Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-29/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: X1 iştirakı ilə xx xxx 1963-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Zəyəm qəsəbə poliklinikasında tibb bacısı işləyən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin sentyabr ayında Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən, Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutaraq hasarlamış və 05 may 2022-ci il tarixdən başlayaraq həmin torpaq sahəsi üzərində mişar daşından özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı gündə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən 0,06 hektar boş torpaq sahəsini setka ilə hasara alaraq orada meyvə ağacları əkmişdir. Torpaq sahəsini oğluna ev tikdirmək üşün götürmüş, ancaq maddi imkanı olmadığı üçün həmin müddətdə ev tikdirə bilməmişdir. 05 aprel 2022-ci il tarixdə həmin torpaq sahəsində oğlu üçün mişar daşından ev tikdirməyə başlamış, evin damı örtülmüş, ancaq qapı-pəncərəsi və digər işləri görülmədiyi üçün yaşayış olmamışdır. Evin tikintisinə başlayandan bir müddət sonra Zəyəm bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs və icra nümayəndəsi ona tikinti işləri apardığı torpaq sahəsinin Zəyəm bələdiyyəsinin mülkiyyətində olmasını, buna görə orada tikinti işlərinin aparılmasının qanunsuz olduğunu bildirmişlər. Bundan sonra tikinti işlərini dayandırmış və həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Zəyəm Bələdiyyəyə müraciət etmişdir. Torpaq sahəsini hasara alan zaman bələdiyəyə məxsus olduğunu bilmiş, ancaq orada ev tikdirəndən sonra sənədləşdirəcəyini düşünmüşdür. Lakin o, sənədləşmə işlərini yekunlaşdırmamış barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bununla belə hazırda həmin torpaq sahəsinə dair Çıxarış almış və torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ildən Şəmkir rayonu, Zəyəm bələdiyyəsinin sədri vəzifəsində işləyir. 28 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində, bələdiyyəyə məxsus torpaq sahəsində ev tikdirdiyini aşkar etmişlər. Belə ki, bələdiyyəyə məxsus olan 0,06 hektar torpaq sahəsinin 2015-ci ildə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək ev tikdirdiyi məlum olmuş, bundan sonra Şəmkir rayon İHB-nın Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Şahid1lə birlikdə tikinti aparılan yerdə olaraq Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zəyəm Bələdiyyəsinin mülkiyyətində olduğu, orada tikinti işlərinin aparılmasının qanunsuz olması izah olunmuş, bu barədə onlar tərəfindən Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinə müraciət edilmişdir. Ondan bir müddət sonra Təqsirləndirilən şəxs tikinti işləri apardığı torpaq sahəsini həyətyanı sahə kimi almaq üçün bələdiyyəyə müraciət etmişdir. Hazırda isə bələdiyyə ilə Təqsirləndirilən şəxs arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair Çıxarış almış və torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edir. 2022-ci il tarixdə Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində, bələdiyyəyə məxsus torpaq sahəsində ev tikdirdiyini aşkar etmişlər. Belə ki, bələdiyyəyə məxsus olan 0.06 hektar torpaq sahəsinin 2015ci ildə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək ev tikdirdiyi məlum olmuş, bundan sonra Zəyəm bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zəyəm Bələdiyyəsinin mülkiyyətində olduğu, orada tikinti işlərinin aparılmasının qanunsuz olması izah olunmuşdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Elçin Musayevlə birlikdə fərdi evlərin tikintisində usta kimi işləyirlər. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Zəyəm qəsəbəsində oğlu üçün tikdirdiyi evdə qardaşı Elçin Musayevlə birlikdə usta kimi işləmiş, evin mişar daşından divarlarını hörmüşlər. Tikinti işlərini Təqsirləndirilən şəxs aparmış və tikintiyə nəzarəti də yalnız özü etmişdir. Torpaq sahəsinin bələdiyyəyə məxsus olması və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilməsi barədə heç bir məlumatları olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, 03/166 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən, Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə şöbənin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Həmin torpaq sahəsində çölölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində Zəyəm bələdiyyəsinə məxsus yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-cii l tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini Zəyəm Bələdiyyəsindən almışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 01/26030 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin bazar dəyəri 6.000 manat təşkil edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli A855007 saylı “X4 və Ölçüsü”ndən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən və Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış 0.06 ha torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir. Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən və Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən, Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutaraq hasarlamış və 05 may 2022-ci il tarixdən başlayaraq həmin torpaq sahəsi üzərində mişar daşından özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini xx.xx.2022cii l tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Zəyəm Bələdiyyəsindən almış, bundan sonra isə torpaq sahəsinə dair Çıxarış almış və torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Zəyəm Bələdiyyəsinin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinə dair təqsirləndirilən şəxsin adına çıxarış verilməsi və torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə təqsirləndirilən şəxsin adına qeydiyyata alınması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş şəxsin (Zəyəm Bələdiyyəsi) öz razılığı ilə mübahisəli torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə keçmiş və sonuncuya münasibətdə şərait dəyişmişdir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-29/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-29/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver