Məhkəmə qərarları › İş №1(076)-268/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-268/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-268/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanun nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Qazaxıstan respublikası, Manqişlaq vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: 11 iyun 2025-ci il tarixdə saat 12:45 radələrində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncunun mobil telefonla danışan zaman təhqir edici sözlər işlətməsinə görə Təqsirləndirilən şəxs irad bildirməsi səbəbindən baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə sillə ilə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sağ yanağın yumşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, 11 iyun 2025-ci il tarixdə saat 12:45 radələrində ünvan 2 ünvanında qayınatası Qəzənfərin evinin həyətində nahar edən zaman İlqarın mobil telefonda kiməsə təhqir edici sözlər işlətməsini görmüşdür. O, İlqara təhqir edici sözlər işlətməsinə görə irad bildirən zaman İlqar yaxşı etməsini deyib ona kobud cavab qaytarmışdır. Buna görə onların aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, əli ilə bir neçə dəfə İlqarın sifətinə vurmuş, sonra əli ilə İlqarın qulağından tutub dartmışdır. Onu arvadı Lalə sakitləşdirib aralamışdır. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11 iyun 2025-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yaşadığı evdə mobil telefonla danışan zaman zarafat əsnasında təhqir edici sözlər işlətmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşıb təhqir edici sözlər işlətməsinə görə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Qoşqar təpiklə onun sifətinə, belinə, sonra isə yumruqla sifətinə, qulağına vurmuş, nəticədə o, sifətindən xəsarət almışdır. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş 12 iyun 2025–ci il tarixli 466 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qulaq tənəliyinin arxa səthinin sıyrıqları və sağ yanağın yumşaq toxumalarının dərialtı hematoması KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 11 iyun 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ yanağın yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ qulaq tənəliyinin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Şəmkir RİHB–nin Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan olan və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə yazdığı ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 12:45 radələrində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncunun mobil telefonla danışan zaman təhqir edici sözlər işlətməsinə görə Təqsirləndirilən şəxs irad bildirməsi səbəbindən baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə sillə ilə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sağ yanağın yumşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosuna vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 7 saat hüquqi yardıma görə 77 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 7 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 77 (yetmiş yetdi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar