Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-279/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir şəhəri, Aşıq Hüseynov küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə tanışı Sabirabad rayonu, Qəzli kəndində yaşayan Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətdə olan oğlu Elyar Həşimovun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə saxlanmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin avqust ayında istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə nağd yolla 1700 (bir min yeddi yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi ev 38-də yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs tanımır. Elnurun qardaşı Şahid2 qonşusu X1 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Zamiqin tanışı Vidadi Vüsala ona zəng edərək tanışı Zamiqin qardaşı oğlu Elyarın Gədəbəy rayonunda hərbi xidmətdə olduğunu və sonra Kəlbəcərə rayonunda yerləşən hərbi hissəyə aparacaqlarını deyib. Zamiqin qardaşı oğlunu Gədəbəy rayonunda yerləşən hərbi hissədə saxlamağa köməklik etməyi Vüsala bildirmiş, Vüsaldan bunu edə biləcək tanışımın olub-olmadığını soruşmuşdur. Həmin vaxtı o, Vüsal ilə çayxanada oturub çay içmişlər. Onun Vüsal ilə Vidadinin arasında olan söhbətdən xəbəri olmuşdur. O, Vüsala bildirmişdir ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi hissədə işləyən komandir tanışı var və tanışının vasitəsi ilə bu işi düz-qoş edə bilər. Həmin vaxtı Vidadi Vüsalın nömrəsini Zamiqə vermişdir. Zamiq Vüsala zəng etmiş və onlar Zamiq ilə telefonla danışmışlar. Vüsal Zamiq ilə danışanda tanış komandir olduğunu və uşağın işini düz-qoş edə biləcəyini bildirmişdir. Zamiq Vüsaldan bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Vüsal Zamiqa həmin adamla danışıb bildirəcəyini demişdir. Sonra o, Vüsala həmin komandir ilə görüşdükdən sonra pulun məbləğini deyəcəyini bildirdib oradan getmişdir. Təxminən iki gün sonra Vüsal ilə küçədə görüşəndə Vüsala bildirmişdir ki, komandir ilə danışıb, komandir Elyarın işini düzəltmək üçün 2000 (iki min) manat pul istəyib. Əslində onun komandir tanışı yoxdur, ayağı qırıldığına görə işləyə bilməmiş və pul lazım olduğu üçün fikirləşmişdir ki, işləyən kimi bir yerdən pul tapsın və sonra işləyəndə qaytarsın. Vüsala da yalandan komandir tanışı olduğunu demişdir. Vüsal Zamiqə zəng edib bu barədə bildirmişdir. Zamiq pulunun çatmadığını, 1500 (bir min beş yüz) manat pulları olduğunu demişdir. Vüsal ona bunu dedikdə o, bildirmişdir ki, problem deyil gətirsinlər həmin pulu versinlər, işi düzəldəcək, iş qurtardıqdan sonra qalan 500 (beş yüz) manatı verərlər. Zamiq ilǝ danışıb belə razılaşmışlar. Təxminən 10 gün sonra Zamiq qardaşı Elnur və bir nəfər adını xatırlamadığı taksi sürücüsü ilə birlikdə Şəmkir şəhərinə gəlmişlər, onlar mərkəzi bazar tərəfdə yerləşən çayxanada oturub çay içmiş, söhbət etmişlər. Telefonda olan danışıq üzrə Elnur ona Vüsalın və digər şəxslərin yanında 1700 (bir min yeddi yüz) manat pul vermişdir. O, çayxanadan çıxıb Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi hissəyə gedib gələcəyini deyib oradan getmişdir. Aradan təxminən 20 dəqiqə keçdikdən sonra qayıdıb pulu komandirǝ verdiyini, uşağın 1 həftəyə, uzağı 10 günə qayıdıb gələcəyini demişdir. Bundan sonra Zamiq qardaşı ilə oradan getmişlər. 24 sentyabr 2023-cü il tarixdə Vüsal işləmək üçün Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Zamiq isə tez-tez onunla əlaqə saxlamış, işin nə yerdə olduğunu soruşmuşdur. Sonra Zamiq ondan şikayət edəcəyini demişdir. Ona məlum olmuşdur ki, Zamiq ondan şikayət edib. O, hərbiçi deyil və hər hansı bir hərbi hissədə işləmir. O, aldığı puldan Vüsala verməmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, onlara dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Qəzli kəndində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs Şəmkir rayon sakinidir. O, Şahini tanışı Vüsal vasitəsi ilə tanımışdır. Onun oğlu Elyar çağırış üzrə Gədəbəy rayonunda hərbi qulluqda əsgərlikdə olmuşdur. 2023-cü ilin avqust ayında oğlu Elyarla əlaqə saxlayan zaman onu Kəlbəcər rayonuna aparacaqlarını demişdir. O, da oğlu Elyarı Gədəbəy rayonunda olduğu hərbi hissədə saxlamaq üçün adam axtarmağa başlamışdır. Şəmkir rayonunda olan Vüsalla əlaqə saxladıqda Vüsal ona tanışı Şahinin hərbi hissədə işləyən tanış komandiri olmasını demişdir. Vüsalla əlaqə saxlayan zaman Vüsal ona 2000 manat müqabilində Şahinin işi həll edəcəyini bildirmişdir. O, Vüsalla razılaşıb avqust ayında qardaşı Zamiqlə birlikdə Şəmkir rayonuna gəlmişdir. Onlar Şəmkir şəhərində Xəqani İbrahimov adına parkda yerləşən çayxanada Vüsalla görüşəndə Vüsal Şahini çağırmış və bir müddət sonra Şahin onların yanına gəlmişdir. Onlar Şahinlə birlikdə Şəmkir şəhərində yerləşən hərbi hissənin qarşısına getmişlər. Orada olan zaman o, çayxanada Şahinǝ 1700 manat pul vermişdir. Şahin pulu aldıqdan sonra hərbi hissǝyǝ getməsini demişdir. Bir müddət sonra Şahin onların yanına gəlib pulu hərbi hissə komandirinə verməsini, bir həftəyə kimi işinin həll olunacağını bildirmişdir. Lakin sonradan oğlu Elyarin Kəlbəcər rayonunda hərbi hissədə qalmasını bilmişdir. O, Şahinlə 051 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlayanda Şahin ona bir müddət gözləməyi demişdir. 3 ay sonra Vüsal onun mobil nömrəsinə, zəng edib işin düzəlmədiyini pulu karta atacağını bildirmişdir. Lakin bu günə kimi onun pulu verilməmişdir. O, pulunu ala bilmədiyi üçün 30 noyabr 2023-cü il tarixdə dayısı Şahid1 bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Sonra bu barədə o, polisə müraciət etmişdir. O, pulu Şahina Vüsalla, qardaşı Zamiqin yanında vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilən şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi ev 6-da yaşayır, rəsmi olaraq heç yerda işləmir. Zərərçəkmiş şəxs tanımır, Elnurun qardaşı Şahid2 tanışı Vidadi Rüstəmov vasitəsi ilə tanımışdır. Belə ki, Vidadi Bakı şəhərində yaşayır, 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Vidadi ona zəng edərək tanışı Zamiqin qardaşı oğlu Elyarın Gədəbəy rayonunda hərbi xidmətdə olduğunu və Elyarı sonra Kəlbəcərə rayonunda yerləşən hərbi hissəyə aparacaqlarını deyib, Zamiqin qardaşı oğlunu Gədəbəy rayonunda yerləşən hərbi hissədə saxlamağa köməklik etməyini bildirmiş, ondan bunu edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O, Vidadiyə elə tanışının olmadığını, buna baxmayaraq maraqlanıb deyəcəyini bildirmişdir. Həmin vaxtı o, çayxanada qonşusu Şahin ilə oturub çay içmişdir. Şahinin Vidadi ilə onun arasında olan söhbətdən xəbəri olmuş və Şahin ona bildirmişdir ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi hissədə işləyən komandir tanışı var və o, tanışının vasitəsi ilə bu işi düzqoş edə bilər. Həmin vaxtı Vidadi onun nömrəsini Zamiqə vermişdir. Zamiq ona zəng etmiş və onlar telefonla danışdıqda o, Zamiqǝ tanış komandir olduğunu və uşağın işini düz-qoş edə biləcəyini bildirmişdir. Zamiq ondan bunun üçün nə qədər pul lazım olacağını soruşduqda o, Zamiqə həmin adamla danışıb bildirəcəyini demiş və telefon danışığı bitmişdir. Sonra Şahin ona həmin komandir ilǝ görüşdükdən sonra pulun məbləğini deyəcəyini bildirdib oradan getmişdir. Təxminən iki gün sonra Şahin ilə küçədə görüşəndə Şahinə ona bildirmişdir ki, komandir ilə danışıb, komandir Elyarın işini düzəltmək üçün 2000 (iki min) manat pul istəyir. O, Zamiqə zəng edib bu barədə bildirmiş və Zamiq pulunun çatmadığını, 1500 (bir min beş yüz) manat pulları olduğunu demişdir. O, Şahinə bunu dedikdə Şahin problem olmadığını pulu gətirmələrini demiş, işi düzəldəcəyini, iş qurtardıqdan sonra qalan 500 (beş yüz) manatı vermələrini bildirmişdir. Zamiq ilə danışıb belə razılaşmışlar. Təxminən 10 gün sonra Zamiq qardaşı Elnur və bir nəfər adını xatırlamadığı taksi sürücüsü ilə birlikdə Şəmkir şəhərinə gəlmişlər, onlar bazar tərəfdə yerləşən çayxanada oturub çay içmiş. söhbət etmişlər. Telefonda olan danışıq üzrə Elnur Şahinə onun və digər şəxslərin yanında 1700 (bir min yeddi yüz) manat pul vermişdir. Şahin çayxanadan çıxıb Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi hissəyə gedib gələcəyini deyib getmişdir. Aradan təxminən 20 dəqiqədən sonra Şahin gəlib demişdir ki, pulu komandirə verib, uşaq 1 həftəyə, uzağı 10 günə qayıdıb gələcəkdir. Bundan sonra Zamiq qardaşı ilə oradan getmişlər. 24 sentyabr 2023-cü il tarixdə o, işləmək üçün Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Orada olan vaxtı Zamiq ona zəng edərək Şahinin onların başına oyun açdığını, nə pulu qaytarmadığını, nədə vədinə əməl etmədiyini, uşağı deyilan harbi hissəyə aparmadığını bildirmişdir. O, Rusiya Federasiyasında 2 ay yarım işləmiş, havalar soyuq olduğuna görə qayıdıb Azərbaycana gəlmişdir. Gəldikdən sonra ona məlum olmuşdur ki, Zamiqin qardaşı Elnur Şahindən polisə şikayət edib. Şahin hərbiçi deyil və hər hansı bir hərbi hissədə işləmir. Şahin aldığı 1700 (bir min yeddi yüz) manat puldan ona heç nə verməyib. Elnur Şahinə pul verən vaxtı o, və Elnurun qardaşı Zamiq olmuşdur. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-279/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-279/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver