Məhkəmə qərarları › İş №1(076)-274/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-274/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-274/2025 14.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu Yeniabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmuş, Şəmkir rayonu Yeniabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq müəyyən olunmayan tarixdə Şəmkir rayonunun ərazisindən keçən Kür çayının sahilində yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin toxumlarını toplayaraq yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpağa basdırmaqla qanunsuz olaraq tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd, xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X32 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə saat 21:20 dəqiqədə Şəmkir rayon X32 polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı torpaq sahəsinin sağ tərəfində yerləşən ağac kollarının arasından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarların a görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİİ siyahısı (Tərkibində narkotik maddələr olan bitkilər) ilə müəyyən edilən əkib-becərilməsi qadağan olunmuş 12 (on iki) ədəd, xeyli miqdarda aqro-texniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayəti etiraf edib ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu, Yeniabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, doqquz övladı var, rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Təxminən bir ildir ki, narkotik vasitə istifadəçisidir, narkotik vasitənin marixuana növündən istifadə edir, başqa növündən istifadə etmir. Təxminən iki ay bundan əvvəl Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində balıq tutarkən çayın kənarında yabanı halda bitmiş çətənə kolu aşkar etmiş və həmin yabanı halda bitmiş çətənə kolunun toxumlarından yığaraq Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki kolların arasında çuxur qazaraq həmin toxumları oraya səpmişdir. Çətənə toxumlarının evinin həyətində əkilib becərilməsi məqsədilə qulluq edib həmin çətənə kollarını evinin həyətindən suvarıb və dızladaraq dərəqdar ehtiyacı olan vaxtlarda istifadə etmək məqsədilə yetişdirmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində Şəmkir rayonu, Yeniabad kəndində yaşadığı evdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. RPSnin Kür polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər, özlərini Şəmkir polis şöbəsindən təqdim edərək, gətirilməsini və tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə məşğul olub-olmadığını soruşmuşlar və onun evinə baxış keçirmişlər. Bundan sonra onun yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində aparılan prosessual hərəkətlər fasiləsiz videolentə alınmışdır. Üst baxışı zamanı daxil olmuşlar, həmin əməkdaşlar cibində və üzərində narkotik vasitə, psixotrop maddə və qanunda dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmadığını, həmçinin həyətyanı sahəsində əkilib-becərilməsi ilə məşğul olub-olmadığını soruşmuşlar və o, qanunla haldakı tərkibində narkotik maddələr olan çətənə bitkisi əkdiyini etiraf edərək həmin yeri polis əməkdaşlarına göstərmişdir. Bundan sonra onun iştirakı ilə videolentə alınmaqla, orada 12 (on iki) ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən çıxarılaraq götürülmüş və akt tərtib edilmişdir. Aşkar edilmiş çətənə bitkisinin kolları qısaya qapadılmış və möhürlənmiş, üzərinə imzalar çəkilmişdir. Bundan əlavə, yaşadığı fərdi yaşayış evinin otaqlarına baxış keçirilmiş, orada hər hansı qanunsuz əşya aşkarlanmayıb. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon X32 polis bölməsinə gətirilmişdir. Şəmkir rayon X32 polis bölməsində olan zaman təhqiqatçılara təqsirləndirilən ona hüquqlarının izah edildiyi, müdafiə hüququnun olması ilə əlaqədar, o, maddi imkanının olmaması səbəbilə vəkil təyin olunmasını xahiş etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısından seçilmiş, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmiş, hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmətini həyata keçirir. Şəmkir rayonunda yaşayan Təqsirləndirilən şəxs xidməti ilə əlaqədar tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplanması) barədə edilən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərara əsasən, onun rəhbərliyi ilə Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi, polis leytenantı X2, Şəmkir rayon X32 polis bölməsinin əməkdaşı, polis baş serjantı X4, Şəmkir rayon X32 polis bölməsinin sahə polisi nəfəri, polis baş serjantı Şahid3, Şəmkir rayon X32 polis bölməsinin PPX-nin polisi nəfəri, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan, alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat üzrə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli bilinmiş və onun üzərində və yaşadığı fərdi yaşayış evində yoxlama aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmadığı soruşulmuş, və olduğu halda təqdim etməsi tələb edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polisi nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. Baxış nəticəsində müəyyən edilib ki, Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində əkilib-becərilən narkotik tərkibli bitkiləri, narkotik vasitələri və ya üçün əlamətləri məlum ola biləcək digər əşyaları verməsi təklif edilib. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizli şəkildə əkib-becərdiyi çətənə kollarını göstərmiş, bundan sonra əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olması aşkar edilmişdir. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra onun tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri onun tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon X32 polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videoyazılıqla ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeniabad kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplaması) barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi, polis leytenantı X3, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 Süliddin oğlu, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3, Şəmkir rayon X32 polis bölməsinin PPX-nin polis nəfəri, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan, alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli olduğuna və bunun üçün də üzərində və yaşadığı fərdi yaşayış evində yoxlamalar aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polisi nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri, narkotik vasitələri və ya üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizlin şəkildə əkib-becərdiyi çətənə kollarının olmasını bildirərək həmin yeri əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olması aşkar edilmişdir. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon X32 polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videoyazılıqla ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Süliddin oğlu ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeniabad kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplaması) barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şəmkir rayon X32 polis bölməsinin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenant Şahid2, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi, polis leytenantı X1, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 Süliddin oğlundan, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3, Şəmkir rayon X32 polis bölməsinin PPX-nin polis nəfəri, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli olduğuna və bunun üçün də üzərində və yaşadığı fərdi yaşayış evində yoxlamalar aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polis nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri, narkotik vasitələri və ya üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizlin şəkildə əkib-becərdiyi çətənə kollarının olmasını bildirərək həmin yeri əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olmasını aşkar etmişlər. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Kür polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videoyazılıqla ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeniabad kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplaması) barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi, polis leytenantı X3, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 Süliddin oğlu və Şəmkir rayon X32 polis bölməsinin PPXnin polis nəfəri, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli olduğuna və bunun üçün də üzərində və yaşadığı fərdi yaşayış evində yoxlamalar aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polis nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri, narkotik vasitələri və ya üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizlin şəkildə əkib-becərdiyi çətənə kollarının olmasını bildirərək həmin yeri əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olmasını aşkar etmişlər. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon X32 polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videogörüntü ilə əməliyyat müvəkkili Şahid1 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplaması) barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 Süliddin oğlu, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3, Şəmkir rayon X32 polis bölməsinin PPX-nin polis nəfəri, polis serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli olduğuna və bunun üçün də üzərində və yaşadığı fərdi yaşayış evində yoxlamalar aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polis nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. əkiliş aparılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində olması ehtimal edilən narkotik tərkibli bitkiləri, narkotik vasitələri və iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizlin şəkildə əkib-becərdiyi çətənə kollarının olmasını bildirərək həmin yeri əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olmasını aşkar etmişlər. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq DİNin zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon X32 polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videogörüntü ilə əməliyyat müvəkkili Şahid1 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 polis bölməsinin PPX-nin polis nəfəri vəzifəsində, polis serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 07 iyun 2025-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi (əkməsi, yetişdirməsi, toplaması) barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon X32 polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon X32 polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şəmkir rayon X32 polis bölməsinin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon X32 polis bölməsinin sahə rəisi, polis leytenantı X3, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı X8, Şəmkir rayon X32 polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsində mütəxəssis qismində dəvət edilmiş ali təhsilli, Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan alim-aqronom Şahid8 Ziya oğlu iştirak etmişdir. 07 iyun 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məqsədilə Şəmkir rayonu, Yeniabad kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında onlar tərəfindən saxlanılmaqla, nəticədə narkotik vasitələr saxlamaqda və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə (əkməkdə, yetişdirməkdə, toplamaqda) şübhəli olduğuna və bunun üçün də üzərində və yaşadığı fərdi yaşayış evində yoxlamalar aparılacağını bildirmişlər. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə video çəkiliş aparılmaqla sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına baxış keçirilmişdir. Həmin vaxt sahə polis nəfəri Şahid3 tərəfindən fasiləsiz video çəkiliş aparılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə, evinin həyətyanı sahəsində olması ehtimal edilən narkotik tərkibli bitkiləri, narkotik vasitələri və iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ağac kollarının arasında gizlin şəkildə əkib-becərdiyi çətənə kollarının olmasını bildirərək həmin yeri əməliyyat tədbirinin iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə gedib evinin həyətyanı sahəsində qulluq olunmuş çətənə kollarının olmasını aşkar etmişlər. Tədbirdə iştirak edən mütəxəssis aqronom Şahid8 həmin kollara baxış keçirmiş, onların aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə şitilləri olduğunu təsdiq etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin çətənə şitilləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış, miqdarı sayılaraq, boyları ölçülmüş və 60–144 santimetr boylarında 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisinin şitili müəyyən edilmişdir. Həmin aşkar edilmiş çətənə bitkisinin şitilləri əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 117 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə və otaqlarına bir daha baxış keçirilmiş, lakin narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi və baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon X32 polis bölməsinə gətirmiş, aşkar edilmiş narkotik tərkibli çətənə şitillərinin qablaşdırıldığı 01 (bir) ədəd kisəni Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişlər. Həmin kisə təhqiqatçı tərəfindən videogörüntü ilə əməliyyat müvəkkili Şahid1 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yeniabad kəndində ailə üzvləri ilə birgə yaşayır. Evlidir, doqquz övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 07 iyun 2025-ci il tarixdə, 22 adələrində Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evində olan zaman Şəmkir rayon Polis şöbəsinin əməkdaşları əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evin həyətinə daxil olmuşlar, həmin vaxt o, övladları ilə birlikdə evin içərisində olmuşdur. Əri Təqsirləndirilən şəxs polis əməkdaşlarının nə ilə bağlı gəldiyini soruşduqda, əri polislərin yaşadıqları evin həyətyanı sahəsinə və otaqlarına baxış keçirəcəyini bildirmişdir. Bundan sonra polislər videoçəkilişlə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirmişlər, oradan çətənə kolları aşkar olunmuşdur və polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Fərdi yaşayış evinin otaqlarına baxış keçirilən zaman qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları əri Təqsirləndirilən şəxs özləri ilə birlikdə Şəmkir rayon X32 polis bölməsinə aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən və yaşadıqları evin həyətyanı sahəsində çətənə kolları əkməsindən xəbəri olmamışdır, bu barədə polislər tərəfindən həmin çətənə kolları aşkar olunan zaman məlumatı olmuşdur. 07 iyun 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman bir neçə ədəd çətənə kolları aşkar edilmişdir, lakin aşkar olunmuş çətənə kollarının sayı barədə dəqiq məlumatı yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirməsi, üstünü yoxlama və baxış keçilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən ağac kollarının arasında əkib-becərdiyi 12 (on iki) ədəd narkotik tərkibli çətənə kollarını təqdim etmiş, həmin kollara baxan zaman ilkin baxışdan narkotik tərkibli çətənə kollarına bənzər kollar olması müəyyən olunmuşdur. Həmin çətənə kollarının suvarılması üçün diblərinin torpağı boşaldılmış, suvarılmış və dibləri təmizlənmişdir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs həmin çətənə tərkibli bitki kollarının özünə məxsus olmasını, əkdiyini, becərdiyini və qulluq etməsini etiraf etdi. Bundan başqa Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarını qurudaraq özü çəkmək yolu ilə istifadə etməsini bildirdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 08 iyun 2025-ci il tarixli, 16/525 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 12 ədəd çətənə kolları” sözləri və imzalar olan kisədəki ümumi sayı 12 (on iki) ədəd, ümumi təmiz çəkisi 130 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (Qeyd: çətənə bitkisi 12 ədəd ümumi təmiz çəkisi-130 qram, tədqiqata istifadə olundu cəmi-0,24 qram (hər birindən 0.02 qr), qalıq-129,76 qr) “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və polisinin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X11 azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 25 iyun 2025-ci il tarixli, 1016 nömrəli rəyinin nəticə hissəsində məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu Yeniabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 aprel 2015-ci il təvəllüdlü X12, 7 avqust 2016-cı il təvəllüdlü oğlu X19, 12 sentyabr 2017-ci il təvəllüdlü oğlu X23, 02 oktyabr 2019-cu il təvəllüdlü qızı X10, 07 sentyabr 2020-ci il təvəllüdlü qızı X13, 31 avqust 2021-ci il təvəllüdlü qızı X14, 23 dekabr 2022-ci il təvəllüdlü qızı X20, 29 oktyabr 2023-cü il təvəllüdlü qızı X15 və 28 dekabr 2024cü il təvəllüdlü oğlu X16 adlı doqquz nəfər övladı var. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, 6 ədəd çətənə (kannabis) tərkibli bitkiləri əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq müəyyən olunmayan tarixdə Şəmkir rayonunun ərazisindən keçən Kür çayının sahilində yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin toxumlarını toplayaraq yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpağa basdırmaqla qanunsuz olaraq tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd, xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X32 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə saat 21:20 dəqiqədə Şəmkir rayon X32 polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən yaşadığı Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı torpaq sahəsinin sağ tərəfində yerləşən ağac kollarının arasından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİİ siyahısı (Tərkibində narkotik maddələr olan bitkilər) ilə müəyyən edilən əkib-becərilməsi qadağan olunmuş 12 (on iki) ədəd, xeyli miqdarda aqro-texniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–nin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Yeniabad kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs himayəsində 9 nəfər uşağı var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 12 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 187 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar- 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 12 (on iki) ədəd olan çətənə (kannabis) bitkisi məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X7, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 17 saat hüquqi yardıma görə 187 (bir yüz səksən yeddi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar