradək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məzuniyyətdə olduğundan məhkəmə iclasında iştirakı təmin edilməsi mümkün olmamış Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o da, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə bağlı Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatı və həmin fakta görə toplanmış material əsasında Təqsirləndirilən şəxs qızının barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2018-ci il tarixdə yönəldilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə yönəldilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il və xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 6 saylı Ərazi Məşğulluq filialında xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır, onun adına əmək müqaviləsi qeydə alınmamışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(076)-81/2021 saylı qərardaddan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Şəmkir RİHB Qasımalılar kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü zəhmətsevər şəxs kimi tanıtmamış, müxtəlif münaqişələrdə adı hallanmışdır. Spirtli işkilərə meyillidir və içki aludəçisidir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməyə görə əvvəllər inzibati qaydada tənbeh edilməsini, lakin yenidən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə cinayət törətməsini, uzun müddət borc məbləğindən heç bir ödəniş etməyərək zərərçəkmiş şəxslə razılıq və ya barışıq əldə etməməsini, həmçinin barışıq və borc məbləğindən ödəniş etməyə dair hər hansı bir cəhd göstərməməsini, borc məbləğini, icra sənədinin icrası ilə bağlı keçən müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-25/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-25/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver