Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-272/2023 15.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistanın Vardenis rayonu, Aşağı Şorca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 11 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində fərdi yaşayış evinin içərisində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun aldığı balıqları Zərərçəkmiş şəxs bişirməməsinə görə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri və ayağı ilə arvadı Zərərçəkmiş şəxs boyun və ayaq nahiyələrinə vuraraq ona boyunun sağ yan səthinin, sol baldırın orta üçdə birinin ön səthinin qançırları, həmçinin əlində olan mobil telefonla baş nahiyəsinə vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən ümumilikdə qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır, 2020-ci ildən etibarən evlidirlər, birgə evlilikdən 2 övladları vardır. Aralarında normal münasibətlər vardır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində balıq alaraq yaşadığı evə gətirmiş və Yeganəyə axşama bişirməsini demiş və evdən çıxaraq tanışının evinə getmişdir. Orada yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmiş, evə girdikdə Yeganədən balığı bişiribbişirməməsini soruşmuşdur. Yeganə vaxtı olmadığını və azyaşlı qızına baxdığını demişdir. O da onun bu sözündən əsəbləşib ona qarşı nalayiq ifadələr işlətmiş, aralarında mübahisə yaranmışdır. O əli ilə Yeganənin sifət nahiyəsindən vurmuş, boğazından tutaraq sıxıb itələmiş, təpiklə vurmuşdur. Yeganə otaqdan çıxaraq çölə qaçmaq istəyəndə əlinə götürdüyü mobil telefonla baş nahiyəsinə vurub xəsarət yetirmişdir. Yeganə də azyaşlı uşağını götürüb çölə çıxmışdır. Bir qədər sonra isə polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə getməsi üçün dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmiş, bir ailə olaraq bir yerdə yaşayırlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, evdar qadındır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir, onunla 2020-ci ildə evlənmişlər, birgə nikahdan 2 övladları vardır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində birgə yaşadıqları evdə olarkən əri Təqsirləndirilən şəxs sərxoş halda yaşadıqları evə gəlmiş, ondan niyə aldığı balıqları bişirmədiyini soruşub irad bildirmişdir. O da cavabında azyaşlı qızına baxdığını və buna görə bişirə bilmədiyini və indi bişirəcəyini demişdir. Tural da əsəbləşib yeməyəcəyini deyib, ona qarşı nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tural əli ilə sifət nahiyəsinə və təpiklə də ayaq nahiyələrinə vuraraq xəsarət yetirmiş və o yerə yıxılmışdır. Birtəhər yerdən qalxıb sürünərək otaqdan çıxdıqda, evin girişində Tural onu saçından tutub dartmış və əlində olan mobil telefonu ilə baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. O da Turalın əlindən çıxıb uşaağı götürüb evdən çölə çıxmış, qızı Türkana zəng edərək döyülməsi barədə məlumat vermişdir. Türkan da polisə məlumat verdikdən sonra, polis əməkdaşları yaşadığı evə gəlmişlər, döyülməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Hazırda Tural onunla barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, heç bir şikayət və tələbi yoxdur, bir ailə olaraq bir yerdə yaşayırlar. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 11 sentyabr 2023-cü il tarixdə saat 24 radələrində anası Zərərçəkmiş şəxs ona məxsus telefona zəng edərək əri Təqsirləndirilən şəxs birgə yaşadıqları evdə onu aralarında olan mübahisə zamanı döyüb xəsarət yetirdiyini demiş və polisə məlumat verməsini xahiş etmişdir. Bundan sonra nömrəsini bildiyi üçün Şəmkir rayon polis şöbəsinin daxili telefonuna zəng edərək anası Zərərçəkmiş şəxs döyülməsini bildirib təcili ünvanına polis əməkdaşlarının getməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 13 sentyabr 2023-cü il tarixli 1086 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- təpə nahiyəsinin əzilmiş yarası və boyunun sağ yan səthinin, sol baldırın orta üçdə birinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 11 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, boyunun sağ yan səthinin, sol baldırın orta üçdə birinin ön səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Şəmkir Rayon İHB-nın Dəllər-Cırdaxan kəndi İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində qeydiyatda olmaqla yaşayır. Şəmkir Rayon İHB-nın Dəllər-Cırdaxan kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. AA4673664 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağı var. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış, barəsində heç bir araşdırma materialı olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində fərdi yaşayış evinin içərisində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun aldığı balıqları Zərərçəkmiş şəxs bişirməməsinə görə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri və ayağı ilə arvadı Zərərçəkmiş şəxs boyun və ayaq nahiyələrinə vuraraq ona boyunun sağ yan səthinin, sol baldırın orta üçdə birinin ön səthinin qançırları, həmçinin əlində olan mobil telefonla baş nahiyəsinə vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən ümumilikdə qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 30 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 (otuz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-272/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-272/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver