Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-270/2023 11.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistanın Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 12 sentyabr 2023-cü il tarixdə saat 17:35 radələrində Şəmkir rayonu Çənlibel kəndində Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında sonuncunun tövləsinin yanmış şiferlərini Təqsirləndirilən şəxs vermədiyinə görə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona üst dodağın selikli qişasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotoşəkil və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qardaşıdır və münasibətləri yoxdur. Onların arasında mülk üstündə narazılıq var. Mübahisə etməmişdən təxminən 10 gün əvvəl yaşadığı evin yanında ata yurdunda olan qardaşı Tahirə məxsus ot bağlamaları yanmışdır. Ot bağlamaları yanan zaman küçəyə baxan divarın taxta hasarları yanmışdır. 12 sentyabr 2023-cü il tarixdə saat 17:35 radələrində ot bağlamaları yanan ata yurduna gedən zaman qardaşı Tahirin orada olmasını görmüşdür. O qardaşı Tahiri küçəyə çağırıb ona yanan taxtaların və şiferlərin yararsız hala düşməsini deyib Tahirə şiferləri küçəyə hasar kimi istifadə etmək istəmədiyini bildirmişdir. Tahir isə ona şiferləri pulla almasını, verməyəcəyini, başqa şəxsə verəcəyini demişdir. Tahir ona şiferləri vermədiyinə görə onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı o əlilə onun sinəsindən tutub əli ilə Tahirin sifətinə iki dəfə sillə vurmuşdur. Onların mübahisə etməsini görən həmkəndlisi Şaka ləqəbli şəxs onları sakitləşdirib aralamışdır. O mübahisə olmaması üçün oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı Tahir onun barəsində polisə şikayət etmişdir. Hazırda əməlindən peşiman olmasını, heç bir yerdə işləməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq ona ictimai işlər növündə yüngül cəzə təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla normal münasibəti yoxdur. Onların arasında mülk üstündə narazılıq var. Abdulla onu ata yurdundan çıxarmışdır. 12 sentyabr 2023-cü il tarixdə saat 17:35 radələrində Şəmkir rayonu Çənlibel kəndinə yaşadığı evə gəlmişdir. Yaşadığı evdə olan zaman qardaşı Abdulla onu evdən küçəyə çıxarmışdır. Küçədə olan zaman o ona yanmış şiferlərin ona məxsus olmasını demişdir. Abdulla isə şiferlərin özünə məxsus olmasını deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Abdulla əli ilə onun boğazından tutub iki dəfə yumruqla onun sifətinə vurmuşdur. Onları Şaka ləqəbli həmkənlisi sakitləşdirib aralamışdır. O mübahisə olmaması üçün onun yanından uzaqlaşmış, sonra bu barədə polisə müraciət etmək qərarına gəlmişdir. Hazırda o, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs olan qardaşı Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarışı şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid ifadəsindən görünür ki, kənd arasında onu Şaka ləqəbi ilə tanıyırlar. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 12 sentyabr 2023-cü il tarixdə saat 17:35 radələrində Şəmkir rayonu Çənlibel kəndində olan zaman Abdulla ilə Tahirin mübahisə etməsini görmüşdür. O onların yanına gedib Abdullanı sakitləşdirib aralamışdır. Sonradan ona məlum oldu ki, Tahir Abdullanın barəsində polisə şikayət edib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N. Ə.Sadıqovun xx.xx.2023-cü il tarixli 1084 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- burun yəhərinin qançırı və üst dodağın selikli qişasının əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 12 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə bu xəsarət üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, burun yəhərinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət oldutr üçün ağırlıq dərəcəmi təyin edilmir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs onu döydüyü yeri əyani olaraq göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadəsini imalayaraq təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışıb vurulmuş zərəri aradan qaldırdığına görə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Çənlibel kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından və xasiyyətnamədən görünür ki, İsmayılov X1 daimi qeydiyyatda olmaqla yaşayır və yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE 12891560 və AZE 12891564 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Səma və xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqları vardır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinə görə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini, təqsirləndirilən şəxsin xahişini və daimi işinin olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ictimai işlər cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-270/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-270/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver