Məhkəmə qərarları › İş №1(076)-266/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-266/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-266/2023 23.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 28 avqust 1980-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində ictimai yer hesab olunan Şəmkir rayon Mərkəzi Xəstəxanasının dəhlizində, 216 nömrəli xidməti iş otağında, həmçinin həmin otağın giriş hissəsində heç bir əsaslı səbəb olmadan Şəmkir rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Zərərçəkmiş şəxs2 qızı ilə kobud davranaraq onu qəsdən əlləri ilə vurub sol təpə-gicgah nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılıqlarına və xəstəxananın iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etmiş, bu zaman qanunsuz əməllərinə görə onu nizam-intizama dəvət edən və ictimai qaydanın pozulmasının qarşısını alan Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Zərərçəkmiş şəxs1 qanuni tələblərinə əməl etməyərək sonuncuya qarşı müqavimət göstərib qəsdən əlləri və ayaqları ilə vuraraq ona döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında yumşaq toxumaların şişkinlik, qançır və ağrı halında əzniyi yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin qarının ön divarının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, O, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Anası Gülpərinin gözlərində problemi olduğundan hadisədən təxminən bir il əvvəl Gəncə şəhərində əməliyyat olunmuşdur. Əməliyyatdan sonra yenidən gözlərində problem yaranmışdır. Ona görə də anasının gözlərini müayinə elətdirmək üçün anası ilə birlikdə 12 iyul 2023-cü il tarixdə Şəmkir rayon Mərkəzi Xəstəxansına getmişlər. Birinci mərtəbədə qeydiyyat şöbəsindən göz həkimi işləyən Samirə xanımın yoxlanışına 22-ci sıra nömrəsi olan çek almışlar və 126 nömrəli otağın qarşısına getməklərini demişlər. Anası ila birlikdə 126 nömrəli otağının qarşısına getmişlər. Onlar oraya çatdıqdan sonra tibb bacısı çölə çıxaraq orada olan xəstələrin əllərindəki sıra nömrələrini almışdır. O, isə həmin vaxtı qapının arxasında dayanmışdır. Həmin vaxtı anasının səsini eşitmiş və anasının tibb bacısının növbəsiz kənar şəxsi içəri buraxmasına etiraz etməsini görmüşdür. Anası həmin tibb bacısına irad bildirdikdə tibb bacısı anasına “get kimə istəyirsən şikayət et” deyə cavab vermişdir. Sonradan adının İnci həkim olduğunu bildiyi həkim anası ilə mübahisə edərək anasını itələməsini zən etmişdir. O, bundan bərk əsəbləşmiş və özündə olmamış, hərəkətlərini idarə edəbilməmiş, anasını itələyən İnci həkimin bədən nahiyyəsindən təpiklə vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər onu sakitləşdirərək çölə çıxartmışlar. O, da anası ilə birlikdə oradan çıxaraq xəstəxananın çıxışına doğru getmişdir. Xəstəxananın çıxışında isə mühafizəçi qadın onun getməyinə mane olmağa çalışmışdır. O, ona fikir vermədən xəstəxanadan çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır və əsəbi olduğu üçün özünü cilovlaya bilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızından üzr istəmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını nəzərə alaraq ona məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Şəmkir rayon mərkəzi xəstəxanasında oftomoloq həkim işləyir. Onun iş otağı X4 ikinci mərtəbəsində poliknika şöbəsində 216-cı otaqdadır. Onunla birlikdə həmin otaqda digər həkim oftomoloq Şahid2 oturur. Şəhid ailələri, müharibə veteranları və qazilər növbəsiz şəkildə qəbul olunur. 12 iyul 2023-cü il tarixdə səhər 9 radələrində Samirə həkimlə o, birlikdə müayinəyə gələn xəstələri qəbul etmişlər. Otaqda olan tibb bacısı Zemfira xəstələrin növbəli şəkildə qəbul edilməsinə nəzarət etmişdir. Saat təxminən 10:30 radələrində bir nəfər oğlu ilə gələn yaşlı qadın növbəsiz içəri daxil olmaq istəmiş, lakin tibb bacısı ona növbəsini gözləməyi xahiş etmişdir. Həmin şəxs Samirə həkimin qəbuluna gəlmişdir. Qadının yanında orta yaşlı bir nəfər kişi olmuşdur. Lakin qadın Zemfiranın sözünə məhəl qoymadan uca səslə danışaraq bir çox şəxsləri növbəsiz qəbul etdiklərini deyərək onların ünvanlarına təhqiramiz sözlər demişdir. Zemfira ona öz növbəsində içəri daxil ola biləcəyini demiş, qapını örtmək istədikdə həmin qadının oğlu içəri daxil olaraq təhqiramiz sözlər deyərək Zemfiranı vurmaq istəmiş, lakin arxada olan tanımadığı şəxs onu saxlamışdır. O, həmin şəxlərə yaxınlaşaraq içəridə olan xəstələri narahat etməməyi xahiş etdiyində, kişi sərt şəkildə mübahisə edərək, onun qarın nahiyəsinə təpiklə vurmuşdur. Həmçinin onun və digər həkimlərin ünvanına təhqiramiz sözlər demişdir. Orada olan şəxslər həmin şəxsi anası ilə birlikdə çölə çıxartmışlar. Bundan sonra həmin şəxsin anasıda onların ünvanlarına təhqiramiz sözlər demişdir. Yaranmış səs küyə gələn şöbə müdiri Sevda xanım onları sakitləşdirmək istədikdə həmin şəxs Sevda xanımında telefonunu yerə salaraq zədələmişdir. Onlar həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək üçün dayanmağını bildirsələrdə anası ilə birlikdə oradan uzaqlaşıb getmişlər. Xəstəxananın həyətində isə mühafizəçi Şahid3 həmin şəxs saxlamaq istədikdə, həmin şəxs mühafizəçinidə təhqir edərək oradan uzaqlaşaraq getmişlər. Sonradan onlar müayinə üçün gələn şəxsin Dəllər qəsəbə sakini X1, onu təpik və yumruqla vuran şəxsin isə onun oğlu Arzu olmasını bilmişlər. Bu barədə polis şöbəsinə məlumat vermişlər, bundan sonra polis əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. Eyni zamanda baş vermiş hadisə barədə hadisəni görən iştirakçılarla birgə akt tərtib edərək polis şöbəsinə göndərmişlər. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək peşman olmasını bildirdiyindən, xəstə və qoca anası olduğundan ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd Təqsirləndirilən şəxs məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərdi ki, o, Şəmkir mərkəzi xəstəxanasında poliknika şöbəsində tibb bacısı işləyir. Hal hazırda isə poliknika şöbəsində 216 otaqda oftomoloqlar İnci həkim və Samirə həkimin yanında işləyir. Həmin həkimlərə müraciət edən xəstələri növbə ilə həkimin müayinəsinə daxil olmalarını təmin etmişdir. 12 iyul 2023-cü il tarixdə yenədə qeyd etdiyi həkimlərlə birlikdə müayinəyə gələn şəxsləri qəbul etmişlər. Həmin vaxtı tanımadığı adının sonradan X6 olduğunu bildiyi bir yaşlı qadın gələrək növbəsiz otağa daxil olmaq istəmişdir. Xəstənin yanında orta yaşlı kişi olmuşdur. O, qadına növbəsiz daxil ola bilməyəcəyini bildirmişdir. Lakin qadın otaqdan çıxmaq istəməyərək, başqa şəxsləri növbəsiz içəri buraxdığını bildirmişdir. O, belə bir halın olmadığını ona başa salaraq otaqdan çıxartmışdır. Lakin az sonra qadın yenidən otağa daxil olaraq onunla mübahisə etməyə başlamış, o, isə onu çölə çıxararaq qapını örtmək istədikdə yanında olan sonradan oğlu olduğunu bildiyi Arzu adlı şəxs içəri daxil olaraq onun başına əli ilə vuraraq onu təhqir etməyə başlamışdır. Bu zaman arxadan onu kimsə çəkərək onun yenidən vurmasına mane olmuş, otaqda olan İnci həkim isə onlara sakit olmalarını bildirərək otaqdan çıxmağı xahiş etmişdir. Bu zaman oğlan İnci həkimin qarın nahiyyəsindən təpiklə vuraraq onların ünvanlarına söyüşlər söyərək təhqir etməyə başlamışdır. Ətrafda olan şəxslərlə və anası həmin oğlanı çölə çıxartmışlar. Onlar orada onların şəxsiyyətini dəqiqləşdirmək üçün saxlamaq istədikdə onların sözlərinə məhəl qoymamışlar. Həmçinin səs küyə gələn poliknika şöbəsinin müdiri Sevda xanım onları sakitləşdirmək istədikdə Sevda xanımın əlində olan telefonu yerə salaraq zədələmişdir. Bundan sonra isə barələrində təhqiramiz sözlər deyərək oradan uzaqlaşıb getmişlər. Onlar isə bu barədə polis şöbəsinə məlumat vermişlər. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək peşman olmasını bildirdiyindən, xəstə və qoca anası olduğundan ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd Təqsirləndirilən şəxs məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Tibb Universitetini bitirmişəm, 2000-ci ildən Şəmkir mərkəzi xəstəxanasında həkim kimi, 2019-cu ildən isə X4 Poliknika şöbəsinin müdiri vəzifəsində işləyir. Poliknika şöbəsi Şəmkir MRX-nin ikinci mərtəbəsində yerləşir. Poliknika şöbəsinə gələn xəstələr birinci mərtəbədə qeydiyyat şöbəsində qeydiyyatda keçdikdən sonra sıra nömrəsi götürərək növbə ilə hansı həkimin qəbuluna gəliblərsə müayinəyə gedirlər. 12 iyul 2023-cü il tarixdə saat təxminən 10:30 radələrində iş otağında olduğu zaman kolidorda səs küy olmasını eşidərək çölə çıxmışdır və poliknika şöbəsinin 216-cı otağının qarşısına kolidorda olan şəxslərin toplaşmasını görərək oraya yaxınlaşmışdır və bir nəfər orta yaşlı adının sonradan Arzu olmasını bildiyi şəxs və anası Gülpəri Əliyevanın otaqda olan tibbi bacısı və İnci həkimlə mübahisə etmələrini, əxlaqsız sözlərlə tibb işçilərini təhqir etməsini görmüşdür. O, Arzu adlı şəxsə irad bildirərək sakitliyə dəvət etsə də onlar sakitləşməyərək, Arzu onun əlində olan telefonu vurub yerə salaraq zədələmişdir. Bundan sonra onlar onların şəxsiyyətini dəqiqləşdirmək üçün dayandırmaq istəsələr də onlar təhqiramiz sözlər deyərək xəstəxanadan çıxıb getmişlər. Onlar gedərkən xəstəxananın mühafizəçisi onları saxlamaq istəsədə onlar mühafizəçiyə qarşı kobudluq edərək təhqiramiz sözlər deyərək xəstəxandan çıxıb getmişlər. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsindən Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-2-ci vərəqlərində olan cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəs ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaq aparılması Şəmkir Rayon Polis X5 müstəntiqlərinə tapşırılmışdır. Cinayət işinin 8-10-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 döyüldüyü yeri göstərmiş və həmin yerə baxış keçirilərək şəkil çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 24-25-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 796№-li, 12 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər–döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi, qarının ön divarının qançırı KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 12 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, qarının ön divarının qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin 169-170-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 809 №-li, 13 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızının bədən səthində aşkar edilmiş xəsarət- sol təpə-gicgah nahiyəsinin qancırı KÜT əşyanın təsirindən törənmişdir, törəmə müddəti 12 iyul 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 129-131-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 12 oktyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 188-ci vərəqində olan Dəllər qəsəbə Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 152 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası və atası ilə birgə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. Cinayət işinin 189-cu vərəqində olan Dəllər qəsəbə Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində numayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin 190-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızı məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, islah işləri və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut olan hadisəni özündə əks etdirən video görüntülərin yazıldığı bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 11 (on bir) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 06 (altı) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut olan hadisəni özündə əks etdirən video görüntülərin yazıldığı bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar