Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-286/2025 26.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məmmədova Alsu Dəyanət qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 2-də qeydiyyatda olan və yaşan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şəmkir rayonu, “Ağdağlar” yaşayış massivindəki su kanalının kənarından tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə saat 18:49-da Şəmkir rayonu Dəllər qəsəbəsində “Beton Zavod” adlanan ərazidə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərəsində ümumi təmiz çəkisi 5,99 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. 24 iyun 2025-ci il tarixdə Şəmkir rayonu Ağ Dağlar deyilən ərazidən piyada keçən zamanı su kanalının kənarından 1 ədəd kibrit qutusu tapmışdır. Yaxınlaşıb kibrit qutusunu yerdən götürmüş və içərisini açan zamanı nəşə kimi tanıdığı marixuna olduğunu aşkar etmişdir. O, marixuana istifadəçisi olduğu üçün kibrit qutusunu çibinə qoymuşdur ki, sonra həmin marixuanadan istifadə etsin. Bundan sonra isə o, şəxsi işlərinin arxasınca getmişdir. 25 iyun 2025-ci il tarixdə saat 18-19 radələrində o, Şəmkir rayonu Dəllər qəsəbəsində “ Beton zavod “ adlanan ərazidə piyada hərəkətdə olan zamanı mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərimdə narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirib üstümü yoxlayacaqları bildirmişlər. Üstümü yoxlamazdan əvvəl ona hüquqlarımı izah etdikdən sonra üzərimdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlar, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini bildirmişlər. O, da 24 iyun 2025-ci il tarixdə Şəmkir rayonu Ağ Dağlar deyilən ərazidən piyada keçən zamanı su kanalının kənarından tapdığı 1 ədəd kibrit qutusunun içərisində olan marixuananı şalvarının sağ yan cibindən çığardıb polis əməkdaşlarına təqdim etmiş, Ağ Dağlar deyilən ərazidən tapdığını bildirmişdir. Həmin marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır. Bundan sonra onu Şəmkir RPŞ-nə aparmışlar, orada müdafiəçi ilə təmin edilmişdir. Üzərindən aşkar edilmiş marixuananı satmaq niyəti olmamış, qeyd olunan marixuananı şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, ondan heç kimə satmamış, hədiyyə etməmiş və bu barədə heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 25 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuş, məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə, onun özü, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:49-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən “Beton zavod“ adlanan ərazidə Təqsirləndirilən şəxs saxlamışlar, ona narkotik vasitələr saxlamaqda şübhəli olduğu və bunun üçün də üzərində yoxlama aparılacağı bildirilmiş, həmin vaxt CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən videogörüntü aparılmış, Elnurdan üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Elnur əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş, içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüş, Elnur onun marixuana olmasını, 24 iyun 2025-ci il tarixdə Şəmkir rayonu “Ağ dağlar“ yaşayış massivində su kanalının kənarından tapdığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə tərəfindən elektron tərəzi ilə çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə aparılmış, orada təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 5,99 qram olan qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən baxış keçirilərək götürülərək qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. -“Şəxsi axtarış aparılması barədə” 25 iyun 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Bayramov tərəfindən Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,99 qram narkotik vasitə olan qurudulmuş marixuananın olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. - Məhkəmə-bioloji ekspertizasının 26 iyun 2025-ci il tarixli, 16/558 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə“ yazı və imzalar olan kağız paketdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,99 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə olan qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2025-ci il tarixli, 1051 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə Göygöl rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. - Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin ailəlidir, xx.xx.2016-cı il təvəllüdlü Cahid və xx.xx.2011-ci il təvəllüdlü Elmir adlı uşaqları var. - 30 iyun 2025-ci il tarixdə tərəfimdən iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik maddə hesab olunan marixuananı 24 iyun 2025-ci il tarixdə Şəmkir rayonu “Ağdağlar” yaşayış massivindəki su kanalının kənarından tapdığını bildirib hadisə yerini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 30 iyun 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti tərəfimdən rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. - 02 iyul 2025-ci il tarixdə 3-13-110/1-16605/2025 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kibrit qutusunun içərisində aşkar edilərək götürülmüş təmiz çəkisi 5,99 qram narkotik vasitə hesab marixuananı 24 iyun 2025-ci il tarixdə Şəmkir rayonu “Ağdağlar” yaşayış massivindəki su kanalının kənarından tapmışdır.Hadisənin şahidi olmuş şəxs və ya şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunan marixuananın hər hansı bir şəxsə satmasının müəyyən edilməsi mümkün olmamışdır. -Şəmkir rayon Prokororu baş ədliyyə müşaviri Azər Hətəmov tərəfindən 25 iyun 2025-ci il tarixli Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. -Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında xx.xx.2021-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatda dayanır. - “Şübhəli şəxsi tutma haqqında” 25 iyun 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 27 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Şəmkir RPŞ MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 17 yanvar 2023-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtardıqdan sonra 02 il keçmədən, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs Enur Sadıqovun himayəsində azyaşlı uşağı olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.Həmin Məcəllənin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, narkotik vasitənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Elnur Sadıova Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 5.95 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 16 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ödənilməsi üçün cəmi 176 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 5,95 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 16 saat hüquqi yardıma görə 176 (bir yüz yetmiş altı) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №1(076)-286/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-286/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver