Məhkəmə qərarları › İş №1(076)-265/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-265/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-265/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1989–cu il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, himayəsində üç nəfər azyaşlı uşaqları olan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1981–ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, himayəsində üç nəfər azyaşlı uşaqları olan, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 2022–ci ilin aprel ayının əvvəllərindən başlayaraq dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən, fəaliyyəti dayandırılmış daş karxanasına bir neçə dəfə daxil olaraq 14 ədəd hər birinin qiyməti 400 manat olan, 5.600 manat dəyərində daşkəsən aparatlara aid mühərrikləri, 10 ədəd hər birinin qiyməti 1.500 manat olan, 15.000 manat dəyərində daşkəsən aparatlara aid mühərrikləri, 400 kiloqram, hər bir kiloqramının qiyməti 0,5 manat olan, 200 manat dəyərində həmin daşkəsən aparatlara məxsus dəmir metalları, 300 metr uzunluğunda, hər bir metrinin qiyməti 0,5 manat olan, 150 manat dəyərində mis naqilləri, ümumilikdə 20.950 (iyirmi min doqquz yüz əlli) manat məbləğində əmlakı vahid niyyətlə gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2022–ci ilin aprel ayının əvvəllərindən başlayaraq dəqiq məlum olmayan tarixdə və vaxtda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən, saxlanc yeri hesab olunan istilikxanaya vahid niyyətlə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 3 ədəd, hər birinin qiyməti 1.100 manat olan, 3.300 manat dəyərində su nasoslarını, 200 metr uzunluğunda, hər bir metrinin qiyməti 0,4 manat olan, 80 manat dəyərində mis naqilləri, 2 ədəd hər birinin qiyməti 100 manat olan, 200 manat dəyərində Kamaz markalı yük avtomobilinə məxsus “Yuasa” markalı akumlyatorları, 2 ədəd hər birinin qiyməti 800 manat olan, 1.600 manat dəyərində su nasoslarını, 1 ədəd 500 manat dəyərində olan subartezian quyusunun nasosunu, ümumilikdə 5.680 (beş min altı yüz səksən) manat məbləğində əmlakı vahid niyyətlə gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 2022–ci ilin aprel ayının əvvəllərindən başlayaraq dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən, fəaliyyəti dayandırılmış daş karxanasına bir neçə dəfə daxil olaraq 14 ədəd hər birinin qiyməti 400 manat olan, 5.600 manat dəyərində daşkəsən aparatlara aid mühərrikləri, 10 ədəd hər birinin qiyməti 1.500 manat olan, 15.000 manat dəyərində daşkəsən aparatlara aid mühərrikləri, 400 kiloqram, hər bir kiloqramının qiyməti 0,5 manat olan, 200 manat dəyərində həmin daşkəsən aparatlara məxsus dəmir metalları, 300 metr uzunluğunda, hər bir metrinin qiyməti 0,5 manat olan, 150 manat dəyərində mis naqilləri, ümumilikdə 20.950 (iyirmi min doqquz yüz əlli) manat məbləğində əmlakı vahid niyyətlə gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2022–ci ilin aprel ayının əvvəllərindən başlayaraq dəqiq məlum olmayan tarixdə və vaxtda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus,saxlanc yeri hesab olunan Şəmkir rayonu, Bayramlı kəndində yerləşən, istilikxanaya vahid niyyətlə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 3 ədəd, hər birinin qiyməti 1.100 manat olan, 3.300 manat dəyərində su nasoslarını, 200 metr uzunluğunda, hər bir metrinin qiyməti 0,4 manat olan, 80 manat dəyərində mis naqilləri, 2 ədəd hər birinin qiyməti 100 manat olan, 200 manat dəyərində Kamaz markalı yük avtomobilinə məxsus “Yuasa” markalı akumlyatorları, 2 ədəd hər birinin qiyməti 800 manat olan, 1.600 manat dəyərində su nasoslarını, 1 ədəd 500 manat dəyərində olan subartezian quyusunun nasosunu, ümumilikdə 5.680 (beş min altı yüz səksən) manat məbləğində əmlakı vahid niyyətlə gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2022–ci ilin aprel ayının əvvəllərində axşam saatlarında həmyerlisi Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş, ondan 10 manat borc pul istəmiş, o, isə Samirə cəmi 6 manat pulunun olduğunu, həmin pulu verə biləcəyini demişdir. Samir pulu avtomobilinə benzin tökmək üçün ondan aldığını demiş, o, Samirə cibində olan 6 manat pulu vermiş, yaşadığı evin yaxınlığında yerləşən Daş Karxanasında çoxlu dəmirlərin olduğunu, hansı səbəbdən oradan dəmir yığıb satmadığını demiş, Samir isə onunla birlikdə oraya gedə biləcəyini bildirmişdir. Onlar həmin günün səhərisi axşam saatlarında oraya gedib orada olan motorları oğurlamaq qərarına gəlmiş, həmin günün sabahı saat 21 radələrində Samirin yaşadığı evin yanına getmiş, bu zaman o, Samirə əvvəlcədən xəbər etdiyi üçün yaşadığı evin qarşısında dayanmış, Samir ona məxsus VAZ 2107 markalı avtomobilə əyləşmiş, onlar birlikdə həmin daş karxanası yerləşən yerə getmişlər. Onlar əvvəlcədən motorları götürmək üçün oraya getsələr də sonradan fikirlərini dəyişib orada böyük torba axtarmağa başlamış, bu zaman orada yerləşən balaca damın qabağında 3 ədəd un torbası tapıb həmin istifadə edilməyən daş karxanasında olan balaca dəmir hissələri həmin un torbalarına yığmağa başlamışlr. Onlar yığdıqları həmin dəmirləri onun avtomobilinin yük yerinə qoymuş, həmin günün səhərisi saat 11 radələrində həmin dəmirləri Tovuz rayonu Dondarquşçu kəndində yerləşən tanımadıqları şəxsin metal qəbulu məntəqəsinə aparmış, orada bir nəfər yaşlı şəxs onlara yaxınlaşaraq satdıqları dəmirləri yük yerindən çıxarmaqlarını, həmin dəmirləri çəkmək lazım olduğunu demiş, onlar da avtomobilin yük yerində olan un torbalarını çıxarıb orada olan tərəzinin üstünə qoymuş, həmin 3 ədəd un torbasında olan dəmirləri çəkdikdən sonra ümumilikdə 150 kiloqram gəlmişdir. Həmin şəxs kiloqramına 40 qəpik olmaqla onlara ümumilikdə 60 manat pul vermiş, onlar avtomobilə əyləşərək həmin pulu hər birinə bərabər şəkildə bölmüş, hər birinə 30 manat pul çatmışdır. Bundan sonra yenə onlarda oğurluq niyyəti yaranmış, bu səbəbdən ilkin etdikləri oğurluğun səhəri günü onlar yenə də həmin yerə getmiş, orada olan dəmirləri özləri apardıqları un torbasına yığmağa başlamış, onlar həmin dəmirləri un torbasına yığdıqdan sonra həmin yerdə olan avadanlıqların motorlarının olduğunu görmüş, oradan bu dəfə 3 ədəd həmin avadanlığın motorundan götürüb avtomobilə atmış, həmin günün səhərisi günü yenə də həmin dəmir alqı–satqısı məntəqəsinə getmiş, onlardan şübhələnməmələri üçün oraya yenə də ancaq un torbalarında olan dəmir hissələri həmin məntəqəyə 60 manat pulun qarşılığında satmış, sonradan avtomobildə qalan digər 3 motoru satmaq üçün yer axtarmışlar. Bu səbəbdən də onlar həmin motorları metal qəbulu məntəqələrinə satmamaq qərarına gəlmiş, o, həmin motorları yaşadığı evin qarşısına gələn avtomobillə metal alan şəxslərə satacağını Samirə demiş, bundan bir neçə gün sonra isə o, həmin motorları 320 manata satmış, həmin oğurluqdan əldə etdikləri ümumi 380 manat pulu da bərabər şəkildə bölmüşlər. O, həmin motorları satmamışdan əvvəl onlar ikinci dəfə oğurluq etdikləri günün səhərisi yenə də həmin daş karxanasına getmiş, yenə də oradan 3 ədəd un torbasına orada olan dəmir hissələri yığmış, həmin un torbalarını avtomobilin yük yerinə qoymuş, oradan həmçinin üzəri açıq olan aliminium naqilləri də götürüb avtomobilin yük yerinə qoymuş, onlar həmin günün səhərisi oğurladıqları metalları götürüb yenə də Tovuz rayonunda yerləşən metal alqı–satqısı məntəqəsinə getmiş, orada onlar həmin dəmirləri 60 manat pulun qarşılığında, çəkisini xatırlamadıqları aliminium naqilləri isə 70 manat pulun müqabilində satmış, əldə etdikləri pulları hər birinə bərabər düşəcək şəkildə bölmüşlər. Onlar əvvəlcədən razılaşdıqları qaydada həmin günün səhərisi yenə də daş karxanasına getmiş, oradan yenə də metal hissələr oğurlayıb un torbalarına yığmağa başlamış, metalları un torbalarına yığdıqdan sonra oradan sonuncu dəfə oğurluq etməyi qərarlaşdırdıqları üçün ikinci dəfə oğurluq edən zaman götürdükləri motorlardan daha 2 ədədini götürüb avtomobilin yük yerinə qoymuş, həmin günün səhərisi torbalarda olan dəmirləri 110 manat pulun qarşılığında Tovuz rayonunda satmış, motorları isə yenə də diqqət cəlb etməmək üçün avtomobillə metal yığanlara satmağa qərara almışlar. Bundan iki gün sonra 2 ədəd motoru 205 manat pulun qarşılığında tanımadığı avtomobillə dəmir satan şəxsə satmış, onlar yenə də həmişə olduğu kimi əldə etdikləri 265 manat pulu bərabər şəkildə bölmüşlər. Onlar bir müddət oğurluq etməmək qərarına gəlmiş, 19 may 2022–ci il tarixdə saat 19 radələrində Samirlə birlikdə ona məxsus avtomobillə Kür çayının kənarına balıq tutmaq üçün getmiş, oradan qayıdan zaman avtomobilində nasazlıq olduğu üçün onlar dayanmış, avtomobilin mühərriki üçün su axtarmış, o, orada yerləşən istilikxanaya gedib qayıdan zaman orada su tapmamış, orada heç kimin olmadığını, lakin orada 3 ədəd böyük su motorunun olduğunu görmüş, bu barədə Samirə demiş, Samirlə birlikdə həmin motorlardan birini, 1 ədəd akkumlyatoru və xatırlamadığı uzunluqda naqili götürüb avtomobilin salonuna qoymuş, onlar həmçinin orada olan digər motorları sonra gedib götürmək üçün oradan çıxıb getmiş, həmin günün səhərisi oğurladıqları artezan motorunu tanımadığı dəmir yığan şəxsə 140 manata satmış, onlar oradan oğurluq etdikləri günün səhərisi yenə də oğurluq etmək üçün həmin istilikxanaya getmiş, orada olan 3 ədəd su motorunu avtomobilin yük yerinə və salonuna qoymuş, onlar avtomobil ilə gələn zaman isə polis əməkdaşları onları saxlamışlar. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2022–ci ilin aprel ayının əvvəllərində axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 zəng edib yaşadığı evin qarşısına getmiş, Mehtini qapının ağzına çağırıb avtomobilinə benzin tökmək üçün 10 manat pul istəmiş, Mehti isə ona 10 manatının olmadığını, 6 manatının olduğunu deyib 6 manat pul vermiş, bu zaman Mehti ona Zəyəm–Cırdaxan kəndində yerləşən Daş Karxanasında dəmirlər olduğunu, həmin dəmirləri oğurlayıb pul əldə edə biləcəklərini demiş, onun da pula ehtiyacı olduğu üçün Mehtiyə heç bir etiraz etməmişdir. Onlar birlikə danışıb həmin günün səhərisi axşam saatlarında görüşüb birlikdə dəmirləri oğurlamağı qərarlaşdırmış, həmin günün səhərisi saat təxminən 21 radələrində qəsəbənin mərkəzində yerləşən çayxananın qabağında görüşmüş, Mehtiyə məxsus VAZ 2107 markalı avtomobilə əyləşib həmin karxananın yerləşdiyi yerə getmişlər. Onlar ətrafında heç bir çəpər və hasar olmayan, əvvəllər daş karxanası olmuş yerə çatdıqdan sonra orada böyük torba axtarmağa başlamış, bu zaman orada yerləşən balaca damın qabağında 3 ədəd un torbası tapıb həmin istifadə edilməyən daş karxanasında olan balaca dəmir hissələri həmin un torbalarına yığmağa başlamış, yığdıqları həmin dəmirləri Mehtinin avtomobilin yük yerinı qoymuş, həmin günün səhərisi saat 11 radələrində həmin dəmirləri Tovuz rayonu Dondarquşçu kəndində yerləşən tanımadıqları şəxsin metal qəbulu məntəqəsinə aparmış, onla oraya daxil olub orada dəmirlərinin olduğunu, satmaq istədiklərini demiş, orada olan bir nəfər yaşlı şəxs onlara yaxınlaşaraq satdıqları dəmirləri yük yerindən çıxarmaqlarını, həmin dəmirləri çəkmək lazım olduğunu demiş, onlar da avtomobilin yük yerində olan un torbalarını çıxarıb orada olan tərəzinin üstünə qoymuş, həmin 3 ədəd un torbasında olan dəmirləri çəkdikdən sonra dəmirlər ümumilikdə 150 kiloqram gəlmişdir. Həmin şəxs kiloqramına 40 qəpik olmaqla onlara ümumilikdə 60 manat pul vermiş, onlar avtomobilə əyləşib həmin pulu hər birinə bərabər şəkildə bölmüş, hər birinə ilk oğurluqlarından 30 manat pul çatmışdır. Onlar oğurladıqları dəmirləri satan zaman dəmir alan şəxs nə onlardan həmin dəmiri haradan əldə etməkləri barədə soruşmuş, nə də ki, onlardan şəxsiyyət vəsiqəsi tələb etmişdir. Onlar orada olan dəmirləri və avadanlıqları əvvəlcədən gördükləri üçün ilk dəfə oğurluq edən zamandan həmin avadanlıqları, orada olan dəmirləri yenə də gedib oğurlamaq niyyəti onlarda yaranmış, bu səbəbdən də ilkin etdikləri oğurluğun səhəri günü onlar yenə də həmin yerə getmiş, orada olan dəmirləri özləri ilə apardıqları un torbasına yığmağa başlamış, onlar həmin dəmirləri un torbasına yığdıqdan sonra həmin yerdə olan avadanlıqların motorlarının olduğunu görmüş, onlar oradan bu dəfə 3 ədəd həmin avadanlığın motorundan götürüb avtomobilə atmış, həmin günün səhərisi günü yenə də həmin dəmir alqı–satqısı məntəqəsinə getmiş, onlardan şübhələnməmələri üçün orada ancaq un torbalarında olan dəmir hissələri 60 manat pulun qarşılığında satmış, sonradan avtomobildə qalan digər 3 motoru satmaq üçün də yer axtarmış, bu səbəbdən də onlar həmin motorları metal qəbulu məntəqələrinə satmamaq qərarına gəlmiş, Mehti ona həmin motorları tez–tez yaşadığı evin qarşısına gələn avtomobillə metal alan şəxslərə satacağını demiş, bundan bir neçə gün sonra isə Mehti həmin motorları 320 manata satdığını bildirmiş, onlar həmin oğurluqdan əldə etdikləri ümumi 380 manat pulu da bərabər şəkildə bölmüşlər. İkinci dəfə oğurluq etdikləri günün səhərisi yenə də həmin daş karxanasına getmiş, oradan 3 ədəd un torbasına dəmir hissələri yığmış, həmin un torbalarını avtomobilin yük yerinə qoymuş, oradan həmçinin üzəri açıq olan aliminium naqilləri də götürüb avtomobilin yük yerinə qoymuş, onlar həmin güün səhərisi oğurladıqları metalları götürüb yenə də Tovuz rayonunda yerləşən metal alqı–satqısı məntəqəsinə getmiş, orada həmin dəmirləri yenə də 60 manat pulun qarşılığında, çəkisini xatırlamadığı aliminium naqilləri isə 70 manat pulun müqabilində satmış, sonradan onlar həmin əldə etdikləri pulları hər birinə bərabər düşəcək şəkildə bölmüşlər. Onlar əvvəlcədən razılaşdıqları qaydada həmin günün səhərisi yenə də daş karxanasına getmiş, oradan metal hissələr oğurlayıb un torbalarına yığmağa başlamış, torbalara yığdıqdan sonra oradan sonuncu dəfə oğurluq etməyi qərarlaşdırdıqları üçün ikinci dəfə oğurluq edən zaman götürdükləri motorlardan daha 2 ədədini götürüb avtomobilin yük yerinə qoymuş, onlar həmin günün səhərisi torbalarda olan dəmirləri 110 manat pulun qarşılığında Tovuz rayonunda satmış, motorları isə yenə də diqqət cəlb etməmək üçün avtomobillə metal yığanlara satmağa qərara almış, bundan iki gün sonra Mehti ona 2 ədəd motoru 205 manat pulun qarşılığında tanımadığı şəxsə satdığını demiş, onlar yenə də həmişə olduğu kimi əldə etdikləri 265 manat pulu bərabər şəkildə bölmüşlər. Onlar Mehti ilə bir müddət oğurluq etməmək qərarına gəlmiş, 19 may 2022–ci il tarixdə saat 19 radələrində Mehti ilə birlikdə, Mehtiyə məxsus avtomobillə Kür çayının kənarına balıq tutmaq üçün getmiş, oradan qayıdan zaman Mehtinin avtomobilində nasazlıq olduğu üçün onlar dayanmış, avtomobilin mühərriki üçün su axtarmış, Mehti orada yerləşən istilikxanaya gedib qayıtdıqdan sonra su tapmadığını, orada heç kimin olmadığını, lakin orada 3 ədəd böyük su motorunun olduğunu demiş, onlar oradan oğurluq etmək qərarına gəlmiş, istilikxananın çöl hissəsində olan motorların yanına getmiş, oradan bir ədəd artezan motoru, bir neçə metr elektrik naqili və 1 ədəd akkumlyator götürmüş, həmin metalları Mehtinin avtomobilinə qoyub oradan getmiş, Mehti həmin günün səhərisi tanımadığı dəmir yığanlara ümumilikdə 140 manat pulun müqabilində satdığını demiş, onlar oğurluq etdikləri günün səhərisi günü yenə də oğurluq etmək üçün həmin istilikxanaya getmiş, orada olan 3 ədəd su motorunu avtomobilin yük yerinə və salonuna qoymuş, avtomobillə gələn zaman isə polis əməkdaşları onlar saxlamışlar. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur, Şəmkir rayonu Bayramlı kəndində yerləşən icarə əsasında 1 hektar 70 sot sahədə istilikxana qurub orada əkin işləri aparır. O, gündəlik olaraq həmin istilikxanaya gedib oraya nəzarət edir, sonuncu dəfə 14 may 2022–ci il tarixdə həmin istilikxanaya gedən zaman orada olan bütün motorlara, avadanlıqlara baxmış, bu zaman bütün avadanlıqların yerində olduğunu görmüş, həmin vaxtdan sonra hər gün istilikxanaya getsə də orada olan su motorlarına, artezian motorlarına, akkumlyatorlara baxmamış, 21 may 2022–ci il tarixdə gecə saatlarında ona həmin istilikxanadan oğurluq olduğu məlum olduğu üçün həmin tarixdə səhər saatlarında istilikxanaya getmiş, bu zaman ona 14 may 2022–ci il tarixdən 21 may 2022–ci il tarixə qədər olan müddətdə həmin istilikxanadan 3 ədəd 4 fazalı,su motorlarının, 2 ədəd su motorlarının, 1 ədəd işlənmiş vəziyyətdə olan artezian motorunun, 2 ədəd akkumlyatorun, təxminən 200 metr uzunluğunda elektrik naqillərinin oğurlandığı məlum olmuşdur. Bundan sonra polisə şikayət etmiş və ibtidai araşdırma zamanı oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən “Zəyəm” daş karxanası adlanan karxananı 2014–cü ildən işlətməyə başlamış, həmin karxana 2006–cı ildən onun istifadəsinə verilsə də, həmin vaxt karxananın avadanlıqları yararsız vəziyyətdə olduğundan uzun müddət həmin karxananı işlədə bilməmiş, orada yerləşən aparatların hamısı Sovet dövrünün aparatları olmuş, həmin aparatların motorlarını, avadanlqılarını tam olaraq 2014–cü ildə yığa bilmiş, həmin avadanlıqları tamamladıqdan sonra 2014–cü ildə həmin karxananı işlətməyə başlamış, 2018–ci ildən isə həmin karxananın fəaliyyəti dayandırılmış və həmin vaxtdan karxananı işlətməmişdir. Bəzi səbəblərdən də karxana nəzarətsiz qalmışdır. 2022–ci ilin aprel ayında karxanaya gedən zaman orada karxananın avadanlıqlarının, motorlarının, elektrik naqillərinin, dəmir hissələrin yerində olmadığını görmüş, oraya baxış keçirən zaman 400 kiloqram dəmirin, 300 metr uzunluğunda 4 mm diametrli, 2.5 vatlıq elektrik naqillərinin, 24 ədəd böyük motorun, 8 ədəd motorun, 4 ədəd orta ölçülü motorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra polisə şikayət etmiş və ibtidai araşdırma zamanı oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Tovuz rayonu, Dondarquşçu kəndində yerləşən icarə əsasında götürdüyü yerdə metal alqı–satqı məntəqəsi işlədir. Təxminən 2022–ci ilin aprel ayında adları ona sonradan məlum olan Mehti və Samir adlı şəxslər VAZ 2107 markalı avtomobillə metal qəbulu məntəqəsinə gəlib Tovuz rayonu, Bayramlı kəndində yaşadıqlarını, metal yığıb Gəncə şəhərində satdıqlarını, qiymətdə onunla razılaşdıqları halda həmin metalları ona sata biləcəklərini demiş, o, həmin şəxslərə qiymət ilə bağlı söhbət etmiş, yekunda həmin şəxslərə dəmirin kilosunu 40 qəpik pul qarşılığında alacağı ilə bağlı razılaşmış, bundan sonra həmin şəxslər ilk dəfə gəldikləri avtomobillə bir neçə gündən bir təxminən 4–5 dəfə onun yanına gəlib avtomobilləri ilə gətirdikləri dəmir metalları ona satmışlar. O, xatırlamadığı qədəri ilə həmin şəxslər hər dəfəsində ona 250–400 kiloqram aralığında dəmir hissələr gətirirmiş, o, ümumilikdə həmin dəmir hissələrin qarşılığında təxminən 700–800 manat pul vermiş, bundan başqa həmin şəxslər həmçinin bir dəfə ona xatırlamadığı çəkidə aliminium naqil də gətirmiş, o, həmin vaxt naqilin qarşılığında neçə verdiyini xatırlamamış, həmin şəxslər tez–tez ona dəmir gətirdikləri üçün hətta o, bir dəfə həmin şəxslərdən metalların oğurluq olub–olmamasını soruşmuş, həmin şəxslər isə ona metalların oğurluq olmadığını, müxtəlif yerlərdən alıb ona satdıqlarını demişlər. O, metal alan zaman həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etməmişəm, bifr dəfə telefonla avtomobilin şəklini çəkmiş, onun həmin dəmirlərin oğurluq olmasından məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən daş karxanasına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən istilikxanaya baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023–cü il tarixli, 9/3696 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus oğurlanan əşyaların dəyərləri aşağıdakı kimidir.

1. SSRİ dövlətində istehsal edilmiş, daş kəsən aparatlara aid 8 KW olan mühərrik bir ədədinin qiyməti 400 manat, 14 ədəddinin qiyməti 5.600 manat;

2. Daş kəsən aparatlara aid 30 KW olan mühərrik 1 ədədinin dəyəri 1.500 manat, 10 ədədinin dəyəri 15.000 manat;

3. Həmin daş kəsən aparatlara aid dəmirin bir kiloqramının dəyəri 0.5 manat, 400 kiloqramının dəyəri 200 manat;

4. mm diametr ölçüdə olan mis naqil bir metrinin dəyəri 0.5 manat, 300 metrinin dəyəri 150 manat; Zərərçəkmiş şəxs1 məxsus oğurlanan əşyaların dəyərləri aşağıdakı kimidir.

1. 4 fazalı 2020–ci il istehsallı “Lowara” markalı 11 kW su nasosunun 1 ədədinin dəyəri 1.100 manat, 3 ədədinin dəyəri 3.300 manat;

2. 3 mm diametrində olan mis naqilin bir metrinin dəyəri 0.4 manat, 200 metrinin dəyəri 80 manat;

3. “Yuasa” markalı, 2021–ci il istehsallı 24 voltluq Kamaz Akkumlyatoru 1 ədədinin dəyəri 100 manat, 2 ədədinin dəyəri 200 manat;

4. “Bramex” markalı, 2021–ci il istehsallı 8 kW su nasosu 1 ədədinin dəyəri 800 manat, 2 ədədinin dəyəri 1.600 manat;

5. 2017–ci il istehsallı subartezian quyusunun nasosu 1 ədədinin dəyəri 500 manat. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 isə məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zəyəm qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Zəyəm qəsəbəsində yaşayır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009–cu il təvəllüdlü Müjgan, xx.xx.2011–ci il təvəllülü Aydan və xx.xx.2017–ci il təvəllüdlü Elmir adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012–ci il təvəllüdlü Nigar, xx.xx.2015–ci il təvəllülü Nilay və xx.xx.2022–ci il təvəllüdlü Adəm adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Həmçinin, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxslərin cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez–tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pocucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsi zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq–aydın qeyri–adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017–ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X3 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13–cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini töpətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub–olmamasma aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir–birilə əlaqəli halda qiymət verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 may 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 26 may 2022–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 24 may 2022–ci il tarixdən hesablanmışdır. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2022–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 24 avqust 2022–ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 26 may 2022–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 24 may 2022–ci il tarixdən hesablanmışdır. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2022–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 24 avqust 2022–ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 03 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən cəza müddətinin hesablanması vəcəzanın hesaba alınması zamanı hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlandığı 03 ay müddəti nəzərə alaraq hesab edir ki, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 06 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 24 may 2022–ci il tarixdən 16 iyun 2022–ci il tarixədək həbsdə, 16 iyun 2022–ci il tarixdən 24 avqust 2022–ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay müddət CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 24 may 2022–ci il tarixdən 14 iyun 2022–ci il tarixədək həbsdə, 14 iyun 2022–ci il tarixdən 24 avqust 2022–ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay müddət CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar