Məhkəmə qərarları › İş №1(076)-28/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-28/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-28/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 13 oktyabr 2020-ci il tarixdə saat 12:00-da Rusiya Federasiyası Tumen vilayətinin, Surqut şəhərinin Proletanski prospekti ev 14 ünvanında yerləşən 73 A nömrəli mənzilə qanunsuz daxil olmaqla oradan dolabın içərisində olan Zərərçəkmiş şəxs məxsus 65000 (altmış beş min) rus rubl dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 1430 (bir min dörd yüz otuz) manat təşkil edən 01 ədəd norka materialından olan xəz paltonu və həmin mənzilin pəncərəsinin önündən 2000 rus rublu dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 440 (dörd yüz qırx) manat təşkil edən 01 ədəd "Samsung Galax S-7” markalı, **********85486 və **********85484 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 85000 (səksən beş min) rus rublu dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində əmlakını gizli yolla talayaraq ələ keçirməklə oğurluq etmişdir. Məhhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Surqut ş., Proletasrskiy pr., ev 14, ünvanın yaxınlığında xırda ticarətlə məşğul olmuşdur. Orda işlədiyi müddətdə Şahid1 ilə tanış olmuşdur. 13 oktyabr 2020-ci il tarixdə tanışı Şahid1lə birlikdə təmir etdiyi mənzilə getmiş, təmir gedən mənzilin qonşuluğunda olan mənzilə Şahid1 daxil olmuş və ordan çıxdıqdan sonra onunla telefonu lombarda qoymaq üçün birlikdə getməyi xahiş etmişdir. Çünki onun Rusiya Federasiyası vətəndaşlığı yoxdur. Sözü gedən kürkdən məlumatı olmamışdır. Verilən ittihamla razı deyil, o qeyd edilən cinayət əməlini törətməmişdir. Rusiya Federasiyasında izahatı alınarkən cinayət əməlini törətməsini etiraf etsə də həmin cinayət əməlini o törətməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Surqut ş., Proletarskiy pr., ev 14, m. 73 A ünvanında arvadı Şahid4 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. 13 sentyabr 2020-ci il saat 16:00 dəq. o, arvadı və 2 övladı ilə birlikdə Surqutskiy rayonu, Sitomino k. ünvanında yerləşən Rodoviye Uqodya TTP 12 ünvanına getmişdir. Mənzildəki bütün əşyalar öz yerində olmuş, o, bir otaqlı mənzilin giriş qapısını kildləmiş, qapının açarları onda və arvadının xalası, Surqut ş., İvan Zaxarov küçəsi, ev No 2/1, m.115 ünvanında yaşayan Şahid5 olmuşdur. O, Mariyadan xahiş etmişdir ki, mənzilə nəzarət etməklə gülləri sulasın, xx.xx.2020-ci il saat 11: 00 dəqiqdə Şahid5 xala ona zəng edərək uşaqlarının paltarlarını onlara gətirəndə, mənzilin giriş qapısının arasında açıq olduğunu görmüş, lakin şübhəli heç nə aşkar etmədiyi üçün, giriş qapısını kildlǝyǝrǝk getmişdir. O həmin an Surqut şəhərinə geri dönməyə qərara almışdır. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində bütün ailəsi Surqut şəhərinə geri qayıtmışdır. Mənzilin giriş qapısını öz açarı ilə açmışdır. Kilidin və giriş qapısının üzərində görünən xəsarət olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində mənzildə olarkən o, girişdə dayanmış şkafın qapısını açmış və xx.xx.2019-cu il tarixdə "Bolqatır" TM yerləşən "Magiya Mexa" mağazasından arvadı üçün 70 000 rus rublu dəyərində aldığı qara rəngli su samuru (norka) xəzindən olan qadın kürkünün orada olmadığını aşkar etmişdir. O, mənzilə baxaraq aşkar etmişdir ki, otağın pəncərəsinin pəncərə altından 2017-ci ildə Surqut ş., Lenin pr.ünvanında yerləşən "Eldorado” mağazasından 35000 rus rublu dəyərində əldə etdiyi "Samsung Galaxy S-7" markalı, İMEİ: **********85486, İMEİ: **********85484 olan mobil telefonu yox olmuşdur. İstismar dərəcəsini nəzərə alaraq mobil telefonu 20000 rus rublu, kürkü isə rus rublu dəyərində qiymət qiymətləndirilmişdir. Telefon gümüşü-qızılı korpus içərisində, çexolsu və simkartsız olmuş, bu zaman o anlamışdır ki, kimsə mənzilə daxil olmuş və əmlakı talan etmişdir. Oğurluq nəticəsində ona 85000 rus rublu məbləğində ziyan vurulmuşdur. Ailədə tək o işləyir, arvadı analıq məzuniyyətindədir. Onun aylıq gəliri 50 000 rus rublu təşkil etməklə əlavə gəliri yoxdur. İki az yaşlı övladı və arvadı onun himayəsindədir. Hadisə barədə xalası Şahid5 telefon vasitəsi ilə xəbər vermişdir ki, xx.xx.2020-ci il tarixdə güllərə su vermək üçün onun mənzilinə gəlmiş və ola bilsin ki, gedərkən mənzilin giriş qapısını kilidləməmişdir. Şahid5 ona deməmişdir ki, əşyalarıma toxunmamış, mənzildə səliqəsəhmanı pozulmamışdır. Bundan sonra o anlamışdır ki, mənzildən əmlakı talan edilmişdir. Norka xəzindən olan qadın kürkü 38 ölçülü, kapuşonlu, qara kəmərli, orta uzunluqda olmuşdur. Oğurluğun törədilməsində heç kimdən şübhələnməmiş, heç kimə borçu yoxdur. Hər ay 5000 rus rublu məbləğində mənzilin kommunal xərclərinə, 6000 rus rublu uşaq bağçasına, 7500 rus rublu istehlakçı kreditin ödənilmöəsinə xərcləmişdir. İcazəsiz mənzilə daxil olmağa, əşyaların yerini dəyişməyə həmçinin əşyları götürməyə heç kimə icazə verməmişdir. Heç kimin qarşısında borc öhdəliyi yoxdur. Kürk və mobil telefon üzərində heç kimə sərəncam hüququ verməmişdir. Uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərini, ödəniş cədvəlini, iş yerindən gəlir haqqında arayışı, komunal xidmətlərə görə ödəniş qəbzlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs verilǝn suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə o, xx.xx.2020-ci il tarixli 39 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rǝy ilə tanış olmuş, həmin rəyə əsasən onun mənzilindən oğurlanmış əmlakın qiymətləndirilməsin həyata keçirilmiş, su samuru (norka) xəzindən olan orta uzunluqlu qadın kürkü və "Samsung Galaxy S-7 markalı, İMEİ: **********85486, İMEİ **********85484 olan mobil telefonu ekspertizanın gəldiyi nəticəyə əsasən oğurlanmış əmlakın qiymətləndirilməsi 77 775 rus rublu 00 qəpik təşkil etmişdir. xx.xx.2019- cu ildə əldə olunmuş, su samuru (norka) xəzindən olan modeli B805k/40 olan qara rəngli, 38 bədən ölçülü qadın kürkünün köhnəlmə dərəcəsi nəzərə alınaraq 13 oktyabr 2020-ci il tarixinə olan bazar dəyəri 61 775 rus rublu təşkil etmişdir. Həyata keçirilmiş qiymətləndirmə və xx.xx.2020-ci il tarixli 39 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə həcmdə razılaşmışdır. Ona vurulmuş 71 775 rus rublu 00 qəpik məbləğdə maddi ziyan onun üçün əhəmiyyətli məbləğdir. Aylıq gəliri 50 000 rus rublu təşkil etmiş, başqa gəlir mənbəyi yoxdur, himayəsində az yaşlı uşaqları və arvadı var. Hər ay kredit öhdəlikəri üzrə ödənişlər etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən Surqut ş., Puşkin küç., ev 24, m. 19 ünvanında tək yaşayır. Təqsirləndirilən şəxs ilə 2020-ci ilin oktyabr ayında tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Surqut ş., Proletarskiy pr., 14 saylı binanın 3-cü blokunun yaxınlığında Təqsirləndirilən şəxs adlı tanışı ilə təsadüfən rastlamış, o, Təqsirləndirilən şəxs Tümen vilayəti, XMMD-Yugra, Surqut ş., Proletaskiy pr., ev 13 ünvanında yerləşən 72 saylı mənzilinə çay içmək üçün qonaq dəvət etmiş, həmin mənzildə muzdlu təmir işləri yerinə yetirmişdir ki, onun üçün müvəqqəti qazanc olsun. 72 saylı mənzil ilə eyni seksiyada 73 "A" saylı mənzil də yerləşmiş, həmin mənzildə tanımadığı insanlar yaşayır, onları heç vaxt görməmiş, həmin mənzildə heç vaxt olmamışdır. Onlar iki mənzilin yerləşdiyi seksiyaya qalxmışlar. O, 72 saylı mənzilin qapı kilidini açarla açmağa başlamış, bu zaman diqqət etmişdir ki, ondan arxada dayanmış Həsənov 73 "A" saylı mənzilə tərəf getmiş, hansı məqsədlə həmin mənzilə tərəf getdiyi ona məlum olmamış, o, düşünmüşdür ki, həmin mənzildə onun tanışları yaşayır. O, təmir işləri yerinə yetirdiyi 72 saylı mənzilin qapısını açaraq içəri daxil olmuş və öz işləri ilə məşğul olmuşdur. Bir müddət sonra, yəni 10-15 dəqiqədən sonra Həsənov onun təmir işlərini yerinə yetirdiyi 72 saylı mənzilə daxil olmuş, onun əlində içərsi dolu olan qara rəngli polimer paket olmuşdur. Onlar birlikdə çay içmişlər. O həmin paketin mənşəyi ilə əlaqədar Təqsirləndirilən şəxs heç bir sual verməmişdir. Sonra Həsənov onunla birlikdə bir yerə getməyi xahiş etmiş, dəqiq haraya gedəcəyini söyləməmiş o isə razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Həsənov ilə birlikdə onlar "Rosiç" TM istiqamətində yola düşmüşlər. Oraya çatanda Həsənov birinci mərtəbədəki komisyon mağazaya tərəf getmişdir. O heç bir sual vermədən Təqsirləndirilən şəxs ardınca getmişdir. Həsənov onun yanında öz adına olan şəxsi pasportunu komisyon mağazasının satıcısına, tanımadığı xanıma təqdim etməklə, əynindəki şalvarın cibindən gümüş-qızılı korpus içərisində olan, marka və modeli ona məlum olmayan mobil telefonu çıxararaq mağazanın satıcısına təqdim etdikdə o yaxınlıqda dayanaraq baş verənlərə müdaxilə etmir, mobil telefonun mənşəyi barədə sual verməmiş, mobil telefonun Təqsirləndirilən şəxs məxsus olduğuna əmin olmuşdur. O görmüşdür ki, mağazanın əməkdaşı Həsənova pul vermiş, lakin hansı məbləğ olduğunu gərməmişdir. Orxan onunla həmin pulları bölməmişdir. Ertəsi gün xx.xx.2020-ci il tarixdə onlar Həsənovla nahardan sonra görüşmüşlər. Təqsirləndirilən şəxs əlində bayaq adını çəkdiyi qara rəngli paket olmuş, içərisində nə olduğu ona məlum olmamış, Həsənov bunu ona bildirməmişdir. Təqsirləndirilən şəxs onunla getməyini istəmiş və onlar Surqut ş., 30 let Pobedi küç., ev 66 ünvanında yerləşən "Boqatır" ticarət mərkəzinə getmişlər, orada Təqsirləndirilən şəxs əlindəki paket ilə ikinci mərtəbədə yerlşən komisyon mağazaya getmiş, o da Təqsirləndirilən şəxs ardınca getmişdir. Təqsirləndirilən şəxs həmin mağazada öz adına olan olan RF vətəndaşının pasportunu təqdim edərək paketin içərisindəkini vermiş, o paketin içərisində nə olduğunu bilməmiş, heç bir sual vermir, çünki hər şeyin qanuni olduğunu hesab etmiş, sadəcə bir kənarda gözləmişdir. Sonra mağazanın əməkdaşı, əvvəllər tanımadığı bir kişi, Təqsirləndirilən şəxs paketi götürmüş, ona hansısa sənədləri və pul vermiş pulun məbləği ona məlum olmamışdır. Təqsirləndirilən şəxs onunla həmin pulları bölməmişdir. Sonra Həsənovla o elə orada, "Boqatır" ticarət mərkəzində olarkən, bir kafedə yemək yemişlər, bu zaman ödənişi Həsənov etmiş, hansı pul ilə etdiyi ona məlum olamamış, bu barədə heç bir sual verməmişdir. Sonra onlar maşrut taksi ilə "Gera" TM getmişlər, orada "Krasoye@Beloye" mağazasına daxil olmuşlar, Təqsirləndirilən şəxs orada özünə siqaret almış, sonra hərə öz yoluna getmişlər. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları yaşadığı evə gələrək araşdırma üçün onlarla birlikdə Rusiya DİN Surqut şəhəri üzrə İdarəsinin İİ 3 saylı PS OAB getməyini istəmişlər. Yalız şöbədə olarkən polis əməkdaşlarından öyrənmişdir ki, Təqsirləndirilən şəxs Surqut ş., Geologiçeskaya 10 ünvanında yerləşən "Rosiç" TM yerləşən komisyon mağazaya təqdim etdiyi mobil telefon və Surqut .., 30 let Pobedi küç., ev 66 ünvanında yerləşən "Boqatır" ticarət mərkəzinə təqdim etdiyi qara polimer paketin içərisində olan qadın kürkü onun tərəfindən Surqut ş., Proletarskiy pr., ev 14, m 73 A ünvanında yerləşən mənzildən oğurlanmışdır. Həmin əmlakın oğurluq olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməllərinin qanuni olduğundan əmin olmuş, Təqsirləndirilən şəxs cinayətkar əməlləri barədə xəbəri olmamışdır. Təqsirləndirilən şəxsla cinayət razılaşma içərisində olmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvələrindən Surqut şəhəri, 30 let Pobedi küç.., 66, "boqatır" TM "xxxx" MMCnin "Qlavskupka" komisyon mağazasında mal qiymətləndirici-qəbul edici vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə işdə olarkən, nahardan sonra, axşama doğru, dəqiq vaxtı bilmir, onların komisyon mağazasına əvvələr tanımadığı iki nəfər kişi gəlmiş, biri Qafqaz görnüşlü, digər isə 20-25 yaşlarında asyalı görnüşlü olmuşdur. Qafqaz görnüşlü olan şəxs orta uzunluqda 38 ölçülü qara rəngli kapüşonlu və dəyəri bənzər materialdan olan qara kəmərli norka xəzindən olan qadın kürkünü təqdim etmişdir. Qafqaz görnüşlü olan həmin şəxs xx.xx.1976-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs adına olan pasportu təqdim etmiş, o, pasport məlumatlarını, foto şəkili həmin kişi ilə müqayisə edərək şəxsiyyətindən əmin olmuş, pasportdakı foto şəkil həmin şəxsin zahiri görnüşünə uyğun olmuşdur. O, qeyd etdiyi norka xəzindən olan kürkə baxaraq qarşılığında 4000 rus rublu pul təklif etmişdir. Sonra o, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixli 016393 saylı geri satın almaq hüququ ilə alqı- satqı müqaviləsini rəsmiləşdirmişdir. Norka xəzindən olan kürkü əldə edəndən sonra o, Təqsirləndirilən şəxs 4000 rus rublu məbləğində pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan əmlakı satarkən, gələcəkdə geri satın almaq niyyətinin olmadığını özü ona bildirmişdir. Asiyalı görnüşünə malik olan ikinci oğlan bir qədər kənarda dayanmış və baş verənlərə qarışmamışdır. Həsənov pulu götürəndən sonra, yanında olan oğlanla birlikdə çıxaraq getmişdir. Bir daha onları görməmişdir. Həmin kürkün oğurluq olduğu ona məlum olmamışdır. Təqsirləndirilən şəxs həmin kürkü haradan əldə etməsi barədə ona heç nə deməmişdir. Orta uzunluqda 38 ölçülü qara rəngli kapüşonlu və dəriyə bənzər kürkü hal-hazırda mağazadadır, o, həmin kürkü könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Video müşahidə kameralarının xx.xx.2020-ci il tarixli videoyazısı yoxdur. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, Surqut şəhəri, Geologiçeskaya küç., 10, "Rosiç" TM FS "Sobolev" "Top keys" komisyon mağazasında mal qiymətləndirici -qəbul edici vəzifəsində çalışır. Onun vəzifəsinə əhalidən məlın qəbul edilməsi və qiymətləndirilməsi daxildir. xx.xx.2020-ci il tarixdə işdə olarkən, gündüz vaxtı, dəqiq vaxtı yadımda deyil, onlar komisyon mağazaya əvvəllər tanımadığı iki nəfər kişi gəlmiş, biri Qafqaz görnüşlü olan şəxs "Samsung Galaxy S-7" markalı, gümüşü-qızılı korpus içərisində, çexolsuz, simkartsız, fleş- kartsız İMEİ: **********85486, İMEİ: **********85484 olan mobil telefonu təqdim etmişdir. Qafqaz görünşülü olan həmin şəxs xx.xx.1976-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs adına olan pasportu təqdim etmiş, o, pasport məlumatlarını, foto şəkili həmin kişi ilə müqasiyə etmiş, şəxsiyyətindən əmin olmuş, pasportdakı foto şəkil həmin şəxsin zahiri görünşünə uyğun olmuşdur. O, qeyd etdiyi mobil telefona baxaraq qarşılığında 4000 rus rublu pul təklif etmiş, Həsənov razılaşmışdır. Sonra o, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixli girov əsasında borc müqaviləsini rəsmiləşdirmişdir. Mobil telefonu əldə edəndən sonra o, Təqsirləndirilən şəxs 4000 rus rublu məbləğdə pul vəsaitini vermişdir. Asiyalı görnüşünə malik olan ikinci oğlan bir qədər kənarda dayanmış və baş verənlərə qarışmamışdır. Həsənov pulu götürəndən sonra, oğlanla birlikdə çıxaraq getmiş, bir daha onları görməmişdir. Təqsirləndirilən şəxs zahiri görnüşü ona tanış gəlmiş, o, Həsənovu ikinçi dəfə görmüş, o daha əvvəl öz mobil telefonunu onların mağazasına girov qoymuş, hansı telefonu olduğunu xatırlamır, sonradan mobil telefonu geri satın almışdır. Mobil telefonu girov əsasında borc müqaviləsi ilə birlikdə hal-hazırda onların mağazasındadır, həmin mobil teleofunu xx.xx.2020-ci il tarixli girov əsasında borc müqaviləsi ilə birlikdə könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. "Samsung Galaxy S-7" markalı telefonun oğurluq olduğu ona məlum olmamış, Təqsirləndirilən şəxs "Samsung Galaxy S-7" markalı mobil telefonu haradan əldə etməsi barədə ona heç nə deməmişdir. Video müşahidə kamerlarının xx.xx.2020-ci il tarixli videoyazısı onlarda yoxdur. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2020-ci il saat 16:00 radələrində o əri və uşaqları ilə birlikdə Xanti-Mansiysk muxtar dairəsi - Yuqra, Surqutskiy rayonu, Sitomino kəndi ərazisində yerləşən "Ənənəvi torpaqdan istifadə ərazisi -12" ailə torpaqlarına getmişlər. Mənzildə bütün əşyalar öz yerində olmuş, səliqə səhman olmuş, birotaqlı mənzilingiriş qapısını əri açarla kilidlənmişdir. Giriş qapısını açarları onda, ərində və ərinin xalası, Surqut ş., İvan Zaxarov küç., ev No 2/1, m. 115 ünvanında yaşayan Şahid5 olmuşdur. Əri ondan xahiş etmişdir ki, mənzilə nǝarət etmiş, güllǝrǝ se vermişdir. xx.xx.2020-ci il tarixinə qədər o, ailəsi ilə birlikdə ailə torpaqlarında olmuşdur. Surqut şəhərinə xx.xx.2020-ci il saat 19:00 radələrində qayıtmışlar. Mənzilin giriş qapısını əri özündə olan açarla açmış, kild işlək vəziyyətdə olmuşdur. Giriş qapısındakı kilid üzərində gözlə görünən sındırma, həmçinin kənar əşya vasitəsi ilə təsir izləri olmamışdır. Onlar bütün ailəcə mənzilə daxil olanda, şübhəli heç nə görməmişlər, ilk baxışda bütün əşyalar öz yerində olmuş, səliqə-səhman pozulmamışdır. xx.xx.2020-ci il saat 20:00 radələrində əri dəhlizdəki şkafın qapısını açdıqda, orada xx.xx.2019-cu ildə "Boqatır” TM yerləşən "Magiya Mexa" mağazasından ərinin 70 000 rus rublu dəyərində ona aldığı və ona məxsus olan qara rəngli norka kürkün olmadığını aşkar etmişdir. Sonra əri mənzilə baxış keçirmiş, pəncərəaltından ona məxsus olan, 2107-ci ilin mart ayında 35000 rus rubulu dəyərində əldə etdiyi "Samsung Galaxy S- 7" markalı, İMEİ: **********85486, İMEİ: **********85484 olan mobil telefonun da olmadığını aşkar etmiş, bu zaman onlar mənzilə daxil olunduğunu və əmlaklarının talan olunduğunu anlamışlar. Oğurluq nəticəsində əri 85 000 rus rublu məbləğində xeyli miqdarda maddi ziyan vurulmuşdur ki, bu da onlar üçün xeyli miqdarda təşkil etmiş, əri ailədə təkcə işləyir, o isə analıq məzuniyyətdədir. O və iki azyaşlı uşağı ərinin himayəsindədilər. Ərinin aylıq gəliri gəliri 50 000 rus rublu təşkil etmişdir. Başqa gəlir mənbələri yoxdur. Hadisə ilə bağlı əri telefon vasitəsi ilə xalası Şahid5 ilə danışmış, sonuncu bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə güllərə su vermək üçün mənzilə gəldikdə, gedərkən giriş qapısını kildləmədiyini ehtimal etmiş, xalası demişdir ki, onlar əşyalara toxunmamış, mənzildə səliqə səhman pozulmamış, bu zaman o, anlamışdır ki, mənzildə oğurluq baş vemişdir. Oğurlanmış kürkün görnüşü, norka xəzindən qadın kürkü, bədən ölçüsü 38, kapüşonlu və qara dəri kəmərli, yan tərəflərində cibləri olan, mobil telefon sədəf çalarlı gümüş-qızılı korpus olmaqla çexolu və sim-kartı olmamışdır. Oğurluqda şübhəli bildiyi kimsə yoxdur. Ərinin və onun kiməsə borcunun olmadığını bildirmişdir. Ərin 5000 rus rublu məbləğdə aylıq kommunal xərcləri, 6000 rus rublu uşaq bağçasına istehlakçı kreditini ödəmək üçün 7500 rus rublu ödəyir. Onun heç kimin qarşısında hər hansı borc öhdəliyi yoxdur. Kürk və mobil telefon üzərində sərəncam vermək üçün heç kimə razılıq verməmişdir. Onlar mənzilə icazəsiz daxil olmağa heç kimə razılıq verməmişlər. Oğurlanmış əmlakı birgə qazanılmış, gələcəkdə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə, ərinin onun maraqlarını təmsil etməsini istəmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid5 Mixayılovna ifadəsində göstərmişdir ki, 13 sentyabr 2020-ci il saat 16:00 radələrində bacısı oğlu Zərərçəkmiş şəxs öz ailəsi, arvadı və iki uşaqları ilə birlikdə Xanti-Mansiysk muxtar dairəsi- Yuqra, Surqutskiy Sitomino kəndi ərazisində yerləşən "Ənənəvi torpaqdan istifadə ərazisi -12" ailə torpaqlarına getmişlər. Mənzildə bütün əşyalar öz yerində olmuş, səliqə səhman olmuş, birotaqlı mənzilingiriş qapısını bacısı oğlu açarla kilidlənmişdir. Giriş qapısını açarları onda və ər-arvad Keçimovlarda olmuşdur. Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, mənzilə nǝarət etsin, güllǝrǝ su versin. xx.xx.2020-ci il tarixinə qədər bütün Keçimovlar ailəsi ailə torpaqlarında olmuşlar. Surqut şəhərinə xx.xx.2020-ci il saat 19:00 radələrində qayıtmışlar. Mənzilin giriş qapısını öz açarları ilə açmışlar, kild işlək vəziyyətdə olmuşdur. O, 09 oktyabr 2020-ci il tarixdə nahar vaxtı və 15 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Surqut ş., Proletasrskiy pr., ev 14, m.73 A ünvanında yerləşən Keçimovların mənzilinə gəlmişdir. 09 oktyabr 2020-ci il tarixdə o qeyd olunan mənzilə gəlmiş, güllərə su vermiş, lakin çıxıb gedərəkən, qapını açarla bağlayıb-bağlamadığını xatırlamır. Keçimovların giriş qapısını kildləməyi unutduğunu ehtimal etmişdir. O, çıxıb gedərkən mənzilldə bütün əşyalar öz yerində səliqə səhmanla yerində olmuşlar. 15 oktyabr 2020-ci il tarixdə səhər saatlarında o, Keçimovların mənzilinə gedəndə, mənzilin qapısının arasının açıq olduğunu görmüş, o, mənzilə daxil olmuş, uşaqların paltarlarını oraya qoymuş, ətrafa baxaraq şübhəli heç nə və heç kimi görməmiş, ümumi səliqə-səhman pozulmamış, sonra o, qapını açarla kildləmiş, mənzilin giriş qapsının kildi işlək vəziyyətdə olmuş, qapını açıb- bağlayaraq, mə kildini nə də giriş qapısnın özündə hər hansı zədələnmə olmamışdır. 15 oktyabr tarixdə o, qonşuluqdakı mənzildə təmir işlərinin aparıldığını görmdüşdür. Həmin fəhlələrdə Keçimovlara məxsus 73 A saylı mənzilin və qonşuluqdakı 72 saylı mənzilin yerləşdiyi tamburun açarı olmuşdur. O, Keçimovlara məxsus mənzilin qapısının arasını açıq olması barədə keçimovlara məlumat vermişdir. Keçimovlara məxsus mənzilin açarlarını heç kimə verməmişdir. Onların əşyalarına toxunmamış və onları götürməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı Rusiya Federasiyası, Surqut ş., Proletasrskiy pr., ev 14, m.73 A ünvanında baş vermişdir. Cinayət işində olan 25.05..2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işində olan təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qəti imkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəliyin xasiyyət naməsində görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur və onunla barışışmıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirməklə onun ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə məxsus evdən Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 1430 (bir min dörd yüz otuz) manat təşkil edən 01 ədəd norka materialından olan xəz paltonu və həmin mənzilin pəncərəsinin önündən 2000 rus rublu dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 440 (dörd yüz qırx) manat təşkil edən 01 ədəd "Samsung Galax S-7” markalı, **********85486 və **********85484 İMEİ kodlu mobil telefonu gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş şəxsin 85000 (səksən beş min) rus rublu dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində əmlakını oğurlaması faktı ibtidai istintaq zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, eləcə də Azərbaycan Respublikası ona həmin Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar