Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-278/2024 16.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Qubadlı rayonu, Seləli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Seləli kəndində qeydiyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs "xxxx" MMC-nin güzəştli şərtlərlə alınan evlərində növbədə irəli çəkəcəyinə dair yalandan vədlər verib aldadaraq ilkin olaraq N0NN-ci ilin avqust ayının əvvəlində istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə nəğd yolla 500 (beş yüz) manat pulunu, NN avqust N0NN-ci il tarixdə, iki dəfə olmaqla, yaşadığı ünvan 1 ünvanında yerləşən evində olarkən qızı Şahid1 istifadəsində olan "xxxx" ASC-nin “5103 0714 5665 7119” nömrəli plastik bank kartı vasitəsilə, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-nin “4169 7385 6584 9605” nömrəli plastik bank kartına köçürtdürmək yolu ilə cəmi 1500 (bir min beş yüz) manat pulunu, 01 sentyabr N0NN-ci il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Kanan marketin” içərisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” saylı kart hesabına 3000 (üç min) manat pul köçürtməklə ümumilikdə, hissə-hissə olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar olaraq müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Ailəlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. İfadə verməyinin səbəbi ona tam aydındır. Zərərçəkmiş şəxs N0NN-ci ilin avqust ayında tanışı ŞahidN vasitəsi ilə tanımışdır. Belə ki, N0NN-ci ilin avqust ayında ŞahidN ona mobil telefon vasitəsi ilə zəng edərək, Yusif adlı tanışının olmasını, həmin şəxsin MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzil almaq istəməsini və bununla bağlı Zərərçəkmiş şəxs köməklik edib-edə bilməyəcəyini ondan soruşmuşdur. O da tanışı ŞahidN Zərərçəkmiş şəxs MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzilin alınmasında köməklik edə biləcəyini bildirərək, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini Zərərçəkmiş şəxs verməsini və həmin şəxsin özü onunla əlaqə yaratmağını ŞahidN demişdir. N0NN-ci ilin avqust ayında Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona ŞahidN tanışı olmasını bildirərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində yeni inşa edilmiş binalardan mənzil almaq istəməyini deyərək, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs yeni mənzil almaqda köməklik edə biləcəyini demişdir. N0NN-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində adını xatırlamadığı çayxanada o, Zərərçəkmiş şəxs, Şahid1 və tanışı ŞahidN görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkilmək istəməsini bildirmişdir. O, da Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkilməkdə köməklik edə biləcəyini deyərək, bu işin qarşılığında Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona 5000 (beş min) manat pulu bir dəfəlik yox, hissə-hissə verə biləcəyini demişdir. O da Zərərçəkmiş şəxs ilə razılaşmışdır. Həmin vaxt o, ilkin sənədləri toplamaq üçün Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul istəmişdir. Zərərçəkmiş şəxs də nəğd olaraq ona 500 (beş yüz) manat pulu ona vermişdir. Daha sonra o, "Whatsapp" mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs qızı Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabı göndərərək, qalan 4500 (dörd min beş yüz) manat pulu həmin kart hesabına göndərməyini Zərərçəkmiş şəxs bildirmişdir. Beləliklə də NN avqust N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə onun bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, ona göndərdiyi 500 (beş yüz) manat pulun azlıq etməsini bildirərək, əlavə 1000 (min) manat da pul istəmişdir. Zərərçəkmiş şəxs də həmin tarixdə “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə onun bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 1000 (min) manat pul göndərmişdir. 01 sentyabr N0NN-ci il tarixdə o, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən yeni binalardan mənzil almaq üçün ona növbədə irəli çəkilməyində köməklik etməyi üçün qalan 3000 (üç min) manat pulu istəmişdir. Zərərçəkmiş şəxs də həmin tarixdə onun bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, o, Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkilməkdə köməklik edə biləcəyini vəd edərək, Zərərçəkmiş şəxs məxsus ümumilkdə 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq görə həmin maddə ilə cəza təyin edilməməsini və həmçinin onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs N0NN-ci ilin avqust ayında tanışı ŞahidN vasitəsi ilə tanımışdır. Belə ki, N0NN-ci ilin avqust ayında qızı Şahid1 ona Təqsirləndirilən şəxs MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzilin alınmasına köməklik göstərdiyini və onlar da bu qaydada Təqsirləndirilən şəxs vasitəsi ilə mənzil sahibi ola biləcəklərini demişdir. Bu səbəbdən də o, N0NN-ci ilin avqust ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yeni inşa edilmiş binalardan mənzil almaq istəməyini bildirərək, onunla görüşəmək istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də ona yeni mənzil almaqda köməklik edə biləcəyini demişdir. N0NN-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində adını xatırlamadığı çayxanada o, qızı Şahid1 və tanışı ŞahidN Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkilmədkdə köməklik edə biləcəyini deyərək, bu işin qarşılığında Təqsirləndirilən şəxs ondan ümumilikdə 5000 (beş min) manat pul istəmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs 5000 (beş min) manat pulu bir dəfəlik yox hissə-hissə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ilkin sənədləri toplamaq üçün ondan 500 (beş yüz) manat pul istəmişdir. O, da nəğd olaraq 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs verib yaşadığı ünvan 1 ünvanına qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs "Whatsapp" mobil tətbiqi vasitəsi ilə qızı Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabını göndərək, qalan 4500 (dörd min beş yüz) manat pulu həmin kart hesabına göndərməyini ona bildirmişdir. O, da Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, NN avqust N0NN-ci il tarixdə yaşadığı ünvanda olan zaman “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qızı Şahid1 istifadəsində olan “5103 0714 5665 7119” nömrəli kart hesabından Təqsirləndirilən şəxs onlara bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi zəng edərək, ona göndərdiyi 500 (beş yüz) manat pulun azlıq etməsini bildirərək, əlavə 1000 ((min) manat da pul istəmişdir. O, da həmin tarixdə “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qızı Şahid1 istifadəsində olan “5103 0714 5665 7119” nömrəli kart hesabından Təqsirləndirilən şəxs onlara bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 1000 (min) manat pul göndərmişdir. 01 sentyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən yeni binalardan mənzil almaq üçün növbədə irəli çəkilməyi üçün qalan 3000 (üç min) manat pulu istəmişdir. O, həmin tarixdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Kanan marketin” içərisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs bu günədək ona verdiyi vədlərə əməl etməyərək, ona məxsus ümumilikdə 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs verilən sualları cavablandırarkən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasmal rayonu ərazisində yeni inşa edilmiş binalardan mənzil almaq üçün növbədə irəli çəkilməyini ona vəd edərək, ümumilikdə ona məxsus 5000 (beş min) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərdi ki, Kəlbəcər rayonunda yaşayır. Rəsmi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində komandir müavini vəzifəsində xidmət edir. Ailəlidir, N övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs N0N1-ci ildən tanışı İlham adlı şəxsin vasitəsi ilə tanımışdır. Şəmkir şəhəri sakini Şahid1 onun iş yoldaşıdır. X1 atası Zərərçəkmiş şəxs da onun atası XN ilə əvvəllər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində birgə işləmişlər. N0NN-ci ilin avqust ayında Şahid1 atası Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzil almaq istəməsini bildirərək, ona köməklik etməyini xahiş etmişdir. O, da Sərməs adlı tanışının olmasını və bu işdə Sərməs adlı tanışının ona köməklik edə biləcəyini demişdir. Bu səbəbdən də N0NN-ci ilin avqust ayında o, Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən adını xatırlamadığı çayxanada görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkiləcəyini bildirərək, bu işin qarşılığında Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs 5000 (beş min) manat pulu bir dəfəlik yox hissə-hissə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ilkin sənədləri toplamaq üçün Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul istəmişdir. Zərərçəkmiş şəxs də nəğd olaraq 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin o, həmin vaxt Zərərçəkmiş şəxs Sərməs adlı şəxsə pul verməməsini iş tam yekunlaşdırdıqdan sonra qalan 4500 (dörd min beş yüz) manat pulu verməsini demişdir. Ancaq sonradan ona mənlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkiləcəyini bildirərək, ona məxsus ümumilikdə 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və verdiyi vədlərə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş tibb bacısı vəzifəsində çalışır. Subaydır N övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs N0NN-ci ilin avqust ayında tanışı ŞahidN vasitəsi ilə tanımışdır. Belə ki, N0NN-ci ilin avqust ayında o, atası Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, Sərməs adlı şəxs ilə tanış olmağını, həmin şəxsin MİDA-ya məxsus yeni tikili binalardan güzəştli mənzilin alınmasına köməklik göstərdiyini və onlar da bu qaydada Təqsirləndirilən şəxs vasitəsi ilə mənzil sahibi ola biləcəklərini demişdir. Daha sonra atası Zərərçəkmiş şəxs N0NN-ci ilin avqust ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yeni inşa edilmiş binalardan məznzil almaq istəməyini bildirərək, onunla görüşəmək istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs yeni mənzil almaqda köməklik edə biləcəyini demişdir. N0NN-ci ilin avqust ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində adını xatırlamadığı çayxanada o, atası Zərərçəkmiş şəxs və tanışı ŞahidN ilə birlikdə Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara Bakı şəhəri, Yasamal rayonunda inşa edilən yeni binalardan ev almaq üçün növbədən kənar irəli çəkiləcəklərini bildirərək, bu işin qarşılığında atası Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat pul istəmişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5000 (beş min) manat pulu bir dəfəlik yox hissəhissə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs ilə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ilkin sənədləri toplamaq üçün atası Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pul istəmişdir. Atası Zərərçəkmiş şəxs də nəğd olaraq 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs verib yaşadıqları ünvan 1 ünvanına qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs "Whatsapp" mobil tətbiqi vasitəsi ilə ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabını göndərək, qalan 4500 (dörd min beş yüz) manat pulu həmin kart hesabına göndərmələrini bildirmişdir. Atası Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, NN avqust N0NN-ci il tarixdə yaşadıqları ünvanda olan zaman “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus onun istifadəsində olan kart hesabından Təqsirləndirilən şəxs onlara bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs mobil telefon vasitəsi zəng edərək, ona göndərdiyi 500 (beş yüz) manat pulun azlıq etməsini bildirərək, əlavə 1000 ((min) manat da pul istəmişdir. Atası Zərərçəkmiş şəxs də həmin tarixdə “Birbank” tətbiqi vasitəsilə onlayn köçürülmə yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart hesabından Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 1000 (min) manat pul göndərmişdir. 01 sentyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən yeni binalardan mənzil almaq üçün növbədə irəli çəkilməyi üçün qalan 3000 (üç min) manat pulu istəmişdir. Atası Zərərçəkmiş şəxs də həmin tarixdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Kanan marketin” içərisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “4169 7385 6584 9605” nömrəli kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs bu günədək atası Zərərçəkmiş şəxs verdiyi vədlərə əməl etməyərək, ona məxsus ümumilikdə 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N0 noyabr N0N3-cü il tarixli Zərərçəkmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinə ünvanlandığı ərizədən görünür ki, xx.xx.N0NN-ci il tarixdə Tağızadə Sərməs adlı şəxs ondan ümumilikdə 5000 manat pul alaraq aldatmışdır. “Cinayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında” haqqında 08 aprel N0N4-cü tarixli qərardan görünür ki, toplanmış materialda aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əlaməti olduğundan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma” haqqında N3 avqust N0N4-cü il tarixli, 877 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında N3 avqust N0N4-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli 1(060)-N80/N0N4 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polsin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli 1(060)-N80/N0N4 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməmiş saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən qeyd edilən cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.N-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.N-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim edilmiş yazılı çıxışı ilə müəyyən edilir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində müddətin keçməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə işin icraatına xitam verilməsinə razıdırlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməli N0NN-ci ilin 01 sentyabr tarixində törədilmişdir. N0NN-ci ilin 01 sentyabr tarixindən cinayət məsiliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş 0N il müddətin keçdiyi aydın olur. Göründüyü kimi, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti yəni Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş iki il müddət artıq başa çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməli və ona bu maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində qətimkan tədbirinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N4-cü il və xx.xx.N0N4-cü il tarixli 1(060)-N80/N0N4 nömrəli qərarları nəzərə alınsın. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan və həmin cinayətin törədildiyi vaxtdan CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, habelə onun tərəfindən törədilmiş cinayət CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətə aid edilmədiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və bununla bağlı müdafiə tərəfinin razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata xitam verilməli (CPM-43.3), məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 3N1, 3N1.N.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin əməlin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan N0 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-278/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-278/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver