Məhkəmə qərarları › İş №1(076)-250/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-250/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-250/2024 16.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Şəmkir rayonu, təhnəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən ictimai yer hesab edilən kafedə həmkəndlisi Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib insanların gur toplaşdığı yerdə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt kafedə istirahət edən şəxsiyyəti istintaqla müəyyən edilməyən çoxsaylı şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq, onların istirahət hüququnu və kafenin iş rejimini pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən bir neçə zərbə vuraraq ona alın nahiyəsinin sağ yarısının əzilmiş yarası və sol qoltuqaltı nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və içərisində isti su olan çaydanı qəsdən onun üzərinə tökməklə Zərərçəkmiş şəxs sağ saidin bayır səthinin İİ dərəcəli termik yanığı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailəsi ilə birlikdə yaşayır. Şəmkir rayonu Mahmudlu kənd qəbiristanlığının yaxınlığında ona məxsus kafe var. Qeyd edilən kafeni o, 2023-cü ilin iyul ayının əvvəlində işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs kənd sakini kimi tanıyır. Onunla aralarında düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs ona məxsus kafedə təxminən 2-3 gün kababçı olaraq işləmişdir. xx.xx.2023-cü il tarixdə Nizami onun işlətdiyi kafeyə gələrək onu yenidən işə götürməyini bildirmişdir. O, da Nizamiyə kababçı götürdüyünü bildirib onu işə götürə bilməyəcəyini bildirmişdir. Onlar söhbət etdikdən sonra işçi Şəhanə ona yaxınlaşaraq onun qızının ailə qurmaq məqsədi ilə qaçdığını bildirmişdir. O, Şəhanədən həmin sözü kim dediyini soruşduqda Nizami dediyini bildirmişdir. O, Nizamiyə yaxınlaşaraq onun qızının qaçması barədə ona kimin məlumat verdiyini soruşduqda ona dəqiqləşdirib məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Nizamiyə heç kəsin ailəsi haqqında xoşagəlməz sözlərlə danışmamasını bildirmişdir. Sonra isə Nizami kafeni tərk edib getmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, kafedə olan zamanı Nizami kafeyə sərxoş vəziyyətdə gəlmişdir. Stolda əyləşmiş, Məhərrəm və onun haqqında heç bir səbəb göstərmədən nalayiq ifadələr işlətməyə başlamışdır. O, Nizamiyə kafeni tərk etməsini bildirmişdir. O isə ayağa duraraq onun üzərinə stulla gələrək onu vurmaq isdəmişdir. Kafedə olan adını bilmədiyi şəxslər stulu Nizaminin əlindən tutaraq almışdır. Stulu yerə qoyduqdan sonra Nizami yumruqla onu vurmuşdur. O, da həmin vaxt yerə yıxılmış, ayağa durduqdan sonra stolun üzərində olan kül qabını Nizamiyə tərəf atmış, kül qabı onun baş nahiyəsinə dəymişdir. Törətdii əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır onunla bir kənddə yəni Şəmkir rayonu Mahmudlu kəndində yaşayırlar. Onların aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində o, Telmanın işlətdiyi Şəmkir rayonu Kür qəsəbə yolunda Mahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında olan kafeyə getmişdir. O, həmin kafeyə Telmana olan 10 manat borcunu vermək üçün getmişdir. O, kafeyə çatanda Telmanla görüşüb 10 manat pulu vermişdir. O, pulu verdikdən sonra stolda əyləşib həmin kafedə kababçı kimi işləyən Məhərəm adlı şəxslə söhbət etməyə başlamışdır. Həmin vaxt Telman ona demiş ki, sən deyibsən ki onun qızımı qaçırıblar. O, da Telmana demiş ki, o elə söz deməmişdir. Bu səbəbdən də onların aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı əvəllər tanıdığı Mahmudlu kəndi ərazisində kafeni işlədən Telman oturduğu stolda olan külqabanı ona tərəf atmış və külqabı onun başıma dəymişdir. Bundan sonra Telman onun üstünə isti tefal olan içərisində isti su olan tefalı onun üzərinə atmışdır. Həmin tefalda olan isti su onun sağ qoluna tökülmüşdür. Daha sonra Telman onun kürəyindən də vurmuşdur. Sonradan o, kafedən çıxıb qızı Şahid2 yaşadığı Şəmkir rayonu Kür qəsəbəsinə getmişdir. O, baş vermiş hadisə barədə qızı Əfsanəyə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası 3 qrup əlildir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, evdə olarkən oğlu gəlib onu çağıraraq həyətə düşməyini bildirmişdir. O, oğluna kimin çağırdığını soruşub nə üçün həyətə düşməyi soruşmuşdur. Oğlu isə ona bildirmiş ki, babasını tanımadığı şəxs gətirib və babasını döyüblər. O, da oğluna aşağı düşməsini bildirdib 5 dəqiqəyə gələcəyini bildirmişdir. O, 5 dəqiqədən sonra aşağı düşmüş və atasının paltarının tozlu olduğunu görmüşdür. Həmçinin atası Zərərçəkmiş şəxs baş nahiyəsindən xəsarət olduğunu görmüşdür. O, atasının yanındakı şəxsdən hadisənin necə baş verdiyini soruşduqda ona Mahmudlu kəndi ərazisində yerləşən Telman adlı şəxsə məxsus kafedə kafenin sahibi ilə mübahisə etdiyini mübahisə zamanı Telmanın atasını döydüyünü bildirmişdir. O, bundan sonra atasını yaşadığı evə qaldırmış üst başını təmizlədikdən sonra hadisənin necə baş verməsi haqqında məlumat almışdır. Atası ona bildirmiş ki, Telmana məxsus kafedə əyləşib kababçı ilə çörək yeyən zamanı kababçı atasından Telmanın qızının qaçıb-qaçmadığı barədə məlumatının olub-olmadığını soruşub. Atası da heç bir məlumatının olmadığını bildirmişdir. Bu sözü eşidən Telman stolun üzərində olan kül qabı ilə atasıının baş nahiyəsindən vuraraq xəsarət yetirib və aralarında yaranan mübahisə zamanı Telman atasını döyüb. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında” qərardan görünür ki, Şəmkir rayonu Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs Qəzənfər oğlu tərəfindən həmin kənd sakini Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurulması faktına görə toplanmış ilkin yoxlama materialı üzrə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlansın. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “ təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1957-ci il tarixdə Şəmkir rayonun anadan olmuş, Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Şəmkir RPŞ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Şəmkir rayon saxlanılaraq Şəmkir RPŞ-nə gətitilmişdir. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 24086013 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Şəmkir Rayonu İH Başçısının Mahmudlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş “cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Əsgərov X1 Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarına əlavə olunmuş 01 sentyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilməklə foto şəkillər çəkilmiş və bu barədə həmin tarixdə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 1039 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının əzilmiş yarası, sol qoltuqaltı nahiyəsinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, sağ saidin bayır səthinin İİ dərəcəli termik yanığı yüksən hərarətin,ola bilsin ki, qaynar mayevinin təsirindən törənmişdir, törəmə müddətləri 01 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ saidin bayır səthinin İİ dərəcəli termik yanığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2019-cü ildə Şəmkir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işlərinə məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş X2 28 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) nəzərə alır və göstəriləni onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəli nəticələrinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə və onunla barışmaqla qismən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə qismən nail olunmuşdur. Buna görə də təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar