Məhkəmə qərarları › İş №1(076)-27/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-27/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-27/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1972-ci il tarixdə Şəmkir rayon, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunamamış, orta təhsilli, işsiz, evli, Şəmkir rayon, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az balıqtutan torlara aid edilən - sapının diametri 0,16 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgǝkli 1 qatli poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 80 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə 13 fevral 2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarının sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan, sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə rezin qayıqla Yenikənd su anbarına daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik taksaplı tordan istifadə edib, 13 fevral 2024-cü il tarixə saat 13 radələrinədək olan müddət arzində hər birinin dəyəri 33 manat olmaqla, ümumilikdə 660 manat dəyərində 20 ədəd sıf və hər birinin dəyəri 11 manat olmaqla, ümumilikdə 374 manat dəyərində 34 ədəd çapaq balıqlarını qanunsuz tutub, balıq ehtiyatlarına ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurduqdan sonra, həmin tarixdə saat 13:30-da Su NPİ-nin Şəmkir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd (hava vuran) nasos, sapının diametri 0,16 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 80 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd tor, 20 ədəd sıf və 34 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarının sahilinə gəlmiş, orada özünə məxsus olan 01 ədəd rezin qayıqdan, 02 ədəd avardan və 01 ədəd rezin kombinezondan istifadə edərək su anbarına girdikdən sonra əvvəlcədən özü ilə götürdüyü 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan toru suda qurub təxminən saat 13:05 raddəsinə kimi gözləmişdir. Daha sonra toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda balıqlar tutduğunu görmüşdür. Həmin günü saat 13:30-da tutduğu balıqlarla birlikdə sahilə çıxarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarında torla balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları ona məxsus olan 01 ədəd rezin qayığı, 02 ədəd avarları, 01 ədəd nasosu, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan toru və istifadə etdiyi balıqovlama vasitələri ilə tutduğu balıqları götürmüşlər. Həmin vaxt polis əməkdaşları ondan götürdükləri balıqovlama vasitələrinə və tutduğu balıqlara video çəklişlə baxış keçirmişlər və baxış zamanı məlum olmuşdur ki, ümumilikdə 54 ədəd olmaqla 20 ədəd sıf və 34 ədəd çapaq balıqlarını tutmuşdur. Bundan sonra baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və həmin protokolu iştirak edən polis əməkdaşları və özü imzalamışdır. Həmin əməlinə görə hazırda əməlindən peşmandır. Ailə vəziyyətini nəzərə alaraq ona məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə saat 13 radələrində Su NPİ-nin Şəmkir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarında qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd rezin qayıt, 02 adad avar, 01 ədəd rezin kombinezon, 01 ədəd (hava vuran) nasos, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan tor, 20 ədəd sıf və 34 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat zərər dəymiş və Təqsirləndirilən şəxs dəymiş zərəri tam ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 13:30-da Şəmkir rayonu, Qaracəmirli kəndini istiqamətində Yenikənd su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd (hava vuran) nasos, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan tor, 20 ədəd sıf və 34 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 20 ədəd sıf ve 34 ədəd çapaq balıqlarını 01 ədəd rezin qayıt, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd (hava vuran) nasos, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan tor ilə Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarında tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarında balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13 fevral 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirən zaman Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində Yenikənd su anbarından şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 01 ədəd nasos (hava vuran), 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 80 metr, eni 3 metr olan tor, 20 ədəd sıf və 34 ədəd çapaq balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı X8 İdarəsinin Ətraf Mühitin Mühafizəsinin bioloji Resurslara nəzarət qrupunun qrup rəhbəri tərəfindən verilmiş rəydən görünür ki, təqdim edilmiş balıqlardan 20 ədədi sıf, 34 ədədi çapaq balığı olmaqla bioloji əlamətlərinə görə həmin balıqlar axçalı balıqlar növünə aiddir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1061 saylı rəyindən görünür ki, "Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün" dairəvi möhür əks olunan "...Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd tor: təhqiqatçı-Orxan Həsənov-imza" yazı əlavəsi olan polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri - 0.16 mm, dəliklərinin daxili ölçüsü 40 x 40 mm, 1 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-21/2-153/2023 saylı məktubundan görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2021-ci il tarixli 119 nömrəli qərarına əsasən qanunsuz ovlanmış balıq və digər su bioloji resurslarına görə 1034,00 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Şəmkir Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəza təyin edilməklə CM-nin 41-ci maddəsinə əsasən 03 il şərti sınaq müddəti verilmişdir. Bundan başqa Şəmkir rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 106-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs "Novruz Bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli qərarının 1.5-ci bəndi tətbiq edilməklə məhkəmənin 1(001)-128/08 saylı xx.xx.2008-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 2 ay 6 gün müddətinə islah işləri cəzasını çəkməkdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Su NPİ-nin İB-də Təqsirləndirilən şəxs barəsində qanunsuz balıq ovu ilə bağlı ********* saylı material üzrə Azərbaycan Respublikası CPMnin 40.2-ci və Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB-nin Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla ailə üzvləri arvadı X4, oğlu X5 və oğlu X6 ilə birlikdə həmin kənddə yaşayır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 21319 saylı ödəniş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına dəymiş 1034 manat zərəri tamamilə ödəmişdir. Cinayət işinin materiallarında olan “Respublika Psxiatriya Xəstaxanası” Publik Hüquqi şəxsin xx.xx.2024–cü il tarixli 2210 saylı məktubundan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiuyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı qeyd olunan xəstaxanada müalicə olunmayıb. İş materiallarına əlavə edilmiş X3 verilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X5 “Cəsur döyüşçü” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisələrinin və cinayətlərin tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233- 1.1 və 256.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 233-1-ci maddəsinə əsasən “Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsinə əsasən Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsinə əsasən özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov vəqeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM–in 233-1.1 və 256.2.2–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu X5 “Cəsur döyüşçü” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs isnad olunan Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə, 256.2.2-ci maddəsinin sanskiyasında isə cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 233-1.1 v 256.2.2 maddələrinin sanksiyasında nəzərdə tutulan həddə, azadlıqdan məhrum etmə cəzası təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olubolmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də ona təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın çərti hesab edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da onlar əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişlər. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamış və o hazırda təyin edilmiş cəzaları real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Su NPİ-nin saxlanca verilmiş sapının diametri 0,16 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 80 metr, eni 3 metr olan, aşıq yaşıl rəngli 01 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 240 manat manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Su NPİ-nin saxlanca verilmiş sapının diametri 0,16 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 80 metr, eni 3 metr olan, aşıq yaşıl rəngli 01 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 154 manat (yüz əlli dörd manat manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar