Məhkəmə qərarları › İş №1(076)-25/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-25/2025

13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-25/2025 13.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10 və onların nümayəndəsi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkillləri Müdafiəçi2 və Müdafiəçi1 iştiraklrı ilə, xx.xx.1965–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə və xx.xx.1972–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum, xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtarmış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs6 iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi barədə yalan vədlər edərək aldadıb, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs6 5000 (beş min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs6 övladı Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X8 rayon şöbəsinə işə düzəldəcəyinə dair yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs6 vasitəsilə Zərərçəkmiş şəxs8 5000 (beş min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs10 üç azyaşlı nəvələrinə pensiya düzəldəcəyi və hər birinin ayda 150 manat müavinət alacağı barədə yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs10 3000 (üç min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin aprel ayının 23-də tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs5 Şəmkir rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şəmkir rayon təxirəsalınmaz təcili tibbi yardım stansiyasına sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs9 Fəzail qızına əlilliklə əlaqədar pensiya düzəldəcəyi və ayda 350 manat müavinət alacağı barədə yalan vədlər verərək aldadıb Bakı-Qazax avtomobil magistralının 407-ci kilometrliyində yerləşən Şəmkir rayonunun ərazisində, Şəmkir rayon Mərkəzi Xəstəxananın yaxınlığında Zərərçəkmiş şəxs9 6000 (altı min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı X1 iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi və ayda 260 manat müavinət alacağı barədə yalan vədlər verərək aldadıb Bakı-Qazax avtomobil magistralının 407-ci kilometrliyində yerləşən Şəmkir rayonunun ərazisində, Şəmkir rayon Mərkəzi Xəstəxananın yaxınlığında Nürəddin İsmayılovun 3000 (üç min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 xəstəliklə bağlı pensiyasını bərpa etdirəcəyi və ayda 252 manat müavinət alacağı barədə yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən istintaqa adı məlum olmayan kafedə Fəzail Məmmədovun 1200 (bir min iki yüz) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs7 iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi və ayda 360 manat müavinət alacağı barədə yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Heydər Əliyev adına” parkda Zərərçəkmiş şəxs7 5000 (beş min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə vahid niyyətlə Zərərçəkmiş şəxs2 övladı, X12 rayonunun ərazisindən keçən neft kəmərinə, yəni Azərbaycan Respublikasının Strateji X4 Agentliyinin Şəmkir regional idarəsinə mühafizəçi kimi işə qəbul etdirəcəyi barədə yalan vədlər verərək aldadıb 2021-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəmşirin” adlı kafedə 11500 manat, 2021-ci ilin iyul ayında isə 3500 manat qalan məbləği, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin fevral ayının 11-də tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs4 Şəmkir rayon İcra Hakimiyyətində sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd edərək aldadıb Şəmkir rayonu, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs4 6000 (altı min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə tanışı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs3 məxsus olan Şəmkir şəhəri, Posanlı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrində olan yarımçıq evin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün sənədlərini düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Şəmkir şəhəri, Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində sonuncunun 1000 (bir min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə tanışı Zərərçəkmiş şəxs3 oğlu Oruc Vəliyevə iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi barədə yalan vədlər verərək aldadıb 1400 (bir min dörd yüz) manat, gəlinini Şəmkir rayon Mərkəzi Xəstəxanasında işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq 500 (beş yüz) manat, kürəkəni ankoloji xəstə olduğu üçün sonuncuya əlilliklə bağlı pensiya düzəldəcəyi barədə yalan vədlər verərək aldadıb 1000 (bir min) manat, qohumu Mobil adlı şəxsə iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi barədə yalan vədlər verərək aldadıb 250 (iki yüz əlli) manat, kiçik qızının nəvələrinə uşaq pulu düzəldilməsinə köəmklik göstərəcəyi barədə yalan vədlər verərək aldadıb 400 (dörd yüz) manat nəğd pulunu, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus Şəmkir şəhəri, Sabir küçəsində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs3 3550 (üç min beş yüz əlli) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə tanışı Şəmkir şəhəri, Fərhad Hüseynov küçəsi bina 14, mənzil 32-də qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs3 məxsus olan Şəmkir şəhəri, Posanlı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrində olan yarımçıq evin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün sənədlərini düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Şəmkir şəhəri, Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində sonuncunun 1000 (bir min) manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsləri tanımır, ona istinad edilən əməlləri törətməmişdir, həbsdə saxlanıldığı, azadlıqda olmadığı üçün zərərçəkmiş şəxslərə ziyan ödəyə bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. O, onunla birlikdə böyümüşdür. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 oğlunun ölümü ilə bağlı onlara yas yerinə getmişdir. Zərərçəkmiş şəxs3 ona Şəmkir şəhəri, Posanlı qəsəbəsində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsində yarımçıq tikili evləri olduğunu, həmin ev üçün sənəd düzəltdirmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Elxan adlı tanışı olduğunu, həmin işdə ona köməklik edə biləcəyini bildirərək, həmin vaxt Elxanla telefon əlaqəsi saxlayaraq, Elxana tanışı Zərərçəkmiş şəxs3 olduğunu və evinin sənlədlərinin düzəldilməsində ona köməkik etməsini demişdir. Təqsirləndirilən şəxs1 ona bu işin düzəldilməsi üçün 900 manat pul lazım olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs3 evinin həyətində 900 manat pul alaraq Elxanla görüşərək ona vermiş, Elxan həmin 900 manat puldan ona 200 manat pul vermişdir. Bundan başqa, o, bu zaman heç bir gəlir əldə etməmiş, Yaşar ona həmin əmək kitabçalarına görə şəxslər təqaüd aldıqdan sonra pul verəcəyini vəd etdiyi üçün o, Elxandan əmək kitabçalarını götürüb Yaşara vermiş, Zərərçəkmiş şəxs3 evinin sənədlərini düzəldilməsi üçün 900 manat pul almış, həmin pulu aparıb Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin puldan ona pul vermişdir. Bunda başqa, 2021-ci ilin əvvəllərində o, Elxanla söhbət edən zaman Elxan ona iş stajı yazan hər hansı şəxsin olub-olmamasını soruşmuş, o da Elxana bir nəfər iş stajı yazan şəxs olduğunu ona desə də ilkin olaraq Yaşar adlı şəxsin adını deməmişdir. Elxanın yanında həmin şəxslə danışmış, telefonda elə Elxanın yanında Yaşar ona heç bir problem olmadığını demiş, bundan təxminən 1 ay sonra Elxan onun yanında olan zaman Yaşar ona zəng edərək iş stajı yazdırmaq üçün əmək kitabçasının olub-olmamasını soruşmuş, ona bu zaman əmək kitabçası olduğunu, lakin qorxduğunu demişdir. Lakin Yaşar ona heç bir problem olmadığını demiş, bundan bir qədər sonra kim isə Elxana zəng etmiş, 3 ədəd əmək kitabçası olduğunu, həmin kitabçalara iş stajı yazdırmaq lazım olduğunu demişdir. Elxan da elə bu zaman həmin şəxsə heç bir problem olmadığını, əmək kitabçalarını ona gətirməsini demiş, bundan təxminən 10 gün sonra Elxan ona 1 ədəd əmək kitabçası və 500 manat pul vermiş, o da həmin əmək kitabçasını və 500 manat pulu Yaşar adlı tanışına vermiş, Yaşar bundan təxminən 1 saat sonra onu çağırıb əmək kitabçasını əlavə iş stajı yazılmış şəkildə ona vermiş, ona oradan heç bir pul verməmişdir. Elxan bundan sonra müxtəlif vaxtlarda təxminən 8-10 dəfə hər dəfəsində 1 və ya 2 dəfə olmaqla əmək kitabçası gətirmiş, o da hər dəfəsində həmin kitabçaları aparıb Yaşara vermiş, Yaşar həmin əmək kitabçalarına iş stajı yazsın. Elxan hər dəfəsində iş stajı yazdırmağı üçün ona azı 300 manat, ən çoxu isə 600 manat pul vermiş, o da həmin pulların hamısını üzərindən heç bir gəlir götürməmək şərti ilə Yaşara vermişdir. Hətta bir neçə dəfə Elxan ilə birlikdə Günəş ticarət mərkəzinin yanına gedib Yaşara pul və əmək kitabçası vermiş, o, isə əmək kitabçalarını aparıb yarım saat, 1 saat sonra möhürlü və iş stajı ilə birlikdə geri gətirmişdir. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəmişdir. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, eləcə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 ilə o, 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs6 yaşadığı Zəyəm-Cırdaxan kəndinə çörək aparıb satan zaman tanış olmuşdur. O, Zərərçəkmiş şəxs6 ilə tanış olduqdan təxminən 2 həftə sonra yenə də Elmiranın yaşadığı kəndə getmiş, bu zaman Elmira ona çox əziyyət çəkdiyini, ona yazığının gəldiyini, tanıdığı Təqsirləndirilən şəxs1 pensiyaya çıxmaq üçün 5000 manat pulun qarşılığında onu təqaüdə çıxardığını, onunda pensiyaya çıxa biləcəyini demişdir. O, bunu eşitdikdən sonra Elmiradan ona həmin şəxslə əlaqə saxlamaqda kömək edib ona da pensiya düzəltməsini istəmiş, Elmira isə həmin şəxslə yaxın tanışlığının olmamasını deyib ona həmin şəxsin mobil telefon nömrəsini vermiş ki, özü həmin şəxslə tanış olub pensiyaya çıxmağı üçün həmin şəxslə danışsın. Bundan təxminən 1 həftə sonra o, Elxana telefonla zəng edib pensiyaya çıxmağı üçün ona köməklik etməsini istəmiş, ilk olaraq o,onu tanımadığı üçün köməklik etmək istəməmiş. bundan təxminən 2 gün sonra Elxan ona zəng edərək ona pensiya düzəltməkdə köməklik edə biləcəyini, 2 ay müddətində pensiyanın hazır olacağını, lakin bunun qarşılığında ona 5000 manat pul verəcəyini demiş, ondan bir qədər az pul verməsini istəsə də məcbur olub onunla razılaşmış, sonradan Zəyəm qəsəbəsində yerləşən torpaq sahəsini 4000 manata satmış, yaaşadığı evdən isə əvvəldən yığdığı 1000 manat pulu da həmin 4000 manat pulun üstünə qoyub Elxanla danışmış, Şəmkir şəhəri, H.Əliyev parkına həyat yoldaşı Nurəddin Qurbanov ilə birlikdə gedib Elxanla görüşmüş, o, orada Elxandan ona kömək etməsini, kasıb olduğunu, pensiyanı vaxtında düzəldib kartını verməsini demiş, o, isə heç bir problem olmadığını, 2 ay müddətində pensiya kartının gələcəyini, onun hər ay 360 manat pensiya alacağını, ona 25 il iş staşı yazdıracağını demiş, o da Elxana inanıb Şəmkir rayonu, H.Əliyev parkının içərisində ona pensiya düzəltməsi üçün 5000 manat pulu vermiş, ona bütün sənədləri özü yığacağını, ona təkcə şəxsiyyət vəsqəsinin surətini verməyini istəmiş, o, Elxana pul verdikdən sonra 3 ay müddətində Elxana pensiya barədə heç nə deməmiş, 3 aydan sonra o, ondan ilk olaraq kartının, pensiyanın hansı səbəbdən gecikdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 ona növbəti aydan pensiya alacağını vəd edib onu yenə də aldatmış, o, növbəti ay onunla yenə də əlaqə saxlayan zaman o, onu yenə də aldadıb pensiyanın alınacağını vəd etsə də sonradan pensiyanın alınmadığını, problemlər olduğunu deyib pulunu hissə-hissə verəcəyini bildirsə də o dəfələrlə onunla əlaqə saxlamış, yaşadığı evə getmiş lakin o, hər dəfəsində müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmişdir. Elxan onun etibarından sui-istifadə edərək ona pensiya düzəldəcəyini vəd edib öz vədinə əməl etməyərək ümumilikdə 5000 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında əri Eldar Quliyevlə birlikdə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən “Əhalinin sosial müdafiə fondu”-na gəlmiş, həmin fonda gəlməsinin məqsədi azyaşlı nəvəsinə verilən təqaüdün artımı ilə bağlı olmuşdur. Həmin fondun binasının qarşısında dayanan zaman sonradan adı ona məlum olan Elxan adlı şəxsin binanın qarşısında dayanan şəxslərlə söhbət etdiyini və söhpət edən zaman onun pensiya düzəldəcəyi barədə sözlərinə qulaq asmışdır. O, 102 il Əhalinin müdafiəsi fondunda işlədiyi üçün vaxtından əvvəl pensiyaya çıxmaq istəmiş, o, Təqsirləndirilən şəxs1 istifadəsində olan axırı 12-16 saylı mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını bildirmiş, həmin gün evə gedəndən sonra Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlamış və onunla pensiya düzəldəcəyi barədə söhpət etməyə başlamış, Təqsirləndirilən şəxs1 Şəmkir şəhəri, 20 yanvar küçəsinə gəlməsini və orada ətraflı söhpət etməsini demiş, o, 2021-ci ilin yanvar ayının dəqiq yadında qalmayan günündə həyat yoldaşı Eldar Quliyevlə birlikdə onun dediyi yerə gəlmiş, həmin küçədə Təqsirləndirilən şəxs1lə görüşmüş və Təqsirləndirilən şəxs1 onlara nə istədiklırini soruşmüş, ona pensiyaya çıxmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 ona staj yazdıracağını və yazılan staja görə pensiya alacağına vəd vermiş, ona həmin pensiyanı nə vaxt alacağını soruşan zaman özü ona vaxtı çatanda deyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 həmin işin həll edilməsi üçün 7000 manat pul lazım olduğunu, lazım olan şəxslərlə görüşüb həmin pulu pensiya düzəltmək üçün verəcəyini bildirmiş, o, ona həmin pula gücünün çatmadığını və 5000 manat pul düzəldə biləcəyinmi demiş, Elxan onunla razılaşmış və o, əri Eldar Quliyevlə birlikdə çıxıb getmişdir. Həmin gündən 4 gün sonra Şəmkir şəhəri, 20 yanvar küçəsində Təqsirləndirilən şəxs1lə görüşmüş və əri Eldar Quliyevin yanında ona 5000 manat pul vermiş, həmin vaxt Təqsirləndirilən şəxs1 Günel adlı qızı olduğunu və onda pensiya düzəltmək istədiyini demiş, Elxan ona işi həll edən adamlarla danışıb ona bir söz deyəcəyini bildirib bir həftə sonra məlumat verəcəyini bildirmiş, onunla razılaşıb əri Eldar Quliyevlə birlikdə çıxıb getmişlər. Təxminən bir həftə sonra Elxan onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış. Ona telefonda Şəmkir şəhəri, 20 yanvar küçəsinə gəlməsini bildirmiş, yenə əri Eldar Quliyevlə birlikdə Təqsirləndirilən şəxs1 dediyi yerə gəlmiş, həmin vaxt ona söz vermiş ki, qızı Güneli işə düzəldəcək və həmin işin düzəlməsi üçün 5000 manat pul verilməli olduğunu bildirmiş. onunla razılaşmış və pulu nə vaxt gətirib verəcəyini bildirmiş, O ona görüşlərinin səhəri pulu gətirməsini demiş, o, həmin günün səhəri qızı Zərərçəkmiş şəxs8 işə düzəldilməsi şərti ilə ona Şəmkir şəhəri, 20 yanvar küçəsində əri Eldar Quliyevin yanında ona 5000 manat pul vermiş, Təqsirləndirilən şəxs1 ona vəd vermiş ki, 3 ay müddətində onun pensiya işi və qızı Günelin işə düzəldilməsi məsələsi həllini tapacağına söz vermiş, o, və əri Eldar Quliyev ona inanmış və çıxıb getmişlər. Üzərindən 3 ay keçdikdəın sonra Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng etmiş və ona işinin axırı necə olması barədə soruşanda o, ona telefonda yaxın vaxtda düzələcəyini bildirib telefonu bağlamış, o, neçə dəfələrlə işinin həlli ilə bağlı onun axırı 12-16 saylı mobil nömrəsinə zəng edib söz soruşmağına baxmayaraq ona müxtəlif bəhanələr gətirmiş, Lakin sonda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 onu aldadıb ondan ümumilikdə 10.000 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. O , bu barədə Şəmkir rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 David oğlunu tutulmamışdan təxminən 1 il əvvəl tanımışdır. Onun onunla tanışlığı Elxanın atası X6 ona kəsilən təqaüdunü bərpa etdirməsi üçün 1000 manat pul verən zaman tanımışdır. Onların ümumiyyətlə Elxanla tanışlığı Elçin adlı şəxsin vasitəsi ilə olmuşdur. 2021-ci ilin sonlarında o, Şəmkir rayonunda olan zaman təsadüfən Elxanı görmüş, bu zaman onunla hal-əhval tutmuşdur. Sohbət zamanı Elxan ondan hər hansı yerdə işləyib-işləmədiyini soruşmuş, o, ona işsiz olduğunu dedikdə isə Elxan onu dövlət işinə düzəltməkdə köməklik edə biləcəyini demişir. Ondan onu hansı işə duzəldəcəyini, bunun qarşılığında hansı məbləğdə pul verəcəyini və nə qədər maaş alacağını soruşmuşdur. O, isə ona hələlik pul lazim olmadığını icra hakimiyyəti ilə əlaqəsi olduğunu, onu oraya sürucü kimi düzəldəcəyini, lakin maaş ilə işə düzəlmək üçün verəcəyi pul barədə isə vaxtı çatanda məlumat verəcəyini demişdir. O, ondan şəxsiyyət, sürücülük və YAP-a üzvlük vəsiqələrinin surətlərini çıxarıb ona verməsini və yaşayış yeri üzrə arayış almasını istəmişdir. Bundan təxminən 20 gün sonra o, Elxana məxsus mobil nömrə ilə əlaqə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb onunla Şəmkir rayon məhkəməsinin qarşısında yerləşən avtobus dayanacağının qarşısında görüşmüş, ona dediyi sənədlərin hamısını ona təqdim etmiş, 10 fevral 2022-ci il tarixdə Elxan ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 6000 manat pul düzəltməsini pulu ona verdikdən 1 gün sonra sənədləri əvvəlcədən verdiyi üçün işə başlayacağını demiş, O da elə bu səbəbdən 11 fevral 2022-ci il tarixdə "xxxx"-a gedərək kreditini təzələmiş, bankdan 3000 manat təmiz pul əldə etmiş və özünün yığdığı 3000 manat pulu da həmin pulun üstünə qoyub 11 fevral 2022-ci il tarixdə Şəmkir rayonu Heydər Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin qarşısında həmin pulu Elxana vermiş, O, bundan bir neçə gün sonra ətrafdan Elxanın dələduzluqla məşğul olduğunu, əvvəllər dələduzluq cinayəti törətdiyi üçün məhkum olunduğunu öyrəndiyi üçün pulu verdikdən bir neçə gün sonra pulunu ondan tələb etsə də Elxan onun pulunu vermədiyi üçün o, 22 fevral 2022-ci il tarixdə onun barəsində şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onu Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Elçin Ələsəgərovu isə Kraz yolunda Rusiya Federasiyasında yaşayan qardaşına məxsus fərdi yaşayış evi var idi və Təqsirləndirilən şəxs2 həmin evin kommunal xidmətlərinə baxırmış. 2019-cu il tarixdə oğlu rəhmətə getmiş, Təqsirləndirilən şəxs2 oğlunun yas mərasiminə gəlmiş, Şəmkir şəhəri, Posanlı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrində olan yarımçıq evin sənədi olmadığı üçün o, Elçinə həmin qəsəbədə yerləşən evin sənədlərinin düzəldilməsində ona köməklik etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Elxan adlı tanışının olduğunu və bu işləri həmin şəxs tərəfindən düzəldə biləcəyini demiş, Təqsirləndirilən şəxs2 Elxanla telefonda əlaqə saxlamış, Elxan ona məxsus evin sənədlərinin düzəldilməsində köməklik edəcəyini bildirmişdir. həmin vaxt telefon uca səsdə olduğu üçün Elxanın dediklərini eşitmiş, Elxanla telefonda danışıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 ona Elxannın evin sənədinin düzəldilməsi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 1000 manat pul vermiş və Elçin həmin pulu aparıb Elxana verəcəyini bildirmişdir. Elçin ondan pulu aldıqdan sonra çıxıb getmiş, Elçinin ona verdiyi Elxanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış, ona nə üçün sənədlərin düzəldilməsinin bu qədər gec çəkdiyini bildirəndə ona telefonda yaxın vaxtlarda düzələcəyini bildirmişdir. O, yenədə səbr etmiş, üzərindən bir neçə ay keçdikdən sonra Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlamış və Təqsirləndirilən şəxs1 gəlinini işə düzəltmək istədiyini və oğlu Oruc Vəliyevə pensiya düzəltmək istədiyimi bildirmi, Elxan ona onlara gələcəyini və bu barədə söhpət edəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir şəhəri, Sabir küçəsində yerləşən fərdi yaşayış evinmə gəlmiş, yuxarıda qeyd etdiyi xüsusatlarla bağlı Elxanla söhpət etməyə başlamış və ona söz verərək gəlinini işə düzəldəcək və ona bu işin qarşılığında 500 manat pul lazım olduğunu, həmçinin oğlu Orucun pensiya düzəldilməsi üçün 1400 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 möhlət verməsini və iki-üç gün ərzində düzəldəcəyini bildirmişdir. Üzərindən iki-üç gün keçdikdən sonra Elxanla telefon əlaqəsi saxlamış və Elxan onlara gəlmiş, Elxana gəlininin işə düzəltmək və oğluna pensiya düzəltməsi üçün ümumilikdə 1900 manat pul vermiş, Elxan ondan pulu aldıqdan sonra çıxıb getmiş və 2022-ci ilin yanvar ayının axırınadək gəlinini Şəmkir rayon Mərkəzi xəstəxanasında işə düzəldəcəyinə və oğluna pensiya düzəldəcəyinə söz vermişdir. O, həmin pulları ondan aldıqdan sonra ona 2022-ci ilin yanvar ayında kürəkənim ankoloji xəstə olduğu üçün ona pensiya düzəldilməsi üçün öz yaşadığı evdə 1000 manat, qohumu Mobilə pensiya düzəltmək üçün 250 manat, kiçik qızının nəvələrinə uşaq pulu düzəldilməsi üçün 400 manat pul vermiş, Lakin Elxan ona söz verdiyi müddətdə vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənmişdir, onun Təqsirləndirilən şəxs2 heç biri şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən 2020-ci il tarixədək xəstəliklə bağlı olaraq pensiya almışdır. 2020-ci il tarixdə xəstəliklə bağlı aldığı pensiya dövlət tərəfindən dayandırılmışdır. 2021-ci ilin noyabr-dekabr aylarında yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində olan zaman xatırlamadığı şəxsdən Şəmkir şəhərində yaşayan Elxan adlı şəxsin kəsilmiş pensiyaları bərpa etdirə bildiyini eşitmiş, həmin vaxt Elxanın nömrəsini tapmış, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onunla əlaqə saxlamış, bu zaman Təqsirləndirilən şəxs1 ona pensiyaları bərpa etdirə bildiyini demiş, bundan bir neçə gün sonra Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhəri, S.Vurğun küçəsində adını xatırlamadığı kefelərin birində Təqsirləndirilən şəxs1lə görüşmüş, həmin kafedə Təqsirləndirilən şəxs1 pensiyanı bərpa etdirməsi üçün 1200 manat pul vermiş, Elxan isə ona 3 ay müddətində pensiyanın bərpa olunacağını, aylıq isə 252 manat pensiya alacağını demiş, bundan bir neçə ay sonra Elxanla Şəmkir şəhərinə gəlmiş və onunla görüşmüş, bu zaman ondan hansı səbəbdən prosblemlər olduğunu, qısa müddət sonra pensiyamın bərpa olunacağına söz verdiyini ona xatıraltmışdır. Lakin Təqsirləndirilən şəxs1 qısa müddət ərzində pensiyanın bərpa olunacağını və səbrli olmağını bildirmiş, üzərindən aylar keçməsinə və onunla telefon əlaqəsi saxlamağına baxmayaraq o, onun pensiyanı bərpa etdirə bilməmiş və ona yalan danışmışdır. Təqsirləndirilən şəxs1 onun etibarından sui istifadə edərək onu aldadıb 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında atası Nurəddin İsmayılova bibisi qızı Elmira ona yaşadığı evdə olan zaman Elxan adlı tanışının olmasını, həmin şəxsin təqaüd düzəltdiyini, onunla danışıb ona pensiya pulu qarşılığında ona təqaüd düzəldə biləcəyini demiş, atası isə Elmiraya bu barədə düşünüb pul düzəltdikdən sonra məlumat verəcəyini demişdir. Mrhum atası öz evinin həyətində olan kartof təsərüffatından 2021-ci ilin may ayının ortalarında gəlir əldə etdiyi üçün pensiya düzəltmək qərarına gəlmiş, bu səbəbdən Elmira ilə əlaqə saxlayıb həmin Elxan adlı şəxslə danışmasını, Elxana ona təqaüd düzəltməsi üçün köməklik etməsini deməsini istəmişdir. O bu müddət ərzində nə Elxanla danışmamış, nədə ki görüşməmişdir. 2021-ci ilin may ayının ortalarında o, Elmira ilə birlikdə Şəmkir rayonu, Mərkəzi xəstəxanasının qarşısına getmiş, orada Təqsirləndirilən şəxs1lə görüşmüş, o üzərində olan 3000 manat pulu Elxana vermiş, Elxan ona ən geci 3 ay sonra kartını verəcəyini, onun iş satjı olmadığı üçün ən çoxu 260 manat pensiya alacağını vəd edib 3000 manat pulu ondan aldıqdan sonra təxminən 15-20 gün sonra Elmira həyat yoldaşı Eldarla birlikdə onun yaşadığı evə gəlmişdir. Elxanın onları çağırdığını demiş, o da onların avtomobilinə əyləşib onlarla birlikdə Şəmkir rayonu, Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxananın qarşısında onlar Elxanla görüşmüş, Elxan ona özünün düzəltdirdiyi möhürlü əmək kitabçasını vermiş, həmin əmək kitabçasını saxlamağını, bir mnüddət sonra onun pensiya kartını gətirib verəcəyini bildirmişdir. Atası Təqsirləndirilən şəxs1 inanıb onu gözləməsinə baxmayaraq onun etibarından sui istifadə edib aldadaraq 3000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Aidə kimi tanıdığı Zərərçəkmiş şəxs7 o, uzun müddətdir ki, Düyərli kəndində yaşadığı evdə, Sabirkənd kəndində çörək satmaqla məşğul olduğunu bilir. 01 aprel 2021-ci il tarixdə o, yenə də Gülzadədən çörək alan zaman Gülzadə ona Elxan adlı şəxs olduğunu, həmin Elxanın pensiya düzəltdiyini, razı olduğu halda onu həmin şəxslə tanış edə biləcəyini demişdir. O, pensiyaya çıxmaq istədiyini ona deyən zaman o, yanında Təqsirləndirilən şəxs1 zəng etmiş, Elxanla telefonda danışan zaman Elxan ona 6000 manat pulun qarşılığında ona pensiya düzəldəcəyini deyən zaman o, ondan nə qədər pensiya alacağını soruşmuş,o, ona 350 manat pensiya alacağını demiş, o, ona pulu verdikdən sonra 2 ay müddətində pensiyanın düzələcəyini demişdir. O, Elxanın nömrəsini götürmüş, yaşadığı evə getmiş, bu barədə həyat yoldaşı Elmixan ilə məsləhətləşmiş, o da ona heç bir etiraz etməmiş, 30 aprel 2021-ci il tarixdə o, Elxana zəng etmiş, pulu düzəltdiyini, harada görüşüb pulu ona verə biləcəyini soruşmuş, o, onu Şəmkir rayon Mərkəzi xəstəxanasının yanına çağırmış, o, həyat yoldaşı Elmixan ilə birlikdə Şəmkir rayonu Mərkəzi xətəxanasının qarşısına getmiş, onlar orada Elxanla görüşmüş, Elxanla pensiyanın nə vaxt düzəldə biləcəyini soruşmuş, Elxan ona 2 ay müddətində 1-ci qrupla onu pensiyaya çıxaracağını, staj məsələsini də özünün həll edəcəyini demişdir. O da Elxana inanaraq həmin yerdə Elxana 6000 manat pul vermiş ki, ona pensiya düzəltsin. Bundan 2 ay sonra o Elxanla əlaqə saxlayıb hansı səbəbdən kartının gəlmədiyini soruşmuş, Elxan onu yenə də həminki yerə çağırmış, o, Elxanın kartı gətirdiyini düşünsə də Elxan orada ona əmək kitabçası vermiş, bir neçə gün ərzində kartını da verəcəyini vəd etmiş, bundan təxminən bir həftə sonra Elxan onu yenə də həmin yerə çağırmış, ona əmək kitabçasını da özü ilə onun yanına gətirməsini demiş, o, oraya gedən zaman Elxan ondan həmin əmək kitabçasını götürüb kartının ən geci 2 ay müddətində gələcəyini, bəzi problemlərin olduğunu ona deyib onu sakitləşdirmişdir. Təqsirləndirilən şəxs1 onun etibarından sui-istiafdə edib onu aldadaraq ona pensiya düzəltməyi vəd edib 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ailəsi birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. 2021-ci ilin yanvar ayında anası yaşadıqları evə gələrək Elxan adlı şəxslə tanış olduğunu, həmin şəxsin həm işə adam duzəldə bildiyini,həm də pensiya düzəltdiyini, ona qızıllarını satıb aylıq 500 manat gəlirli işə duzəldə biləcəyini demişdir. O da anasına etiraz etməmiş, anası yanında həmin Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlamış, Elxan anasına 5000 manat verdiyi halda 3-4 ay müddətində “DSMF”-a onu işə düzəldəcəyini,bunun qarşılığında isə onun aylıq 500 manat maaş alacağını demişdir. Bundan bir qədər sonra o, özünə məxsus qızıllarının hamısını satmış, onun qızıllarının hamısı cəmi 4200 manat pul tutmuş, pulun qalanını isə anası Elmira düzəltmiş, onlar 5000 manat pul düzəltdikdən sonra anası Elxanla danışmış, Elxan anasına Şəmkir rayonunda yerləşən "xxxx" fillialının qarşısındakı, məscid olan parka getmələrini, pulu orada götürəcəyini demiş, o, atası və anası həmin parkın yanına getmiş, bu zaman anası pulu özünün verəcəyini, Elxanın heç kimlə ünsiyyətdə olmaq istəmədiyini, bu barədə anasına xəbərdar etdiyini demiş, anası avtomobildən aşağı düşmüş, Elxanın yanına gedib parkda Elxana 5000 manat pul vermiş, sonradan isə anası avtomobilə qayıdaraq geci 4 ay ərzində onun işə düzəldəcəyini bildirmiş, anası bundan əvvəl özünə pensiya düzəltmək üçün Elxana daha 5000 manat pul vermiş, bundan təxminən 3 ay sonra anası dəfələrlə onun yanında Elxanla həm öz pensiyası,həm də onun işi ilə bağlı əlaqə saxlasa da Elxan hər dəfəsində müxtəlif bəhanələrlə anasını aldıb, yaxın müddətdə hər şeyin həll olunacağını demişdir. O, anasının telefonunda dəfələrlə bu cür söhpətlərin də şahidi olmuş, lakin Elxan hələdə bu günə kimi nə onu işə düzəltməmiş, nədə ki onun 5000 manat pulunu geri qaytarmayaraq, 5000 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs6 onun xalası qızıdır. O, 2021-ci ilin əvvəllərində Elmira ona Elxan adlı şəxsin pensiya düzəltdiyini demiş, onun qızı boşandığı üçün himayəsində 3 azyaşlı uşaq olduğu üçün o, həmin uşaqlar üçün təqaüd düzəltmək qərarına gəlmiş, bununla bağlı olaraq Elmiradan həmin Elxan adlı şəxslə danışmasını istəmiş, 2021-ci ilin mart ayında o, tam olaraq Elmiraya razılığını bildirdiyindən Elmira sonu 12 16 ilə olan Elxana məxsus mobil nömrə ilə əlaqə saxlamış, yanında onunla telefonu səs ucaldana qoyub danışmış, Elxan heç bir problem olmadığını, 3000 manat pulun qarşılığında hər üç azyaşlı nəvəsinin hər birinin 150 manat pensiya alacağını demiş, onlarda onunla razılaşmış, 2021-ci ilin mart ayında o, 3000 manat pulu düzəltmiş, Elmira ilə danışıb pulu Elxana aparıb vermələrini istəmiş, onlar birlikdə Şəmkir rayonunda yerləşən "xxxx"-ın fillialının qarşısında yerləşən parka getmiş, bu zaman Elmiranın həyat yoldaşı Eldar onları oraya aparmış, o və Eldar avtomobildə gözləmiş,Elmira pulu ondan alıb aparıb gözünün qarşısında da Elxana vermişlər. Bundan sonra Elmira onun yanında dəfələrlə onunla əlaqə saxlayıb pensiyaların necə olduğunu soruşsa da Elxan hər dəfəsində müxtəlif bəhanələr gətirib onları aldatmış,onun 3000 manat pulunu öz vədinə əməl etməyib dələduzluq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin Cinayət kollegiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən barəsində CM-in 62-ci maddəsi tətbiq olunaraq cəzası 04 il 03 aya endirilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarəna əsasən CM-in 178.2.4-cü maddəsi xaric edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2025-də cəzasını çəkib qurtarmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsibdə hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 17 noyabr 2025-ci il tarixdən hesablanmışdır, həmin vaxtdan həbsdə saxlanılır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şəmkir şəhər MİK rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 Davud oğlu tərəfindən tamamilə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsləri taımadığını qeyd etsə də onun göstərdikləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təkzib olunduğundan məhkəmə bunu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, Təqsirləndirilən şəxs1 əməlləri isə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.14-cü bəndinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4– cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdakı bəzi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs6 iş stajı ilə əlaqədar əmək pensiyası düzəldəcəyi barədə yalan vədlər verib onu aldadaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs6 5000 manat məbləğində nəğd pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs8 onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X8 rayon şöbəsinə işə düzəldəcəyini deyib sonuncunu aldadaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs6 vasitəsilə Zərərçəkmiş şəxs8 5000 manat məbləğində nəğd pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs10 sonuncunun üç azyaşlı nəvələrinə pensiya düzəldəcəyi və hər birinin ayda 150 manat müavinət alacağı barədə yalan vədlər verərək onu aldadaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şəmkir filialının qarşısındakı parkda Zərərçəkmiş şəxs10 3000 manat məbləğində nəğd pulunu almaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, 23 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Şəmkir rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şəmkir rayon təxirəsalınmaz təcili tibbi yardım stansiyasına sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verərək aldadıb Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs5 4000 manat məbləğində nəğd pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd olunan 4 epizod üzrə cinayətlərin tördəildiyi vaxtdan- 2021-ci ilin yanvar və mart, bundan başqa, 23 aprel 2021-ci il tarixdən 02 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs1 isə məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyi üçün məhkəmə hesab edir ki, qeyd olunan 4 epizodla bağlı icraata xitam verilə, göstərilən epizodlar ittihamdan xaric edilə bilməz, lakin, həmin 4 epizod üzrə təqsirli bilinməsinə baxmayaraq ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə onun əməli cinayətlərin residivini əmələ gətirir. Məhkəmə Təqsirləndirilən şəxs1 vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər hallarnı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək cəzanı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ona hazırki hökmlə qəti olaraq təyin edilmiş cəzadan, onun əvvəlki cinayət işi üzrə çəkilib qurtarmış olduğu 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı. Azərbaycan Respublikası CPM-nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Fəzail qızı və Zərərçəkmiş şəxs7 tərəfindən məhkəmədə Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldırmış və Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs7 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin fikrinin dinləyərək hesab edir ki, hazırkı iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə əlavə araşdırmanın aparılması zərudir. Qanunvericilin tələbinə görə mülki iddiaya baxılması uzun müddət tələb etdiyindən, mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının uzanmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3–cü maddəsinə əsasən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Fəzail qızı və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3.–cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Fəzail qızı və Zərərçəkmiş şəxs7 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqlarının olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi görə 341 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş hazırki cəza, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə qəti olaraq təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilib qurtarmış 03 (üç) il 06 (altı) ay müddət çıxılsın, onun üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Mülkçi iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Fəzail qızı və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9 Fəzail qızı və Zərərçəkmiş şəxs7 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 341 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 368 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar