Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-281/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdam rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs tanışı Şahid2 2023-cü ilin fevral ayının sonlarında, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evində onun adına hüquq verən "X10 və Texnologiya Kollecinin” 07 iyul 2008-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan, BB-İİ No 076776 seriyalı diplomun blanklarını və üzərindəki möhür əkslərini elektrofotoqrafik çap qurğusunda (lazer printer, rəngli surətçıxaran və s.) çap edǝrǝk, diplomun qrafalarındakı yazıları və dövlət attestasiya komissiyasının sədrinin, direktorunun və katibinin adından olan imzaları özü icra edərək kustar üsulla qanunsuz hazırlamaqla saxtalaşdırdığını bilə-bilə, həmin saxta diplomu 2023-cü ilin mart ayının əvvələrində, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun ərazisində Şahid2 1500 (bir min beş yüz) manat məbləğində pulun qarşılığında alıb 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının X3 31 may 2005-ci il tarixli, 922- İİQ nömrəli "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq məqsdilə icazənin verilməsi üçün təqdim etməklə, bilə-bilə hüquq verən digər rəsmi saxta sənəddən istifadə etmə cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Göstərilən cinayət əməllərinin törədilməsi ilk növbədə təqsirləndirilən şəxsin öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin iyun ayından 2023-cü ilin sentyabr ayının əvvəlinə kimi X2 Şəmkir Heyvan Sağlamlıq Mərkəzində baytar həkim vəzifəsində çalışmışdır. O, 2004-cü il tarixdə Şəmkir rayonundakı Laçın kənd tam orta məktəbini bitirərək, həmin ildə X7 qəbul olaraq orada 4 il təhsil almış, daha sonra özəl baytarlıq institutu formalaşandan sonra kollecdən əldə etdiyi diplomla işləməyi mümkün olmamışdır. 2023-cü ilin fevral-mart aylarında əvvəllər Şəmkir rayonunda baytar həkim işləyən Rəşad adlı şəxslə telefon danışığı zamanı (istifadəsində olan mobil nömrə ***-***- **-**) ondan işləyib-işləmədiyini maraqlanmışdır. Həmin vaxt o, Rəşada heç bir yerdə işləmədiyini bildirdikdən sonra, həmçinin Rəşad onun orta-ixtisas təhsilli olduğunu, eyni zamanda baytarlıq sahəsində təcrübəsinin olduğunu bildiyinə görə ona ixtisasını dəyişməyi təklif etmişdir. O, belə bir şeyin mümkün olub-olmamasını ondan dəqiqləşdirdikdən sonra, qəti narahat olmamağını bildirərək qısa müddətdə bu məsələni 1500 manat məbləğində pul müqabilində həll edəcəyini bildirmişdir. Həmin ərəfələrdə, xx.xx.2023-cü il tarixdə "Azərbaycan Beynəlxalq Bank"ından arvadı Salmanova Jalǝ Şakir qızının adına 1700 manat məbləğində kredit götürərək, həmin məbləğ 1500 manatını Rəşadın onun istifadəsində olan mobil telefona göndərdiyi plastik karta Şəmkir rayonunun, Sarıtəpə kəndindəki marketlərdən birində "Milli Ön" aparatı vasitəsilə göndərmişdir. Pulu göndərdikdən təxminən 1 həftə sonra ona adına olan 07 iyul 2008-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seriyalı diplomun əslini taksi ilə göndərmişdir. Həmin diplomu Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı təqdim etmişdir. 2023-cü ilin ortalarında diplomun dövlət nümunəli olmasına inanaraq X3 müraciət etmiş, X10 və Texnologiya Kollecinə heç vaxt getməmiş və dərslərdə də iştirak etməmişdir. Rəşad ondan ixtisas dəyişmə adı ilə pul aldığına görə, o, Rəşada inanmış və hesab etmişdir ki, belə bir dəyişiklik mümkündür. Bu yaxınlarda X3 müraciət edən zaman ona bildirmişlər ki, sözügedən diplom saxtadır. Həmin diplomdan əvvəllər heç yerdə istifadə etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəldən tanıdığı, 2017-2018-ci illərdə Şəmkir Baytarlıq İdarəsində çalışan Rəşad adlı şəxsə 1500 manat məbləğində pul vermişdir, Rəşadın həmin diplomu özünün hazırlayıb hazırlamamasından və ya kimin vasitəsilə və necə hazırlamasından, həmçinin haradan əldə etməsindən heç bir məlumatı yoxdur. Etdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2018ci ildən 2019-cu ilədək X2 X8 Laboratoriyasında laborant vəzifəsində çalışmışdır. O, 2007ci il tarixdə Tərtər rayonundakı Bəyimsarov kənd tam orta məktəbini bitirərək, 2010-cu ildə X13 qəbul olaraq orada 3 il təhsil almışdır. Daha sonra oradan əldə etdiyi diplom əsasında ifadəsinin əvvəlində qeyd etdiyi yerdə işləmişdir. Daha sonra özəl baytarlıq institutu formalaşandan sonra liseydən əldə etdiyi diplomla işləməyi mümkün olmamışdır. Əvvəllər Şəmkir rayonunda baytar həkim işləyən Rəşad adlı şəxslə telefon danışığı zamanı (istifadəsində olan mobil nömra ***-***-**-**) Kolleclərdə boş yerlərin qaldığını, 3 illik təhsil haqqını ödəməklə, yəni cəmi 1500 manat məbləğində pul müqabilində baytar ixtisası üzrə diplom əldə edilməsinin mümkün olduğunu ona bildirmişdir. O da məcbur olub ailəsini dolandırmaq xatirinə həmin diplomu əldə etməyi qərarlaşdırmışdır. 2023-cü ilin iyul-avqust aylarında o, mobil telefonunda olan "Leobank" mobil tətbiqi vasitəsilə Rəşad adlı şəxsin istifadəsində olan "Kapital bank" plastik kartına müxtəlif vaxtlarda 100-500 manat aralığında olmaqla, cəmi 1500 manat məbləğində pul göndərmişdir. Həmin kartın şəkilini və ödəniş qəbzlərini itirdiyi üçün təqdim edə bilmir. 1500 manat məbləğində pulu Rəşada tam ödədikdən sonra, təxminən 2023-cü ilin may ayının əvvəllərində ona adına olan 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-H No 076776 seriyalı diplomunu, eyni zamanda həmin diplomun iki nüsxədə notarial qaydada təsdiq olunmuş surətlərini taksi ilə ona göndərmişdir. Həmin diplomu vǝ notarial qaydada olan iki nüsxəsini Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı təqdim etmişdir. Onu da qeyd etmişdir ki, həmin diplom notarial qaydada təsdiq olunduğuna görə, o diplomun dövlət nümunəli olmasına inanaraq X3 müraciət etmişdir. O, qeyd olunan X10 və Texnologiya Kollecinə heç vaxt getməmiş və dərslərdə də iştirak etməmişdir. Bir daha qeyd etmişdir ki, Rəşad ona Kolleclərdə boş yerlərin qaldığını bildirdiyinə görə, o inanmışdır. Həmçinin Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu yaxınlarda X3 müraciət edən zaman ona bildirmişlər ki, sözügedən diplom saxtadır. Həmin diplomda əvvəllər heç yerdə istifadə etməmişdir, əvvəldən tanıdığı, 2016- 2018-ci illərdə Şəmkir Baytarlıq İdarəsində çalışan Rəşad adlı şəxsə 1500 manat məbləğində pul vermişdir. Rəşadın həmin diplomu özünün hazırlayıb hazırlamamasından və ya kimin vasitəsilə və necə hazırlamasından, həmçinin haradan əldə etməsindən heç bir məlumatı yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, Baş İdarəyə gələn zaman, Rəşad istifadəmdə olan mobil telefona zəng edərək dindirilmə zamanı onun adını qeyd etməməyini, diplomu tanımadığı şəxsdən aldığını bildirməyini ondan xahiş etmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, X1 diplomun saxta olması barədə ona məlumat verildikdən sonra, Rəşadla aralarında olan telefon danışığı zamanı verdiyi 1500 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Rəşad araşdırma yekunlaşandan sonra pulunu qaytaracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilən X9 ifadəsi elan edilməklə tədqiq edilmiş və şahid ifadəsində bildirmişdir ki, o, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Şahid1 və Təqsirləndirilən şəxslə münasibəti normal, düşmənçiliyi və ədavəti yoxdur. 2017-ci ildən 2019-cu ilədək Şəmkir rayon Baytarlıq İdarəsinin Çinarlı baytar sahəsinin baytar feldşeri vəzifəsində çalışmışdır. Həmin dövrdə Mahir və Xudayəti tanımışdır. Xudayətlə mobil telefonla əlaqə saxlayan zaman orta-ixtisas təhsili ilə baytar həkim kimi işləmək istədiyini ona bildirmişdir. O isə Şahid1 köməklik edə biləcəyini bildirmiş, bundan sonra o, Xudayətə ona lazım olacaq diplomu hazırlamaq üçün 1500 manat pul istəmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Onun istifadəsində olan nömrəsini unutduğu kart hesabına 1500 manat pul vəsaiti göndərmişdir. Həmin pulu aldıqdan sonra o, Şəmkir rayonuna gələrək Dəllər qəsəbəsində kirayə qaldığı evdə özünə məxsus printerlə 07 iyul 2008-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seryalı diplomun hazırlayaraq imza yerlərinə imza çəkmişdir. İmza çəkildikdən sonra həmin diplomları taksi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra 2023cü ilin avqust ayının əvvələrində Mahirlə mobil telefonla danışıq zamanı ona bildirmişdir ki, baytar həkim kimi işləmək üçün orta təhsil kifayət eləməməsi haqqında gileylənərkən o, Mahirə diplom düzəldə biləcəyini bildirmişdir. Mahir isə onun təklifi ilə razılaşmışdır. Şahid1 diplom düzətmək müqabilində 1500 manat pul istəmişdir. Həmin pulu kart nömrəsini unutduğu kart hesabını whatsapp sosial şəbəkəsində Şahid1 göndərmiş, Şahid1 isə onun atdığı kart hesabına 1500 manat məbğləğində pul yüklədikdən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsində kirayə qaldığı evdə eyni qayda ilə 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-H No 076776 seriyalı diplomu özümə məxsus printer vasitəsi hazırladıqdan sonra həmin diplomun üzərinə imza çəkdikdən sonra hazırladığı diplomu takisi vasitəsi Mahir Qssimova göndərmişdir. Etdiyi əməldən səmimi peşmandır. İş materiallarında olan Şahid1 adına olan BB-İİ 076776 nömrəli (05 oktyabr 2011-ci il tarixli) və X5 adına olan BB-İİ 076776 nömrəli (07 iyul 2008-ci il tarixli) diplomlar maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə sənədlərin texniki ekspertizasının 06 may 2024-cü il tarixli 5/427 №-li rəyindən görünür ki, 1.tədqiqata təqdim edilmiş X4 adına BB-İİ 076776 nömrəli, Şahid1 adına BB-İİ 076776 nömrəli diplomların blankları və üzərindəki möhür əksləri elektrofotoqrafik çap qurğuda (lazer printer, rəngli surətçıxaran və s.) çap edilmişdir. 2. tədqiqata təqdim edilmiş X4 adına BB-İİ 076776 nömrəli, Şahid1 adına BB-İİ 076776 nömrəli diplomlarda olan əlyazılar və imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 10 may 2024-cü il tarixli 4/585 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, X4 adına BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli diplomda “Dövlət attestasiya komissiyasının sədri” ilə “Chairman of the X12” qrafalarındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Eskpertizaya təqdim olunmuş, X4 adına BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli diplomda “Direktor” ilə “Director” qrafalarındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Eskpertizaya təqdim olunmuş, X4 adına BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli diplomda “Katib” ilə “Secretary” qrafalarındakı imzalar EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Eskpertizaya təqdim olunmuş, Şahid1 adına BB-İİ 076776 nömrəli 05 oktyabr 2011-ci il tarixli diplomda “Dövlət attestasiya komissiyasının sədri” ilə “Chairman of the X12” qrafalarındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Eskpertizaya təqdim olunmuş, Şahid1 adına BB-İİ 076776 nömrəli 05 oktyabr 2011-ci il tarixli diplomda “Direktor” ilə “Director” qrafalarındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Eskpertizaya təqdim olunmuş, Şahid1 adına BB-İİ 076776 nömrəli 05 oktyabr 2011-ci il tarixli diplomda “Katib” ilə “Secretary” qrafalarındakı imzalar EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, nəticənin “1.1-1.6” bəndlərində göstərilən imzaların müvafiq olaraq öz aralarında eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1((076)-237/2024 nömrəli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddinə islah işləri cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut – X4 adına BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli diplom və Şahid1 adına BB-İİ 076776 nömrəli 05 oktyabr 2011-ci il tarixli diplom cinayət işinin materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşaqların olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə isnad olunan olunan CM-in 320.2-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasını təyin etməyi mümkün edir. Məhkəmə həm də onu qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddə qarışıq cəza nəzəriyyəsini müəyyən edir və həmin maddənin tələbinə görə, cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Göründüyü kimi, cəzanın xüsusi xəbərdaredici funksiyası bilavasitə cinayət törətmiş şəxslərə yönəlir və ilk növbədə onların özünün islah olunmalarını və yenidən cinayət törətməmələrini nəzərdə tutur. Ona görə də məhkəmə təyin edəcəyi hansı dövlət məcburiyyət tədbirinin məhz bu məqsədlərə xidmət edə biləcəyini dəqiqləşdirmək istəyir. Məhkəmə hesab edir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, ona dəlalət edir ki, təqsirləndirilən şəxs xaraktercə cinayətkar fəaliyyətə meylli deyildir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Ona görə də, təqsirləndirilən şəxsin ona təyin olunacaq ictimai işlər cəzasını çəkmədən də islah olunma imkanlarından istifadə etməsi üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut – X4 adına BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli diplomun Şəmkir Rayon Məhkəməsinin 1(076)-237/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə həmin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə mülki iddia və CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-281/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-281/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver