Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-273/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin oğlunun sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2005-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu, Səməd Vurğun kəndində qeydiyyatda olmaqla Bakı şəhəti Binəqədi rayonu, Sumqayıt şosesi 2 ünvanında yaşayan, barəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Səməd Vurğun kəndində yerləşən Şahid2 yaşadığı evin həyətində təşkil olunmuş toy məclisində şəxsi münasibətlər zəminində, yəni həmkəndlisi Zərərçəkmiş şəxs araq dolu qədǝh uzadıb onunla araq içməyi təklif etməsi, lakin sonuncunun ona irad bildirməsi və ünvanına nalayiq sözlər işlədərək təhqir etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə onun bədəninin sol hissəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sol bazu oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə qeyd edilmiş ünvanda yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Barəsində şikayət etmiş Şəmkir rayon Səməd Vurğun kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxsla aralarında normal münasibətlər olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Ailə üzvləri Bakı şəhərində yaşayırlar, o, mütamadi olaraq Şəmkir rayonuna gəlib-gedir. Bir müddət əvvəl Şəmkir rayon Səməd Vurğun kəndində yerləşən nənəsi Şahid5 məxsus evdə yaşamışdır. 02 iyun 2024-cü il tarixdə nənəsi Şahid5 qonşuluğunda yaşayan Şahid2 öz evinin həyətində övladına kiçik toy məclisi təşkil etmiş, həmin gün saat 15 radələrindən etibarən həmin məclisdə iştirak etmişdir. O, kafedə pivə içdikdən sonra toy məclisinə getmiş, toyda isə öz yaşıdları ilə əylənib, həm də spirtli içkilər qəbul etmiş, toy məclisi davam edərkən yəni, təxminən saat 19 radələrində məclisdə az sayda adam qalmış, həmin vaxtı Zərərçəkmiş şəxs, Saşa və digər adlarını bilmədiyi şəxslər mağarın qarşısında yəni Raqifin evinin qarşısında masa arxasında əyləşib spirtli içki qəbul etmişlər. O, Mustafa və digərlərinin əyləşdiyi masaya yaxınlaşaraq araq dolusu qədǝh götürüb, Mustafaya tərəf uzatmışdır ki, araq içsin, lakin Mustafa onunla qədəhini toqquşdurmamış və kobud şəkildə "sən küçüksən, mən səninlə araqmı içəcəm" demişdir. Bu səbəbdən Mustafa ilə aralarında mübahisə yaranmış, mübahisə davam edərkən Mustafa onun ünvanına "varyox" söyüşü söymüş və sifətinə yumruq atmış, ancaq geri çəkildiyi üçün yumruq zərbəsi ona toxunmamışdır. O, Mustafanın söyüş söyməsindən və yumruq atmasından əsəbləşib, masanın üzərindəki mətbəx bıçağını götürüb Mustafanın sol qoluna vuraraq xəsarət yetirmiş, Mustafanı vurması nəticəsində bıçağın tiyəsi sınıb yerə düşmüş, bu zaman orada olan şəxslər onları aralamışlar. Hadisədən sonra uzaqlaşıb evinə getmiş, bir qədər sonra Raqifin şikayətinə görə gələn polis əməkdaşları onu Kür polis bölməsinə aparmışlar. O, hadisə vaxtı yalnız Zərərçəkmiş şəxsla mübahisə etmiş, ona nalayiq söyüş söydüyü üçün də bıçaqla vurub xəsarət yetirmiş, ancaq Mustafadan başqa heçkimi vurmamış, xəsarət yetirməmişdir. Hadisə cəmi 5 dəqiqə ərzində baş vermiş, onun Mustafanı öldürmək məqsədim olmamış, törətdiyi əməldən səmimi peşman olmuşdur. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayon Səməd Vurğun kəndində ailə üzvləri ilə birgə yaşayır, rəsmi olaraq "Azərişıq" idarəsində növbətçi mantyor vəzifəsində işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır. Onunla nə də ailə üzvləri ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 02 iyun 2024-cü il tarixdə günorta saatlarından etibarən həmkəndlisi Şahid2 övladına təşkil etdiyi toy məclisində iştirak etmiş, Şahid2 toy məclisini öz yaşadığı evin həyətində təşkil etmişdir. Həmin məclisdə Təqsirləndirilən şəxs da iştirak etmişdir. Qafar sərxoş halda oralarda hərlənmiş, sərxoş olduğu üçün də artıq əksik hərəkətlər etmişdir. Həmin gün saat 19 radələrində məclisin qurtarmağına az qalmış, toy mağarının qarşısında Vüsal, Saşa, İbrahim və digər şəxslərlə birgə masa arxasında əyləşib musiqiyə qulaq asarkan Təqsirləndirilən şəxs ona yaxınlaşıb, "gǝl gedək araq içək" demişdir. O, isə Təqsirləndirilən şəxs "oğlumdan on yaş balacasan, mənim tayım deyilsən, get tay tuşunla araq iç" demişdir. Lakin Qafar sərxoş halda onunla mübahisə etməyə başlamış, mübahisə davam edərkən bıçaq götürüb sol qol-çiyin nahiyyəsindən vuraraq xəsarət yetirmiş, orada olan şəxslər bıçağı götürmüş və Qafarı ondan aralamışlar. Ancaq Qafar onu vuranda bıçaq sınıb yerə düşmüş, o, stuldan qalxıb, evə daxil olmuş, qolunu yara bandı ilə sarımış, hadisə ilə bağlı məclis sahibi Şahid2 polisə müraciət etdiyi üçün polis əməkdaşları gəlmiş və onu izahat vermək üçün polisə dəvət etmişlər. O, hadisə barədə izahat vermiş, həm də həkim ekspert müayinəsindən keçmişdir. Qafar onu heç bir səbəb olmadan vurub xəsarət yetirmiş, yalnız Qafarla araq içməkdən imtina etmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermiş, məclisdə az sayda adam qalmış, orada kimlərin olduğunu və hadisəni kimlərin gördüyünü xatırlamır. O, Təqsirləndirilən şəxs döyməmiş, digər şəxslərin də Qafarı döyməsini görməmişdir. Lakin hadisədən sonra Vasif ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan 03 iyun 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 03 iyun 2024-cü il tarixli 483 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol bazu oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası iti kənarlı əyanın təsirindən törənmiş, törənmə müddətləri 02 iyun 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Səməd Vurğun kəndində yerləşən Şahid2 yaşadığı evin həyətində təşkil olunmuş toy məclisində şəxsi münasibətlər zəminində, yəni həmkəndlisi Zərərçəkmiş şəxs araq dolu qədǝh uzadıb onunla araq içməyi təklif etməsi, lakin sonuncunun ona irad bildirməsi və ünvanına nalayiq sözlər işlədərək təhqir etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə onun bədəninin sol hissəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sol bazu oynağının bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-273/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-273/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver