Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-282/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs о, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə Şəmkir rayonunun “Kraz yolu” adlanan hissəsindən tapıb, qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab olunan 01 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən TB-1406 N-li (çaxmaqda) tapançanı, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı darağı və döyüş sursatı hesab edilən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, atəş açmaq üçün nəzərdə tutulmuş yeddi ədəd (atəş üçün yararlı) patronları üzərində saxlamaqla yaşadığı evə daşımış, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın bel hissəsindən 01 ədəd keçmiş SSRİdə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən TB-1406 N-li (çaxmaqda) tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı daraq və döyüş sursatı hesab edilən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, atəş açmaq üçün nəzərdə tutulmuş yeddi ədəd (atəş üçün yararlı) patronlar aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, Kriminalistik Təhqiqatlar İdarəsinin rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək ifadəsində göstərdi ki, o, 24 iyul 2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndinin mərkəzində dostları Asif və Şirxanla birlikdə bir ədəd qarpız alaraq Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində yerləşən su kanalına çimməyə getmək istəmişlər. Onlar gedərkən Şəmkir rayonu, Şiştəpə kəndinin mərkəzindən yoldan qarpız almışlar. O, yanında olan dostlarına yolun digər tərəfində yerləşən marketə siqaret almağa getdiyini bildirmiş yolun digər tərəfinə keçən zaman dostlarından bir az, təxminən 20 m uzaqlaşan kimi polis əməkdaşları hərəsi bir tərəfdən gələrək, onun qoluna girmiş və onu maşına soxmuşlar. Həmin gün günorta üstü onu silahsız şöbəyə gətirmişlər. Şöbəyə gəldikdən sonra onu Elşən müəllimin otağına qaldırmışlar və ona Elşən müəllim psixi təziq edərək ona “sən türməyə getməlisən demişdir.” O, nə səbəbə türməyə soruşduqda, “zakaz gəlib sən getməlisən” deyə Elşən müəllim bildirmişdir. Elşən ona otaqda Vüqar və İsmayılın yanında bildirmişdir ki, “ya silah yada sənin yaşadığın ünvana azyaşlı övladlarının gözünün qarşısında küllü miqdarda narkotiklə yükləyib göndərəcəyik gedəssən”. O, onlara yalvarmış lakin onlar yox deyərək sözlərində dayanmışlar. Həmin vaxt onun uşaqları yay tətili olduğu üçün evdə olmuş, o buna görə həmdə narkotik ağır olduğu üçün həmçinin ona təsir edilib “onsuzda boynuna qoyacıyıq silahı götür get” dedikləri üçün silahı götürmək qərarına gəlmiş və silahı seçib içəri getməyi qəbul etmişdir. Bundan sonra onu Vüqar müəllimin otağına aparmışlar və Vüqar müəllimin stolunun altından 01 ədəd tapanca, daraq və 07 güllə çıxarmış və silahı boynuna al “bir il, iki il srok verərlər bununla da get demişdir”, o, yenə də anası və 3 balası olduğunu deyərək yalvarsa da xeyr etməmişdir. Daha sonra birlikdə birinci mərtəbədə yerləşən otağa aparmışlar, həmin yerdə başqa silahlar da olmuş, o üzərinə silah qoyduqdan sonra ona silahı şalvarının bel hissəsindən çıxardıb və silahı xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri Kraz yolu adlanan ərazidə yolun kənarında piyada gəzərkən tapdığını video çəkliş zamanı bildirməsini bildirmişlər. O, da bununla razılaşmış, bundan sonra vəkil və video çəkliş aparan əməkdaşın iştirakı ilə üzərinə şəxsi atarış aparmışlar. Axtarış zamanı onun üzərinə qoyduqları tapanca və 07 ədəd gülləni özü təqdim etmişdir. Tapancanı video çəkiliş zamanı polis əməkdaşlarının dediyi kimi, yəni Şəmkir şəhəri Kraz yolunda zibillikdən tapdığını bildirmişdir. Bundan sonra onu şübhəli şəxs qismində tutaraq Şəmkir RPŞ-ni MSY-nə təhvil verilmişdir. Sabahsı günü onu Şəmkir rayonu, Kraz yolu adlanan yerə aparmışlar və ona necə durması və silahı tapdığı yeri göstərməsi barədə bildirib, şəkillərini çəkib qaytarıb onun işini türməyə keçirmişlər. Onun işi türməyə keçdikdən sonra o, orada ona təyziq edə bilməyəcəklərini bildiyi üçün Bakıya şikayət yazmışdır. Bundan sonra Şəmkirdən prokuror gəlmiş, o prokurora da hazırkı məhkəməyə verdiyi ifadəsini bildirmiş və silahın onun olmamasını bildirmişdir. Onun arvadından da onda silah olması barədə soruşmuşlar, lakin o evində yaxudda ümumi olaraq silah gəzdirməmiş, həmçinin onun anlayışı olduğu üçün silah gəzdirmənin cinayət olduğunu bilmişdir. O, kimin sözü və nə ilə başına bu işin gəlməsini bilmir. Onun Zeynal kişinin uşaqları ilə konfilekti olmuş, onlar onu tutdurmuş, o isə qarşılığında onlara şikayətçi olmuş və onları tutdurmuşdur. O, bir il yatmış və sonra onlar tutulmuşdur. Onun uşaqları olduğu üçün o qorxmuş və sonra məhkəmədə gedib barışdığını və düşmançalıq etmədiyini bildirmişdir. Bu isə Şəmkir RPŞ-nə xeyir etməmiş, müavin Elşən müəllim həmin şəxsləri onun əli ilə tutdurmaq istəmiş buna görə “ona get bakıya şikayətçi ol demişdir”. Lakin o buna məhəl qoymamış və şikayətçi olmamışdır. O, düşünür ki, Elşən müəllim bundan acıqlandığı üçün belə etmişdir. Onun bu işdən heç bir günahı yoxdur. Əlavə olraq bildirir ki, ilkin ifadəsində silahı tapdığını demiş belə ki, ona təyziq göstərildiyi üçün o, elə demiş. Ona təyziq edilsə də ibtidai istintaqda olarkən onu döyməyiblər. O, əvvəllər onu Şahid1 və digər polis əməkdaşalrının vurmaqlarından qorxduğu üçün o ilkin ifadəsində hər şeyi boynuna almışdır. Şahid1 sadəcə Elşən müəllimin göstərişlərini yerinə yetirmiş və onu tutub gətirmişdir. Silah onun belindən çıxarkən o, döyülməmişdir. Ona təyziq göstərilməsi ilə bağlı prokurorluğa türməyə getdikdən sonra müraciət etmiş və prokrorluğun nümayəndəsi onun izahatını almış və araşdırmışdır. Silahı tutulanda təsir göstərildiyi üçün qəbul etmişdir. Onun ibtidai istintaqın sonunda verdiyi ifadə və məhkəmədə verdiyi ifadəsi düzgündür. Sonda Təqsirləndirilən şəxs son sözlə çıxışında, özünü təqsirli bilməsə də, günahı olmasa da bəraət hökmü çıxarılmasını istəmədiyini, ona cəza verilərkən bu günədək həbsdə olduğu cəza ilə əvəz olunmasını, ona 5-6 ay azadlıqdan məhrum etmə cəzası verilib azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdir ki, o, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 iyul 2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 12:45 radələrində X9 rayonu, Şiştəpə kəndində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Şəmkir Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Elçin Həsənov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın üzərində olan qara rəngli kəmərində olan bir ədəd qundağı və lüləsində ki, nömrələri silinmiş vəziyyətdə heç bir yazı və nömrə olmayan bir ədəd Makarov tipli tapanca və əynində olan çins şalvarın sağ yan cibindən icərisində 7 ədəd patronlar olan darağı təqdim eləmişdir. Təqsirləndirilən şəxs tapancanı haradan əldə etməsini soruşduqda Şəmkir rayon ərazisində yerləşən Kraz yolu yaşayış massivindən yolun kənarı ilə piyada gəzən zamanı tapdığını bildirmişdir. 01 ədəd Makarov tiplli tapanca və içərisində 07 ədəd patronlar darağı ilə birlikdə təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı üzərində başqa qadağan olunmuş əşya və ya predment aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Elnur Sadıqov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona heç bir təsir göstərməmişlər, Əlizadə Hazıyev sərbəst şəkildə törətdiyi cinayət əməlini sərbəst şəkildə etiraf etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsindən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 24 iyul 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin odlu silah saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O, rəhbərliyin göstərişi ilə təhqiqatçısı Elnur Sadıqovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Elçin Həsənov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın üzərində olan qara rəngli kəmərində olan bir ədəd qundağı və lüləsindəki, nömrələri silinmiş vəziyyətdə heç bir yazı və nömrə olmayan bir ədəd Makarov tipli tapanca və əynində olan cins şalvarın sağ yan cibindən icərisində 07 ədəd patronlar olan darağı təqdim eləmişdir. Təqsirləndirilən şəxs tapancanı haradan əldə etməsini soruşduqda Şəmkir rayon ərazisində yerləşən Kraz yolu yaşayış massivindən yolun kənarı ilə piyada gəzən zamanı tapdığını bildirmişdir. 01 ədəd Makarov tiplli tapanca və içərisində 07 ədəd patronlar darağı ilə birlikdə təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı üzərində qadağan olunmuş əşya və ya predment aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Elnur Sadıqov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsindən Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “25 iyul 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elnur Sadıqov tərəfindən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatşısı, polis baş leytenantı Elnur Sadıqov Azərbaycan Respublikası CPM-nin 51, 86 ve 246-ci maddələrinin tələblərinə əsasən tərtib edir həmin protokolu Şəmkir rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektoru, polis leytenantı Şahid5 Səfayil oğlunun, Şəmkir rayon polis şöbəsinin PPX bölüyünün polis nəfəri, polis serjantı Şahid4, şübhəli şəxs qismində tutulmuş, xx.xx.1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş və Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs, müdafiəçisi X6 iştirakı ilə ondan ötəri ki, 24 iyul 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar Şəmkir rayon polis şöbəsinə gətirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X6 iştirakı ilə şəxsi axtarış keçirilir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində odlu silah eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs odlu silahı olduğunu deyərək əynində olan göy rəngli cins şalvarın üzərində olan qara rəngli kəmərində olan bir ədəd qundağı və lüləsindəki nömrələri silinmiş vəziyyətdə üzərində heç bir yazı və nömrə olmayan bir ədəd makarov tipli tapança və cins şalvarının sağ yan cibindən içərisində 07 ədəd patronlar olan darağı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin odlu silahı Şəmkir rayonu ərazisində yerləşən Kraz yolu yaşayış massivindən yolun kənari ilə piyada gəzən zaman tapdığını və üzərində saxlamaqda məqsədinin onu gətirib Şəmkir RPŞ-nə təhvil verməli olduğunu lakin, verməmişdən əvvəl Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Şəmkir RPŞ-nə gətirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Protokol oxundu, iştirakçılar tərəfindən hər hansı qeyd, etiraz əlavə və vəsatət daxil olmadı. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 25 iyul 2023-cü il tarixli 23/583R nömrəli rəydən görünür ki, - Tədqiqata təqdim edlmiş 01 ədəd TB-1406 N-li ( çaxmaqda) silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivli odli döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq edərək bildirmişdir ki, Şəmkir rayonu, Şiştəpə kəndində arvadı X2 və üç övladı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində Kraz yolu massivinə tərəf piyada yolun kənarı ilə hərəkətdə olan zaman bir ədəd üzərində nömrələr olmayan “Makarov” tipli tapanca və darağın içərsində 7 ədəd patronları ilə birlikdə odlu silah aşkar etmişdir. Həmin odlu silah üzərində saxlamış və bir neçə gün gəzdirmişdir. xx.xx.2023-cü tarixdə Şəmkir RPŞ-in əməkdaşları onu Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində saxlayaraq üzərində odlu silah olduğunu deyərək onu Şəmkir RPŞ-nə gətirmişlər. O, Şəmkir RPŞ-də sənədləşmə aparılan zaman həmin odlu silahı tapdığını, silahı gətirib təhvil verəcəyini lakin bu günədək gətirmədiyi üçün peşman olduğunu bildirmişdir. Lakin onun üzərinə vəkil Elçin Həsənovun iştirakı ilə birlikdə baxış keçirilmiş və şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub olmadığını soruşulan zamanı o, odlu silahı çıxarıb təhvil vermişdir. Təhvil verdiyi silahın daxilində 7 ədəd patronları ilə birlikdə çəkliş edilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və o, həmin qablaşdırılmadan narazı olmadığı üçün imzası ilə təsdiq etmişdir. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs silahı tapdığı Şəmkir rayonunda yerləşən yerdə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnın barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-ci tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs etiraz ərizəsi 15 sentyabr 2023-cü il tarixli qərardan göqünür ki, Şəmkir Rayon Polis X1 müstəntiqi, polis baş leytenantı X3 icratında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs müstəntiqə etirazı təmin edilməmişdir. Təqsirləndirilən şəxs etiraz ərizəsi 19 sentyabr 2023-cü il tarixli qərardan göqünür ki, Şəmkir Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir Rayon Prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmova etirazı təmin edilməmişdir. 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsn 15 sentyabr 2023-cü il tarixli vəsatəti əsassız olduğundan və iş materialları ilə tam təkzib olunduğu üçün rədd olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3 və 237.1-ci maddələri ilə təqsirli bilinirək Şəmkir Rayon Məhkəməsinin hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 34511 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şiştəpə kəndində arvadı və uşaqları ilə birlikdə yaşayır. Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şəmkir rayon Şiştəpə kənd İƏD üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs təkrar ifadəsində üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilmiş tapancanın onun olmadığını, üzərinə polis əməkdaşlarının qoyduğunu bildirsə də, Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində olan ifadələri, şəxsi axtarış özündə əks etdirən 01 ədəd DVD-R disk, ifadənin yerində yoxlanılmasını özündə əks etdirən protokol və fotocədvəl, şahidlərin ifadəsi, ekspertiza rəyi digər zəruri istintaq materialları ilə təkzib olduğundan onun törətdiyi cinayət əmməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırtmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ona polis əməkdaşları tərəfindən zor tətbiq etmə hədəsinin edilməsini, polis əməkdaşlarının zorakı təsiri ilə silahın ona məxsus olmasını bildirməsini, silahın ona məxsus olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində Kraz yolu massivinə tərəf piyada yolun kənarı ilə hərəkətdə olan zaman bir ədəd üzərində nömrələr olmayan “Makarov” tipli tapanca və darağın içərsində 7 ədəd patronları ilə birlikdə odlu silah aşkar edilmiş, üzərində saxlamış və bir neçə gün gəzdirmiş, xx.xx.2023cü tarixdə Şəmkir RPŞ-in əməkdaşları onu Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində saxlayaraq üzərində odlu silah olduğunu deyərək, onu Şəmkir RPŞ-nə gətirmiş, Şəmkir RPŞ-də sənədləşmə aparılan zaman həmin odlu silahı tapdığını, silahı gətirib təhvil verəcəyini, lakin bu günədək gətirmədiyi üçün peşman olduğunu bildirmiş, bir çox istintaq hərəkətlərində ifadəsini təsdiq etmiş, bu hərəkətlər müdafiəçinin iştirakı ilə keçirilmiş, üzərinə baxış keçirilərkən, polis şöbəsində dindirilməsi barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silahın ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda müdafiəçisi iştirak etmiş və video çəkilişlə aparılmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, maddi sübut, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə qəsdən az ağır cinayət törətməsi və məhkumluq həyatı yaşaması onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 24 iyul 2023-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd TB-1406 N-li (çaxmaqda), 9 mm kalibirli, Makarov konstruksiyalı tapança və 9x18 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 04 (dörd) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman görüntlərin qeydə alındığı “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd TB-1406 N-li (çaxmaqda), 9 mm kalibirli, Makarov konstruksiyalı tapança və 9x18 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 04 (dörd) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman görüntlərin qeydə alındığı “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-282/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-282/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver