Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-289/2025 08.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Xuluf kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə “TikTok” sosial media platformasında “İlknur Zeynalov 057” adlı profili yaradıb, özünü sosial media istifadəçilərinə Şəmkir rayonu, Şiştəpə kənd sakini X2 təqdim edərək həqiqətə uyğun olmayan işə qəbul ilə əlaqədar yaymış olduğu məlumat əsasında 2024-cü ildə istintaqla müəyyən olunmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olaraq onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən Hərbi Hospitalında aylıq məvacibi 750 manat olan tibb bacısı kimi işlə təmin olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək inandırıb etibardan sui-istifadə edib, vahid niyyətlə 02 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində yerləşən “OBA” marketin daxilində olan “Emanat” elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169-7388-8815-7918” nömrəli “Birbank” kart hesabına 350 (üç yüz əlli) manat, 07 oktyabr 2024-cü il tarixdə eyni üsulla 350 (üç yüz əlli) manat, 10 oktyabr 2024-cü il tarixdə eyni üsulla 400 (dörd yüz əlli) manat, 11 oktyabr 2024-cü il tarixdə eyni üsulla 350 (üç yüz əlli) manat, 13 oktyabr 2024-cü il tarixdə eyni üsulla 300 (üç yüz əlli) manat, 16 oktyabr 2024-cü il tarixdə eyni üsulla 50 (əlli) manat, 20 oktyabr 2024-cü il tarixdə eyni üsulla 150 (bir yüz əlli) manat, 22 oktyabr 2024-cü il tarixdə eyni üsulla 60 (altmış) manat, 23 oktyabr 2024-cü il tarixdə eyni üsulla 100 (bir yüz əlli) manat və 2024-cü ilin istintaqla müəyyən edilməyən tarixlərində yenidən eyni üsulla 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində nəğd pulunu köçürtdürərək ələ keçirtmiş, sonradan vədinə əməl etməyib aldadaraq ümumilikdə Zərərçəkmiş şəxs 3900 (üç min doqquz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Onunla 2024-cü ilin oktyabr ayında “Tik-Tok” sosial şəbəkəsində tanış olmuş, daha sonra “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs ilə danışmağa başlamış, Zərərçəkmiş şəxs ilə telefonda danışan vaxtı özünün şəxsiyyətini Rəmziyyədən gizlətmiş, ona Şəmkir rayon Şiştəpə kəndindən olmağını, böyük bağ sahələrinin olmasını söyləmiş, eyni zamanda X1 olmasını bildirmişdir. Zərərçəkmiş şəxs ilə danışan vaxtı Rəmziyyə ondan ona iş tapmasını xahiş etmiş, həmin vaxtı ona tanıdığı Kəmalə adlı qadınla əlaqə saxlamış, Şahid1 Şəmkir rayonunda yerləşən “Hərbi qospital”-da tanışının olmasını və Zərərçəkmiş şəxs həmin qospitala işə düzəldə biləcəyini söyləmiş, o, Kəmalə ilə Zərərçəkmiş şəxs işə düzəlməsi üçün nə qədər pul lazım olduğunu soruşmuş, Şahid1 ona ilkin olaraq 1500 manat pul lazım olduğunu bildirmiş, o, Kəmaləyə Zərərçəkmiş şəxs ilə danışıb deyəcəyini bildirmiş, Zərərçəkmiş şəxs ilə “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmış və işə düzəldilməsi üçün ilkin olaraq 1500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona o, qədər pulunun olmadığını deyərək hissə-hissə verə biləcəyini demiş və o, onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayaraq görüşməklərini demiş, Şəmkir şəhəri 4 (dörd) yol adlanan yerə yaxın olan “Bravo” marketin qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs onunla razılaşmış, 2024-cü ilin sentyabr ayının dəqiq yadımda qalmayan günündə Rəmziyyə ilə “Bravo” marketin qarşısında görüşmüş və onunla iş barəsində söhbət etməyə başlamışlar. Bir qədər söhpət etdikdən sonra onun yanından çıxıb getmiş, Zərərçəkmiş şəxs birinci dəfə 02 sentyabr 2024-cü il tarixdə işin həll edilməsi üçün 150 manat pul göndərməsini demiş, Zərərçəkmiş şəxs onunla razılaşmış və ona evdən çıxıb yaşadığı Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 150 manat göndərəcəyini bildirmiş, telefon danışıqlarından bir qədər sonra ona zəng edərək pulu ona göndərdiyi plastik kartına göndərdiyini bildirmiş, onunla yenədə telefon danışıqları davam etmiş, “Vatsap” telefon danışlarında onunla “Hərbi qospital”-a işə düzəldilməsindən danışmağa başlamışdır. Üzərindən bir neçə gün keçəndən sonra, yəni 2024-cü ilin oktyabr ayının 7də ona yenə işin həll edilməsi ilə bağlı 350 manat pul lazım olduğunu bildirmiş, ona gönərdiyi 4169-7388-8815-7918 rəqəmli plastik kartına “m10” “PashaPay” vasitəsi ilə 350 manat pul göndərmiş, bir neçə gün keçəndən sonra yenə ona işin həlli məqsədi ilə 350 manat pul lazım olduğunu və işi düzəldən şəxslə görüşəcəyini, həmin şəxsə 350 manat pul verəcəyimi bildirmişdir. Ona yuxarıda qeyd edilən həmin rəqəmli plastik kartı göndərmiş və ona göndərdiyi 4169-7388-8815-7918 rəqəmli plastik kartına 350 manat “m10 PashaPay” vasitəsi ilə pul göndərmiş, pulu göndərəndən bir neçə gün sonra yenə Rəmziyyə xanımın istifadəsində olan mobil nömrəsinə zəng edərək işinin həlli üçün 400 manat pul istəmiş və işin düzəlməsinə az qaldığını bildirib həmin pulu təcili olaraq göndərməsini demişdir. Zərərçəkmiş şəxs ona Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına göndərəcəyini bildirmiş və bir qədər sonra həmin plastik karta 400 manat pul göndərmişdir. Təkrar olaraq Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək işin həlli məsələsi ilə bağlı 300 manat pul lazım olduğunu bildirmiş, telefon danışığında ona narahat olmamasını demiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 300 manat pul göndərmiş, Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edərək pulun çatıbçatmadığını soruşan zaman Zərərçəkmiş şəxs ona pulun çatdığını və kartdan məxaric etdiyini bildirmişdir. Onlar mütamadi olaraq Zərərçəkmiş şəxs ilə telefon danışıqlarının davam etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək işin həlli ilə bağlı 50 manat pul lazım olduğunu bildirmiş, həmin gün Rəmziyyə ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 50 manat pul göndərmişdir. Ona pulun çatdığını və çıxardığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə yenə Zərərçəkmiş şəxs göndərdiyi 4169- 7388-8815-7918 plastik kartına 150 manat pul göndərməsini bildirmiş və o, dərhal həmin pulu plastik kartına göndərmişdir. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs işin həlli məqsədi ilə 4169-7388-8815-7918 plastik kartına 60 manat pul göndərməsini demiş və Zərərçəkmiş şəxs həmin pulu plastik kartına köçürmə yolu ilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs göndərdiyi 4169-7388-8815-7918 plastik kartına Rəmziyyə 150 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs onu işə düzəldəcəyi şərti ilə ümumilikdə 3500 manat pul almış, Şahid1 istifadəsində olan “Rabitə Bank”-a məxsus plastik kartına Zərərçəkmiş şəxs işə düzəldilməsi şərti ilə aldığı 3500 manat puldan bir dəfə 150 manat, ikinci dəfə 50 manat, 2024-cü ilin oktyabr ayında Şəmkir şəhəri, Füzuli döngəsində yerləşən Sultan Studionun arxasında 800 manat əlbəl olaraq vermiş, bundan 10 gün sonra Şəmkir şəhəri “Bravo” marketin qarşısında 700 manat əlbəl vermiş, 2024-cü ilin noyabr ayında dəqiq yadında qalmayan gündə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən əyləncə parkında 300 manat əlbəl vermişdir. 2024-cü ilin noyabr ayında dəqiq yadında qalmayan gündə Şahid1 ona göndərdiyi “Rabitə Bank”-a məxsus plastik kartına 90 manat göndərmişdir. Sonuncu dəfə isə 310 manat pulu isə Şəmkir şəhəri, 20 yanvar küçəsində əlbəl vermişdir. O, həmin pulun 2400 manat hissəsini Şahid1 göndərmiş, üzərindən bir müddət, yəni 1 (bir) ay keçəndən sonra Zərərçəkmiş şəxs ona zəng edərək əgər iş alınmırsa pulu geri qaytarmağını bildirsədə, ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Rəmziyyənin zəngindən sonra Şahid1 ilə telefon əlaqəsi saxlayaraq Rəmziyənin pulu istədiyini və aparıb pulu verəməsini bildirmişdir. Şahid1 ona guya onun əmisi qızı Fidandır və Fidan adı ilə danışıb işi yoluna qoyacağını və müddət udacağını bildirmişdir. Kəmalə Fidan adı ilə Rəmziyyə ilə danışdıqdan sonra Rəmziyyə onu bir müddət gözləmişdir. 2024-cü ilin dekabr ayında Rəmziyyə ona yenə zəng edərək şikayət edəcəyini və pulu qaytarmağını bildirmiş, O, Kəmaləyə zəng edib ona 600 manat pul verməsini bildirmiş, Kəmalə onun əvəzindən iş yerindən 600 manat götürərək Zərərçəkmiş şəxs ona göndərdiyi plastik kartına 600 manat pul göndərmiş, 2024-cü ilin dəqiq yadında qalmayan ay və günündə Zərərçəkmiş şəxs dəqiq yadında qalmayan plastik kartına 197 manat göndərmişdir. Zərərçəkmiş şəxs işə düzəltmək niyyəti olmamış, niyyəti onun etibarını qazanıb aldadaraq onun pulu ələ keçirməkdən ibarət olmuşdur. Bundan başqa, o,Zərərçəkmiş şəxs aldadaraq özünü Şiştəpə kənd sakini imkanlı bir şəxs kimi təqdim etmiş, adının da X4 olmasını söyləmişdir. O həmin pulun 2400 manatını tanışı Şahid1 göndərmiş, onun istifadəsində olan 4169-7388-8815-7918 rəqəmli "xxxx"-a məxsus plastik kartı dostu X5 məxsus olmuş, o, həmin kartı istifadə etmək üçün ona hədiyyə etmiş və həmin kart 2023-cü il tarixdən onun istifadəsindədir. Hüseyn Səmədovun onun Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək əldə etdiyi pulları onun adına olan yuxarıda qeyd edilən nömrədə olan plastik karta köçürməsi barədə heç bir məlumatı olmamışdır. Hüseyn Səmədov təxminən 2025-ci ilin mart ayında Dağıstan Respublikasına getmişdir və hazırda ordadır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 2024-cü ilin oktyabr ayında “İlknur Zeynalov 057” rəsmi qeydiyyatda olan “Tik-Tok” sosial şəbəkəsində bir nəfər şəxsin iş elanları verməsini görmüş, o, həmin şəxslə danışan zaman Şəmkir rayon ərazisində yerləşən “Hərbi qospital”-a işə adam qəbul etdirdiyini və aylıq əmək haqqının 750 manat olmasını söyləmişdir. X1 olduğunu qeyd etmişdir. 2024-cü ilin sentyabr ayından dəqiq yadında qalmayan gündə Şəmkir şəhər ərzisində yerləşən “Bravo” marketin içərisində özünü X2 təqdim edən şəxslə görüşmüş, həmin şəxs ona Şəmkir rayonu ərazisində yerləşən “Hərbi Qospital”-da tibb bacısı işinə düzəltdirəcəyi barəsində danışıqlarını olmuşdur. Ona bu barədə söhbət etdikdən sonra telefonla əlaqə saxlayacağını bildirib çıxıb getmişdir. İlknur adı ilə tanıdğığı Tameraln Kamilli onunla telefonda danışaraq ona həmin işə qəbul edilməyi üçün 4000 manat pul istəmiş, Tamerlan Kamliiyə hazırda o məbləğdə pulunun olmadığını bildirib hissə-hissə olaraq verəcəyi barədə sövdələşmişdir. 02 sentyabr 2024-cü il tarixdə özünü ona İlknur kimi təqdim edən, əslən adı Təqsirləndirilən şəxs olan şəxs onun istifadəsində olan mobil nömrəsinin “Vhatsapp” sosial şəbəkəsinə zəng edərək ona işin həll edilməsi şərti ilə 150 manat pul göndərməsini demişdir. Onunla razılaşmış və evdən çıxıb yaşadığı Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 150 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ilə onlar iş barəsində telefon danışıqları davam etmişdir. Üzərindən bir neçə gün keçəndən sonra, yəni 2024-cü ilin oktyabr ayının 7-də Tamerlanın ona göndərdiyi 4169-7388-8815-7918 rəqəmli plastik kartına “m10” “PashaPay” vasitəsi ilə 350 manat pul göndərmişdir. Üzərindən bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinin “Vhatsapp” sosial şəbəkəsinə zəng edərək işin həlli məqsədi ilə 350 manat pul lazım olduğunu və işi düzəldən şəxslə görüşəcəyini, həmin şəxsə 350 manat pul verəcəyini bildirmişdir. Onunla razılaşmış və göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona yuxarıda qeyd edilən həmin rəqəmli plastik kartını göndərmiş və göndərdiyi 4169-7388-8815-7918 rəqəmli plastik kartına 350 manat “m10 PashaPay” vasitəsi ilə pul göndərmişdir. Pulu göndərəndən bir neçə gün sonra yenə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək işinin həlli üçün 400 manat pul istəmiş və işin düzəlməsinə az qaldığını bildirib həmin pulu təcili olaraq göndərməsini bildirmiş, o, yenə Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 400 manat pul göndərmişdir. Təkrar olaraq Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrənin “Vhatsapp”-ına zəng edərək işin həlli məsələsi ilə bağlı 300 manat pul lazım olduğunu bildirmişdir. Ona narahat olmamasını, nə lazım olarsa işin həll edilməsi üçün verəcəyini bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 300 manat pul göndərmişdir. O, Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edərək pulun çatıb çatmadığını soruşan zaman o, ona pulun çatdığını və həmin məbləğdə olan pulu kartdan məxaric etdiyini bildirmidir. Onlar mütamadi olaraq Təqsirləndirilən şəxs ilə telefon danışıqları davam etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenə ona zəng edərək işin həlli ilə bağlı 50 manat pul lazım olduğunu bildirmişdir. O, həmişəki qaydada Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815- 7918 plastik kartına 50 (əlli) manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək pulun çatdığını və məxaric etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenə ona zəng edərək işin həlli ilə bağlı 50 (əlli) manat pul lazım olduğunu bildirmişdir. O, həmişəki qaydada Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 150 (yüz əlli) manat pul göndərmişdir. İstifadəsində olan mobil nömrəsinin “Vhatsapp”-ına zəng edərək pulun çatdığını və çıxardığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenə ona zəng edərək işin həlli ilə bağlı 60 manat pul lazım olduğunu bildirmişdir. O, həmişəki qaydada Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 60 manat pul göndərmişdir. Ona pulun çatdığını və çıxardığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenə ona zəng edərək işin həlli ilə bağlı 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, həmişəki qaydada Şəmkir rayonu, Çaparlı kəndi ərazisində yerləşən “Oba” marketin içərisindəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun ona göndərdiyi 4169-7388-8815-7918 plastik kartına 150 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona pulun çatdığını və çıxardığını bildirmişdir. Bundan başqa, 2024cü ilin oktyabr ayında dəqiq yadında qalmayan günlərdə ona göndərdiyi qəbzlərdə göstərilən pullardan əlavə 1990 manat pul göndərmiş, Təqsirləndirilən şəxs ümumilikdə ona Şəmkir rayonu ərazisində yerləşən “Hərbi Qospital”-da tibb bacısı işinə düzəldilməsi üçün ümumilikdə ona 3900 manat pul göndərmişdir. Üzərindən bir müddət keçəndən sonra özünü ona İlknur kimi təqdim edən əslən adı Təqsirləndirilən şəxs olan şəxslə telefon əlaqəsi saxlamış və onun işimin necə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs ona yaxın müddətdə həll olunacağını bildirmişdir. O, ona inanmış və etibar etməyə başlamışdır. Lakin sonradan görmüş ki, Təqsirləndirilən şəxs ona yalan danışır. Ona pulunu geri qaytarmasını bildirmiş, lakin Tamerlan ona bu gün göndərəcəyini, sabah göndərəcəyini deyərək onu aldatmağa başlamış, sonuncu danışıqlarından üzərindən bir neçə gün keçəndən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və o həmin zəngi açaraq cavab verən zaman Təqsirləndirilən şəxs əmisi qızı Fidan olduğunu və Tamerlanın maddi sıxıntılar olduğu üçün onu gözlməsini xahiş etmişdir. Onun xahişini nəzərə alaraq bir neçə gün gözləməyə başlamış, 2024-cü ilin oktyabr ayının dəqiq yadında qalmayan günündə özünü Fidan kimi təqdim edən, lakin əslən adının Kəmalıə olduğunu bildiyi qadın onun istifadəsində olan mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs ona 600 manat pul göndərdiyini və həmin pulun ona çatacağını bildirmişdir. O Təqsirləndirilən şəxs istifadəsində olan 5239- 1517-8789-9130 rəqəmli plastik kartına 600 manat pul göndərmişdir. Özünü Fidan kimi təqdim edən Kəmalə xanım ona söz vermiş ki, yaxın müddətdə Təqsirləndirilən şəxs onun pulunu geri qyataracaq və onun barəsində şikayət etməsin. Lakin üzərindən bir neçə ay keçəndən sonra görmüş ki, Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmaq niyyəti yoxdur, o da məcbur olaraq Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Gəlinim Zərərçəkmiş şəxs Şəmkir rayonu, ərazisində yerləşən “Hərbi Qospital”-a işə düzəlməsi barədə məlumatı olmuş. Belə ki, gəlini Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu İlknur Zeynalov adlı şəxs onu Şəmkir rayonu ərazisində yerləşən “Hərbi Qospital”-a işə düzəlməsi barədə söz vermişdir. Gəlini Rəmziyyə də həmin şəxsin göndərdiyi plastik kartına ümumilikdə hissə-hissə olaraq 3900 manat pul göndərmişdir. Sonradan məlumatı olmuş ki, özünü gəlini Zərərçəkmiş şəxs İlknur Zeynalov kimi təqdim edən şəxs Şəmkir rayonu Xuluflu kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmin şəxs gəlini Zərərçəkmiş şəxs qadın olduğu üçün aldadıb, yalandan söz verib ki, onu işə düzəldəcək. Gəlinidə heç bir yerdə işləmədiyi üçün belə bir fürsəti qaçırmamağı fikirləşdir. Həmin şəxs gəlini Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 3900 manat pulunu ələ keçirmişdir və sonradan gəlini Təqsirləndirilən şəxs ilə telefon əlaqəi sxalayaraq pulu geri qaytarmasını bildirsədə, o gəlininə qarşı müxtəlif bahanələr gətirmişdir.Onlarda görmüş ki, həmin şəxsin pulu qatramaq niyyəti yoxdur və gəlini Rəmziyyəyə gedib Şəmkir rayon polis şöbəsinə şikayət etməsini bildirmişdir. Gəlini Zərərçəkmiş şəxs onunla danışandan sonra gedib Şəmkir rayon polis şöbəsinə şikayət etmişdir. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından Şəmkir şəhərində yerləşən “Sultan Studiyo” adlı məclislərin təşkilini həyata keçirən obyektdə işçi kimi işlədiyi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs həmin vaxtlar onun işlədiyi “Sultan Studiyo”-dan tez-tez hədiyyələr sifariş etmişdir. Təqsirləndirilən şəxs özünü ona özünü ilk olaraq İlknur Zeynallı kimi təqdim etmişdir. Özünü Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan, atasının Mübariz və anasının Raya olduğunu, Şiştəpə kəndində varlı bir ailənin övladının oğlu kimi təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə aramızda dostluq münasibətləri yaranmışdır. Onunla 2024-cü ilin oktyabr aynda Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə zəng edərək telefonda ona bildirmiş ki, Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Rəmziyə xanım var, həmin qadınan təxminən 2000 yaxın pul alıbdır və həmin qadında ondan pulun istəyir. Təqsirləndirilən şəxs ona özünü onun əmisi qızı kimi təqdim etsinvə ona yaxın vaxtda onun pulunu ödəyəcəyini deməsini bildirmişdir. O da onunla razılaşmış və həmin Rəmziyyə adlı qadının mobil nömrəsini ona verməsini və onunla danışacağını bildirmişdir. O, Rəmziyə xanımın mobil nömrəsini ondan aldıqdan sonra Rəmziyə xanımla telefon əlaqəsi saxlamış və həmin qadına özünün Təqsirləndirilən şəxs əmisi qızı Fidan kimi təqdim etmiş və Tamerlanın bir az pul barəsində sıxıntıları olduğunu və yaxın müddətdə ondan almış olduğu pulu geri qaytaracağını bildirib ona Tamerlanın üzərində durub ona borcunu ödətdirəcəyinə söz vermişdir. Üzərindən bir müddət keçəndən sonra Rəmziyyə xanım onun istifadəsində olan mobil nömrəsinə zəng edərək telefonda Təqsirləndirilən şəxs əmisi qızı kimi zamin durmasını və Tamerlanın pulu ödəmədiyini bildirmişdir. O, neçə dəfələrlə ona zəng etmiş ki, camaatın pulunu aparıb qaytarsın.2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs o, Sultan studiyada olan zaman öz adına rəsmi qeydiyyatda olan 4189 8000 8430 0209 saylı “Rabitəbank”-a məxsus plastik kartına 100 manat pul göndərmiş, birazadn isə 500 manat nəqd pulu gətirib ona verəcəyini, həmin pulu aparıb Rəmziyyə xanıma verməsini demiş, telefon danışığından 30 dəqiqə sonra Tamerlan tanımadığı taksi sürücüsü ilə 500 manat pul göndərmişdir. O, Tamerlanın ona göndərdiyi həmin pulu Rəmziyyə xanımla telefon əlaqəsi saxlamış, və ona hazırda yadında qalmayan plastik kartını göndərməsini bildirmişdir. O, ona plastik kartı göndərmiş və o, onun hazırda yadında qalmayan plastik kartına 600 manat pul göndərmişdir. O, Rəmziyyə xanıma pulu göndərəndən sonra onunla tanış kimi telefon danışıqları davam etmiş və o, hər dəfəsində ona aparıb Rəmziyyə xanımın pulunu verməsini demişdir. Üzərindən bir müddət keçəndən sonra Rəmziyyə xanım ona zəng edərək Tamerlanın pulu ödəmədiyini bildirmidir. O, Tamerlanla telefon əlaqəsi saxlamış və onu pis vəziyyətdə qoyduğunu bildirib xanımın pulunu aparıb verməsini demiş, lakin Təqsirləndirilən şəxs Rəmziyyə xanımın pulunu ödəməmiş, sonradan məlumatı olmuş ki, Zərərçəkmiş şəxs Şəmkir rayon polis şöbəsinə şikayət edibdir. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid2 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmün icrası himayəsində olan uşaqları 14 yaşına çatanadək təxirə salınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Tovuz RPŞ və Şəmkir RPŞ-də hazırda cinayət işləri icraatdadır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 04 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 44 (qırx dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 04 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 44 (qırx dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №1(076)-289/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-289/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver