Məhkəmə qərarları › İş №1(076)-285/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-285/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-285/2025 28.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Yenikənd kəndi ərazisində yerləşən "Xurmalıq" adlanan kafenin arxa tərəfindəki sanitar qovşağın qarşısında tanışı Zərərçəkmiş şəxs ona əvvəllər xurma satışı ilə bağlı aralarında olan ticarət əlaqəsi zamanı yaranmış pul borcunu qaytarmasını tələb etməsinə görə onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə nəticəsində yerdən götürdüyü şüşə butulka ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq ona sağ qulaq seyvanının ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, habelə başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs tanıyır, bir neçə dəfə ticarət etmişlər. Aralarında münasibət normal olmuş, bir müddət əvvəl yaranmış pul borcuna görə soyuq münasibətləri yaranmışdır. Belə ki, Mobilin ona xurma məhsulundan borcu qalmış, imkanı olanda verəcəyini demişdir. 11 may 2025-ci il tarixdə dostları Vüsal və İntiqam ilə Şəmkir rayonu, Yenikənd ərazisində yerləşən "Xurmalıq" adlanan kafeyə getmişlər. Onlar kafedə əyləşib balıq yeməyə başlamışlar. Onlar həmin vaxtı həyətdə əyləşmişlər. Təxminən 1 saat orada oturduqdan sonra İntiqam ofisianta hesabı gətirməsini demişdir. Saat 19 radələrində o, masadan durub ayaq yoluna getmişdir. İntiqam və Vüsal da hesabı ödədikdən sonra masadan durub onu avtomobilin yanında gözləyəcəklərini bildirmişlər. O, həmin vaxtı Mobilin ayaq yolundan çıxdığını görmüş, salam verib, hal-əhval tutmuşdur. Söhbət əsnasında o, Mobilə nə üçün borcunu vermədiyini soruşmuşdur. Mobil isə pulunun olmadığını və yaxın vaxtlarda verəcəyini demişdir. O, Mobilə hər dəfəsində belə etdiyini, düzgün hərəkət etmədiyini demiş və tez vaxta verməsini tələb etmişdir. Aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Mobil onun yaxasından tutub dartanda o, Mobili özündən aralamaq üçün özündən geri itələmişdir. Mobil ona nalayiq ifadələr işlədərək üzünə yumruq atmış, lakin yumruq boşa çıxmışdır. O, arxaya tərəf gedəndə ayağı ilişib yerə yıxılmışdır. Mobilin onun üstünə gəlib onu vurmaq istədiyini görmüş və Mobilin ondan bədəncə daha iri olduğundan gücü çatmayacağını bildiyinə görə yerdən duran zaman boş şüşə butulkanı görərək götürərək Mobilin baş nahiyəsindən vurmuşdur. Mobil başını tutub aşağı əyilmiş və o, oradan uzaqlaşaraq avtomobil olan tərəfə getmişdir. O, Vüsal və İntiqama mübahisə etdiyini bildirmiş, Mobili vurduğunu demişdir. Vüsalın idarə etdiyi avtomobilə əyləşib oradan getmişlər. İntiqama onu Gəncə şəhər avtovağzalına düşürməsini bildirmişdir. Sonra tanımadığı taksiyə əyləşib Bakı şəhərində getmişdir. Sonra oradan da Bakı Beynəlxalq hava limanına getmiş və hava limanında İstanbul şəhərinə bilet almışdır. Lakin sərhədi keçən zamanı sərhədçilər onu saxlayaraq çıxışına qadağan qoyulduğunu bildirmişlər. Bundan sonra Şəmkir RPŞ-nin əməkdaşları hava limanından onu ifadə vermək üçün Şəmkir RPŞ-nǝ gətirmişlər. Mübahisə kafenin arxasında yerləşən ayaq yolunun qarşısında olmuş və həmin vaxtı orada Mobil və ondan başqa heç kim olmamışdır. İntiqam və Vüsal həmin vaxtı avtomobilin yanında onu gözləmişlər ki, ayaq yolundan gəldikdən sonra getsinlər. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Qələbə küçəsi ev 15-də ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ya ədavət yoxdur. 11 may 2025-ci il tarixdə dostu Elşən ona zəng edərək balıq yeməyi təklif etmişdir. O, Elşənlə razılaşmışdır. Elşən ona bildirmişdir ki, onlarla birlikdə Elşad və Elmirdə gedəcək. Onlar Gəncə şəhərində görüşmüş və Şəmkir rayonu, Yenikənd kəndi ərazisində yerləşən “Xurmalıq” adlanan balıq evində işləyən Vüsal adlı şəxsə Elşən zəng edib onlara yer saxlamasını bildirmişdir. Vüsal isə həyətdə yer saxladığını bildirdikdən sonra saat 18:30 radələrində Elşənə məxsus olan **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobillə qeyd edilən ünvana yola düşmüşlər. Saat 19:30 radələrində onlar Şəmkir rayonu, Yenikənd kəndinin ərazisində yerləşən “Xurmalıq” adlanan balıq evinə çatmışlar. Elşən avtomobili balıq evinin həyətində saxlamışdır. Onları Vüsal adlı işçi qarşılamış, Elşən Vüsaldan harada oturacaqlarını soruşduqdan sonra Vüsal əli ilə onlara ağaclığı göstərərək həmin yerdə otura biləcəklərini bildirmişdir. O, Elmir və Elşad ağacın altına keçib əyləşmişlər. Elşən sifariş verdikdən sonra masada əyləşərək balıq yeməyə başlamışlar. Təxminən 1 saatdan sonra o, təbii ehtiyacını qarşılamaq üçün ayaq yoluna getmişdir. Ayaqyolundan çıxıb əlini yuyanda Natiqin gəldiyini görmüşdür. Natiqlə salamlaşıb hal-əhval tutmuş, söhbət əsnasında Natiq ona nə üçün borcunu qaytarmadığını soruşanda o, borcunu yaxın vaxtda qaytaracağını bildirmişdir. Natiq isə onun cavabından hər dəfəsində belə etdiyini, onun hərəkətinin düzgün olmadığını demiş, borcunu tez vaxta verməsini tələb etmişdir. Aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, Natiqin yaxasından tutub dartanda Natiq onu özündən aralamaq üçün geri itələmişdir. O, Natiqin onunla danışıq tərzinə əsəbiləşib Natiqə yumruq atmışdır. Lakin Natiq arxaya çəkilmiş və yumruq dəyməmişdir. Natiq arxaya tərəf gedəndə ayağı ilişib yerə yıxılmışdır. O, Natiqin üstünə gedəndə Natiq yerdən qalxan kimi tualetin qarşısında yerdən boş şüşə qabını götürüb onun baş nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən onun gözü qaralmış və başını tutub aşağı əyilmişdir. Başından qan gəlmişdir. O, oradan oturduğu masaya getmişdir. Tanışları nə baş verdiyini soruşanda Natiq ilə mübahisə etdiyini və onun başına şüşə butulka ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Başından xəsarət aldığına görə oradan getmişlər. Elşən hesabı ödədikdən sonra avtomobilə əyləşib yola düşmüşlər. O, yaşadığı evə getmişdir. Sonra isə baş nahiyəsində xəsarəti ciddi olub-olmadığını müəyyən etmək üçün Gəncə şəhərində yerləşən X1 müraciət etmişdir. Ona ilkin tibbi yardı göstərilmiş və evə buraxılmışdır. Mübahisə təxminən 1-2 dəqiqə ayaqyolunun qarşısında davam etmiş, həmin vaxtı orada Natiqdən və ondan başqa heç kim olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 14 may 2025-ci il tarixli 368 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində təpə nahiyəsinin sol yarsının əzilmiş yarası və sağ qulaq seyvanının ön səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 11 may 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində təpə nahiyəsinin sol yarsının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materialında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 7 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 7 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar