Məhkəmə qərarları › İş №1(076)-252/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-252/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-252/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Sahib oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes ML-350” markalı, 99-MU- 410 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Şiştəpə avtomobil yolunun Şəmkir rayonu Şiştəpə kəndinin ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində 70-75 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq idarə etməməli və hərəkət üçün təhlükə yaranan andan tormuzlama əməliyyatı aparmaqla avtomobili toqquşma yerinə çatmadan dayandırması üçün tədbir görməyib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun qeyd olunan tələblərini pozaraq qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi "Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları döş qəfəsinin qapalı küt travması, sağ tərəfli İV-V-Vİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ əlin arxa səthinin, sağ diz oynağının ön səthinin əzilmiş yaraları, sağ dirsək oynağı sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq yerini dəyişmiş sınıqları və onun ölümünə səbəb olan ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş yarası, qarının qapalı küt travması, qaraciyərin və dalağın əzilmiş cırılmış yaraları, sol böyrəyin qopması, daxili qanaxma ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər və həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 komatoz vəziyyətlə müşayiət olunan qapalı kəlləbeyin travması, sol 9-10-cu qabırğaların, sağ qasıq sümüyün hər iki şaxəsinin, sol əlin trapesəbənzər sümüyün yerini azdəyişmiş sınıqları, sağ bud sümüyü diafızinin çox qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes ML-350 markalı”, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. 2023-cü ilin fevral ayının əvvəllərindən başlayaraq tanışları olan Əfqanıstan vətəndaşları Abdulvahab Alabi, Məhəmməd Mehdi, Səccad Nəzəri və Hüseyni Məhəmmədziya ilə birlikdə Şəmkir rayonu Şiştəpə kəndində Elburus adlı şəxsə məxsus evin həyətində usta işləmişlər. 12 fevral 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Mercedes ML-350” markalı, **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Şiştəpə avtomobil yolunun Şəmkir rayonu Şiştəpə kəndi ərazisində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn “Nissan" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun orta hissəsi ilə hərəkətdə olduğunu və sağa-sola hərəkət etdiyini görmüş, buna görə idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkmişdir. Həmin avtomobil yaxınlaşan zaman onun hərəkət yoluna çıxdığı üçün idarə etdiyi avtomobili bir qədər də sağa çəkmiş, bu zaman “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Avtomobildən düşərək tanımadığı adamlarla birlikdə "Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qadın sürücüsünü və iki nəfər qadın sərnişinləri avtomobildən çıxartmış, onları tanımadıqları avtomobillərlə xəstəxanaya yola salmışlar. Özləri isə hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişlər. Sonradan “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəstəxanada öldüyünü, onun idarə etdiyi avtomobildə olan iki nəfər qadınların isə müxtəlif xəsarətlər aldıqlarını eşitmişdir. Nissan markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxan zaman avtomobili yolun sağ tərəfinə çıxartmış, hətta avtomobilin sağ təkərləri yolun hərəkət hissəsindən kənara çıxmışdır. Toqquşma Şəmkir şəhəri istiqamətində yolun sağ hərəkət hissəsində, yəni onun yolunda baş vermişdir. Hadisədən əvvəl “Nissan" markalı, 57-CB- 468 dövlət qeydiyyat nişanlı avtomobili təxminən 70-80 metr məsafədən görmüş, toqquşma həmin avtomobil onun yoluna çıxandan təxminən 5-6 saniyə sonra baş vermişdir. Hadisədən əvvəl avtomobili təxminən 70-75 km/saat sürətlə idarə etmiş, toqquşmadan əvvəl isə hadisənin qarşısını almaq üçün tormuzdan yüngül istifadə etdiyi üçün avtomobilin sürəti təxminən 55-60 km/saat olmuşdur. Hadisə zamanı yolda digər nəqliyyat vasitələri, eləcə də adamlar olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə olan Abdulvahab Alabi, Məhəmməd Mehdi, Səccad Nəzəri və Hüseyni Məhəmmədziya, eləcə də özü yüngül əzik xəsarətləri almışlar. Hadisədən əvvəl, eləcə də hadisə zamanı idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamışdır. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, ayıq olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərəçəkmiş şəxslərlə barışıq əldə etmişdir və ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Odur ki, etdiyi əməlindən səmimi peşman olaraq zərərçəkmiş şəxslərdən üzr istəməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün və anasının xəstə olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır, onunla bir evdə yaşamışlar. 12 fevral 2023-cü il tarixdə saat 19 radələrində bacısı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhərindən Şiştəpə kəndinə gedən zaman Şəmkir- Şiştəpə yolunda qarşıdan gələn X14 idarə etdiyi “Mercedes ML- 350” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 ölmüş, avtomobildə sərnişin olan arvadı Zərərçəkmiş şəxs3 və qızı Zərərçəkmiş şəxs2 isə xəsarətlər almışlar. Hadisənin necə baş verməsi barədə dəqiq məlumatı yoxdur. Sonradan eşitdiyinə görə hadisə “Mercedes ML- 350” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda baş vermişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını, təsirləndirilən şəxsə cəza təyin edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Şiştəpə kənd tam orta məktəbində müəllimə işləyir. 12 fevral 2023-cü il tarixdə saat 19 radələrində mərhum baldızı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhərindən Şiştəpə kəndinə gedən zaman o və qızı Zərərçəkmiş şəxs2 həmin avtomobildə arxa oturacaqda əyləşmişlər. Şəmkir- Şiştəpə yolu ilə gedən zaman baldızı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. O həmin vaxt xəsarət alaraq huşunu itirmişdir. Ayılanda xəstəxanada olduğunu və bədəninin müxtəlif nahiyələrindən sınıq xəsarətləri aldığını bilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində baldızı Zərərçəkmiş şəxs1 ölmüş, qızı Zərərçəkmiş şəxs2 isə xəsarətlər almışdır. Hadisə zamanı avtomobildə arxa oturacaqda əyləşdiyi və qarşıya baxmadığına görə, eləcə də hadisədən dərhal sonra huşunu itirdiyi üçün hadisənin necə baş verdiyini görməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Sonradan bilmişdir ki, baldızı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil qarşıdan gələn, Mais adlı şəxsin idarə etdiyi “Mercedes ML-350” markalı. **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 avtomobili təxminən 35-40 km/saat sürətlə idarə etmiş, avtomobildə o və qızı Zərərçəkmiş şəxs2 başqa sərnişin olmamışdır. Sonda Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını, təsirləndirilən şəxsə cəza təyin edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 12 fevral 2023-cü il tarixdə saat 19 radələrində mərhum bibisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhərindən Şiştəpə kəndinə getmişlər. Həmin vaxt o və anası Zərərçəkmiş şəxs3 həmin avtomobildə arxa oturacaqda əyləşmişlər. Şəmkir- Şiştəpə yolu ilə gedən zaman bibisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində bibisi Zərərçəkmiş şəxs1 ölmüş, o və anası Zərərçəkmiş şəxs3 isə xəsarətlər almışdır. Hadisə zamanı avtomobildə arxa oturacaqda əyləşdiyi və qarşıya baxmadığına görə hadisənin necə baş verdiyini görməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Sonradan bilmişdir ki, bibisi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil qarşıdan gələn, Mais adlı şəxsin idarə etdiyi “Mercedes ML-350” markalı, 99- MU-410 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 avtomobili təxminən 35-40 km/saat sürətlə idarə etmiş, avtomobildə o və anası Zərərçəkmiş şəxs3 başqa heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisə Şəmkir-Şiştəpə avtomobil yolunun, Şəmkir rayonu Şiştəpə kəndinin ərazisində, yaşayış məntəqəsindən keçən hissəsində baş vermişdir. Hadisə yerində avtomobil yolu asfaltbeton, düz və qurudur. Yol örtüyünün eni 8,2 metr, yolda avtomobillərin hərəkəti iki tərəflidir, hərəkət hissələrinin eni 4,1 metrdir. Şəmkir şəhəri istiqamətində yolun sol çiyni 4 metr, sağ çiyni 3,6 metrdir. Avtomoibillərin toqquşma yeri Şəmkir şəhəri istiqamətində yolun sağ hərəkət hissəsində, yolun kənarından 2,3 metr məsafədə yerləşir. “Nissan” markalı, 57- CB-468 dövlət qeydiyyat nişanlı avtomobil Şiştəpə kəndi istiqamətində, “Mercedes ML- 350” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şəmkir şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisədən sonra “Nissan" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində yolun sol tərəfində, “Mercedes ML-350” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şəmkir şəhəri istiqamətində yolun sağ tərəfində dayanmışdır. Toqquşma zamanı avtomobillərin qabaq və qabaq sol tərəfləri əzilmişdir. 12 fevral 2023-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədəninə baxış keçirilmiş və bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. 12 fevral 2023-cü il tarixli 48№-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokollara əlavə edilmiş foto-cədvəllərlə bir daha tam sübuta yetirilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13 Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, N 11 saylı meyitin ekspert rəyindən körünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması. sağ tərəfli İV-V-Vİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ əlin arxa səthinin, sağ diz oynağının ön səthinin əzilmiş yaraları, sağ dirsək oynağı sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq yerini dəyişmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü meyitin müayinəyə başlanmasından 1-2 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolin, 1.4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13 Publik Hüquqi şəxsin 09 may 2023-cü il tarixli, 496 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər-komatoz vəziyyətlə müşayiət olunan qapalı-kəllə travması, sol 9- 10-cu qabırğaların, sağ qasıq sümüyünün hər iki şaxəsinin, sol əlin trapesəbənzər sümüyün yerini azdəyişmiş sınıqları, sağ bud sümüyü diafizinin çox qəlpəli yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 12 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13 Publik Hüquqi şəxsin 09 may 2023-cü il tarixli, 497 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin əzilmiş yarası, qarının qapalı küt travması, qaraciyərin və dalağın əzilmiş cırılmış yaraları, sol böyrəyin qopması, daxili qanaxma küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 12 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 17 may 2023-cü il tarixli 8/1431 nömrəli məhkəmə yol nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz ML-350” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X24 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs məxsus Mersedes ML-350 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı və mərhum Zərərçəkmiş şəxs1 məxsus “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və avtomobillər saxlanması üçün sahiblərinə qaytarılmışdır. 29 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs, X3, X6 və Ələvi X1 zərər vurmayan xəsarətlər, X2 isə sağlamlığa yüngül zərər vuran xəsarətlər aldıqlarından həmin xüsusatlar üzrə sürücülərin əməllərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olsa da fakt üzrə cinayət işi başlandığından inzibati icraatın başlanması rədd edilmişdir. DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin 20 fevral 2023-cü il tarixli, 398 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək "BC" kateqoriyalı, AE- 428663 saylı sürücülük vəsiqəsi verilmişdir. xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “BC" kateqoriyalı, AB-766622 saylı sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxslərin adları sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İşdə olan Masallı rayonu Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 174 nömrəli arayışdan görünür ki, Rəfiyev X20 rayonunun Təzəkənd kəndində yaşayır. İşdə olan Masallı rayonu Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Rəfiyev X20 rayonu Təzəkənd kəndində yaşadığı müddətdə özünü kənd ictimayətində yaxşı aparmış, kənd ictimaiişlərində iştirak etmiş və yaşıdlarının hörmətini qazanmış, anası X7 İ-ci qrup əlildir və anası Təqsirləndirilən şəxs himayəsindədir. İşdə olan doğum haqqında şəhadətnamənin və nikah haqda şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2010-cu il təvəllüdlü Ramin, xx.xx.2012-ci il təvəllüdlü Rəvan və xx.xx.2021-ci il təvəllüdlü Rüqəyya adlı üç azyaşlı uşağı var. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, baş vermiş yol nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli hesab olmasını, təqsirləndirilən şəxsin və anasının xəstə olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- Mersedes ML-350 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və iş üzrə maddi sübut “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi X15 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesabına keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili X19 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut- Mercedes ML-350 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum Zərərçəkmiş şəxs1 məxsuss “Nissan” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar