Məhkəmə qərarları › İş №1(076)-283/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-283/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-283/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12, barəsində şikayət olunan şəxs X5 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 xüsusi ittiham qaydasında olan şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində X2 Suliddin Abdulrəhman oğlu və X13 yanında onu küçə söyüşləri ilə təhqir etmişdir. Həmin hadisə ilə bağlı Elşən Abdullayevin atası X1 Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-371/2024-cü il tarixli qərarı ilə İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmiş və həmin işdə həmin hadisə zamanı çəkilmiş video görüntü subut növü kimi qəbul edilmişdir. Şəmkir rayon məhkəməsinin 3(076)-687/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında olan X4 və X13 ifadələrində göstərmişlər ki, onunla Suliddin Abdullayevin arasında olan davanı gördükləri üçün həmin vaxt onların yanlarında olan X6 Abdullayevə onunla Suliddin Abdullayevə onların dalaşdığını bildirərərək Elşən Abdullayevlə birgə onları aralamaq üçün gəlmişlər (bu artıq sözügedən məhkəmə aktı ilə sübut olunub. Həmin məhkəmə qərarında qeyd olunub ki, Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 27 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində yerləşən torpaq sahəsində ot biçməyə getmişdir. Həmin gün saat 13-14 radələrində Suliddinlə Rasimin mübahisə edərək əlbəyaxa olmalarını görmüşdür. Həmin vaxt yaxınlıqda olan Elşənə atasının dalaşmasını demiş və birlikdə onlara tərəf getmişlər. Bu zaman o, Rasimi, Elşən də atasını ayırıb kənarlaşdırmışlar. Həmin vaxt Suliddinin və ya Elşənin Rasimi vurmasını görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 27 may 2024-cü il tarixdə Şəmkir rayonu, Ceyrançöl ərazisində olarkən uzaqdan Suliddinlə Rasimin mübahisə edərək əlbəyaxa olmalarını görmüşdür. Həmin vaxt ərazidə olan fəhlələr və Suliddinin oğlu Elşən yaxınlaşaraq onları ayırmışlar. Həmin video çəklişdən də görünür ki, Suliddin Abdulayev onu vuranda Elşən Abdullayevin onu vuraraq küçə söyüşləri ilə söydüyü məlum olur. Adlarını yuxarıda qeyd etdiyi şəxslər də məhkəmədə verdikləri ifadələrində bizi aralamaq üçün məhz Elşən Abdullayevlə gəldiklərini qeyd etmişlər, yəni Elşən Abdullayev onu küçə söyüşləri ilə təhqir edən zaman orada idilər və onun Elşən Abdullayev tərəfindən küçə söyüşləri ilə təhqir olunduğunu eşitmişlər. X11 onu təhqir etdiyindən, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini, onun barəsində qanunamüvafiq hökm çıxarılmasını, onun həmin iş üzrə xüsusi ittihamçı kimi tanınmasını xahiş edir. Məhkəmə iclası zamanı X16 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı X11 şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Belə ki, qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə qeyd edir ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməsi zəruri hesab edildiyi halda, hazırki şikayətdə yuxarıda sadalanan məlumatlar natamam göstərilmiş, eyni zamanda şikayət vermiş şəxs sübut kimi təqdim etdiyi şahidlərin sadəcə olaraq adlarını sadalamaqla kifayətlənmiş, şahidlər haqqında məlumatlar, yaşayış yeri göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. 302.3. Məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X12 şikayəti əsasında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar