Məhkəmə qərarları › İş №1(076)-29/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-29/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-29/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər– X1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1969–cu il tarixdə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyətilə “Qarabağ müharibəsi veteranı” adının alınmasına və bunun müqabilində ayda 80 manat məbləğində müavinət şəklində sosial yardım almasına köməklik edəcəyi adı ilə 2020–ci ilin iyun ayında dəqiq olmayan müxtəlif tarixlərdə hissə–hissə olmaqla Şəmkir rayonu, Kür qəsəbəsində 200 manat, Şəmkir rayonu, Səməd Vurğun kəndində 500 manat və 600 manat olmaqla vahid niyyətlə Şəmkir rayonu, Səməd Vurğun kənd sakini Zərərçəkmiş şəxs1 ümumilikdə 1.300 (bir min üç yüz) manat məbləğində pulunu etibardan sui– istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyətilə “Qarabağ müharibəsi veteranı” adının alınmasına və bunun müqabilində ayda 80 manat məbləğində müavinət şəklində sosial yardım almasına köməklik edəcəyi adı ilə 2020–ci ilin iyun ayında dəqiq olmayan müxtəlif tarixlərdə hissə–hissə olmaqla Şəmkir rayonu, Səməd Vurğun kəndində 500 manat və 100 manat olmaqla vahid niyyətlə Şəmkir rayonu, Səməd Vurğun kənd sakini Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat məbləğində pulunu etibardan sui–istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 oğunu tanışı Rahid Bayramovun vasitəsi ilə tanımışdır. Rahid Bayramovla aralarında dostluq münasibətləri olmuş, X9 qəsəbəsində yaşadığı vaxtlarda onunla eyni binada qonşu olaraq yaşamışdır. 2020–ci ilin iyun ayında Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan qardaşı Söhrab Abdullayevlə birlikdə yaşayan anası Sənəm Abullayeva rəhmətə getdiyi üçün onun yas mərasiminə gəlmiş, yas mərasimində tanışı Rahid Bayramovla söhbət edən zaman Rahid ona Kür qəsəbəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı tanışları olduğunu və onların İ Qarabağ müharibəsində iştirak etdiklərinə baxmayaraq, veteranlıq statusu ala bilmədiklərini bildirmişdir. O, Rahid Bayramova həmin şəxslərə veteranlıq düzəltdirə biləcəyini demiş və Rahid Bayramovun onlarla danışıb ona cavab verməsini bildirmişdir. Rahid Bayramov həmin şəxslərlə veteranlıq statusu düzəltmək barədə söhbət edib cavab verəcəyini bildirmişdir. Yas mərasimindən iki gün keçdikdən sonra Rahid Bayramov onun istifadəsində olan mobil nömrəsinə zəng edib Faxrəddin və Elxanla danışdığını, onların veteranlıq statusu düzəltməyi barədə razı olduqlarını bildirmiş, ona Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən tanımadığı şəxsə məxsus çay evinə gələcəklərini demişdir. O, Rahid Bayramovla birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, lakin tanımadığı şəxsə məxsus çay evində Faxrəddinlə görüşmüş, Faxrəddin söhbət edən zaman ona Qarabağ müharibəsində iştirak etdiyini, lakin veteranlıq statusu ala bilmədiyini, həmin status bərpa edilib–edilməməsini ondan soruşan zaman ona düzəltdirə biləcəyini, tanışları olduğunu ona bildirmişdir. Faxrəddinə işlərinin qarşılığında, yəni yalnız yol pulu və sənədlərin hazırlanması üçün müəyyən məbləğdə pul alacağını demiş, həmin vaxt Rahid Bayramov da onların yanında olmuş, veteranlıq statusu düzəltdircəyi üçün razılaşdıqları kimi ona ilkin olaraq yol pulu kimi 200 manat verməsini demişdir. Faxrəddin həmin vaxt tanışı Rahid Bayramovun yanında Kür qəsəbəsində yerləşən tanımadığı şəxsə məxsus çay evinin yaxınlığında ona 200 manat pul vermiş, ondan pulu götürdükdən sonra Sumqayıt şəhərinə getmiş, bir həftədən artıq Sumqayıt şəhərində qalıb yenidən Şəmkir rayonu, Kür qəsəbəsinə geri qayıtmışdır. Kür qəsəbəsində olan zaman Rahid Bayramova zəng edib Faxrəddinlə görüşməyi və sənədlərin hazırlanması üçün əlavə 500 manat pulu almağını bildirmiş, X5 telefon əlaqəsi saxlamış və Faxrəddini onları evinə dəvət edərək söhbət etməyi demişdir. Rahid Bayramovla birlikdə Faxrəddingilə getmiş, Rahid Bayramovun yanında yol pulu kimi ondan 500 manat pulu almış, ona veteranlıq statusu düzəltdirəcəyi barədə söz vermiş, heç bir narahatçılıq keçirməməsini tapşırmışdır. Zərərçəkmiş şəxs1 tanışı Rahid Bayramovun yanında 500 manat pulu aldıqdan sonra Bakı şəhərinə getmiş, üzərindən 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 yenidən 500 manat pulu göndərməsini bildirmişdir. Rahid Bayramovun mobil nömrəsinə zəng etmiş və Rahidə Zərərçəkmiş şəxs1 500 manat pulu alıb ona göndərməsini bildirmişdir. X5 görüşüb veterenlıq üçün Faxrəddinin ona verəcəyi 500 manat pulu almış və Kür qəsəbəsində yaşayan, Bakı–Şəmkir marşurutu üzrə işləyən Şəmistan adlı şəxsə verərək həmin pulu Bakı şəhəri, Binəqədi rayon ərazisində təhvil almışdır. Sonradan Zərərçəkmiş şəxs1 dəfələrlə onun istifadəsində olan mobil nömrəsinə zəng etməsinə baxmayaraq, xəstə olduğu üçün telefonlarını götürməmiş, daha sonra Zərərçəkmiş şəxs1 onun barəsində Şəmkir Rayon Polis Şöbəsinə şikayət etdiyi barədə məlumatı olmuşdur. Bundan başqa, o, Şəmkir rayonu, S.Vurğun kəndində yaşayan Zərərçəkmiş şəxs2 Kür qəsəbəsində yaşayan vaxtlardan tanımış, onunla aralarında münasibətləri yaxşı olmuşdur. 2020–ci ilin iyun ayında Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən “Mərkəzi Bazar”da Zərərçəkmiş şəxs2la görüşmüş, hal–əhval tutub söhbət etməyə başlamışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona İ Qarabağ müharibəsində iştirak etməsinə baxmayaraq, veteranlıq statusu ala bilmədiyini və ona bu işdə köməklik göstərməsini xahiş etmişdir. Ona veteranlıq statusu almaq üçün köməklik edəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və bu barədə söhbət etmək üçün evinə gəlib ətraflı söhbət edəcəyini demişdir. Onunla etdiyi söhbətin üzərindən bir gün keçdikdən sonra qardaşları Söhrab Abdullayev və Rəfayıl Abadulleyvlə birlikdə Şəmkir rayonu, Səməd Vurğun kəndində yaşayan Elxangilə getmiş, Zərərçəkmiş şəxs2la onun yaşadığı evdə görüşmüş, Zərərçəkmiş şəxs2la qardaşları Söhrab və Rəfayılın yanında ona veteranlıq statusu düzəltdirəcəyini və ona işin düzəldilməsi üçün hansı sənədlərin lazım olduğunu deyib onu özünə inandırmışdır. O, öz evlərində ona veterenlıq düzəltdirəcəyi üçün qardaşı Söhrab Abdullayev və Rəfayıl Abdullayevin yanında yol pulu kimi 500 manat pul vermiş, bir ay ərzində ona veterenlıq vəsiqəsi düzəldirəcəyinə əmin etmişdir. Ona inanıb gözləyəcəyini bildirmiş, pulu ondan götürdükdən sonra oradan çıxıb qardaşı Söhrabgilə getmişdir. Üzərindən təxminən 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs2 onun istifadəsində olan mobil nömrəsinə zəng edib işinin sonunun necə olduğunu soruşmuş, ona narahat olmamasını və yaxın vaxtlarda düzələcəyini demişdir. Zərərçəkmiş şəxs2 ona müxtəlif günlərdə tez–tez zəng etmiş, sonradan sənədlərin hazırlanması üçün 100 manat pul lazım olduğunu demiş və əlavə olaraq hərbi biletini, şəxsiyyəti təsdiq edən sənədi göndərməsini demişdir. Zərərçəkmiş şəxs2 yadında qalmayan tarixdə Bakı–Şəmkir maşrşurutu üzrə işləyən, adını dəqiq bilmədiyi şəxslə 100 manat pul, hərbi bileti və şəxsiyyəti təsdiq edən sənədi göndərmiş və o, həmin 100 manat pulu, hərbi bileti və şəxsiyyəti təsdiq edən sənədi Binəqədi rayon ərazisində götürmüşdür. Qeyd edir ki, o, zərərçəkmiş şəxslərdən pulu yalnız yol xərcləri və sənədlərin hazırlanması üçün almışdır. İşi düzəltmək adı ilə onlardan pul almamışdır. Bu səbəbdən özünü təqsirli hesab etmir. Ona görə də qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər tanışlıqları olmamış, Ərastunu həmkəndlisi Rahid Bayramovun vasitəsi ilə tanımışdır. 1990–cı illərdə baş verən İ Qarabağ müharibəsində iştirak etdiyi üçün veteranlıq statusu ala bilməmiş, neçə müddətdir çalışmışdır ki, müharibə iştirakçısı olduğu üçün veteranlıq vəsiqəsi alsın. 2020–ci ilin iyun ayında yadında qalmayan dəqiq bir gündə evdə olan zaman Təqsirləndirilən şəxs həmkəndlisi Rahid Bayramovla onlara gəlmiş, Rahid Bayramov ona tanışı Təqsirləndirilən şəxs Birinci Qarabağ Müharibəsi iştirakçılarına veteranlıq vəsiqəsi düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Birinci Qarabağ Müharibəsində iştirak etdiyini, lakin bu günədək veteranlıq statusu ala bilmədiyini izah etmişdir. Təqsirləndirilən şəxs ona veteranlıq statusu aldıqdan sonra hər ay olaraq 80 manat veteran pulu alacağını da bildirmişdir. Təqsirləndirilən şəxs ona veteranlıq vəsiqəsi düzəltməsi üçün 1.300 manat pul verəcəyini bildirmiş, o da onunla razılaşmış və həmin gün görüşəcəyini ona bildirmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxslə Şəmkir rayonu, Kür qəsəbəsində yeləşən parkın yaxınlığında tanımadığı şəxsə məxsus çay evində görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs yanında həmkəndlisi Rahid Bayramovun olduğunu da görmüş, onlar həmin çay evində əyləşib söhbət etməyə başlamış, söhbət əsnasında Təqsirləndirilən şəxs ona veteranlıq vəsiqəsi düzəltməsi barədə köməklik edəcəyinə söz vermişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Rahid Bayramovun yanında veteranlıq vəsiqəsi düzəltməyi şərti ilə 200 manat pul vermiş, Təqsirləndirilən şəxs ona yaxın müddətdə işinin düzələcəyini bildirib ona narahat olmamasını demişdir. Təqsirləndirilən şəxs 200 manat pulu verdikdən sonra onların yanından qalxaraq çıxıb getmiş, Təqsirləndirilən şəxs getməmişdən əvvəl Şəmkir rayon Hərbi Komisarlığından Birinci Qarabağ müharibəsində iştirak etməsi barədə arayış almasını və həmin arayışı gətirib ona təqdim etməsini demişdir. Həmin günün üzərindən iki gün keçdikdən sonra Şəmkir rayon Hərbi Komisarlığından həmin arayışı almış və Ərastunla görüşüb ona vermişdir. Ərastuna arayışı verdikdən sonra o, Sumqayıt şəhərinə getmiş, üzərindən bir həftə keçdikdən sonra Rahid Bayramov onun istifadəsində olan mobil nömrəsinə zəng edib Ərastun Abdulleyin ona zəng etdiyini, onda həmin razılaşdıqları puldan 500 manatı ona verməsini və həmin pulu onun vasitəsi ilə ona göndərməsini demişdir. O, Rahid Bayramova onu aldatdığını bildirib Ərastuna Bakı şəhərindən gəlib onunla görüşməsini demişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edib tanışı Elxangilə gəldiyini və onunla görüşməyi bildirmişdir. Evdən çıxıb Zərərçəkmiş şəxs2 evinə getmiş və Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 yanında ona veteranlıq vəsiqəsi düzəltməsi şərti ilə 500 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan alan zaman tanışı Zərərçəkmiş şəxs2 və Ərastunun qardaşları Söhrab Abdullayev və Şahid3 də onların yanında olmuşdur. Ərastun ona tam əminliklə işin hazır olmasını və yaxın vaxtda veteranlıq vəsiqəsini ona təqdim edəcəyini söz vermiş, pulu ondan aldıqdan sonra qardaşları ilə birlikdə çıxıb getmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olan zaman ona qalan 600 manat pulu Rahidlə göndərməsi barədə söz göndərmiş, o, Rahidlə birlikdə Kür qəsəbəsində görüşmüş və Rahid Kür qəsəbəsində yaşayan Bakı–Şəmkir marşurutu üzrə sərnişin daşıyan Şəmistan adlı həmkəndlisi ilə həmin 600 manat pulu Ərastuna göndərəcəyini demişir. Şəmistan adlı şəxsə pulu verdikdən sonra Rahidlə birlikdə çıxıb evə getmiş, sonra Təqsirləndirilən şəxs ona zəng edib pulu götürdüyünü bildirmişdir. Bundan sonra bir neçə dəfə Ərastuna zəng edib işin nə yerdə olduğunu soruşanda hər dəfə müxtəlif bəhanələrlə Ərastuna onu aldatmış, nə pulunu qaytarmamış, nə də ona veteranlıq statusu düzəltməmişdir. O, Ərastunun onu aldatdığını başa düşdüyündən bu barədə polis şöbəsinə şikayət etmişdir. Bundan sonra dəfələrlə tələb etməsinə və vaxt verməsinə baxmayaraq, Ərastun onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Kür qəsəbəsində yaşayan vaxtlardan tanımış, normal münasibətləri olmuşdur. 2020–ci ilin iyun ayında Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən “Mərkəzi Bazar”da Təqsirləndirilən şəxslə görüşmüş, onunla hal–əhval tutub söhbət etməyə başlamış, söhbət əsnasında Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsində iştirak etdiyini, buna baxmayaraq veteranlıq statusu ala bilmədiyini, ona bu işdə köməklik etməsini xahiş etmişdir. Ərasun Abdullayev ona veteranlıq vəsiqəsi almaq üçün köməklik edəcəyinə söz vermiş, işinin qarşılığında ona 1.000 manat pul verəcəyini demişdir. Onunla razışlamış və görüşüb bu barədə söhbət edəcəklərini demişdir. Onunla etdiyi söhbətin üzərindən bir gün keçdikdən sonra Təqsirləndirilən şəxs qardaşları Söhrab Abdullayev və Rəfayıl Abadullayevlə birlikdə Şəmkir rayonu, Səməd Vurğun kəndində yerləşən evinə gəlmiş, Təqsirləndirilən şəxslə onun yaşadığı evdə görüşərək qardaşları Söhrab və Rəfayıl Abdullayevin yanında ona veteranlıq statusu düzəltdirəcəyini və ona işin düzəldilməsi üçün hansı sənədlərin lazım olduğunu deyib onu özünə inandırmışdır. Öz evində ona veterenlıq vəsiqəsi düzəltdirəcəyi şərti ilə qardaşı Söhrab və Rəfayılın yanında 500 manat pul vermiş, onu yalandan bir ay ərzində ona veteranlıq vəsiqəsi düzəldirəcəyinə əmin etmişdir. Təqsirləndirilən şəxs pulu ondan götürdükdən sonra qardaşları ilə birlikdə çıxıb getmişdir. Üzərindən təxminən 1 ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edib işlərin nəticəsinin necə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona narahat olmamağı və yaxın vaxtlarda işinin düzələcəyini bildirmişdir. Üzərindən bir neçə həftə keçməsinə baxmayaraq, tez–tez ona zəng etmiş, lakin Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, sonuncu dəfə ona zəng edən zaman o, telefon zəngini götürmüş və ona nə üçün telefon zənglərini götürmədiyini, vədinə əməl etməməsini ona bildirən zaman Ərastun vaxt udmaq üçün işə görə 100 manat pul istədiklərini və əlavə olaraq hərbi bileti və şəxsiyyəti təsdiq edən vəsiqəsini göndərməsini bildirmişdir. O, yadında qalmayan tarixdə Bakı–Şəmkir maşrşurutu üzrə işləyən Kür qəsəbəsində yaşayan Nufat ilə 100 manat pul, hərbi bileti və şəxsiyyəti təsdiq edən sənədi ona göndərmiş, Nufat həmin göndərdiyi 100 manat pulu, hərbi bileti və şəxsiyyəti təsdiq edən sənədi Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində götürdüyünü zəng edib bildirmişdir. Təqsirləndirilən şəxs 2020–ci ilin iyun ayında Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evlərində ona veteranlıq adı düzəldəcəyi şərti ilə ondan 500 manat, sonuncu dəfə isə 100 manat pul almışdır. Bundan sonra bir neçə dəfə Ərastuna zəng edib işin nə yerdə olduğunu soruşanda müxtəlif bəhanələrlə Ərastuna onu aldatmış, nə pulunu qaytarmamış, nə də ona veteranlıq statusu düzəltməmişdir. O, Ərastunun onu aldatdığını başa düşdüyündən bu barədə polis şöbəsinə şikayət etmişdir. Bundan sonra dəfələrlə tələb etməsinə və vaxt verməsinə baxmayaraq, Ərastun onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır. Onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları olmamışdır. Zərərçəkmiş şəxs1la İ Qarabağ müharibəsində bir yerdə döyüşmüşlər. Lakin buna baxmayaraq, heç biri veteranlıq statusu ala bilməmişdir. O, Təqsirləndirilən şəxs də tanıyır. Onunla münasibətləri əvvəllər yaxşı olmuş, Ərastun əvvəllər Şəmkir rayonunun Kür qəsəbəsində yaşamışdır. Sonradan bilmədiyi səbəblərdən Ərastun ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçərək orada yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə köçəndən sonra görməmiş və heç bir yaxından əlaqələri olmamışdır. 2020–ci ildə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsində görmüş, onunla görüşüb hal–əhval etmişlər. Söhbət zamanı Ərastun ona müharibədə iştirak edən şəxslərə veteranlıq düzəldə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 İ Qarabağ döyüşlərində iştirak etməsinə baxmayaraq bu günədək veteranlıq düzəltdirə bilmədiyini bildirmişdir. Ona Faxrəddingilə getməyi təklif etmiş, onlar həmin gün birlikdə Faxrəddingilə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 öz evində olmuş və çıxıb onları qarşılamışdır. Onunla görüşüb söhbət etməyə başlamış və söhbət əsnasında o, Faxrəddinə Təqsirləndirilən şəxs tanışı və dostu olduğunu bildirmişdir. Onun İ Qarabağ döyüşlərində iştirak edən şəxslərə veteranlıq vəsiqəsi düzəldə biləcəyini bildirmiş, Faxrəddin Ərastunla danışmış və öz aralarında razılaşmışlar. Onlar Zərərçəkmiş şəxs1 ümumilikdə Ərastuna 1.200 manat pul verəcəyini, əvvəlcədən sənədlərin ilkin hazırlanmasında 300 manat, pulun qalan hissəsini isə sonrakı mərhələlərdə verəcəyi barədə Ərastunla razılaşmışlar. Zərərçəkmiş şəxs1 onun yanında Ərastuna veteranlıq vəsiqəsi düzəltmək şərti ilə əvvəlcə 200 manat pul vermiş, sonradan dəqiq yadında qalmayan tarixdə Faxrəddinlə birlikdə Şəmkir rayonu ərazisində yerləşən avtobus dayancağına getmiş və tanımadığı avtobus sürücüsünə Zərərçəkmiş şəxs1 500 manat pul verərək həmin pulun Ərastuna çatacağını bildirmişdir. Sonra Faxrəddinlə birlikdə Kür qəsəbəsinə geri qayıtmışdır. Sonradan eşitmişdir ki, Faxrəddin Ərastuna veteranlıq vəsiqəsi düzəltmək üçün ümumilikdə 1.200 manat pul vermiş, Ərastun onu aldadıb etibarından sui–istifadə edərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes Benz” markalı 99–NH–057 dövlət qeydiyyat nişanlı avtomobili vardır və 2015–ci ildən həmin avtomobillə Bakı– Şəmkir marşrutu üzrə sürücü işləyir. 2020–ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 onun istifadəsində olan mobil nömrəsinə zəng edib Bakı şəhərində yaşayan tanışına pul göndərəcəyini bildirmiş, yadında qalmayan gündə, səhər saatlarında Zərərçəkmiş şəxs2la telefon əlaqəsi saxlamış və Şəmkir rayonu, Kür qəsəbəsində onunla görüşmüşdür. Zərərçəkmiş şəxs2 ona kağız paket təqdim etmiş və ona həmin kağız paketin içərisində 1 ədəd 100 manatlıq əskinas pul olduğunu bildirmiş, Bakı şəhərinə çatan kimi tanışı Təqsirləndirilən şəxs onunla görüşəcəyini və həmin pulu, sənədləri götürəcəyini bildirmişdir. Həmin gün Bakı şəhərinə çatmış və sonradan adını bildiyi Təqsirləndirilən şəxslə görüşmüş, Zərərçəkmiş şəxs2 ona kağız paketin arasında verdiyi 1 ədəd 100 manatlıq əskinası ona vemişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes Benz” markalı 90–LE–830 dövlət qeydiyyat nişanlı avtomobili vardır və 2005–ci ildən Bakı–Şəmkir marşrutu üzrə sürücü işləyir. 2020–ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək Bakı şəhərində yaşayan tanışına pul göndərəcəyini demiş, yadında qalmayan gündə, səhər saatlarında Zərərçəkmiş şəxs1la telefon əlaqəsi saxlamış və Şəmkir rayonu, Kür qəsəbəsində onunla görüşmüşdür. Zərərçəkmiş şəxs1 ona kağız paket təqdim etmiş və həmin kağız paketin içərisində 6 ədəd 100 manatlıq əskinas pul olduğunu bildirmiş, Bakı şəhərinə çatan kimi tanışı Təqsirləndirilən şəxs onunla görüşəcəyini və həmin pulu götürəcəyini demişdir. Həmin gün Bakı şəhərinə çatmış və sonradan adını bildiyi Təqsirləndirilən şəxslə görüşmüş, Zərərçəkmiş şəxs1 ona kağız paketin arasında verdiyi 6 ədəd 100 manatlıq əskinası ona vemişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir rayon Kür qəsəbə MTİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Kür qəsəbəsində qeydiyyatsız yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 025745 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxslərdən yalnız yol xərci və sənədlərin hazırlanması üçün pul alması ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin, məhkəmə, Təqsirləndirilən şəxs 1.300 manat Zərərçəkmiş şəxs1, 600 manat Zərərçəkmiş şəxs2 yalnız yol xərci və sənədlərin hazırlanması üçün pul almasını ağlabatan hesab etmir. Belə ki, həmin məbləğdə pulun yola və sənədlərin hazırlanmasına xərclənməsi inandırıcı olmamaqla yanaşı, işin hallarına da uyğun deyildir. Bu hal da öz–özlüyündə Təqsirləndirilən şəxs həmin məbləğdə pulu məhz aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq niyyətilə alması halını özündə ehtiva edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirərək dələduzluq niyyəti ilə zərərçəkmiş şəxslərdən pul almaması barədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023–cü il tarixdə Sumqayıt şəhərində saxlanılaraq, 16 avqust 2023–cüil tarixdə Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 17 avqust 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs1 1.300 manat maddi ziyan, Zərərçəkmiş şəxs2 600 manat maddi ziyan vurulmuş, lakin həmin ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxslərə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2023–cü il tarixdən 17 avqust 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar