Məhkəmə qərarları › İş №1(076)-250/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-250/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-250/2025 11.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şəmkir rayon anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən, hazırda fəaliyyətini dayandırmış "Şərab 1" zavodunun mühafizəsini həyata keçirən zaman həmin zavodun həyətinə ayaqyolu məqsədi ilə daxil olmuş Gəncə şəhəri, S.Rəhimov küçəsi, ev 12, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs zavoda oğurluq məqsədi ilə gəldiyini zənn edərək, bir neçə gün əvvəl özü ilə zavoda gətirdiyi 2 (iki) metr uzunluğunda olan ağac parçasını (lapatka sapını) zavodun həyətindəki gözətçi otağının qarşısından götürərək Zərərçəkmiş şəxs zavodun həyətindən bayıra çıxartmaq və ondan qisas almaq üçün həmin ağac parçası ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin əzilmiş yaraları, sağ gözətrafı yumşaq toxumaların hemotoması, sağ göz yuvasının iç və üst divarının, sağ maksilyar sinusun iç və bayır divarının, sol maksilyar sinusun ön divarının yerini dəyişməyən sınıqları ilə müşayiət olunan zərərçəkmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən "Şərab 1" zavodunda gözətçi işləyir. Sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs və Şahid1 tanımır, onlarla heç bir münasibəti olmamışdır. O, hər gün saat 18:00-dan 08:00-dək "Şərab 1" zavoduna gedərək zavodun mühafizəsini həyata keçirir. Hər gün olduğu kimi 09 mart 2025-ci il tarixdə saat 17 radələrində evdən çıxıb Şəmkir şəhəri, Posanlı qəsəbəsində yerləşən "Şərab 1" zavoduna getmiş, zavodun həyətində gəzərək ətraflara nəzarət etməyə başlamışdır. Zavodun həyətinə və ətraflara nəzarət edib zavodun giriş qapısına doğru yaxınlaşan zaman kənardan sonradan adını bildiyi Zərərçəkmiş şəxs giriş qapısının üzərindən keçərək həyətə atladığını görmüş, o, Zərərçəkmiş şəxs zavodun həyətinə oğurluğa gəlməsini zənn edib dərhal zavodun həyətində olan gözətçi otağına tərəf getmiş, oradan zavodun sahibinin qohumu olan daimi əlaqə saxladığı Şahid2 zəng edib zavoda oğru girdiyini, gedib onu saxlayacağını, ona yardım etmələri üçün bir neçə nəfərlə birlikdə ora gəlməsini bildirmişdir. Bundan sonra gözətçi otağından bayıra çıxmış və otağın qarşısında olan ağac parçasını götürüb sonradan adını bildiyi Zərərçəkmiş şəxs axtarmağa başlamışdır. O, elə başa düşmüşdür ki, həmin şəxs başqa məqsəd üçün zavodun həyətinə daxil olub. Təxminən 15 dəqiqə zavodun həyətini axtarandan sonra sonradan adını bildiyi Zərərçəkmiş şəxs binasının içərisindən çıxıb yeyin addımlarla qapıya tərəf getdiyini görəndə əlində olan ağac parçası ilə onun arxasınca gedib çatan kimi onu ağacla baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs ağacla vurandan sonra o, yerə yıxılmış və ona təpik atmağa çalışmışdır. Zərərçəkmiş şəxs ondan fiziki cəhətdən güclü olduğunu bildiyi üçün ayağa durduqdan sonra ona xəsarət yetirəcəyindən ehtiyat edib sifətindən və ayaqlarında ağacla vurmuş, ona ayaqyoluna girmək üçün zavoda gəldiyini bildirsə də, o Zərərçəkmiş şəxs inanmamışdır. Bu zaman onun dostu sonradan adını bildiyi Vasif adlı şəxs zavodun giriş hissəsində olan dəmir darvazasına yaxınlaşaraq içəri daxil olmağa çalışmış, lakin darvaza bağlı olduğundan içəri keçə bilməmişdir. Dəmir darvaza bağlı olduğu üçün Vasif qapının üzərinə çıxıb həyətə atlayan zaman dəmir darvazanın baş hissəsindən ayağı sürüşərək giriş darvazasının aşağı hissəsində yerləşən dəmir parçalarının üzərinə zərbə ilə sol böyrü üstə yıxılmışdır. Həmin şəxs yerindən qalxa bilməmiş və yüksək səs çıxarıb öldüm deyə qışqırmağa başlamışdır. O, Zərərçəkmiş şəxs ağacla döydüyü üçün ona yaxınlaşa bilməmiş, təxminən 2-3 dəqiqə sonra telefonla çağırdığı Şahid2, Şahid4, Şahid5 və Sənan birlikdə "VAZ 2106" markalı avtomobillə gəlmişlər. Avtomobildən düşərək Sahib kənardan onu görüb dayanmağını demiş, Sahibin sözlərindən sonra ağacı əlindən yerə atıb giriş darvazasını açarla açmış və onlar içəri daxil olmuşlar. Şahid2 sonradan adını bildiyi Şahid1 yanına yaxınlaşaraq ona köməklik edib yerdən ayağa qaldırmış və özü ilə birlikdə zavodun həyətində yerləşən onun qaldığı gözətçi otağının qarşısına aparmışdır. Zərərçəkmiş şəxs isə ora necə gəlməsinə fikir verməmiş, Sahib onlardan nə səbəbə zavodun içərisinə daxil olduqlarını soruşanda Zərərçəkmiş şəxs ona zavodun içərisinə ayaqyoluna getmək üçün gəldiyini, rayon sakinləri olmadıqlarını, buraları tanımadıqlarını, bağırsaqlarında yaranmış pozuntu ilə əlaqədar özünü saxlaya bilməyib zavodun ərazisinə böyük ayaqyoluna getdiyini bildirmişdir. Həmin vaxt Şahid1 bədənində olan ağrıdan dayana bilmədiyini deyib onu xəstəxanaya aparmalarını bildirmiş, Zərərçəkmiş şəxs isə sifəti və əli qan içərisində olmuşdur. Əvəz başına əlləri ilə tutub ağrıdığını bildirmiş, təxminən 10 dəqiqə orada oturduqdan sonra Sahib və yanındakı şəxslər Zərərçəkmiş şəxs və Şahid1 zavoddan təxminən 20-25 metr kənarda dayanmış onlara məxsus "VAZ 2107" avtomobilin yaxınlığına aparmışdır. Sonradan məlumatı olmuş ki, Şahid1 və Zərərçəkmiş şəxs gedərək Şəmkir rayon polis şöbəsinə şikayət ediblər. Bundan başqa, hadisə 09 mart 2025-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən "Şərab 1" zavodunun həyətində baş vermiş, hadisə zamanı orada onlardan başqa heç kim olmamış, o, Zərərçəkmiş şəxs baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən əlində olan ağac materialından olan 2 metr uzunluğunda lapatka sapı ilə vurub xəsarət yetirmiş, Zərərçəkmiş şəxs vurmağının səbəbi onu zavodun həyətində görməyi və onu görən kimi oradan uzaqlaşıb qaçmağa cǝht etməsi olmuşdur. Onun oğurluğa gəldiyini zənn etmiş, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ağacı bir neçə gün əvvəl yaşadığı Şəmkir şəhəri, Aşıq Teymur küçəsində yerləşən evindən gətirmişdir. Hadisə zamanı orada o, Əvəz və Vasifdən başqa heç kimdən dava dalaş etməmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, usta fəaliyyəti ilə məşğul olaraq ailəsinə köməklik edir. Şahid1 tanıyır, onunla aralarında dostluq münasibətləri var. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs tanımır, əvvəllər də tanımamışdır. Bir neçə gün əvvəl Şəmkir rayonu, Çaparlı kəndində yaşayan adı tam dəqiq yadında qalmayan şəxsin evində dostu Şahid1la birlikdə evin təmiri işlərini görmüş, həmin şəxsin onlara 300 manat pul borcu qalmış və pula ehtiyacları olmuşdur. 09 mart 2025-ci il tarixdə saat 14 radələrində evdə olan zaman Şahid1 ona zəng etdiyini görmüş, onun telefon zənginə cavab vermiş və Vasif ona gedib usta kimi işlədikləri Şəmkir rayonu, Çaparlı kəndində yaşayan şəxsdən pulu almağı bildirmişdir. Ona evdə olduğunu və gəlib onu götürməsini demiş, Şahid1 ona dostu Habilə məxsus "VAZ 2107” markalı avtomobil götürdüyünü və gəlib onu götürəcəyini demişdir. Təxminən 15 dəqiqə sonra Şahid1 onu evlərinin qarşısından götürmüş və Şəmkir rayonu, Çaparlı kəndinə getmişlər. Evində usta kimi işlədiyi şəxslə görüşmüş və Şahid1 ondan 300 manat pulu alaraq sağollaşıb idarə etdiyi avtomobilə əyləşərək birlikdə onun yanından çıxmışdır. Şahid1 avtomobili idarə edən zaman yanacağın az olduğunu və Gəncə şəhərinə getməyi üçün çatmayacağını demiş, Vasif Şəmkir-Qazax yolunun kənarında yerləşən "Yamin" yanacaqdoldurma məntəqəsindən avtomobilə yanacaq doldurub, həmdə kafelərin birində yemək yeyib ondan sonra Gəncə şəhərinə getməyi təklif etmiş, O, Şahid1 dünən köhnə yemək yediyini, qarnında sancı olduğunu və böyük ayaqyoluna getmək istədiyini bildirmişdir. Şahid1 "Şəmkir rayonu, Çaparlı kəndindən Posanlı qəsəbəsi ərazisindən ara yolla çıxıb yolda bir yerdə ayaq yolu taparıq" demiş, o, avtomobillə Şəmkir rayonu, Çaparlı kəndindən çıxıb Posanlı kəndi ərazisindən Şəmkir-Qazax yoluna çıxmaq üçün ara yolla yoluna davam etmiş, Şahid1 Posanlı qəsəbəsi ərazisində əvvəllər tanıdığı işləməyən, fəaliyyəti dayandırılmış yer olan "Şərab" zavodunun yaxınlığından keçərkən demiş ki, həmin zavodun ətrafında avtomobili saxlasın, o, düşüb zavodun içərisində böyük ayaqyoluna getsin, oradan çıxdıqdan sonra həm yanacaq doldurmağı, həmdə gedib birlikdə kafelərin birində yemək yeməyi demişdir. O, avtomobili idarə edib Posanlı qəsəbəsi ərazisində yerləşən "Şərab 1" zavodunun yaxınlığında saxlamış, Şahid1 böyük ayaqyoluna gedib gələcəyini demişdir. O, avtomobildən düşərək zavodun giriş qapısına getmiş, Şahid1 avtomobildə qalmış, giriş qapının həmin vaxt bağlı olduğunu görmüş, lakin zavodun həyətində işıq yandığını görüb bilmişdir ki, zavodda gözətçi var. Fikriləşmiş ki, heç kimə deməyib tez zavodda olan tualetə gedib çıxsın. Zavodun giriş darvzasından zavodun həyətinə atlamış və zavodun ayaqyolusunu axtarıb tapmışdır. O, ayaqyoluna (tualet) gedib çıxıb giriş darvazasına doğru yaxınlaşan zaman sonradan adını bildiyi Rasim adlı şəxs onun baş nahiyəsindən vurmağa başlamışdır. O, əlini başına tutmuş ki, başına ağac dəyməsin. Lakin Təqsirləndirilən şəxs onu ağacla vurmağa başlamış və o, əlindən də xəsarət almışdır. Rasim adlı şəxs əlində olan ağacla onu vuran zaman dostu Şahid1 gəlmiş, lakin o zavodun giriş darvazası bağlı olduğu üçün Rasimi ondan aralaşdırmaq üçün içəri keçə bilməmişdir. O, Rasimə nə edirsən, nə üçün onu döydüyünü ucadan qışqırıb deyərək giriş darvazasının üst hissəsinə çıxmış və darvazanın baş hissəsindən həyətə tullanaraq dəmir parçalarının üzərinə düşmüşdür. Şahid1 tullandığı yerdən ayağa qalxa bilməmiş, təxminən 2-3 dəqiqə sonra zavodun giriş qapısının qarşısında avtomobili saxlamış, içərisindən 3 nəfər şəxs düşərək Rasimə qapını açmasınıdemiş, Rasim ondan kənarlaşıb gedib zavodun giriş qapısını açarla açmış və həmin şəxslər içəri daxil olmuşlar. Rasimə burda nə baş verdiyini soruşmuş, sonradan adını bildiyi Sahib adlı şəxs Rasimin əlindən ağacı almış, Rəvan, Sənan və Elgün adlı şəxslər Vasifi yerdən ayağa qaldırmışlar. Sahib və birlikdə gəldiyi Rəvan, Elgün və Sənan adlı şəxslər onları özləri ilə Rasimin zavodun həyətində olan qaldığı yerə gətirmişlər. Orada ona məlum olmuş ki, ora sonradan gələn şəxslər zavodun sahibinin qohumlarıdır və onları Rasim zəng edərək ora çağırmışdır. Həmin şəxslərdən Sahib adlı şəxs onlardan nə səbəbə zavodun içərisinə daxil olduqlarını soruşan zaman tanışı ona zavodun içərisinə ayaqyoluna getmək üçün gəldiyini, rayon sakinləri olmadıqlarını, buraları tanımadıqlarını, bağırsaqlarında yaranmış pozuntu ilə əlaqədar özünü saxlaya bilməyib zavodun ərazisinə böyük ayaqyoluna getdiyini bildirmişdir. Həmin vaxt o, bədənində olan ağrıdan dayana bilməmişdir. O, başını əlləri ilə tutub ağrıdığını bildirmişdir. Təxminən 10 dəqiqə orada oturduqdan sonra Sahib və yanındakı şəxslər onları zavoddan təxminən 20-25 metr kənarda saxladıqları “VAZ 2107” avtomobilin yaxınlığına aparmış və Zərərçəkmiş şəxs avtomobili idarə edərək Bakı-Qazax magistral yoluna çıxıb oradan Gəncə şəhərinə getmişdir. Sonra bədənində ağrınların çoxaldığı üçün Gəncə şəhərində yerləşən Abbas Səhhət xəstəxanasına getmişdir. Bundan başqa, hadisə 09 mart 2025-ci il tarixdə, saat 19 radələrində Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən "Şərab 1" zavodunun həyətində baş vermişdir. Hadisə zamanı orada onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ağacla onun baş və bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirmişdir. Vasif onun gec gəldiyini görüb "Şərab-1" zavodun giriş hissəsinə yaxınlaşan zaman sonradan adını bildiyi Rasim adlı şəxsin onu ağacla döydüyünü görmüş və onları aralaşdırmaq üçün dəmir raşotkalı darvazanın üzərindən həyətə tullanan zaman sağ yan üstə darvazanın baş hissəsindən dəmir parçalarının üzərinə düşərək nəticədə xəsarət almışdır. Sonradan hadisə yerinə gələn Sahib, Rəvan, Elgün Sənan adlı şəxslərlə heç bir mübahisələri mübahisələri baş verməmiş, onları döyməmişdirlər. Kənardan şəxslər gəlməmişlər, orada ümumiyyətlə heç kim olmamışdır. Onun almış olduğu xəsarətlərlə əlaqədar hər hansı şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilən Şahid2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində xalası oğlu Tofiq Cəfərovun rəhbərlik etdiyi "Şəmkir Şərab 1" zavodu var. Həmin zavod 2005-ci ildən fəaliyyətini dayandırıb işlək vəziyyətdə deyil. Lakin zavodda gözətçi var və zavodu mühafizə edir. Zavodun sahibi xalası oğlu Tofiq Cəfərovdur və o,özü hal-hazırda Bakı şəhərində yaşayır.Zavodun içərisində hal- hazırda avandanlıqlar var. Hərdən olur ki, xalası oğlu Tofiq Cəfərovun zəngi əsasında gedib zavoda baş çəkir. Hadisədən iki gün əvvəl zavodun gözətçisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng zavodun yaxınlıqlarına tanımadığı şəxslə gəldiyini, ola bilər ki, həmin tanımadığı şəxslər zavodun həyətinə keçib oğurluq etmək məqsədi ilə gəldiklərini bildirmiş, Təqsirləndirilən şəxs əgər birdə başqa şəxs zavodun yaxınlığında görərsə ona zəng etməsini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində oğlu Şahid4, qadaşı oğlu Şahid5 və qohumu Şahid3lə birlikdə evlərində söhpǝt edən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək tanımadığı şəxsin zavodun həyətinə daxil olduğunu deyərək onun təcili zavoda gəlməsini demişdir. O, özünə məxsus "VAZ 2106" markalı avtomobillə qardaşı oğlu Elgün, oğlu Rəvan və qohumu Sənanla birlikdə Şəmkir rayonu, Posanlı qəsəbəsində yerləşən "Şərab 1" zavoduna getmişlər. Avtomobili zavodun giriş darvzasının qarşısında saxlamış və avtomobilin içərisində görmüş ki, Təqsirləndirilən şəxs zavod həyətində əlində ağacla bir nəfər şəxsi döyür və bir nəfər şəxsdə içəri tərəfdə zavod giriş darvzasına yaxın yerdə yerdə uzanaqlı vəziyyətdə əli ilə özünü sıxaraq tutmuşd O, avtomobildən düşərək Rasimə ucadan qışqırıb "no edirsən, camaatı nə ü döyürsən" deyib dayanmasını istəmiş, Rasim həmin şəxsdən kənarlaşıb g darvazanı açarla açmış və o, içəri daxil olaraq ona "no üçün camaatı döyürsən" de onu danlamağa başlamışdır. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs sifət nahiyəsi və əlləri qan içərisində olmuş, digər adını bildiyi Vasif adlı şəxs bədəninin sağ nahiyəsində güclü ağrı olduğunu bildirmişdir. Onlara köməklik edə Rasimin qaldığı evin qarşısına gətirmiş, Rasimin qalacaq yerinin qarşısında sto əyləşmişlər. Onlardan nə məqsədlə zavoda gəldiklərini soruşan zaman Əvəz Hüseyn ona izah etmiş ki, böyük ayaqyoluna getmək üçün zavodun həyətinə keçdiyini, bas heç bir məqsədinin olmadığnı bildirmişdir. Köməkli şəkildə Şahid1 və Hüseynovu zavoddan çölə çıxarıb zavoddan 20-25 metr kənarda saxladıqları "V 2107" markalı avtomobilinə tərəf gətirib əyləşdirmiş və onlar çıxıb getmişlər. Bund başqa, hadisə 09 mart 2025-ci il tarixdə, saat 19 radələrində Şəmkir rayonu, Posa qəsəbəsi ərazisində yerləşən "Şərab 1" zavodunun həyətində baş vermiş, had zamanı orada onlardan başqa heç kim olmamış, o, özünə məxsus "VAZ 210 markalı avtomobillə zavodun giriş darvazasının çöl hissəsinə çatmış, həmin va avtomobildə oğlu Şahid4, qardaşı oğlu Şahid5 və qohumu San Əliyev olmuşdur. O, kənardan Rasimin sonradan adını bildiyi Əvəz Hüseyno döydüyünü görmüş, digər adını bildiyi Şahid1 isə yerdə uzanaqlı vəziyyət olmuş, o, elə başa düşmüş ki, Şahid1da Rasim döyüb, lakin sonrad məlum olmuşdur ki, Şahid1 aralaşdırmaq üçün zavodun giriş darvazasın yuxarı hissəsinə çıxmış, ǝyağı sürüşərək yuxarıda dəmir parçalarının üzəri düşmüşdür. O və oğlu Şahid4, qardaşımoğlu Şahid5 və qohur Şahid3 Şahid1 və Asif Hüseynovu döyməmişlər. Onlara kömək edərək evlərinə yola salmışlar. Kənarda ümumiyyətlə heç kim olmamış, X1 şəhər sakini Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ağac parçası 2 m uzunluğunda ağac (lapatka sapı) olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid3 oxşar məzmunlu ifadə verǝrǝk Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibb ekspertizasının 17 aprel 2025-ci il tarixli 270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin əzilmiş yaraları, sağ gözətrafı yumşaq toxumaların hemotoması, sağ göz yuvasının iç və üst divarının, sağ maksilyar sinusun iç və bayır divarının, sol maksilyar sinusun ön divarının yerini dəyişməyən sınıqları Küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 09 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zǝrǝrvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-cü ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən, hazırda fəaliyyətini dayandırmış "Şərab 1" zavodunun mühafizəsini həyata keçirən zaman həmin zavodun həyətinə ayaqyolu məqsədi ilə daxil olmuş Gəncə şəhəri, S.Rəhimov küçəsi, ev 12, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs zavoda oğurluq məqsədi ilə gəldiyini zənn edərək, bir neçə gün əvvəl özü ilə zavoda gətirdiyi 2 (iki) metr uzunluğunda olan ağac parçasını (lapatka sapını) zavodun həyətindəki gözətçi otağının qarşısından götürərək Zərərçəkmiş şəxs zavodun həyətindən bayıra çıxartmaq və ondan qisas almaq üçün həmin ağac parçası ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin əzilmiş yaraları, sağ gözətrafı yumşaq toxumaların hemotoması, sağ göz yuvasının iç və üst divarının, sağ maksilyar sinusun iç və bayır divarının, sol maksilyar sinusun ön divarının yerini dəyişməyən sınıqları ilə müşayiət olunan zərərçəkmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 88 (səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 88 (səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar