Məhkəmə qərarları › İş №1(076)-28/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-28/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-28/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 02 may 2023-cü il tarixdə Şəmkir şəhərində xx.xx.1995-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, xx.xx.1990-cı ildə Gədəbəy rayonu Qumlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs2 23 may 2022-ci il tarixdə saat 15 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Gədəbəy rayonu, Arıxdam kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Texnika Koperativi” yanacaqdoldurma məntəqəsinin duracağında saxlanılan “SHAANXİ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilinin üzərindən ayrı-ayrılıqda hər birinin qiyməti 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat dəyərində olan iki ədəd “Yiğit Aku” markalı akkumulyatoru və bir ədəd 40 (qırx) manat dəyərində həmin avtomobilin yaxınlığındakı yük avtomobilinin diskini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 280 (iki yüz səksən) manat dəyərində əmlakını oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin aprel ayının 15-də Şəmkir rayonunda yol çəkilişlərində iştirak edən “Bayburt” şirkətində sürücü kimi işə düzəlmişdir. O, orada olan “Şaqman” markalı yük avtomobilini sürmüşdür. O, səhər 07 radələrində işə getmiş, axşamlar isə saat 19 radələrində işdən çıxmışdır. O, işə girdikdən sonra Şəmkir rayonu Posanlı yaşayış məntəqəsində kirayə ev tutaraq qalmışdır. O, işləsədə şirkət maaşları gec vermişdir. Ona görə də onun işə gedib gəlmək və yemək pulu olmamışdır. Bir neçə dəfə gedərək maaşını istəsədə, hələ maaşların olmadığını bildirmişlər. O, yük avtomobili ilə asfalt daşıdığında yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan yük avtomobilinin yanında dir ədəd yük avtomobilinin diskinin olmasını görmüşdür. O, həmin vaxtı diski oradan götürüb metal qəbulu sexinə sataraq özünə yol pulu tməyi fikirləşmişdir. Şirkət tərəfindən onun maaşı verilmədiyindən o, 23 may 2022-ci il tarixdə işdən çıxmışdır. Lakin həmin vaxtı onun yol pulu olmadığından Gədəbəy rayonundan olan dostu Şəmkir ayonu Morul kəndində yaşayan taksi fəaliyyəti ilə məşğul olan İlkini çağırmışdır. İlkin həmin vaxtı Şəmkir rayonunda olan üç yol adlı yerə gələrək onu götürmüşdür. İlkin gəldiyi zaman pulunun olmadığını və avtomobilə benzin tökməyi ondan xahiş etmişdir. O da İlkinə pulu olmadığından çağırdığını bildirmişdir. Bu zaman İlkin iki manat pulunun olduğunu demiş və avtomobili orada olan yanacaqdoldurma məntəqəsinə sürmüşdür. Lakin yanacaqdoldurma məntəqəsində benzin qurtardığından onlar benzin vura bilməmişlər. Həmin vaxtı onun yadına orada olan disk düşmüş və həmin diski götürüb metal qəbulu sexinə satsaq özünə yol pulu edə biləcəyini fikirləşmişdir. O, fikrini İlkinə bildirdikdə İlkin onunla razılaşmış və avtomobili orada olan iki yük avtomobilinin arasına sürmüşdür. İkisi köməkli diski götürərək avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxtı yan tərəfdə olan yük avtomolinin sağ tərəfində avtomobilin üzərində iki ədəd akkumulyatorun olduğunu görmüşlər. Onlar həmin akkumulyatorları götürməyi məsləhətləşmiş və hər iki akkumulyatoru götürüb avtomobilin yük yerinə qoymuşlar. Daha sonra Posanlı yaşayış məntəqəsində xatırlamadığı metal qəbul edən şəxsin yanına gedərək həmin diski satmaq istədiyini bildirmişdir. Orada onlardan diskin kimə məxsus olması soruşulduqda özünə məxsus olduğunu bildirmişdir. Diski çəkərək onlara 12 manat vermişlər. Akkumulyatorlara isə 100 manat verə biləcəklərini demişlər. Lakin onlar həmin şəxslərlə razılaşmamışlar. Oradan çıxaraq Şəmkir rayonu Krazyolu adlı yerdə metal qəbul edən yerə getmişlər. Bu zaman orada yaşlı bir kişi akkumulyatorların satlıq olub olmamasını soruşduqda onlar satmaq istədiklərini bildirmişlər. Həmin kişi akkumulyatorların ikisini 140 manat ala biləcəyini demişdir. Onlar kişi ilə razılaşaraq akkumulyatorları həmin kişiyə satmışlar. Pulu götürdükdən sonra onlar avtomobilə benzin vurmuş, özlərinə siqaret almış, dönər alaraq yemiş, daha sonra isə İlkinə olan 40 manat borcunuda hesabalaraq vermişdir. Bundan sonra özü 55 manat götürmüş, 40 manat isə İlkinə vermişdir. Bundan sonra o, kirayədə qaldığı evə getmişdir. Həmin 55 manat pulu isə öz ehtiyaclarına xəcləmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, onlar akkumulyatorları və diski satdıqları şəxslərə akkumulyatorların və diskin özlərinə məxsus olduğunu bildirmişlər. Onlaa köməklik edən başqa şəxslər olmamışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat təxminən 15 radələrində tanışı Xəyyam ona zəng edərək Şəmkir rayonu “Üç yol” adlı yerdə olduğunu və gəlib onu götürməsini xahiş etmişdir. Xəyyamla onun çoxdan münasibəti olduğundan o, Xəyyamın sözünü yerə salmayaraq Xəyyamın dediyi yerə getmişdir. O, Xəyyama avtomobilin benzininin azaldığını, özündə pul az olduğunu bildirərək avtomobilə benzin tökməsini demişdir. Lakin Xəyyamda pulunun olmadığını bildirmişdir. O, üzərində olan pulla avtomobilinə benzin törmək üçün həmin yerin yaxınlığında olan yanacaqdoldurma məntəqəsəni getmişdir. Lakin orada benzin olmamışdır. Bu zaman Xəyyam həmin yerdə dayanmış yük avtomobillərinin arasında avtomobil təkərinin diskini gördüyünü və həmin diski götürüb sataraq avtombilə benzin tökməyi demişdir. O da Xəyyamla razılaşraq avtomobili Xəyyamın göstrərməsi ilə yük avtomobillərinin arasına sürmüşdür. İkisi köməkli diski götürərək avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxtı yan tərəfdə olan yük avtomolinin sağ tərəfində avtomobilin üzərində iki ədəd akkumulyatorunun olmasını görmüşlər. Onlar həmin akkumulyatorları götürməyi məsləhətləşmiş və hər iki akkumulyatoru götürüb avtomobilin yük yerinə qoymuşlar. Daha sonra Posanlı yaşayış məntəqəsində qarşılarına çıxan metal qəbul edən yerə gedərək həmin diski satmaq istədiklərini bildirmişlər. Orada onlardan diskin kimə məxsus olması soruşulduqda özlərinə məxsus olduğunu bildirmişlər. Diski çəkərək onlara 12 manat vermişlər. Akkumulyatorlara isə 100 manat verə biləcəklərini demişlər. Lakin onlar həmin şəxslə razılaşmamışlar. Həmin vaxtı o, avtomobildən düşməmişdir. Xəyyam isə Kraz yolu adlı yerdə dəmir alan şəxslərin yanına getməyi demişdir. O da Xəyymla razılaşaraq avtomobili Xəyyamın dediyi yerə sürmüşdür. Bu zaman orada yaşlı bir kişi akkumulyatorların satlıq olub olmamasını soruşduqda onlar satmaq istədiyini bildirmişlər. Həmin vaxtı o, avtomoldə dayanmış, Xəyyam isə həmin kişi ilə söhbət edərək bir qədər sonra akkumulyatorları həmin kişinin idarə etdiyi avtomobilə qoymuşdur. Daha sonra onun yanına gələrək akkumulyatorları 140 manata satdığını bildirmişdir. Pulu götürdükdən sonra onlar avtomobilə benzin vurmuş, özlərinə siqaret almış, dönər alaraq yemiş, daha sonra isə Xəyyam ona olan 40 manat borcunu vermişdir. Sonra qalan pulu isə öz aralarında bölmüşlər. Bundan sonra o, Xəyyamı kirayədə qaldığı evin yaxınlığında düşürərək getmişdir. Ona düşən xatırlamadığı məbləğdə pulu öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, onlar akkumulyatorları və diski satdıqları şəxslərə akkumulyatorların və diskin özlərinə məxsus olduğunu bildirmişlər. Onlara köməklik edən başqa şəxslər olmamışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun atasına məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində “Texnika Koporativi” yanacaqdoldurma məntəqəsi vardır. Həmin yanacaqdoldurma məntəqəsi atasının adına olsa da yanacaqdoldurma məntəqəsinin işinə o nəzarət etmişdir. Mütəmadi olaraq onların yanacaqdoldurma məntəqəsinə məxsus yük avtomobili ilə yanacaq gətirmişlər, daha sonra isə növbəti dəfə yanacaq lazım olana kimi həmin avtomobillər yanacaqdoldurma məntəqəsinin dayanacağında saxlanılmışdır. Təxminən 2022-ci ilin may ayının əvvəllərində onlara məxsus ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil yanacaqdoldurma məntəqəsinə yanacaq gətirdikdən sonra sürücü avtomobili dayanacaqda saxlamışdır. 25 may 2022-ci il tarixdə yanacaqdoldurma məntəqəsinin mühasibi ona zəng edərək yanacaqdoldurma məntəqəsində dayanacaqda saxlanılmış, ** BP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd akkumulyatorlarının yerində olmadığını bildirmişdir. Eyni zamanda avtomobilin yanında olan yararlı təkər diskinində olmadığını bildirmişdir. O, həmin vaxtı Rövşənə oğurluq barədə polisə məlumat verməsini demiş, daha sonra isə özü ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları həmin yerə baxış keçirdikləri zaman yanacaqdoldirma məntəqəsinin müşahidə kameralarına baxdığında 23 may 2022-ci il tarixdə 15 radələrində VAZ 2106 markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomoblin yanacaqdoldurma məntəsəinin dayanacağında saxlanılmış yük avtomobilinin ətrafında fırlandığını, daha sonra orada olan iki yük avtomobilinin arasına girdiyi, bir qədər sonra isə çıxdığı müəyyən etmişlər. Həmin vaxtı da oradan iki ədəd akkumulyatorlar və bir ədəd disk oğurlanmışdır. Bundan sonra ərizə ilə Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən Texnika Koporativi yanacaqdoldurma məntəqəsində mühasib vəzifəsidə işləmişdir. Həmin yanacaqdoldurma məntəqəsi Şəmkir rayonu Çinarlı qəsəbə sakini X4 məxsus olmuşdur. Lakin son bir neçə ildə, yanacaqdoldurma məntəqəsinə nəzarəti və idarəni Ramizin oğlu Zərərçəkmiş şəxs həyata keçirmişdir. Yanacaqdoldurma məntəqəsinin özünə məxsus yanacaq daşıyan yük avtomobilləri olmuşdur. Həmin avtomobillər yanacaqdoldurma məntəqəsinə yanacaq gətirib yanacağı çənlərə vurduqdan sonra növbəti dəfə yanacaq lazım olanadək məntəqənin həyətində olan dayanacaqda dayanmışlar. 25 may 2022-ci il tarixdə yanacaqdoldurma məntəqəsinin həyətində dayanmış yük avtomobillərinə baxdığı zaman onlara məxsus dayanacaqda saxlanılmış ** BP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd akkumulyatorlarının yerində olmadığını görmüşdür. Eyni zamanda avtomobilin yanında olan yararlı təkər diski də yerində olmamışdır. O, həmin vaxtı Məhəmmədə zəng edərək bu barədə məlumat vermişdir. Məhəmməd ona bu barədə polisə məlumat verməsini dediyindən o, 102 zəng mərkəzinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və baxış keçirdikləri zaman yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarına baxdıqda 23 may 2022-ci il tarixdə 15 radələrində VAZ 2106 markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomoblin yanacaqdoldurma məntəsinin dayanacağında sxlanılmış yük avtomobilinin ətrafında fırlandığı, daha sonra orada olan iki yük avtomobilinin arasına girdiyi, bir qədər sonra isə çıxdığı müəyyən olunmuşdur. Həmin vaxtı da oradan iki ədəd akkumulyatorlar və bir ədəd disk oğurlanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus Kamaz markalı yük avtomobillərini sürmüşdür. Təxminən bir ay əvvəl kamazını satmışdır. 23 may 2022-ci il tarixdə günortadan sonra xatırlamadığı saatda özündə olan metalları satmaq üçün Şəmkir rayonu Krazyolu yaşayış massivində metal qəbul edən Elşad və Rəşad qardaşlarının yanına getmişdir. Həmin vaxtı o, özünə məxsus Mersedes benz markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. O, metal qəbulu sexinə çatdığında Elşad və Rəşad orada olmamışdır. Onlar çöldə yığılmış dəmirləri ayırırdmışar. O da içəri tərəfdə oturub çay içmişdir. Həmin vaxtı iki nəfər cavan oğlan gələrək Elşadgili axtarmışlar. O, həmin şəxslərdən Elşadı neylədiklərini soruşduqda həmin şəxslər akumulyator satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən nə akkumulyator olduğunu soruşduqda həmin şəxslər yük avtomobilinin iki ədəd akkumuluyatoru olduğunu bildirmişlər. O, həmin şəxslərdən akkumulyatoru haradan əldə etdiklərini soruşduqda həmin şəxslərdən biri akkumulyatorların dayısına məxsus olduğunu, dayısının Rusiya Federasiyasına getdiyini və bu səbəbdən dayısının yük avtomobilinin sürülmədiyini, buna görə də akkumulyatorları satmaq istədiklərini bildirmişdir. O, həmin şəxslərdən akkumulyatorları neçəyə satdıqlarını soruşduqda həmin şəxslər iki akkumulyatoru 150 manata satacaqlarını bildirmişlər. O, həmin şəxslərdən akkumulyatorları almağa razılaşmışdır. Həmin vaxt Rəşad gəldi, o, həmin şəxsləri Rəşada göstərərək onların necə adam olduğunu soruşduqda Rəşad ona həmin şəxsləri tanıdığını, narahat şəxslər olmadığını, mütəmadi olaraq metal qırıntıları gətirib satdığını bildirmişdir. O, həmin şəxslərdən iki ədəd akkumulyatoru almaq istədiyini bildirmişdir. Həmin vaxtı Elşadda gələrək onları pul qazanmağa qoymadığını bildirərək ona irad bildirmişdir. Eyni zamanda akkumulyatorlardan 20 manat qazancları olacağını demişdir. O da Elşada 20 manatını verəcəyini bildirmişdir. Elşadgil belə dedikdən sonra o, həmin şəxslərə 140 manat verəcəyini bildirdikdə həmin şəxslər onunla razılaşmışlar. O, həmin şəxslərin içində bir qədər arıq və digərindən uzun olan şəxsə 140 manat pulu vermişdir. Eyni zamanda Elşada da 10 manat verərərək Elşadın əvvəllədən ona olan 12 manat borcunuda cildiyini bildirmişdir. Elşadda onunla razılaşmışdır. Bundan sonra akkumulyatoru ona satan şəxslərə akkumulyatorları onun avtomobilinin yük yerinə qoymağı xahiş etmişdir. Həmin şəxslərdə iki ədəd əkkumulyatoru onun avtomobilinin yük yerinə qoyaraq getmişlər. Həmin şəxslər getdikdən sonra o, gedib akkumulyatorlara baxmış və yayarlı akkumulyatorlar olmasını görmüşdür. Həmin akkumulyatorları yaşadığı evə apararaq özünə məxsus Kamaz markalı avtomobilə qoymuş və akkumulyatorların hər ikisinin normal işlədiyini görmüşdür. Bir müddət sonra o, aldığı akkumulyatoru qoyduğu özümə məxsus kamaz markalı avtomobili başqa rayondan gələn şəxslərə satmışdır. Sonradan isə polis əməkdaşları onu polisə dəvət etdiyində həmin akkumulyatorların oğurluq olmasını, həmin şəxslərin akkumulyatorları Şəmkir rayonu ərazisindən oğurladıqlarını eşitmişdir. İşdə olan cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması barədə 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ-nin MSY-dən azad olunmuşdur. İşdə olan cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması barədə 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ-nin MSY-dən azad olunmuşdur. İşdə olan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirnin dəyişdirilməsi barədə 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan Gədəbəy rayon İHB Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarxili xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir cinayət tərkibli şikayət daxil olmamışdır. İşdə olan Gədəbəy rayon İHB şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarxili xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət xarakterli material daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124- 136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 23 may 2022-ci il tarixdə saat 15 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Gədəbəy rayonu, Arıxdam kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Texnika Koperativi” yanacaqdoldurma məntəqəsinin duracağında saxlanılan “SHAANXİ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilinin üzərindən ayrı-ayrılıqda hər birinin qiyməti 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat dəyərində olan iki ədəd “Yiğit Aku” markalı akkumulyatoru və bir ədəd 40 (qırx) manat dəyərində həmin avtomobilin yaxınlığındakı yük avtomobilinin diskini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 280 (iki yüz səksən) manat dəyərində əmlakını oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in məhz 177.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda təqsirli olmaları tam sübuta yetirlir. Onların bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görə də onlar həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzər alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarınş əxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına, həyat şəraitinə və ailə vəziyyətinə təsirini nəzərə alaraq ona təyin olunmalı olan azadlıqdan məhrumetmə cəzasını çəkmədən də, islah və tərbiyə olunması inamına gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən üzərində 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq olunmasını qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına, həyat şəraitinə və ailə vəziyyətinə təsirini nəzərə alaraq ona təyin olunmalı olan azadlıqdan məhrumetmə cəzasını çəkmədən də, islah və tərbiyə olunması inamına gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən üzərində 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq olunmasını qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə onların davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını zəruri hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilsin və ona 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti dövründə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilsin və ona 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti dövründə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar