Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-27/2023 01.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdən “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, 2022-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yabanı halda bitmiş tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 07 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 04 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə üzrə toplanmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin və şahid ifadələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2020-ci ildə həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyinə və narkotik vasitə saxladığına görə həbs olunmuşdur. 2021-ci ilin fevral ayında azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2021-ci ilin sentyabr ayında isə Apellasiya məhkəməsində işinə baxılaraq azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə həbs cəzası ilə əvəz edilmişdir. 2022-ci ilin mart ayının 5-də cəzasının sonu ilə azad olunmuşdur. Təxminən 10 ildən çox olar ki, narkotik vasitə olan marixuana qəbul etmişdir. Çox vaxtı özü həyətyanı sahədə narkotik tərkibli birkilər əkərək toplayıb qəbul etmişdir. 2022-ci ilin mart ayında həbsdən çıxdıqdan sonra həyətyanı sahəsində narkotik tərkibli bitkilərin bitməsini görmüşdür. Həmin bitkilər əvvəllər əkdiyi birkilərdən tökülmüş toxumlardan bitmişdir. Bitmiş bitkilərin bir çox hissəsini yolub atsada 7 ədədini saxlamışdır. Həmin bitkilərdən özü qəbul etmək üçün marixuana əldə etmək istəmişdir. Ona görə də həmin bitkilərin böyüməsi üçün mütəmadi olaraq qulluq edərək suvararaq qulluq etmişdir. Yaşadığı evdə yaşlı atalığı Telmanla birlikdə olmuşdur. Arvadı isə övladları və nəvələri ilə birlikdə Bakı şəhərində olmuşdur. Atalığı isə yaşlı olduğundan həyəti gəzib baxa bilməmiş, ona görə də atalığının onun əkdiyi bitkilərdən xəbəri olmamışdır. 04 avqust 2022-ci il tarixdə günorta saatlarında o, işləri ilə əlaqədar evdən çıxıb getmişdir, saat təxminən 22 radələrində evə qayıtdığında atalığı Telman ona saat 20 radələrində polis əməkdaşlarının onlara gəldiyini, əkdiyi narkotik tərkibli bitkiləri aşkar edərək apardıqlarını bildirmişdir. Ona görə də polis əməkdaşlarının onu axtaracaqlarını bildiyindən o, könüllü olaraq Şəmkir rayon polis şöbəsinə gəlmiş və həyətdən aşkar olunmuş bitkiləri özü əkdiyini bildirmişdir. Bundan sonra ona müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş, o, müdafiəçi tutmaq üçün imkanı olmadığını bildirmişdir. Bundan sonra dövlət hesabına müdafiəçi dəvət olunduqdan sonra fasiləsiz videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunsuz heçnə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, narkotik tərkibli bitkilərə özü qəbul etmək üçün narkotik vasitə əldə etməkdən ötrü əkmiş, buna görə ona köməklik edən hər hansı şəxs olmamış, kimsənin onun həyətində narkotik tərkibli bitkilər bitməsini bilməmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində xəstə atasının olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 avqust 2022-ci il tarixdə ona Şəmkir şəhər Gənclik küçəsi ev 36-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat daxil olmuşdur. Həmin tarixdə Şəmkir RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları əməliyyat müvəkkili Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindən narkotik tərkibli çətənə bitkiləri əkməsini aşkar etmişdir. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 20 radələrində baş X7un iştirakı ilə baxış keçirmək üçün bir nəfər mütəxəssis aqronom dəvət etdikdən sonra ona hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs həyətinə daxil olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs evdə olmadığından atalığı Şahid4 razılığı və iştirakı ilə həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərin əkilməsi müəyyən olundu. Həmin yerdə hündürlüyü 40 santimetrdən 239 santimetrədək olan 07 ədəd çətənə bitkisi olmuşdur. Həmin bitkilərin diblərinin torpağı boşaldılmış, suvarılmış, alaq otlarından təmizlənmişdir. Şahid4 həmin bitkiləri tanımadığını, əkilməsi barədə heç bir məlumatı olmadığını, oğulluğu Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etdiyini, ona görə də həmin bitkiləri Elşənin əkmiş olmasını bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin sahənin digər hissələrinə, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən şübhəli heç bir şey aşkar olunmamışdır. Həmin bitkilər kökündən çıxarılıb qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. X7 tərəfindən həyətyanı sahəyə baxış və onun nəticələrinə dair protokol yazılmış, o da həmin protokola imza etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək törətdiyi əməli etiraf edərək təslim olmuş və Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Bu barədə təqrtib olunmuş protokolla tanış olduqdan sonra imzalarla təsdiq etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etdilər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, xəstə olduğundan ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərilmişdir ki, hal hazırda təqaüdçüdür. Barəsində soruşulan Təqsirləndirilən şəxs onun oğulluğudur. Yaşının az vaxtından o, Elşənə atalıq etmişdir, Elşənin hər bir problemlərinə o baxmışdır. Elşənin anası vəfat etdikdən sonra da hər ikisi bu günədək Şəmkir şəhəri Gənclik küçəsi 36 nömrəli evdə yaşamışlar. Elşən bir neçə il əvvəl narkotik vasitələrin istifadəsinə və əkməsinə görə həbs olunmuş və 2022-ci ilin əvvəllərində həbsdən çıxaraq evə gəlmişdir. Elşən gəldikdən sonra müxtəlif işlərdə fəhlə işləmiş və eyni zamanda yaşlı olduğundan ona baxmışdır. Onun yaşı çox olduğundan çox hərəkət edə bilməmişdir. 04 avqust 2022-ci il tarixdə günorta saatlarında Elşən işi olduğunu axşama gələcəyini bildirərək getmişdir. Saat təxminən 20 radələrində o, evdə tək olduğunda onlara polis əməkdaşları gələrək Elşəni soruşmuşlar. O, Elşənin öz işi ilə bağlı getdiyini, hal hazırda evdə olmadığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları Elşənin narkotik tərkibli bitkilər əkdiyini, narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının həyətyanı sahəyə baxış keçirməsinə etiraz etməmişdir. Polis əməkdaşları həyətyanı sahəyə baxdıqları zaman həyətin arxa tərəfində narkotik tərkibli bitkilər aşkar etdiklərini bildirmişlər. Daha sonra aqronom mütəxəsislə təhqiqaatçı gələrək həyətyanı sahəyə baxış keçirdikləri zaman həyətyanı sahədən 7 ədəd narkotik tərkibli bitki aşkar edərək həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu bildirmişlər. O, həmin bitkilərdən heç bir məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları videoçəkiliş vasitəsi ilə yeddi ədəd bitkini kökündən çıxararaq götürmüş, bu barədə protokol tərtib olunduqdan sonra oda protokola imza etmişdir. Polis əməkdaşları getdikdən bir qədər sonra Elşən evə gəlmişdir. Həmin vaxtı o, Elşənə polis əməkdaşlarının gəldiyini və 7 ədəd narkotik tərkibli bitki aşkar edərək götürdükdlərini, eyni zamanda Elşəni axtardıqlarını bildirmişdir. Bundan sonra Elşən polis şöbəsinə gedəcəyini bildirərək evdən getmişdir. O, sonradan Elşənin narkotik tərkibli bitkilər əkdiyindən pois əməkdaşları tərəfindən həbs olunmasını eşitmişdir. İki gün sonra isə polis əməkdaşları Elşəni evə buraxmışlar. Elşən gəldikdən sonra o, bilmişdir ki, Elşənin deməsinə görə həmin bitkilər həyətyanı sahədə özü bitmişdir, Elşən həmin bitkilərin çoxunu yolub atmış, lakin yeddi ədədini özü narkotik vasitə əldə etməkdən ötrü saxlayaraq qulluq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsinə dair baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. xx.xx.2022-ci il tarixli aqronom (mütəxəsisin) X5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan, şəxsi axtarışın aparıldığı zamanı qeydə alınmış foto və vodeo görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkar edilmədi. xx.xx.2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüşdür. 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 06 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, X3 ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 16/925 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonu Morul yaşayış massivində yerləşən Şahid4 evinin həyətyanı sahəsində aşkar olunmuş narkotik tərkibli kollar” adalar və və imzalar olan baş – başa keçirilmiş sintetik kisədəki, sayış 7(yeddi) ədəd, ümumi təmiz çəkisi 8350 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəsisin) X5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə- narkoloji ekspertizası təyin edilmiş və 11 avqust 2022-ci il tarixli, 1171 saylı rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbiri müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki istixanadan aşkar olunaraq götürülmüş 07 ədəd çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və təqsirləndirilən şəxslə müdafiəçisi tanış olduqdan sonra Şəmkir RPŞ-nin məsul saxlancına verilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən xx.xx.2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən Təqsirləndirilən şəxs evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən xx.xx.2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar ifadəsinin düzgünlüyünün müəyyən edilməsi məqsədilə 15 oktyabr 2022-ci il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilərinin həyətyanı sahəsində bitdiyi yeri göstərməklə törətmiş olduqları cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərini hansı niyyətlə əkməsini müəyyənləşdirmək məqsədilə də Şəmkir RPŞ-yə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının 02 sentyabr 2022-ci il tarixli cavabı, eləcə də istintaq materialları ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinə özü qəbul etmək üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə aqrotexniki qaydada qulluq edərək yetişdirməsi müəyyən olunmuş, eyni zamanda narkotik vasitələrin satışı ilə məşğul olması, hər hansı bir şəxsə narkotik vasitə satması və ya verməsi müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1972-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “kannabioidlərin qəbulundan yaranan psixi və davranış. Kəskin intoksikasiya” diaqnozu ilə, xx.xx.2022-ci il tarixdən Şəmkir Rayon Mərkəzi X6 X1 şöbəsinin Narkoloji kabinetində qeydiyyatda dayanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Şəmkir Rayon Mərkəzi Xəstəxanası Narkoloji kabinetində qeydiyyatda dayanır. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs atalığı ilə birgə ünvan 4 ünvanda yaşayır. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 208 maddəsinin birinci hissəsi ilə təqsirli bilinib 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 263.2-ci madddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həmin cəza Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) gün bir günə bir gün hesabı ilə hesbalanmaqla təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İşdə olan Şəmkir rayon Mərkəzi Xəstəxana tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Şəmkir Rayon Mərkəzi Xəstəxanası narkoloji kabinetində qeydiyyatda dayanır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 8349.86 qram olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 8349.86 qram olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-27/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-27/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver