Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-256/2023 04.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zahib oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1950-ci ildə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs mərhum əri X2 istintaqa məlum olmayan tarixdə əldə etdiyi 01 ədəd kustar üsulla hazırlanmış 5,6 mm kalibirli revolveri və döyüş sursatı hesab olunan 07 ədəd 5,6 mm kiçik kalibrli patronları 12 may 2003-cüil tarixdə əri Vilayəddin Məmmədovun ölmündən sonra özünə götürməklə qanunsuz olaraq əldə edib yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin yataq otağındakı dolabın içərisində saxlamış, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlaması barədə Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində olan fərdi yaşayış evinin yataq otağında yerləşən paltar dolabının içərisinə baxış keçirilən zaman oradan 01 ədəd kustan üsulu ilə hazırlanmış, 5,6 mm kalibirli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz odlu silah hesab edilən Revolver tapança, həmin tapançanın komplekt hissəsi olan 07 ədəd, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapancalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadəyə yararlı, 5,6 mm kiçik kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Kriminalistik Təhqiqatlar İdarəsinin rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşadığı evdə olarkən RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək ona və oğlu Qurbana fərdi yaşayış evlərində qanunsuz silah olduğunu bildirirək baxış keçirəcəkləri barədə məlumat vermişlər. O, da polis əməkdaşları ilə razılaşmış, polis əməkdaşları yaşadığı evdə qanunsuz silah və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşub, əgər varsa təqdim etməklərini bildirmişlər. Oğlu Qurban evdə silah və dövriyyəsi qadağan olmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. O, isə polis əməkdaşlarına mərhum əri Vilayəddindən qalan bir ədəd silahın olmasını bildirmişdir. O, polis əməkdaşlarına yataq otağında paltar dolabda saxladığı mərhum əri Vilayəddindən qalan tapançanı təqdim etmiş, tapanca polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, bundan sonra polis əməkdaşları evin digər otaqlarına baxış keçirmiş, lakin yaşadığı evdən tapancadan başqa hər hansısa bir silah, eləcədə dövriyyəsi qadağan edilmiş hər hansısa bir əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, o, da iştirakçılarla birlikdə imza etmiş, sonra isə Şəmkir RPŞ-nə gəlmiş, şöbədə üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış aparılmış, üzərindən heç bir əşya və ya predment aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evlərinin yataq otağında saxladığı tapanca 14 may 2003-cü il tarixdə rəhmətə getmiş həyat yoldaşı X3 məxsus olub. Mərhum həyat yoldaşı X2 tapancanı haradan əldə etməsi barədə onun məlumatı olmayıb. Tapanca mərhum həyat yoldaşından xatirə qaldığı üçün o, tapancanı evdə saxlamış, tapançanı saxlamağı ilə bağlı ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Odur ki, yaşını və ifadəsində qeyd etdiyi halları nəzərə alaraq ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləyir. 29 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında şöbə rəhbərliyinin göstərişi ilə 13 radələrində Şəmkir RPŞ-nin əməkdaşları PPXB-nin polis nəfəri Şahid2, KTQ-nın inspektoru Şahid3 və təhqiqatçı Rəşad Xəlilovla ilə birlikdə yaşadığı evində odlu silah saxlamasında şübhəli bilinən Şahid4 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər, həyətə daxil olaraq onları qarşılayan Şahid4 onun evdə qanunsuz olaraq silah saxlaması barədə məlumat daxil olmasını və bununla bağlı evdə axtarış aparılacağını bildirmişlər. Ev sahibi olan Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş, bundan sonra iştirakçılarla birlikdə həyətyanı sahəyə video çəkiliş vasitəsi ilə baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl Şahid4 yaşadığı evində qanunsuz saxlanılan odlu silah və ya hissələrini təqdim etmək təklif olunmuş, Şahid4 evində silah və ya hər hansı qadağan olunmuş əşyanın olmadığını bildirmiş, bundan sonra Şahid4 anası Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında dolabın içərisində olan bir ədəd tapançanı təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi silahın heç bir sənədinin olmadığını, həmin silahın ona mərhum həyat yoldaşı X1 qaldığını, oğlunun silahdan xəbərinin olmadığını bildirmiş, həmin tapançaya baxış keçirilmiş baxış zamanı üzərindən 7 ədəd patron iş üçün əhəmiyyətli olduğundan araşdırma aparılması üçün götürülmüş, evin və həyətyanı sahənin digər sahələrinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək alət və ya vasitə aşkar olunmamış, daha sonra təhqiqatçı tərəfindən baxış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 iyul 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 29 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evindən 01 ədəd “Revolverdir tapança, həmin tapançaya yeddi ədəd döyüş sursatı olan 5.66 mm kalibrli patronu aşkar edilərək götürülməsinə dair baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir “Şübhəli şəxs qismində tanınma barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 31 iyul 2023-cü il tarixli 23/623R nömrəli rəydən görünür ki, - Tədqiqata təqdim edlmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5.6 mm kalibirli revolverdir, yivsiz odlu silahdır, texnki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyaslı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5.6 mm kiçik kalibirli patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Eksperimental atəş zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edilib. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən evindən aşkar edilmiş 01 ədəd tapanca və 7 ədəd patronlar iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nin məsul saxlancına verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir RİHB Zəyəm-Cırdaxan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 586 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayır. Şəmkir RİHB Zəyəm-Cırdaxan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəmkir rayon Zəyəm- Cırdaxan kənd İƏD üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İşdə olan arayışdan görünür ki, X4 12 may 2003-cü ildə ölmüşdür və ölüm haqqında 14 may 2003-cü ildə 25 №-li akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, qoca ahıl yaşda olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə cinayət törətməsi, qoca ahıl olmasını, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş 01 ədəd tapanca və 7ədəd patronlar istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Əməliyyat-axtarış tədbirlərindən keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 7 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd tapanca və 7 ədəd patronlar istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 (qırx iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-256/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-256/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver