Məhkəmə qərarları › İş №1(076)-260/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-260/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-260/2023 13.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, ünvan 2ökmü ilə təqsirli bilinib 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməkmə cəza çəkən, barəsində olan digər ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilərək Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(058)-22/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 2200 qram təşkil edən narkotik vasitə olan qurudulmamış marixunanı əldə edib üzərində saxlayaraq daşıyarkən xx.xx.2023-cü il tarixdə saat 14:30-da Gəncə st. XPŞ-nin CAB-ın və Gəncə st. XPŞ-nin Şəmkir st. XPM-nin əməkdaşları tərəfindən Şəmsi X5 rayonu, Dəllər qəsəbəsində yerləşən Dəmiryol Vağzalının peronunda saxlanılaraq Şəmkir rayon, Dəllər qəsəbəsində yerləşən Gəncə st. XPŞ-in Şəmkir st. XPM-nə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan bir ədəd sintetik kisədə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 01 (bir) ədəd kisədəki təmiz çəkisi 2200 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə üzrə toplanmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin və şahid ifadələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək dolanışığını təmin edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 177-ci maddələri ilə məhkum olunmuşdur. Bədənində ağrıları olduğu üçün hadisədən təxminən 10 il əvvəl olar ki, narkotik vasitədən istifadə edir. Hadisədən təxminən 3-4 ay əvvəl Tovuz rayonu, Əyyublu kəndində fəhləlik edən zaman orada baxımsız ərazidə yabanı halda bitən nəşə kimi tanıdığı kolların bitdiyini görmüşdür. O, narkotik vasitə istifadəsçisi olduğu üçün həmin kolların nəşə (çətənə bitkisi kannabis) kimi tanıdığı bitkilər olduğunu bilmişdir. Bədənində olan ağrılardan əziyyət çəkdiyi və maddi imkanı olmadığından müalicə ala bilmədiyi üçün o, ağrılarını müalicə etmək məqsədilə həmin nəşə (çətənə bitkisi kannabis) kollarından yığıb az-az istifadə etməyi fikirləşmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, avtobus ilə əvvəlcə Tovuz rayonuna daha sonra isə həmin yerə, yəni Tovuz rayonu, Əyyublu kəndində olan baxımsız ərazidə bitmiş nəşə (çətənə bitkisi kannabis) kolları olan yerə getmişdir. O, həmin yerə çatdıqdan sonra kolları qopararaq özü ilə apardığı kisəyə yığmışdır. Daha sonra nəşə (çətənə bitkisi kannabis) kolları yığdığı kisəni götürərək yaxınlıqda olan magistral yola gəlmiş və nömrəsini, markasını xatırlamadığı minik avtomobili ilə yığdığı nəşəni Dəllər qəsəbəsində yerləşən X1 vaqonların arasında qurudub daha sonra istifadə etmək məqsədilə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən X9 gəlmişdir. O, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən X8 peronunda olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirdikdən sonra xidməti vəsiqələrini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək polis məntəqəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək polis məntəqəsinə getmişdir. Polis məntəqəsində olduğu zaman ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edirsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından növbətçi vəkilin hüquqlarının dövlət hesabına müdafiə etməsini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi-xtanş aparmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi deyilmiş və o, əlində olan kisəni təqdim etmişdir. Daha sonra üzərindən “Vincestr” markalı siqaret, bir ədəd alışqan və səkkiz manat məbləğində pul aşkar edilmişdir. Sonra həmin kütləyə baxış keçirilmiş, baxış keçirlən zaman o həmin kütlənin “nəşə” kimi tanıdığı marixuana olduğunu Tovuz rayonu Əyyublu kəndində yerləşən baxımsız ərazidən yığdığını bildirmişdir. Daha sonra həmin kütlə kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş, nəşə kimi tanıdığı qurudulmamış marixuananın ümumi çəkisi 2455 qram olması müəyyən edilmişdir. Daha sonra həmin sintetik kisə qablaşdırılmış üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş siqaret qutusu, alışqan və səkkiz manat məbləğində pul özünə qaytarılmışdır. Daha sonra o, nəşə kimi tanıdığı marixuananı yığdığı yeri göstərə biləcəyini bildirmiş və polis əməkdaşlarının, vəkilin və aqronomun iştirakı ilə Tovuz rayonu, Əyyublu kəndində yerləşən baxımsız əraziyə getmişlər. Həmin yerdə o, üzərindən aşkar edilmiş marixuananı yığdığı ərazini göstərmişdir. Polis əməkdaşlarının vəkilin və aqronomun iştirakı ilə həmin çətənə kollarına baxış keçirilmişdir. Baxış zaman aqronom həmin çətənə kollarına heç bir aqro-texniki qulluq olunmadığını və yabanı halda bitidiyi bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 03 ədəd çətənə kolu ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra həmin məlumat əsasında Gəncə st. XPŞ-nin, CAB-nin əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin Goran st. XPM-in rəisi, polis baş leytenantı Şahid3 ilə birlikdə saat 14 radələrində " Təqsirləndirilən şəxs "xxxx" QSC-in Şəmkir stansiyasının ərazisində olduğunu müəyyən edib həmin əraziyə getmişlər və Təqsirləndirilən şəxsı görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə st. XPŞ-in Şəmkir st. XPM-nə dəvət etmişdirlər. Gəncə st. XPŞ-in Şəmkir st. XPM-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edildikdən sonra hüquq və vəzifələri bir daha elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd sintetik kisəni təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir qutu “Vincester” markalı siqaret, bir ədəd alışqan və səkiz manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sintetik kisəyə baxış keçirilmiş və içərisində ilk baxışda narkotik vasitə marixunaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə marixunaya oxşar kütlə sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş və sintetik kisə ilə birlikdə çəkisi 2455 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğunu sintetik kisə ilə birlikdə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək tərəflərindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, Tovuz rayonu ərazisindən şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu “Vincester” markalı siqaret, bir ədəd alışqan və səkkiz manat pul özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə marixuananı yığdığı yerə, yəni Tovuz rayonu, Əyyublu kəndi ərazsində yol kənarında olan çətənə kolları olan əraziyə getmişlər. Həmin ərazidə Təqsirləndirilən şəxs yol kənarında bitmiş çətənə kollarını göstərərək üzərindən aşkar edilmiş marixuananı həmin kollardan əldə etdiyini bildirmişdir. Daha sonra mütəxəssis Şahid4 iştirakı ilə həmin çətənə kollarına baxış keçirilmiş və baxış zamanı Şahid4 həmin çətənə kollarına heç bir aqro-texniki qulluq göstərilmədiyini, yabanı halda bitdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərilmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 52 ildir aqronom fəaliyyəti ilə məşğul olur, hal-hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkilik kafedrasında kafedra müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə st. XPŞ-in əməkdaşları həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi Tovuz rayonu, Əyyublu kəndində yerləşən əraziyə getmişlər. Həmin ərazidə olan zaman Bəxtiyar yol kənarında yerləşən sahəni göstərək üzərindən aşkar edilmiş narkotik vasitəni həmin çətənə kollarından yığdığını bildirmişdir. Həmin çətənə kollarına baxış keçirən zaman həmin bitkilərə aqro-texniki qulluq göstərilmədiyi, yabanı halda bitdiyi tərəfindən müəyyən edilmişdir. Bundan sonra həmin bitkilərdən 03 ədədi ekspertizaya təqdim etmək üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Cinayət işinin 33-34-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Şəmsi X5 rayonu, Dəllər qəsəbəsində Dəmiryolu Vağzalının peronunda saxlanılaraq Şəmkir st. XPM-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 15:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli üzərində açıq mavi rəngli xəttlər olan kisədə ləskin iyli, ilk baxlşdan narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Narkotik vasitəyə bənzər kütlə kisə birlikdə 2455 qram təşkil etmiş, bundan sonra kisə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, müvafiq sənədləşmə aparılmış, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu və Tovuz rayonu ərazisindən yığdığını bildirmişdir. Cinayət işinin 53-54-cü vərəqlərində olan məhkəmə ekspertizasının 15 iyun 2023-cü il tarixli 16/626 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs marixuananı yığdığı yerdən götürülmüş 03 (üç) ədəd kol” sözləri və imzalar olan, kisədəki ümumi sayı 03 (üç) ədəd, ümumi çəkisi 250 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan, kisədəki təmiz çəkisi 2200 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkibindəki komponentlərə-kannabinoidlərə görə eynidirlər. Cinayət işinin 44-45-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “ baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdahiəçisi Müdafiəçi1, aqranom Şahid4, KTQ-nın baş inspektoru H.Qasımovun və polis nəfəri M.İbrahimovun iştirakları ilə Tovuz rayonu, Əyyublu kəndi ərazisinə baxış keçirilmiş və 03 ədəd çətənə (kannabis) bitkisi götürülmuşdür. Cinayət işinin 12-13-cü vərəqlərində olan “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-ci vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİin MSY-dən azad edilmişdir. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(058)-22/2023 saylı qərarindan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 103-106-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Şəmsi X6 şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM 226- 1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM 226-1 maddəsinin 1-ci hissəsi 39 AR ilə təqsirli bilinərək 05 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM 226-1 maddəsinin 2ci hissəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmək cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə yeni CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və cəza müddəti 03 il azadlıqdan məhrum etmə cəzası ilə əvəv edilmiş, xx.xx.2001-ci il tarixdə AR. CM-in 76-cı maddəsinə əsasən çəkilməmiş cəza 01 il 05 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1, 76.6.3; 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay Kəpəz Rayon Məhkəməsinin xx.xx.2004-cü hökmü ilə CM 234.1-ci maddəsilə 02 il 06 ay cəzanın çəkilməmiş 11 ay 23 gün yeni cəza ilə qismən VİR, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Moskva şəhər, Doroqomilov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF 30 m, 3 h, 228.1 m 2 h “B” bəndinə əsasən təqsirli bilinərək 06 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Moskva şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli Apelyasiya qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3, 234.1, 66.2, 69.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli qərarə ilə xx.xx.2021-ci il tarixli qərarda anlaşılmazlıq aradan qaldırılaraq cəzasını çəkmiş hesab etmişdir. Cinayət işinin 108-110-cu vərəqlərində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci iltarixli qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-346/2023 saylı hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinin 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 120-ci vərəqində olan Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli 4380 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1984cü il tarixdən Həşiş narkoman diaqnozu ilə dispanser qeydiyatındadır. Cinayət işinin 121-ci vərəqində olan Gəncə şəhər psixonevroloji dispanseri tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli 4354 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı cəza çəkməyə başladığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdər. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Samux Rayon Məhkəməsinin 4(058)-22/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş vərəqə 117 olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1066 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Gəncə stansiyası X11 məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə 249.94 qram və 2199.8 qram narkotik tərkibli çətənə (konnabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 90 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ünvan 2ökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək və bu iş üzrə 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı cəza çəkməyə başladığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Samux Rayon Məhkəməsinin 4(058)-22/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə stansiyası X11 məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə 249.94 qram və 2199.8 qram narkotik tərkibli çətənə (konnabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar