Məhkəmə qərarları › İş №1(076)-28/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-28/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-28/2024 01.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə 08 avqust 1994–cü il tarixdə Şəmkir rayonu, Dəllər–Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, Şəmkir rayonu, Dəllər–Cırdaxan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələri ilə, xx xxxx 1993–cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS–8, mənzil–38 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi, xx xxxxxx 1991–ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamaqla daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 27,16 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 15 iyul 2023–cü il tarixdə saat 13 radələrində həmin narkotik vasitə olan marixuanadan iki ədəd bükümdə 5,76 qram və 6,64 qramını qazanc əldə etmək məqsədilə Şəmkir şəhərində yaşadığı küçədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 200 (iki yüz) manata satmış, 15 iyul 2023–cü il tarixdə saat 13:20 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şəmkir şəhərində “Qaryağdı” adlı ərazidə saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli şəffaf sellofan bükümdə, 15 iyul 2023–cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satmış olduğu və onların üzərində şəxsi axtarış zamanı aşkar edilmiş 5,76 qram və 6,64 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni xassəli və eyni tərkibli, təmiz çəkisi 14,76 qram olan Azərbaycan Respublikasının 28 iyun 2005–ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 15 iyul 2023–cü il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Şəmkir şəhərində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kağız bükümdə 5,76 qram və 6,64 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat pul qarşılığında satın alaraq üstündə saxlamış, daşımış və 15 iyul 2023–cü il tarixdə saat 13 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir şəhəri, Hərbi şəhərcik ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins materialdan olan şalvarın sol yan cibindən kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,64 qram olan Azərbaycan Respublikası 28 iyun 2005–ci il tarixli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 15 iyul 2023–cü il tarixdə saat 13 radələrində tanışı X5 ilə birlikdə Şəmkir şəhərində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kağız bükümdə 5,76 qram və 6,64 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat pul qarşılığında satın alaraq üstündə saxlamış, daşımış və 15 iyul 2023–cü il tarixdə saat 13 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir şəhəri, Hərbi şəhərcik ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 5,76 qram olan Azərbaycan Respublikası 28 iyun 2005–ci il tarixli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını, ümumiyyətlə o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, Şəmkir Rayon Polis şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu və fiziki zor tətbiq edildikdən sonra məcbur qalıb şəxsi axtarış aparılarkən video çəkiliş zamanı ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olduğunu, eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan qurudulmuş marixuana satdığını qeyd etsədə, ümumilikdə isə o, heç vaxt narkotik vasitələrin alqı–satqısı ilə məşğul olmadığını bildirsədə, məhkəmə istintaqının sonunda ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxsləri tanıyır. Onun onlarla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. 15 iyul 2023–cü il tarixdə Şəmkir şəhərində Qaryağdı adlı ərazidə Səttarxan küçəsində yerləşən yaşadığı evdə olan zaman saat 13 radələrində Elvin ona Watsapp proqramı vasitəsilə zəng edərək narkotik vasitə olan marixuana almaq istədiyini deyib marixuanası olub–olmadığını soruşmuşdur. O Elvinə marixuana olduğunu deyib yaşadığı küçəyə gəlməsini istəmişdir. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Məhərrəmlə birlikdə onun yaşadığı küçəyə gəlmişlər. Həmin küçədə onlar hər biri yüz manat olmaqla, ümumilikə ona 200 (iki yüz) manat pul vermişlər. O isə həmin pulun qarşılığında onlara ümumilikdə iki büküm narkotik vasitə olan marixuana satmışdır. O, avtomobilin qabaq sərnişin oturacağı tərəfdə olan pəncərədən yaxınlaşıb iki ədəd kağız bükümdə olan marixuananı verib onlardan 200 manat pulu almışdır. Daha sonra həmin yerdən uzaqlaşıb yaşadığı evə doğru gedən zaman Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi X3 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisi X3 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. O, həmin vaxt səmimi etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofan bükümdə olan narkotik vasitə marixuananı könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzi vasitəsilə çəkildikdə 13,98 qram çəkisi olduğu müəyyən edilmişdir. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və s. varsa təqdim etməyi təklif edilmişdir. Lakin o, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan aldığını soruşulduqda həmin narkotik vasitəni tapdığını bildirmişdir. Daha sonra onun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Lakin yaşadığı evdə hər hanı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Ondan başqa hər hansı yerdə saxladığı narkotik vasitə ya digər qanunsuz əşya olub–olmadığı soruşulmuşdur. O, başqa hər hansı yerdə qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Protokol tərtib edildikdə protokolu imzası ila təsdiq etmişdir. Əlavə olaraq qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə gəzdirmişdir. Belə ki, yuxarıda da göstərdiyi kimi Təqsirləndirilən şəxs2 ona zəngindən sonra Bakı şəhərindən həmin narkotik vasitəni satmaq üçün almışdır. Hazırda isə özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə təqsirli bilir. Bununla belə hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla hər hansı ədavəti və düşmənçiliyi yoxdur. 15 iyul 2023–cü il tarixdə dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə narkotik vasitə olan marixuana alıb istifadə etmək qərarına gəlmişlər. Onlar marixuananı tanışları Təqsirləndirilən şəxs1 satın almaq haqqında danışmışlar. O, Ərəstuna məxsus olan mobil nömrəyə zəng edərək ona marixuana almaq istədiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs3la birlikdə idarə etdiyi “Opel Zefira” markalı, 57–CC– 108 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Ərəstunun yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında ona 200 (iki yüz) manat pul verərək ondan iki büküm narkotik vasitə olan marixuana satın almışdır. O, Təqsirləndirilən şəxs3la birlikdə daha sonra idarə etdiyi avtomobillə Şəmkir şəhərində yaşadıqları Hərbi şəhərcik deyilən əraziyə gəlmişlər. 15 iyul 2023–cü il tarixdə saat 13:20 radələrində Hərbi Şəhərcikdə olarkən polis əməkdaşları onlara yaxınlaşmış, ona və Təqsirləndirilən şəxs3 narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onu və Təqsirləndirilən şəxs3 onun idarə etdiyi avtomobillə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi Müdafiəçi2 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisi Müdafiəçi2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyini təklif edilmişdir. O, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə olan marixuananı könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxış keçirilmiş, elektron tərəzi vasitəsilə çəkildikdə 6,95 qram marixuana olduğu müəyyən edilmişdir. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və s. varsa təqdim etməyi təklif edilmişdir. Lakin o, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan aldığını soruşulduqda, həmin narkotik vasitəni dostu Təqsirləndirilən şəxs3la birlikdə 200 manat pul qarşılığında 15 iyul 2023–cü il tarixdə Şəmkir şəhər sakini “Pişik” ləqəbli tanışları Ərəstun adlı şəxsdən satın aldıqlarını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolu o da imzası ilə təsdiq etmişdir. Daha sonra istifadəsində olan Opel markalı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 onun dostudur. Şəmkir rayonunda yaşayan Təqsirləndirilən şəxs1 tanımamışdır. 15 iyul 2023–cü il tarixdə saat təxminən 13 radələrində dostu Elvin ilə birlikdə narkotik vasitə olan marixuana alıb istifadə etmək qərarına gəlmişlər. Onlar marixuana almaq üçün Elvinin istifadəsində olan Opel markalı avtomobillə Ərəstunun yaşadığı Qaryağdı adlı əraziyə getmişlər. O və Elvin hər birisi yüz manat pul qoyaraq ümumilikdə 200 manat pul təşkil etmişlər. Onlar birlikdə Ərəstunun yaşadığı yerə getdikdən sonra Elvin Ərəstunla telefonla əlaqə saxlayıb marixuana satın almaq istədiklərini demişlər. Ərəstun Elvini tanıdığı üçün avtomobili saxladıqları yerə gəlmiş, avtomobilə qabaq sərnişin oturacağı tərəfdən olan pəncərəyə yaxınlaşmışdır. Ərəstun iki ədəd bükümdə olan marixuananı Elvinə vermişdir. Elvin isə Ərəstuna 200 (iki yüz) manat pul vermişdir. Daha sonra oradan uzaqlaşmış və bükümləri Elvinlə ikisi arasında bölmüşlər. 15 iyul 2023–cü il tarixdə saat 13:20 radələrində polis əməkdaşları avtomobilə yaxınlaşmış, onlara narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını deyib polis şöbəsinə dəvət etmişlər. Onlar polislərə həqiqətən narkotik vasitə gəzdirdiklərini və narkotiki pişik ləqəbli Ərəstun adlı şəxsdən satın aldıqlarını bildirmişlər. Onlar bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi Müdafiəçi3 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisi Müdafiəçi3 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyini təklif edilmişdir. O, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan marixuananı könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdə 6,07 qram marixuana olduğu müəyyən edilmişdir. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və s. varsa təqdim etməyi təklif edilmişdir. Lakin o, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan aldığını soruşulduqda həmin narkotik vasitəni dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə 200 manat pul qarşılığında 15 iyul 2023–cü il tarixdə Şəmkir şəhər sakini “Pişik” ləqəbli tanışları Ərəstun adlı şəxsdən satın aldıqlarını bildirmişdir. Ondan başqa hər hansı yerdə saxladığı narkotik vasitə ya digər qanunsuz əşya olub–olmadığı soruşulmuşdur. O, başqa hər hansı yerdə qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokolu imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyul 2023–cü il tarixdə ona Şəmkir rayon sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edildikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 13 radələrində Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkilləri Şahid3, onun və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri Hərbi şəhərcikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Opel Zafira markalı 57–CC–108 dövlət qeydiyyat nömrəli nişanlı avtomobillə saxlanılaraq onlara narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir Rayon Polis Şöbəsində üzərlərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişlər. Şəmkir RPŞ–də Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi2 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofan büküm çıxardaraq təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı pişik ləqəbli Ərəstun adlı şəxsdən 200 manata dostu Təqsirləndirilən şəxs3lə birlikdə aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 6.96 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar. Bundan başqa Təqsirləndirilən şəxs3 müdafiəçi tutmaq hüquqlarının olması izah edildikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi3 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynində olan sport sitilli şalvarın sağ yan cibindən ağ rəngli sellofan büküm çıxardaraq təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı pişik ləqəbli Ərəstun adlı şəxsdən ümumilikdə 200 manata dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 6.07 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ–yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi tutmaq hüquqlarının olması izah edildikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Mahir Kazımov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibindən ağ rəngli sellofan büküm çıxardıb təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı Bakı şəhərindən aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 13.98 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar.15 iyul 2023–cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılmış, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin CAB– nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin PPXB–nun polis nəfəri vəzifəsində xidmət aparır. 15 iyul 2023–cü il tarixdə Şəmkir RPŞ–də xidmətdə olarkən Şəmkir RPŞ–nin TB–nin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov onu xidməti otağına çağıraq rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin üzərinə şəxsi axtarış aparacağını bildirmişdir. O, rəhbərliyin göstərişi ilə təhqiqatçı Musa Cəfərovun xidməti otağına getmiş, orada sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi2 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli sellofan büküm çıxardaraq təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı pişik ləqəbli Ərəstun adlı şəxsdən 200 manata dostu Təqsirləndirilən şəxs3la birlikdə aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 6.96 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar. Bundan başqa Təqsirləndirilən şəxs3 müdafiəçi tutmaq hüquqlarının olması izah edildikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi3 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynində olan sport sitilli şalvarın sağ yan cibindən ağ rəngli sellofan büküm çıxardaraq təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı pişik ləqəbli Ərəstun adlı şəxsdən ümumilikdə 200 manata dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 6.07 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan Təqsirləndirilən şəxs1 Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ–yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi tutmaq hüquqlarının olması izah edildikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Mahir Kazımov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibindən ağ rəngli sellofan büküm çıxarıb təqdim edərək həmin bükümün narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı narkotik vasitə hesab olunan marixuananı Bakı şəhərindən aldığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 13.98 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza atmışlar. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 15 iyul 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ağ rəngli şəffaf sellofan bükümdə 13.98 qram çəkidə narkotik vasitə hesab olunan marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 15 iyul 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, onun əynində olan göy rəngli cins materialdan olan şalvarın sol yan cibindən ağ rəngli sellofan bükümdə 6.96 qram çəkidə narkotik vasitə hesab olunan marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 15 iyul 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, onun əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükümdə 6.07 qram çəkidə narkotik vasitə hesab olunan marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “axtarış aparılması haqqında” 15 iyul 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında axtarış aparılmış, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 15 iyul 2023– cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Opel Zefira” markalı, 57–CC–108 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 16 iyul 2023–cü il tarixli 16/731 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 6.07 qram narkotik vasitə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd dəftər vərəqi bükümündə təmiz çəkisi 5.76 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə istifadə etmək üçün istifadə olan vasitə...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd tamlığı pozulmamış “Watson Brown” adlı narkotik vasitəni istifadə etmək üçün olan hazır kağız parçalarının (rızılanın) üzərində narkotik vasitələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 13.98 qram narkotik vasitə marixunaya bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen bükümündə torbacıqda təmiz çəkisi 14.76 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixunadır. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 6.95 qram narkotik vasitə marixunaya bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen bükümündə torbacıqda təmiz çəkisi 6.64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş 3 (üç) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 05 sentyabr 2023–cü il tarixli, 1462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 05 sentyabr 2023–cü il tarixli, 1463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 05 sentyabr 2023–cü il tarixli, 1464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli, 310 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır, Cinayət işinin materiallarında olan Şəmkir rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli, 311 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır, Cinayət işinin materiallarında olan Şəmkir rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli, 312 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır, Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 3 nömrəli Mənzil–İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər–Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019–cu il təvəllüdlü Onur adlı uşağı vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016–cı il təvəllüdlü Səma adlı uşağı vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2016–cı il təvəllüdlü Ömər və xx.xx.2017–ci il təvəllüdlü Şahin adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunması barədə verdiyi məlumatla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024–cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM–nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, işin hərtərəfli araşdırması nəticəsində belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələri ilə ittiham verilmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı satmaq məqsədilə əldə etmiş, əldə etdiyi həmin narkotik vasitə olan marixuananın bir qismini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 200 manat pulun müqabilində satdıqdan sonra, həmin narkotik vasitədən qalan hissəni üzərində daşıyarkən Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, saxlanılaraq Şəmkir RPŞ–yə gətirilmiş və onun üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satmış olduğu narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni xassəli və eyni tərkibli çətənə bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində əməlin tövsifedici əlamətləri kimi satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək, saxlayıb daşıması məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilir. Buna görə də ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməli düzgün tövsif edilməmiş, onun törətdiyi cinayət əməli cinayət Məcəlləsinin 234.2–ci maddəsinin tərkibi ilə əhatə olunduğundan həmin maddə ilə tövsif edilməli və onun əməlinin cinayətlərin məcmusu qaydasında əlavə olaraq Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə tövsif olumasına ehtiyac yoxdur. Cinayət məsuliyyətinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008–ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7–ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusuiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsif, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası CPM–in 28.5–ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülüən ittiham həm yetərlilik, həmdə inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Konstitusiya Məhkəməsi Plenumunun “CM–in 244.1–ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011–ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət–hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət–hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM–də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhkükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub– olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyət alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM–in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalər və hümanizm, həmçinin yuxarıda göstərilən kostitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə, yuxarıda sadalanan sübutlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət–Prosessual məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımasına dair hissə təqsirliliyi sübuta yetirilmədiyindən xaric edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi təsdiq edilmədiyindən, yəni Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə irəli sürülmüş ittiham Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin tərkibi ilə əhatə olunduğundan həmin hissə ittihamdan xaric edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Şəmkir Rayon Polis şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu bildirsədə, qeyd olunan xüsusatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024–cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə təqsirli bilərək üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə gəzdirdiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 15 iyul 2023–cü il tarixdə Şəmkir şəhərində Qaryağdı adlı ərazidə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumilikə 200 (iki yüz) manat pulun müqabilində satdığını etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin tərkibi vardır və onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Ona görə də, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 234.1–ci maddəsində, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 234.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 himayəsində isə iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, onların yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 iyul 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, o, 15 iyul 2023–cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 17 iyul 2023–cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 15 iyul 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2a və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 15 iyul 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin, cinayət işinin materiallarında olan 17 iyul 2023–cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onlar Şəmkir RPŞ–nin MSY–dən azad edilmişlər. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 5,74 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 14,74 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 6,62 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş alət (rızla) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD–R disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən isə Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün 31 (otuz bir) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 186 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 iyul 2023–cü il tarixdən 17 iyul 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 15 iyul 2023–cü il tarixdən 17 iyul 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 5,74 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 14,74 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, 6,62 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş alət (rızla) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD–R disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 186 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar