Məhkəmə qərarları › İş №1(076)-253/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-253/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-253/2023 27.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, H.Aslanov küçəsi, ev-78 də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik madəllər olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda yaşadığı Şəmkir rayonu Çinarlə qəsəbəsi H.Aslanov küçəsi ev 78-də yerləşən fərdi yaşayış evinin həyətində yabanı halda bitmiş çətənə kollarının toxumlarını toplayıb 2023-cü ilin aprel ayında yuxarıda qeyd edilən evinin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq tərkibində narkotik maddələr olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 03 avqust 2023-cü il tarixdə saat 11 radələrində Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən 10 (on) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu, həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Şahid4 ilə birlikdə yaşayır. Təxminən 7 il olar marixuanadan istifadə edir. 2018-ci ildə AR CM-nin 237.1-ci maddəsi ilə məhkum olunmuşdur. Özü istifadə etmək üçün yaşadığı evin həyətində çətənə kolları əkmək qərarına gəlmiş və təxminən 2022-ci ilin sentyabr ayında yaşadığı evin həyətində yabanı halda bitmiş çətənə kollarından əldə edib saxladığı toxumları 2023-cü ilin aprel ayında yaşadığı evin həyətində 10 ədəd toxumu torpağa basdırmışdır. Basdırdığı toxumların dibinə su tökməklə qulluq etmişdir. 03 avqust 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Yeni-Yol kəndində yaşadığı evdə olanda polis əməkdaşları yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitə əkməsi ilə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. O, polislərlə razılaşmış, polis əməkdaşları evin həyətində narkotik vasitə əkib-əkmədiyini soruşduqda o, həyətyanı sahədə olan çətənə kollarını təqdim etmişdir. Yaşadığı evin həyətindən ümumilikdə 10 ədəd torpağa əkilmiş çətənə kolları aşkar edilmişdir. Çətənə kolları onun iştirakı ilə həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman ölüçələri 100-230 sm olması müəyyən edilmişdir. Çətənə koluna bənzər kütlələr ekspertiza üçün torbaya qoyulub qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. O, da qablaşdırmaya imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, O, da tərtib edilmiş protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə gətirilmiş, üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, O, da tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, vərəm və şəkərli diabet xəstəsi olmasının nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 03 avqust 2023-ci il tarixdə Şəmkir RPŞnin Kür PB-nə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə onun tərəfindən raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə də həmin qrupun üzvləri təyin edilmiş və sonra əməliyyat qrupunun üzvləri, bölməyə məxsus xidməti avtomobilə oturub Şəmkir rayonu, Çinarlı qəsəbəsi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Çinarlı qəsəbəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, yolda Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatı yoxlanılması üçün yaşadığı evə baxış keçiriləcəyini deyilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Müşviq Şahmuradov, aqronom alim Vaqif Dumanovun və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində müxtəlif ölçülü cəmi 10 ədəd çətənə kolları aşkar edilmişdir. Aqronom alim Vaqif Dumanov baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edildiyini demişdir. Aşkar edilmiş kollar ağ torbaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məxsus evdən, evin otaqlarında, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmişdir. Protokolu imza etmişlər. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs əməkdaşlarla birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 03 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığı evdə olanda polis əməkdaşlarının Bəkirlə birlikdə gəlmiş və evin həyətində qanunsuz olaraq narkotik vasitə əkməsi ilə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. Polis əməkdaşları Bəkirdən həyətdə narkotik vasitə əkibəkmədiyimi soruşduqda o, həyətyanı sahədə olan çətənə kollarını təqdim etmişdir. Yaşadığı evin həyətindən ümumilikdə 10 ədəd çətənə aşkar edilmişdir. Çətənə kolları Bəkirin iştirakı ilə həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə koluna bənzər kütlələr ekspertiza üçün torbaya qoyulub qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. O, da qablaşdırmaya imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. Bəkirin çətənə kollarını əkməsindən onun məlumatı olmamışdır. Bundan sonra Bəkir polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. 03 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən baxış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsi H.Aslanov küçəsi ev 78-də yerləşən evindən 10 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 03 avqust 2023-cü il tarixdə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsi H.Aslanov küçəsi ev 78-də yerləşən evin həyətindən aşkar edilmiş 10 ədəd çətənə kolları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək saxlanılması üçün 05 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. 03 avqust 2023-cü il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsi H.Aslanov küçəsi ev 78-də yerləşən həyətyanı torpaq sahəsində 10 ədəd narkotik tərkibli çətənə kolları əkmişdir. Çətənə kollarına aqrotexniki qulluq işləri aparılmışdır. xx.xx.2023-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli bilinərək Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə vəkil Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, Əgər varsa təqdim etməsi təklif edildi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 03 avqust 2023-cü il tarixli 16/777 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ünvan 2 ünvanında yaşayan sakini Təqsirləndirilən şəxs məxsus evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları..” yazılar və imzalar olan kisədə ümumi sayı 10 (on) ədəd, ümumi çəkisi 17040 qram bitki nümunələri əkib becərilməsi olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda arvadı ilə birgə yaşayır. Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli material olmuş və xx.xx.2018-ci il tarixdə CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmşdır. Şəmkir Rayon Məhkəməsinin 1(076)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təsqirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına xx.xx.2019-ci il tarixdə daxil olmuş və məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2020-ci il tarixdə başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 275 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şəmkir Rayon Vərəm Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 328 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin inyiltrativ vərəmi, dağılma dövründə Şəmkir Rayon Vərəm Xəstəxanasında qeydiyyatda dayanır. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1520 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən Şəmkir rayon Poliklinikasında endokrinoloji kabinetdə, Şəkərli diabet İİ tip orta ağır forma, insulin tələbi ilə dispanseer qeydiyyatında dayanır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2023-cü il tarixli, 1343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2.Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, vərəm və şəkərli diabet xəstəsi olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına, səhətinə və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 10 (on) ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 10 (on) ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar