Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-276/2023 11.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Az.tv xəbər portalının direktoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Rafiq qızı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rafiq qızı 16 mart 2023-cü il tarixdə təxminən saat 17:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən 382-ci kilometrliyində “X7” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VOLKSWAGEN POLO markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək ön sağ oturacağı qarşıya itələməsi üçün diqqətini sükandan ayıranda avtomobilin idarəetmədən çıxaraq sağa yönəlməsi və bununlada arxadan gələrək eyni istiqamətdə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi Hyundai Santafe markalı **-BR-*** dövlət qeydiyat nişanlı avtomobilin ön sağ hissəsi ilə toqquşması nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının qançırı, sol 8-ci qabırğanın yerini tam dəyişmiş sınığı, 9-10-cu qabırğaların yerini minimal dəyişmiş sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, etibarnamə əsasında özünə məxsus olan “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 17:45 radələrində qeyd edilən avtomobili 70 km/saat sürətlə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə bir tərəfli yolla üzü Qazax şəhəri istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçəndə sağ ön oturacqda əyləşən sərnişinin oturacağını düzəltmək məqsədi ilə diqqətini sükandan ayırıb aşağı əyiləndə avtomboil idarəetmədən çıxaraq hərəkətdə olduğu sürətlə ilk əvvəl sağa doğru yönəlib torpaq ehtiyat hissənin üzərinə çıxmış, sonra isə qəflətən sola doğru yönələndə arxadan eyni istiqamətdə hərəkətdə olan “Hyundai Santafe” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq ön sol hissəsi ilə “Hyundai Santafe” markalı avtomobilin ön sağ hissəsi ilə toqquşmuş,nəticədə avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs xəsarət alaraq Şəmkir MRX-na aparılmışdır. Hadisədən bir neçə gün sonra Bakı şəhərində müalicə olunmuş bir neçə ay xəstə olduğundan, bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi üzrə aparılan araşdırma ilə əlaqədar araşdırmanı aparan polis orqanına məlumat vermədən müalicəsini davam etdirmək məqsədi ilə Türkiyə Republikasına getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında təyyərə ilə Türkiyə Respublikasından qayıdanda X8 polis tərəfindən saxlanılmış və həmin vaxt ona məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar törətmiş olduğu cinayət əməlinə görə axtarışa verilmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınıb məhkəmədən ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid5la birgə ortaq tanışları Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Gəncə şəhərindən Şəmkir rayonuna getmək üçün Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna çıxıb bir tərəfli yolla üzü Qazax şəhəri istiqamətində yola düşmüşlər. Həmin vaxt o, arxa oturacağın sağ tərəfində, Şahid5 isə ön sağ oturacaqda əyləşmişdir. Hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində Şahid5 əyləşmiş olduğu oturacağı ön tərəfə çəkmək istəmiş, lakin çəkə bilmədikdə sürücü Təqsirləndirilən şəxs aşağı əyilərək, Vüqarın oturacağına baxanda Şahid5 Şəlaləyə qışqıraraq ehtiyatlı olmasını bildirmişdir. Lakin, buna baxmayaraq Şəlalə özünü itirdiyi üçün avtomobili saxlamayıb hərəkətdə olduğu sürətlə ilk öncə sağa, sonra isə sola doğru yönələndə arxadan gələn “Hyundai” markalı avtomobil ilə toqquşmuşdur. O özü hadisə zamanı xəsarət aldığı üçün Şəmir MRX-na aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası X2 adına Hyundai Santafe markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili var, avtomobil anasının adına olmasına baxmayaraq avtomobili etibarnamə əsasında özü idarə edir, hazırda qüvvədə olan “BC” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində təhsil alan qızını Şəmkir şəhərində yerləşən evinə aparmaq üçün qeyd edilən avtomobili ilə qızının arxasınca gedib qızını və rəfiqələrini təhsil aldığı yerdən götürüb avtomobili idarə edərək Gəncə şəhərindən Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yolla üzü Qazax istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən saat 17:45 radələrində 80-90 km/saat sürətlə həmin yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə, yolun sağ kənarındakı yardımçı hərəkət zolağı ilə hərəkətdə Volkswagen Polo markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu sürətlə qəflətən sağ tərəfdə olan torpaq ehtiyat hissənin üzərinə çıxmış, daha sonra isə həmin sürətlə sağ ehtiyat hisənin üzərindən sola yönəlib qarşısına çıxanda toqquşmadan yayınmaq üçün sürəti azaldaraq sola yönəlmiş, lakin buna baxmayaraq Volkswagen Polo markalı avtomobil ön sol hissəsi ilə idarə etdiyi avtomobili ön sağ hissəsindən vurmuş, nəticədə avtomobili zərbənin təsirindən idarəetmədən çıxaraq hərəkət zolaqlarını ayıran adacığın beton barduruna dəyərək adacığın üzərindən əks hərəkət zolağına çıxaraq orada dayanmışdır. Hadisə zamanı özü avtomobilində olan sərnişinlər xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərindəki təhsil aldığı “Qızıl əllər” kursundan çıxdıqdan sonra kurs yoldaşarı Şahid4 və Şahid3 ilə birlikdə yaşadıqları Şəmkir rayonuna qayıtmaq üçün atası Şahid1 idarə etdiyi “Hyundai Santafe” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib Şəmkir rayonu istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olarkən Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində “Hyundai Santafe” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobilin qarşısı ilə eyni istiqamətdə, yolun sağ kənarındakı yardımçı hərəkət zolağı ilə hərəkətdə olan “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağından soluna doğru manevr edib qarşılarına çıxarkən atası Şahid1 toqquşmadan yayınmaq üçün sükanı sola burmuş, lakin buna baxmayaraq “Volkswagen Polo” markalı avtomobil ön sol hissəsi ilə sərnişini olduğu avtomobilin ön sağ hissəsindən toqquşmuş, nəticədə avtomobilləri zərbənin təsirindən idarəetmədən çıxaraq hərəkət zolaqlarını ayıran adacığın beton barduruna dəyib adacığın üzərindən əks hərəkət zolağına çıxaraq orada dayanmışdır. Hadisə zamanı özü və avtomobildə olan digər səxlər xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Şəmkir şəhərinə getmək üçün Şəlaləyə məxsus “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına, digər tanışı Zərərçəkmiş şəxs isə arxa sağ oturacaqda əyləşəndən sonra Şəlalə sükan arxasına keçib avtomobili işə salaraq Gəncə şəhərindən Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb Qazax şəhəri istiqamətində hərəkətə başlamışdır. Bir tərəfli yolla hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu ərazisindən keçərkən əyləşdiyi oturacağın çox arxa tərəfdə olmasını görüb əli ilə onu qabağa tərəf çəkmək istəmiş, lakin çəkə bilmədiyi üçün Təqsirləndirilən şəxs oturacağı önə çəkməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əyilib oturacağa baxarkən qəflətən avtomobil idarəetmədən çıxaraq ilk əvvəl sağa yönəlib ehtiyat hissənin üzərinə çıxmış, bu zaman Təqsirləndirilən şəxs avtomobilin yolun kənarındakı dəmir səddə dəyəcəyini görüb sükanı sola çevirəndə avtomobil sola yönələrək ön sol hissəsi ilə arxadan, Qazax şəhəri istiqamətində hərəkətdə olan “Hyundai Santafe” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə onların əyləşdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahid6 ifadəsində göstərdi ki, yol nəqliyyat hadisəsi barədə məlumat daxil olmuş o həmin məlumat əsasında hadisə yerinə getmiş, hadisə yerinə getdiyi zaman Təqsirləndirilən şəxs hadisə yerində qorxmuş vəziyyətdə olmuşdur. Həmçinin “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də hadisə yerində olmuşdur. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində, “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yoldan çıxaraq yolun əks istiqamətində dayanmışdır. Hadisə yerinə tərəflərindən baxış keçirilmiş və nəqliyyat vasitələrinin təkər izləri müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən idarə edilimiş nəqliyyat vasitəsini təkər izləri yolun sağ hissəsindən başlayaraq, sola yönəlmiş və toqquşma yerində başa çatmışdır. Toqquşmadan sonra “Hyundai Santafe” markalı nəqiliyyat vasitəsinin istiqaməti sola yönəlmiş, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinin istiqaməti isə düz olmuşdur. Nəqliyyat vasitəsinin dayandığı yerdə olan təkər izlərinin foto şəkilləri tərəflərindən çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Daha sonra “Hyundai Santafe” markalı avtomobilin sərnişinlərinin və digər sərnişinlərin izahatları alınmış və qərar qəbul edilərək ekspertizadan keçirmişlər. Təqsirləndirilən şəxs axtarışı ilə bağlı pasportu onlara qalmış o, Şəlaləyə sənədini təqdim edərkən öz xidməti otağında olan kompuyterdə yol nəqliyyat hadisəsinin təkər izlərinin aid olduğu foto şəkilləri onun özünə göstərmiş və izah etmişdir. Əlavə olaraq bildirir ki, hadisə baş vermiş Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən 382-ci km-də sürət həddi 90 km/saat təşkil edir. Hadisə vaxtı sürücülərin sürətlərini şahidlərin ifadəsi və yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələrinin qoyduğu izlər nəticəsində tərəflərindən məhkəmə ekspertizası təyin edilir və ekspert qarşısında qoyulan suallarla müəyyən etməyə çalışmışlar. O, ekspert qarşısına qoyullan suallarla bağlı qəbul etdiyi qərarda sürücülərin sürətlərini şahidlərin ifadəsi əsasında müəyyən etmişdir. Hadisə baş verən yerdə yolun eni 18 metrdir. “Hyundai Santafe” markalı nəqiliyyat vasitəsi toqquşma yerindən sol yola yönələrək beton adacıqların üzərindən keçərək yolun əks istiqamətində 50 m aralıda yolun əks istiqamətində dayanmışdır. “Volkswagen Polo” markalı nəqliyyat vasitəsi toqquşma yerindən 43 m aralıda üzü Qazax istiqamətində dayanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 23150079 nömrəli cinayət işi başlanması qərara alınmışdır. 16 mart 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, fotoşəkillər və sxemdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən 382-ci km-dir. Hadisə gündüz vaxtı baş vermiş, yol asflat örtüklü olmaqla quru və düz profildir. Burada yol Qazax şəhəri istiqamətində bir tərəfli olmaqla və sağ tərəfdə yardımçı zolaq olduğu üçün 3 hərəkət zolağından ibarətdir. Zolaqları bir-birindən qırıq-qırıq xət ayırır. Burada Bakı və Qazax istiqamətindəki hərəkət istiqamətlərini adacıqlar ayırır və həmin adacıqların arasından geriyə qayıtmaq üçün yolayırıcı qoyulmuşdur. Yolun kənarındakı ağ xəttə qədər yolun eni 10,3 metrdir, sağ kənardakı torpaq ehtiyat hissənin eni 2,7, soltərəfdəki yol çiyni (ağ xətdən adacığa qədər) 4,3 metrdir. Burada 2.1 “Baş yol” və sürət həddinin maksimum 90 km-saat müəyyən edilməsini göstərən yol nişanları vardır. “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi bir tərəfli Qazax şəhəri istiqamətindəki hərəkət zolağının üzərində, ağ xəttin kənarından soldan sağa doğru 0,6 metr məsafədə toqquşmuş, həmin yerdə asfaltın üzərində sürtünmə izi vardır. Burada asfalt üzərinə avtomobillərdə sınıb düşən hissələr səpələnmişdir. Toqquşmadan əvvəl “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax şəhəri istiqamətində hərəkətdə olmuşlar. Toqquşmadan sonra “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil bir tərəfli Qazax istiqamətindəki yolun sol zolağının üzərində toqquşma yerindən 43 metr aralıda üzü Qazax istiqamətində dayanmışdır. “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşamdan sonra sola doğru yönəlib beton bardura dəyib adacığın üzərindən keçərək toqquşma yerindən 50 metr aralıda əks hərəkət zolağının üzərində dayanmışdır. “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərindən qalmış toqquşma yerinə çatmamış yolun sağ kənarındakı torpaq ehtiyat hissənin üzərində 15 metr davam edib, sonra isə sola doğru yönəlib asfalt üzərində 18 metr davam edib toqquşma yerində başa çatan ümumi uzunluğu 33 metr olan təkər izi qalmışdır. Həmçinin toqquşma yerindən başlayıb “Volkswagen Polo” markalı avtomobilin dayandığı yerdə başa çatan qeyd edilən avtomobilin təkərindən qalma 43 metr uzunluğunda təkər izi qalmışdır. Bundan başqa “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərindən qalma toqquşma yerindən başlayan 4,8 metr uzunluğunda təkər izi qalmışdır. Toqquşma nəticəsində “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadı əzilmiş, ön sol təkəri cırılmış, diskin kənarı sınmış, sol arxa hissəsi əzilmiş,arxa şüşəsi sınmışdır. “Hyundai Santafe” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön sağ hissəsi əzilmiş, ön sağ təkərin diski tamamilə sınmış, təkərin oxu sınmış, təkər cırılmış, bundan başqa sağ arxa qapısı əzilmiş, arxa təkərlər və sol ön təkər cırılmış, təhlükəsizlik şarları açılmışdır. “Hyundai Santafe” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra adacığın kənarına düzülmüş beton bardura dəymişdir. 15 mart 2023-cü il tarixli 78 №-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/991 nömrəli rəyindən görünür ki, “Volkswagen Polo” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 28 mart 2023-cü il tarixli 297 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–döş qəfəsinin sol yarısının qançrı, sol Vİİİ qabırğanın yerini tam dəyişmiş sınığı, İX-X-cu qabırğaların yerini minimal dəyişmiş sınıqları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 08 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs saxlanılaraq Şəmkir RPŞ-nə gətirilərək, Növbətçi Hissəyə təhvil verildiyindən 09 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 495 nömrəli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Şahid1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AB-545289 saylı "BC" dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 496 nömrəli məktubundan görünür ki, DİN-in “X1 Reyestr”-nə əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq aşağı həddə cərimə cəzası və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 (bir) gün tutulması nəzərə alınsın, ona təyin edilmiş cəza yüngülləşdirilməli və üzərində qəti olaraq cəza saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- “VOLKSWAGEN POLO” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “HYUNDAİ SANTAFE” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 (bir) gün tutulması nəzərə alınsın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 5700 (beş min yeddi yüz) manat cərimə cəzası saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut- VOLKSWAGEN POLO markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “HYUNDAİ SANTAFE” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-276/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-276/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver