Məhkəmə qərarları › İş №1(076)-261/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-261/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-261/2025 08.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Dağ-Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3-Tovuz Regional Təhsil idarəsində abadlaşdırma üzrə fəhlə işləyir, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Dağ- Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Yeni Göyçə kəndi ərazisində aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsinə qəsdən vuraraq sonuncuya sağ qaşüstü nahiyyənin əzilmiş yarası, sağ qaşın bayır qurtaracağının sıyrığı, sağ gözaltı nahiyyəsinin hematoması sol yanağına qansızma və sol çiyinüstü nahiyyənin səthi sıyrılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun tanışıdır. Həmin şəxslə aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o Şəmkir rayonu Yeni- Göyçə kəndində yerləşən Ayan marketin yaxınlığında olarkən Nurlanın mobil telefon danışığı zamanı qeyri-etik ifadələr işlətməsini eşitmişdir.O Nurlana irad bildirərək Nurlanı itələmiş və söyüş söyməməsini demişdir. Həmin vaxt Nurlan onu da söyüb təhqir etmiş və yaxşı etdiyini bildirmişdir. O əsəbləşərək əl zərbəsi ilə 1 (bir) dəfə Nurlanın üz nahiyəsinə zərbə yetirərək Nurlanı qəsdən döymüşdür. Həmin vaxt orada olan Xəqani adlı həmkəndliləri onların yanına gələrək onları ayırmış və Nurlan oradan çıxıb getmişdir. O da oradan yaşadığı evə getmiş və yatmışdır. xx.xx.2025-ci il tarixdə o yuxudan oyanıb Şəmkir şəhərinə gəlmiş və orada olarkən Nurlan ona zəng etmişdir. O telefonu açdıqda Nurlan onun söyüş söydüyü üçün Nurlanın da ona söyməyi lazım olduğunu demiş və Nurlanı vurduğu üçün narazılıq etmişdir. Nurlan onu evlərinin yanına dəvət etmiş və o Nurlan onu yumruqla vurarsa əvəzləşəcəklərini bildirmişdir. O Nurlanın əsəbi olduğunu başa düşmüş və Nurlana daha sonra oraya gələn zaman xəbər edəcəyini demişdir. Daha sonra Nurlanın baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə müraciət etməsini öyrənmişdir. O, Zərərçəkmiş şəxs qəsdən döyən zaman yanlarına Xəqani adlı şəxs gəlmiş və onları ayırmış, əlavə olaraq heçkim olmamış, sonradan oraya heçkim toplaşmamışdır Halhazırda o Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun tanışıdır. Həmin şəxslə aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o yaşadığı Şəmkir rayonu Yeni-Göyçə kəndi ərazisində yerləşən Ayan marketdən milli ön vasitəsi ilə ödəniş edərək oradan çıxmış və yaşadığı evə gedərkən marketin yaxınlığında dayanıb telefonu ilə məşğul olmağa başlamışdır. Həmin vaxt telefonunun işığı Talehin üzərinə düşmüşdür. Bu zaman Taleh anidən onu itələmişdir. O Talehə nə səbəbə belə etdiyini soruşduqda Taleh anidən yumruq zərbəsi ilə onun üz nahiyyəsindən vurmuş və onu qəsdən döymüşdür. O oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə o yuxudan oyanmış və üz nahiyyəsində göyərmələr olduğunu görmüşdür. O Talehə zəng edərək nə səbəbə onu vurduğunu soruşduqda Taleh içkili olmasını əsas gətirərək baş verən hadisəni normallaşdırmağa çalışmışdır. O bu səbəbdən əsəbiləşib və DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu döyən zaman onların yanında heç kim olmamış, sonradan oraya heç kim toplaşmamışdır. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il il tarixli, 431 nömrəli rəyindən görünür ki, Vǝt. Zərərçəkmiş şəxs onun bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ qaşın bayır qurtaracağının sıyrığı, sağ gözaltı nahiyəsinin dərialtı hematoması, sol yanağın selikli hissəsinə qansızma və sol çiyinüstü nahiyənin səthi sıyrılmış yaraları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 may 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ qaşüstü nahiyəinin əzilmiş yarası və sağ gözaltı nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ qaşın bayır qurtaracağının sıyrığı, sol yanağın selikli hissəsinə qansızma və sol çiyinüstü nahiyənin səthi sıyrılmış yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materialında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 700 manat cərimə cəzası təyin edilmiş, cərimə cəzası tam ödənilmiş; Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə icraata xitam verilmişdir. 106845 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs veteran statusuna malikdir. İ-9378 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-78453 nömrəli vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Dağ-Ceyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda müsbət xarakterizə olunmasını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, məhkəmə onun azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəzaya məhkum edilməsini əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 110 (bir yüz on manat) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 11 manat olmaqla 110 (bir yüz on) manat pul X2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar