Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-278/2023 20.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 may 1984-cü ildə Gədəbəy rayonu, Zəhmətkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gədəbəy rayonu, Zəhmətkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu Dəllər Daşbulaq kəndinin ərazisindən keçən Kür çayının yaxınlığından tapıb satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd sellofan paketdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla yaşadığı evə daşımış, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 23 iyun 2023-cü il tarixdə, saat 14:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir şəhəri, Ə.Cavad küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qısa qol gödəkçənin sol arxa hissəsindən bir ədəd sellofan paketdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 130 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış aparılması və götürmə aparılması barədə protokol, əlavə olunmuş fotocədvəl və videogörüntü və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. O, hərdən bir nəşə kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 16 iyun 2023-cü il tarixdə Şəmkir rayonu Dəllər-Daşbulaq kəndinə Kür çayına balıq tutmaq üçün getmiş, həmin vaxtı çayın yaxınlığında sellofan klokda nəşə, yəni qurudulmuş marixuana tapmış, tapdığı həmin marixuananı özü istifadə etmək məqsədilə götürüb saxlamışdır. 23 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində Şəmkir şəhəri Ə.Cavad küçəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb, onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmiş, onu saxlayan zaman Kür çayının kənarından tapdığı bir ədəd sellofan klokda olan nəşə üzərində olmuşdur. Polis şöbəsində ona müdafiəçi tutmaq hüquqları izah olunmaqla müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, müdafiəçi tutmaq imkanı olmadığını bildirmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, dövlət hesabına dəvət olunmuş Müdafiəçi ona təqdim olunmuş və müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan qara rəngli qısaqol gödəkçənin sol arxa tərəfindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş, həmin sellofan torba polis əməkdaşları tərəfindən açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 145 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə bir ədəd kağız paketə qoyularaq ondan götürülmüş, bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarışı davam etdirmiş, ancaq üzərindən əlavə narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş digər əşya aşkar edilməmişdir. O, hərdən bir narkotik vasitə marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş bir ədəd sellofan torbadakı narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxladığını lakin hər hansı şəxsə psixotrop maddə və narkotik vasitə satmadığını, heç kimə narkotik vasitə vermədiyini, həmçinin üzərində narkotik vasitə olan qurudulmuş marixuna saxlamasından heçkimin xəbəri olmadığını bildirmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını və evli olmaqla ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olması nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Şəmkir şəhər, sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edib saxlaması barədə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbənin rəisinə raportla müraciət edilmiş, Şəmkir RPŞ-nin rəisi tərəfindən razılıq verildikdən tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin qrupa rəhbərlik ona tapşırılmışdır. Əməliyyat qrupu ondan, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və PPX bölüyünün polis nəfəri Şahid3 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Əhməd Cavad küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs küçədə evinin yaxınlığında saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Müşfiq Şahmuradov tərəfindən çağırılmış vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkçənin arxa hissəsində gizlədilmiş 145 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsla şifahi sorğu sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni Şəmkir rayonu Dəllər Daşbulaq kəndinin ərazisində Kür çayında balıq tutmaq üçün gedərkən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün də qeyd etdiyi kimi narkotik vasitəni Kür çayının kənarından tapması müəyyənləşdirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə ona hər hansı məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPX bölüyünün polis nəfəri Şahid3 ifadəsində və məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şəmkir RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. 23 iyun 2023-cü il tarixli protokol və qərardan görünür ki, 23 iyun 2023-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı Müşfiq Şahmuradov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 23 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Şahmuradov tərəfindən şəxsi axtarış aparılması və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin arxa hissəsindən bir ədəd sellofan torbada 145 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 23 iyun 2023-cü il tarixdə üzərinə şəxsi aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə olan 129,8 qram marixuana, şəxsi axtarışın və təqsirləndirilən şəxs qismində dindirmənin video görüntüləri yazılmış 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, narkotik vasitə olan 129,8 qram marixuananın saxlanılması üçün 21 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 16/669 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan sellofan paketdəki, təmiz çəkisi 130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi 24 iyun 2023-cü il tarixdə istintaq aparılması üçün aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş və həmin tarixdə cinayət işinin istintaqının aparılması Şəmkir RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədova həvalə edildiyindən tərəfindən icraata qəbul edilməklə istintaq aparılmışdır. 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Elton Məmmədov tərəfindən icraata qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sabiq müstəntiq, polis mayoru Elton Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, eyni zamanda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 02 sentyabr 2023-cü il tarixdə sabiq baş müstəntiq Elton Məmmədovun xidməti iş yerinin dəyişdirilməsini nəzərə alaraq cinayət işinin istintaqının aparılması Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 həvalə edildiyindən cinayət işi onun tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə bir sıra istintaq hərəkətləri aparılması zərurəti yaransa da istintaqdan qaçıb gizləndiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməklə cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 21 sentyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Şəmkir RPŞ-nə gətirilib istintaqa təqdim edildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmiş, eyni zamanda barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir. 22 sentyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində Kür çayının yaxınlığından tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 22 sentyabr 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 1599 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gədəbəy rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əsgərov X4 RMX-nın Poliklinika şöbəsində psixonevroloji və narkoloji kabinetlərdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İşdə olan Gədəbəy RİHB Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Əsgərov X4 rayonu, Zəhmətkənd kəndində daimi qeydiyyatda olmaqla hal-hazırda Şəmkir rayonunda yaşayır. Təqsirləndirilən şəxs ailə üzvü anası və 4 nəfər qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət xarakterli ərizə və şifahi məlumat daxil olmamaqla müsbət xarakterizə olunur. Elektorn məhkəmə informasiya portalında qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir oğlan və bir qız olmaqla iki uşağı vardır, uşaqlardan biri yetkinlik yaşına çatmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə, foto və videogörüntülərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hall kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və əməlini səmimi etiraf edərək peşman olmasını bildirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları (ağırlaşdıran hallar müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır, həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 72 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-278/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-278/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver