Məhkəmə qərarları › İş №1(076)-259/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-259/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-259/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı ACM-in xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 10 radələrində Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən qabirstanlığın yaxınlığında yolun kənarından bir ədəd sellofan bükümün içərisində tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı evə daşımış, 31 may 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:35 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Şəmkir rayonu, “dördyol dairəsi” adlanan ərazidə saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd sellofan bükümdə, kustar üsulla hazırlanmış psixotrop maddə olan, təmiz çəkisi 1,419 qram, xeyli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, İnşaatçılar küçəsi, ev 12, mənzil 34-də yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. Bir neçə ildir narkotik vasitə istifadə edir. Əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmamışdır, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, hadisədən bir neçə gün əvvəl Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı olan Eldəniz adlı şəxs onunla əlaqə saxlamış, rəhbərliyin göstərişinə əsasən onunla əməkdaşlıq etməsini ona təklif etmişdir. O, bu təklifi qəbul etməmiş, bu səbəbdəndə polis əməkdaşları onu şərləmək qərarına gəlmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, dördyol dairəsi adlanan ərazidə yolun kənarı ilə piyada gedərkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin istifadəsi, saxlanması şübhəli bilindiyi üçün onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, da onlarla polis şöbəsinə gəlmişdir Daha sonra orada olan zaman polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuş və təhqir edici ifadələrlə onu hədələyərək bildimişlər ki, narkotik vasitənin ona məxsus olmasını qəbul etsin. O da polis əməkdaşlarından qorxduğu üçün bunu qəbul etmişdir. Daha sonra Şəmkir rayon polis şöbəsində üzərində hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əvvəlcədən polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Bu səbədəndə özünü qeyd edilən ittihamla təqsirli bilmir, barəsində məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rüstbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır, onu xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 31 may 2024-cü il tarixdə xidmətdə olan zaman Şəmkir RPŞ-nin rəisi Şahid2, əməliyyat müvəkkilləri Eldəniz Yusifov və Şahid3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək içərisində olan kristal şəkilli psixotrop maddənin patı deyilən maddə olmasını bildirmişdir. Həmin 01 (bir) ədəd sellofan bükülü təhqiqatçı tərəfindən götürülmüş və elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisinin 1,51 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı alışqan və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni Şəmkir rayonu Dəllər Daşbulaq kəndində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 31 may 2024-cü il tarixdə Şəmkir şəhəri, F.Hüseynov küçəsi, ev 12, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və saxlaması barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi, polis mayoru Şahid2 rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 11:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri 4 yol adlanan əraziyə gedilərək, həmin tarixdə, saat 11:50 radələrində Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinə gəlmiş, Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş, Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı Elşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil Müdafiəçi iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək içərisində olan kristal şəkilli psixotrop maddənin patı deyilənmaddə olmasını bildirmiş, həmin 01 (bir) ədəd sellofan bükülü təhqiqatçı tərəfindən götürülmüş və elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisinin 1,51 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı alışqan və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur ki, onlar da iş üçün əhəmiyyət kəsb etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik psixotrop maddəni Şəmkir rayonu Dəllər Daşbulaq kəndində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 31 may 2024-cü il tarixdə Şəmkir şəhəri, İnşaatçılar küçəsi, ev 12, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Eldəniz Yusifova məlumat daxil olmuş, daxil olmuş məlumat barədə əməliyyat müvəkkili Eldəniz Yusifov tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında əməliyyat müvəkkili Eldəniz Yusifov tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, Eldəniz Yusifovdan, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 11:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri 4 yol adlanan əraziyə gedilərək, həmin tarixdə, saat 11:50 radələrində Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinə gəlmiş, Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş, Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı Elşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil Müdafiəçi iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək içərisində olan kristal şəkilli psixotrop maddənin patı deyilənmaddə olmasını bildirmiş, həmin 01 (bir) ədəd sellofan bükülü təhqiqatçı tərəfindən götürülmüş və elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisinin 1,51 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı alışqan və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur ki, onlar da iş üçün əhəmiyyət kəsb etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik psixotrop maddəni Şəmkir rayonu Dəllər Daşbulaq kəndində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 31 may 2024-cü il tarixdə Şəmkir şəhəri, İnşaatçılar küçəsi, ev 12, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Eldəniz Yusifova məlumat daxil olmuş, daxil olmuş məlumat barədə əməliyyat müvəkkili Eldəniz Yusifov tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında əməliyyat müvəkkili Eldəniz Yusifov tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Şahid2 rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, Eldəniz Yusifovdan və ondan ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 11:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri 4 yol adlanan əraziyə gedilərək, həmin tarixdə, saat 11:50 radələrində Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinə gəlmiş, Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş, Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı Elşad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil Müdafiəçi iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək içərisində olan kristal şəkilli psixotrop maddənin patı deyilənmaddə olmasını bildirmiş, həmin 01 (bir) ədəd sellofan bükülü təhqiqatçı tərəfindən götürülmüş və elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisinin 1,51 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı alışqan və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur ki, onlar da iş üçün əhəmiyyət kəsb etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik psixotrop maddəni Şəmkir rayonu Dəllər Daşbulaq kəndində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Şəmkir RPŞ-nin CAB-ın rəisi, polis mayoru Şahid2 Qalib oğlunun rəhbərliyi altında Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru X3 və CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitənin əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə vətəndaşların sorğusu, soraqlaşma, saxlandığı zamanı üzərində şəxsi axtarış keçirilməsi, Əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı video və səsyazmadan, fotoçəkilişdən və digər texniki vasitələrdən istifadə edilməsi, həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Şəmkir şəhəri 4 yol adlanan ərazidə saxlanılaraq xx.xx.2024-cü il tarixdə saat 11:50-də Şəmkir RPŞ-yə gətirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış haqqında” 31 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdə olan video görüntürlərdən görünür ki, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən, Şəmkir rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektoru, polis baş leytenantı X1, Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X4, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirib. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası CPM- nin 90-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə müvafiq bildiriş təqdim edilib, Bundan əlavə şübhəli şəxsə şəxsi axtarışın müdafiəçisi Şəmkir vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə keçiriləcəyi, şəxsi axtarış prosesinin Şöbənin ekspert kriminalisti kriminalistik tədqiqatlar qrupunun inspektoru, polis kapitanı X5 tərəfindən «Panasonic» markalı videokamera ilə videoçəkilişlə aparılacağı izah edilib. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxsdən üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir aşyanın olub-olmadığı soruşulub, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu deyərək əynindəki goy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükülü, arxa cibindən ozünə məxsus şəxsiyyət vəsiqəsi və sol on yan cibindən isə bir ədəd sarı rəngli alışqanı çıxardaraq masanın üzərinə qoyub. Bir ədəd sarı rəngdə alışqan maddi subut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılıb. Həmin sellofan bükulu açıldıqda içərisində ağ rəngli kristal şəkilli paikotrop maddəyə bənzər kütlə aşkar olunub. Azar Məharrəmov həmin kütləni Səmkir rayonu, Dəllər Daşbulaq kəndində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd edib. Həmin kütlə kiçik həcmli «Kinlle» markalı tərəzidə çəkilib və sellofan bükülü müvafiq olaraq 1.51 qram olması müəyyən edilib. Həmin maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənib və götürülərək ekspert tədqiqatına göndəriləcəyi qeyd edilib. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməyib. Məhkəmə-kimyevi ekspertizasının 1 iyun 2024-cü il tarixli, 16/642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə» yazı və imzalar kağız paketdəki təmiz çəkisi 1,419 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” 1 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnün xeyli iqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Məhkəmə tibbi ekpertizası təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır və ekspert qarşısında Təqsirləndirilən şəxs bədəni üzərində nə kimi xəsarətlər olması sualı qoyulmuşdur. Məhkəmə tibbi ekpertizasının 1 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səhtində hər hansı xəsarət və xəsarət izi aşkar olunnmayıb. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayəti etiraf edib ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, İnşaatçılar küçəsi, ev 12, mənzil 34-də yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. Bir neçə ildir narkotik vasitə istifadə edir. Əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmamışdır, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, dördyol dairəsi adlanan ərazidə yolun kənarı ilə piyada gedərkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin istifadəsi, saxlanması şübhəli bilindiyi üçün onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, da onlarla polis şöbəsinə gəlmiş, Şəmkir rayon polis şöbəsində üzərində hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə olduğunu deyərək əynindəki göy rəngli cins şalvarının ön sağ cibindən bir ədəd sellofan bükümü, ön sol cibindən isə bir ədəd alışqan və arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxaraq masanın üstünə qoymuş, həmin sellofan büküm açıldıqda içərisindəki ağ rəngli kristal şəkilli psixotrop maddə olan el arasında patı adlanan kütlə aşkar olunmuşdur. O, həmin kütləni Şəmkir rayonu, Dəllər Daşbulaq kəndindən yolun kənarından tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin sellofan büküm qablaşdırılaraq Аzərbaycan Respublikası DİN-in 118 nömrəli möhürü ilə möhürlənmiş və o, da üzərini imza etmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində gəzdirmiş və saxlamışdır.Əvvəllər narkotik vasitə qəbul etmiş, onu satmamış və satmaq niyyəti olmamışdır.O, bu barədə heç kimə deməmiş, heç kim bilməmişdir. “İfadəsinin yerində yoxlanılması” haqqında 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 02 iyun 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 31may 2024-cü il tarixdə, saat 10 radələrində Şəmkir rayonu Dəllər Daşbulaq kəndində yerləşən qəbirstanlığın yaxınlığında yerdən tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmişdir. Şəmkir rayon məhkəməsinin 02 iyun 2024-cü il tarixli 4(076)-74/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Maıl oğlunun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2024-cü il tarixli, 1327 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində olan cinayət işi Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən xitam edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təzyiqlərə məruz qalması və bu səbəbdən əməli etiraf etməsi dəlilləri ilə bağlı aşağıdakılrı qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23- 27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki cinayət işində isə təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsirə məruz qalmasını bildirsə də, tutulan zaman və bundan sonra peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10,§ 151, 18 iyun 2019-cu il). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Ona görə də, müdafiə tərəfindən bu dəlilləri qəbul edilən deyildir. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırda təqsirləndirilən şəxsin verdiyi ifadə onun özünü müdafiəsidir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs əməlini etiraf etmiş və təqsirli olduğunu bildirmişdir. Lakin məhkəmə iclasında bunu polis əməkdaşlarının pisxoloji təzyiqi ilə hədələdiyini bildirərək ziddiyyətli ifadə vermişdir. Hansı ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı hər hansı zorakılıq etməsi ilə bağlı prokurorluq orqanlarına və Daxili İşlər Nazirliyinə müraciət etməmişdir. Habelə, ona fiziki zorakılıq edilməsi məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. Hazırda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxsBakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaratmışdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən edir (CM 61.1.1). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2024-cü il tarixli, 1327 nömrəli rəyində Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması qeyd edilərək, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 1,319 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 30.4 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,319 qram olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar