Məhkəmə qərarları › İş №1(076)-280/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-280/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-280/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştiraklaı ilə, xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Yevlax rayonu Aran-1 qəsəbəsində qeydiyyatda olan, Şəmkir rayonu, Çaparlı kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmində, yəni Təqsirləndirilən şəxs Mingeçəvir şəhərinə gedəcəyini bildirdikdən sonra tərəflər arasında yaranmış söz mübahisəsi zamanı aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq burun yəhərinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 sentyabr 2023-cü il də saat 15 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs bir dəfə əl zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Əməlindən səmimi peşmandır. Hazırda arvadı Nuranə ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş və mehriban yaşayırlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yaşadığı evin həyətyanı sahəsində əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu bir dəfə əl zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Hazırda Vüqar onunla barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş və birlikdə yaşayırlar, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində toy məclisində olan zaman bacısı Zərərçəkmiş şəxs ona mobil zəng edərək əri Təqsirləndirilən şəxs onu döyməsini söyləməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 21 sentyabr 2023-cü il tarixli 1133 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-burun yəhərinin əzilmiş yarası və sağ qulaq seyvanının arxa səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 20 sentyabr 2023-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun yəhərinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ qulaq seyvanının arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəflər arasında keçirilən üzləşmə zamanı əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini Təqsirləndirilən şəxs üzünə demişdir. Şəmkir Rayon İHB-nın Çaparlı kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir Rayon İHB-nın Çaparlı kəndi İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Aran-1 qəsəbəsində qeydiyatda dayansada beş ildən artıq müddətdir ki, Şəmkir rayonu, Çaparlı kəndində yaşayır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Ukrayna Respublikasında barəsində cinayət işi acılmış və xx.xx.2001-ci ildə ACDİÜ Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR MM xx.xx.2003-cü il tarixli, amnistiya qərarına əsasən azad edilmiş və məhkumluğu olmayan. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərin pozulması zəmində, yəni Təqsirləndirilən şəxs Mingeçəvir şəhərinə gedəcəyini bildirdikdən sonra tərəflər arasında yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs rəhmətə getmiş ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq burun yəhərinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətləf yetirməklə qəsdən sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 48 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar