Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-284/2025 28.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Şəmkir rayonu, Şeyidlər kəndində yaşayan Zərərçəkmiş şəxs aldadaraq nəvəsi Şahid2 ali təhsil alması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul etdirəcəyinə dair yalan vəd verməklə 24 dekabr 2024-cü il tarixdə yaşadığı Şəmkir şəhəri, “Çəkillik” adlanan ərazidə yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs aldadaraq 3500 (üç min beş yüz) manat pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir şəhəri, "Çəkillik" adlanan ərazidə özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. Ailəlidir, iki övladı var. Uzun illərdir ki, Şahid1 ilə dostluq münasibəti olmuşdur və anası Zərərçəkmiş şəxs da tanımışdır, onların ailəvi gediş-gəlişləri olmuşdur. O, 2024cü ilin yay aylarında Bakı şəhəri, Xətai rayonunda "Vaz 21015" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və bununla bağlı olaraq xeyli maddi ziyana düşmüşdür. Buna görə də 2024-cü ilin dekabr ayında Şahid1 ilə telefon əlaqəsi saxlayaraq ona borca 4-5 min manat pul verməsini ondan xahiş etmişdir. Şahid1 isə ona nə qədər bacarsa köməklik edəcəyini bildirmişdir. O, əvvəlcədən tanıdığı Şahid3 Zərərçəkmiş şəxs nəvəsi X1 qəbul olmasına köməklik etdiyini və bununla bağlı Şahid3 Şahid2 orada qalıb məşğələyə gedə bilməsi üçün sonuncuya Gəncə şəhərində kirayə ev tutmasını bilmişdir. 24 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs nəvəsi Şahid2 ilə birlikdə Şəmkir şəhəri, “Çəkillik” adlanan ərazidə yerləşən onun yaşadığı ünvana gələrək Polis Akademiyasına düzəltmək məqsədilə ona 3500 (üç min beş yüz) manat pul vermişdir. Lakin bundan sonra ona köməklik göstərə bilməmişdir. O, Şahid3 2-3 ildir ki, tanımışdır aralarında səmimi dostluq münasibəti olmuşdur, lakin sonralar aralarında narazılıqlar olmuşdur və münasibətləri pozulmuşdur. O, Şahid2 Polis Akademiyasına qəbul olması ilə bağlı Şahid3 pul yaxud bu barədə vəd verməmişdir. Halhazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Şeyidlər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, beş övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, yaşı ilə əlaqədar olaraq təqaüd alır. İfadə verməyinin səbəbi ona tam aydındır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır, onların ailəvi münasibətləri olmuşdur. 2024-cü ilin dekabr ayında o, nəvəsi Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs atasının yas mərasimində iştirak etmək üçün Şəmkir rayonu, Çənlibel kəndinə getmişdir. Yas mərasimində olarkən söhbət əsnasında Təqsirləndirilən şəxs ona nəvəsi olan 10-cu sinif şagirdi Şahid2 tanışı “Araz müəllim” vasitəsilə Polis Akademiyasına qəbul olaraq orada təhsil almağa düzəltməyi ona təklif etmişdir. O, isə Təqsirləndirilən şəxs inanaraq onunla razılaşmışdır. Hətta bu barədə daha əvvəl oğlu Şahid1 da mobil telefon vasitəsilə zəng edərək təklif etmiş, oğlu da bu təklifi müsbət qarşılamışdır. 24 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək həmin məsələ ilə bağlı “Araz müəllimlə” danışdığını işin alınacağını vəd edərək 3500 (üç min beş yüz) manat pul istəmişdir. Elə həmin günü o, nəvəsi Şahid2 ilə birlikdə Şəmkir rayonuna Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, sonuncunun evində olarkən onun arvadının və iki oğlunun yanında 3500 (üç min beş yüz) manat pulu nəğd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə həmin pulu işin düzəlməyi üçün “Araz müəllimə” verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən “Araz müəllimlə” görüşmək istədiyini bildirdikdə sonuncu ehtiyac olmadığını “Araz müəllimlə” özünün danışacağını və iki ay ərzində işin həll olacağını bildirmişdir. Qeyrət ona nəvəsi İmran barəsində müəyyən sənədləri toplamağı tapşırmışdır, onlar həmin sənədləri topladıqdan sonra Qeyrətə bu barədə məlumat vermişlər. Qeyrət isə topladıqları sənədləri saxlamağı, fevral ayında həmin sənədləri ondan götürəcəyini bildirmişdir. O, bir neçə aydan sonra Təqsirləndirilən şəxs onları aldatmasından şübhələnərək 2025-ci ilin aprel ayında “Araz müəllimin” telefon nömrəsini tapıb onunla telefon əlaqəsi saxlayaraq baş verənlər barədə ona danışmışdır və nə üçün nəvəsi X1 qəbul olunmadığını soruşduqda “Araz müəllim”in bundan xəbəri olmadığını, Təqsirləndirilən şəxs onun adından istifadə edərək onu aldatmasını bildirmişdir. Bundan sonra o, Qeyrətlə dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsa da onunla danışa bilməmiş və 22 aprel 2025-ci il tarixdə bununla bağlı olaraq Şəmkir rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2025-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş islah işləri cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 2.5 bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-284/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-284/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver