Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-262/2024 16.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxx 1991–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanda yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs tərəfindən övladları ilə görüşmək üçün şərait yaradılmamasından əsəbiləşərək, aralarında şəxsi münasibət zəminində yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq niyyəti ilə əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, həmçinin qəsdən ayağı ilə sonuncunun sol əlinin barmaqlarını tapdalayaraq ona sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin ediləməyən və sol əlin İV barmağının dırnaq falanqa sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Dostu onun keçmiş həyat yoldaşıdır. Onlar 2011-ci ildə evləniblər və 2023-cü ildə isə boşanıblar. Onların Leyla və Yusif adlı iki övladları vardır. Onlar boşanandan sonra uşaqlarının anaları Dostunun yanında qalmışdırlar. O, uşaqlarına görə hər ay 260 manat aliment ödəyir. Dostu uşaqlarına elə tərbiyə vemrişdir ki, uşaqları onunla görüşmək istəmir. Buna görə də, Dostu ilə arasında narazılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə məno, qohumunun toy məclisində olmuşdur. Həmin vaxt spirtli içki qəbul etmişdir. O, məclisdən çıxdıqan sonra saat təxminən 20 radələrində uşaqlarını görmək qərarına gəlmişdir və ona görə də, Dostunun Şəmkir rayonu, Posanlı yaşayış massivində yerləşən atası evinə getmişdir. Həmin vaxt o, küçədən uşaqlarını çağırmışdır. Bu zaman Dostu küçəyə çıxmış və ona uşaqların onunla görüşmək istəmədiyni söyləmiş və onun çıxıb getməsini tələb etmişdir. O da. Dostuya uşaqlarını 5-10 dəqiqə görüb gedəcəyini söyləmişdir. Lakin Dostu yenə də, onun getməsini tələb etmişdir. Buna görə də, aralaında mübahisə baş vermişdir. Mübahisə zamanı isə səslərinə keşmiş qayınatası Əkbər və keçmiş qayınanası Zairə gəlmişdir. Həmin vaxt Əkbər ona nalayiq ifaədələr işlədərək çıxıb getməsini söyləmişdir. O da. cavabında Əkbərə nalayiq ifadələr işlədərək uşaqlarını görmədən heç hara getməyəcəyini bildirmişdir. Həmin vaxt Əkbər ilə o Əlbəyaxa olmuş və içkili olduğu üçün ayağı büdrəyib yerə yıxılmışdır. Həmin vaxt Dostu onu qaldırmaq istədmişdir. O da, sərxoş olduğundan və ola bilsin ki, ehtiyyatsızlıqdan dirsəyi ilə Dostunun qarın nahiyəsinə vurmuş və Dostunun sol əlini tapdalamışdır. O yerǝ yıxılandan sonra dəqiq heç nə xatırlamır. Daha sonra isə polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər və o da, etiraz etməyib onlarla polis şöbəsinə getmişdir. X1 ifadəsində bildirmişdir ki, Dost Nəsibova ilə aralarındakı mübahisə və dava-dalaş xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Dostunun Şəmkir rayonu, Posanlı yaşayış massivində yerləşən atası evinin qarşısındakı küçədə baş vermişdir. Həmin vaxt dava-dalaş təmxinən 3-5 dəqiqə davam etmişdir. Lakin mübahisə və dava-dalaş zamanı Dostunu hədələməmişdir. Lakin həmin vaxt o sərxoş olmuşdur. Ola bilsin ki, o Dostunun qarın nahiyəsinə dirsəyi ilə vurmuş və onun sol əlini tapdalamışdır. O, sərxoş olduğu üçün həmin vaxtı dəqiq xatırlamır. Zərərçəkmiş şəxs ilə arasındakı dava-dalaş zamanı onu heç kim vurmamış, ona heç kim xəsarət yetirməmişdir. Həmçinin o həmin vaxt Dostudan başqa heç kimi vurmamış, heç kimə xǝarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və davalaş zamanı orada o vǝ Dostudan başqa Əkbər və Zairǝ olmuşdur, səsküyə heç kim gəlməmişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Vasif onun keçmiş əridir. O, Vasif ilə 2011-ci ildə ildə ailə həyatı qurmuşdur və Leyla və Yusif adında iki övladları vardır. O, Vasif ilə 2023-cü ildə rəsmi olaraq boşanmışdır və ata evində yaşayır. Vasif tez- tez ona zəng edir və uşaqları ilə danışmaq istəyir. Lakin uşaqları Vasiflə danışmaq istəmir. Vasif də, uşaqları onunla danışdırmadığını söyləyərək onu telefonda təhqir edir. xx.xx.2023- cü il tarixdə saat 19 radələrində Vasif onun yaşadığı evin qarşısına gələrək uşaqlarını yüksək səslə onunla görüşməsi üçün küçəyə çağırmışdır. Atası Əkbər də, ona uşaqları Vasif ilə görüşdürməsini söyləmişdir. Onlar çölə çıxan zaman Vasifin sərxoş olduğunu görmüşlər. Ona görə də, qızı Leyla atası ilə görüşmək istəməmişdir. O. oğlu Yusifi Vasif ilə görüşməyə razı sala bilmişdir. Lakin həmin vaxt Vasif oğulları Yusifi qucaqlayaraq onunla birlikdə getməsini söyləmişdir. O, da Vasifə uşağı aparmamasını, sərxoş olmasını və çıxıb getməsini söyləmişdir. Vasif onun sözlərinə məhəl qoymamışdır və Yusifi aparacağını söyləmişdir. Buna görə də, aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı isə o, Vasifi itələyib oğulları Yusifdən aralaşdırmışdır. Vasif isə həmin vaxt onun sağ əlini tutub arxa tərəfə qanırmış və əlinin arxası ilə onun mədəsindən vuraraq onu arxa tərəfə itələmişdir. Həmçinin ona nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zmaan atası Əkbər küçəyə çıxmış və Vasifǝ onların boşanmalarını söyləyərək çıxıb getməsini bildirmişdir. Həmin vaxt onlar əlbə-yaxa olmuşdurlar. O da, atası Əkbəri və Vasifi ayıran zaman Vasif sərxoş olduğu üçün müvaizǝnitini ititrib yerə yıxılmışdır. O da, onunla Vasiflə birlikdə yerə yıxılmışdır. O, Vasifi yerdən qaldırmaq istəyərkən Vasif ayağı ilə onun sol əlinin barmağını ayaqlamışdır. Daha sonra onlar ayağa qalxmış və Vasif çıxıb getmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aramızdakı mübahisə və dava-dalaş yaşadığı evin qarşısında küçədə baş vermiş və 3-5 dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş zamanı orada o, Vasif, atası Əkbər, anası Zairǝ və uşaqları olmuşdur. Səs-küyədə heç kim gəlməmişdir. Mübahisədən sonra hadisə barədə polisə məlumat vermişdir. Lakin hadisədən sonra Vasif ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan 20 noyabr 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol əlin İV barmağının dırnaq falanqa sümüyünün yerini dəyişməyən sınığı və sağ diz oynağının ön səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 noyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əlin İV barmağının dırnaq falanqa sümüyünün yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ diz oynağının ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üşün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 3 saylı Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanda yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs tərəfindən övladları ilə görüşmək üçün şərait yaradılmamasından əsəbiləşərək, aralarında şəxsi münasibət zəminində yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq niyyəti ilə əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, həmçinin qəsdən ayağı ilə sonuncunun sol əlinin barmaqlarını tapdalayaraq ona sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin ediləməyən və sol əlin İV barmağının dırnaq falanqa sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-262/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-262/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver