Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-258/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, 14 iyul 1978-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir şəhəri, X.İbrahimli Küçəsi, Ev 42 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs Şəmkir şəhəri N.Nərimanov və 20 Yanvar küçəslərinin kəsişməsində, aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı baş zərbəsi ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sol qaşüstü nahiyyəsinin yumuşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun tanışıdır. Həmin şəxslə aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində o Şəmkir şəhəri N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində olarkən tanışı Elşənin qeyri-rəsmi sevgi münasibətində olduğu adını bilmədiyi xanımı görmüşdür. O həmin xanıma yaxınlaşaraq nə səbəbə Elşənlə olan münasibətinə son qoyduğunu soruşmuşdur. Həmin vaxt həmin xanım Elşəndən gileylənmiş və münasibətlərinin pozulduğunu bildirmişdir. Daha sonra 0 həmin xanımla sağollaşmış və əyləşdiyi yerə qayıtmışdır. Təxminən 20 dəqiqə sonra Elşən oraya gəlmiş və onunla salamlaşmışdır.O Elşəndən nə səbəbə qeyrirəsmi sevgi münasibətində olduğu xanımla ayrıldığını soruşmuş və həmin xanımın bir müddət əvvəl burada olduğunu demişdir. Həmin vaxt Elşən əsəbləşmiş və onu qeyri-etik ifadələrlə söyüb təhqir etmişdir.O Elşənin sözlərindən əsəbləşərək Elşənin üzərinə yeriyən zaman ətrafda olan tanımadığı şəxslər onların arasına girərək onları ayırmışdır. Elşən oradan ayrılmış və o da oranı tərk edərək yaşadığı evə getmişdir.xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində o Şəmkir şəhəri N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən çayxanaya getmişdir.O çayxanaya daxil olduqda Elşəni orada oturan görmüşdür.O Elşəni çayxanadan çölə çağırmış və Elşənin işlədiyi su matoru təmir edilən iaşə obyektinin qarşısına gəlmişlər. Həmin vaxt o Elşənə işlətdiyi söyüşlərə görə irad bildirmiş və üzr istəməsini tələb etmişdir. Elşən ona yaxşı etdiyini və üzr istəməyəcəyini demişdir. Həmin an Elşənin bir yerdə işlədiyi Elvin adlı şəxs onları görüb yanlarına yaxınlaşmış və o əsəbləşərək baş zərbəsi ilə Elşənin üz nahiyyəsinə vuraraq onu qəsdən döymüşdür.Bu vaxtı Elvin onları ayırmış ve o oranı terk etmişdir. O Zərərçəkmiş şəxs döyən zaman, sonradan oraya heçkim toplaşmamışdır. Hal-hazırda o Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun tanışıdır. Həmin şəxslə aralarında normal münasibətlər olmuşdur.xx.xx.2025-ci il tarixdə saat 12 radələrində o Şəmkir şəhəri N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində olarkən tanışı Rahid nə səbəbə qeyri-rəsmi sevgi münasibətində olduğu xanımla ayrıldığını soruşmuş və həmin xanımın bir müddət əvvəl burada olduğunu demişdir. O Rahidə nəyə görə bu barədə söhbət açmasını irad bildirmiş və əsəbləşərək qeyri-etik ifadələrlə Rahidi söyüb təhqir etmişdir. Rahid onun sözlərindən əsəbləşərək onun üzərimə yeriyən zaman ətrafda olan tanımadığı şəxslər onların arasına girərək onları ayırmışdır. O oradan ayrılmış və yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində o Şəmkir şəhəri N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən çayxanada olarkən Rahidin də çayxanaya daxil olmasını görmüşdür. Həmin vaxt Rahid onu çayxanadan çölə çağırmış və onun işlədiyi su matoru temir edilən iaşə obyektinin qarşısına gəlmişlər. Həmin vaxt Rahid ona işlətdiyi söyüşlərə görə irad bildirmiş və üzr istəməyini tələb etmişdir. O Rahidə üzr istəməyəcəyini çünki Rahidin də onu təhqir etdiyi üçün üzr istəməyəcəyini demişdir. Həmin an yanında işlədiyi Elvin adlı şəxs onları görüb yanlarına yaxınlaşmış və onları ayırmağa çalışmışdır. Həmin an Rahid anidən baş zərbəsi ilə onun üz nahiyyəsinə vuraraq onu qəsdən döymüşdür. Bu vaxtı Elvin onları ayırmış və o oranı tərk edərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu döyən zaman, sonradan oraya heçkim toplaşmamışdır. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 may 2025-ci il tarixli, 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- sol qaşüstü nahiyyəsinin yumuşaq toxumalarının dərialtı hematoması KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 28 may 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmiş, bəraət verici əsaslar olmadan iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 31.5 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-258/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-258/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver