Məhkəmə qərarları › İş №1(076)-290/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-290/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-290/2024 23.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokuror¬luğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1969–cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncunun arvadı Şahid təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək onu aldadıb qəsdən vahid niyyətlə Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə Şəmkir rayon Mərkəzi xəstəxanasının həyətində 750 (yeddi yüz əlli) manat məbləğində nəğd pulunu, həmçinin bir neçə gün sonra dəqiq məlum olmayan tarixdə həmin ünvanda 750 (yeddi yüz əlli) manat məbləğində nəğd pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakinləri Zərərçəkmiş şəxs və onun arvadı Şahid tanışı X4 vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin avqust ayında Hümbət Musayev onun yaşadığı ünvana gələrək, Sərvər adlı tanışının olmasını bildirərək, Zərərçəkmiş şəxs arvadı Şahid təqaüd almaqda köməklik olunmasını xahiş etmişdir. O, da tanışı X8 Əliyevin arvadı Şahid təqaüd almaqda köməklik edə biləcəyini demişdir. 2022-ci ilin avqust ayının sonlarında tanışı Hümbət Musayev ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına gedərək, orada Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Həmin vaxt Hümbət Musayev onu Zərərçəkmiş şəxs ilə tanış edərkən, Zərərçəkmiş şəxs ona arvadı Şahid qılçasından əməliyyat olmasını bildirmişdir. O, da Zərərçəkmiş şəxs arvadı Şahid üçün təqaüd düzəldə biləcəyini demişdir. Daha sonra təkrar olaraq o, 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs ilə Şəmkir rayon Mərkəzi xəstəxanasında görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ondan arvadı Şahid təqaüd düzətməsini xahiş edən zaman o, Zərərçəkmiş şəxs onun arvadı Şahid təqaüd düzəldə biləcəyini vəd edərək, bu işin qarşılığında Sərvər Əliyedən 1500 (min beş yüz) manat pul istəmişdir. Daha sonra Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının sonlarında ona mobil telefon vasitəsi ilə zəng edərək, onu Şəmkir rayon Mərkəzi xəstəxanasına çağırmışdır. Həmin vaxt o, Şəmkir rayon Mərkəzi xəstəxanasına gedərək, orada Zərərçəkmiş şəxs və onun arvadı Şahid ilə görüşmüşdür. Zərərçəkmiş şəxs arvadı Şahid yanında ona 750 (yeddi yüz əlli) manat pul verərək, qalan 750 (yeddi yüz əlli) manat pulu 2-3 gün sonra verəcəyini demişdir. 2022-ci ilin avqust ayının 25-30 arası Şəmkir rayon Mərkəzi xəstəxanasında yenidən Zərərçəkmiş şəxs və onun arvadı Şahid ilə görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona qalan 750 (yeddi yüz əlli) manat pulu arvadı Şahid iştirakı ilə vermişdir. O, da Zərərçəkmiş şəxs arvadı Şahid üçün təqaüd düzəldə biləcəyini vəd etmişdir. Lakin onun maddi cəhətdən çətinlikləri olduğu üçün o, Zərərçəkmiş şəxs verdiyi vədə əməl edə bilməmişdir. Ancaq hazırda Zərərçəkmiş şəxs aldığı 1500 (min beş yüz) manat pulu ona geri qaytarmışdır və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı X4 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid onun arvadıdır. Şahid sol ayağından 2007-ci il tarixdə əməliyyat olmuşdur. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs Hümbət Musayev ilə onun işlədiyi Şəmkir rayon Mərkəzi xəstəxanasına gəldiklərini görmüşdür. Həmin vaxt Hümbət Musayev onu Təqsirləndirilən şəxs ilə tanış edərkən, Təqsirləndirilən şəxs söhbət əsnasında ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində tanışı olmasını bildirən zaman o, Təqsirləndirilən şəxs arvadı Şahid ayağından əməliyyat olmasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona arvadı Şahid üçün təqaüd düzəldə biləcəyini demişdir. O, da bu barədə X3 Hüseynovun necə bir insan olmasını maraqlanan zaman Hümbət Musayev onun çox yaxşı bir insan olmasını bildirmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs inanaraq onunla yenidən Şəmkir rayon Mərkəzi xəstəxanasında görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs arvadı Şahid təqaüd düzətməsini xahiş edən zaman Təqsirləndirilən şəxs ona arvadı Şahid təqaüd düzəldə biləcəyini vəd edərək, bu işin qarşılığında ondan 1500 (min beş yüz) manat pul istəmişdir. O, da bu barədə yaşadığı evə gəlib arvadı Şahid bildirmişdir. Daha sonra o, 2022-ci ilin avqust ayının sonlarında Şəmkir rayon Mərkəzi xəstəxanasında arvadı Şahid ilə birlikdə Təqsirləndirilən şəxsla görüşüb ona 750 (yeddi yüz əlli) manat və təxminən 2-3 gün sonra yenidən həmin ünvanda arvadı Şahid iştirakı ilə 750 (yeddi yüz əlli) manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona arvadı Şahid təqaüdünü 2022-ci ilin dekabr ayınadək düzəldəcəyini vəd etmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək, ona məxsus 1500 (min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş 1500 (min beş yüz) manat ziyanı tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs və X5 tanımır. O, 2007-ci ilin yanvar ayında sol dizindən əməliyyat olmuşdur. Əri Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasında mühafizəçi kimi fəaliyyət göstərir. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs yaşadıqları ünvana gələrək, tanışı Hümbət Musayevin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmasını və söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun 2007-ci ilin yanvar ayında sol dizindən əməliyyat olmağını bildirən zaman Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində tanışı olmasını bildirərək, ona təqaüd düzəldə biləcəyini bildirmişdir. Bu səbəbdən də onun əri Zərərçəkmiş şəxs təkrar olaraq Təqsirləndirilən şəxs yenidən yaxınlaşıb onun üçün təqaüd düzətməsini xahiş edən zaman Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs onun üçün təqaüd düzəldə biləcəyini vəd edərək, bu işin qarşılığında 1500 (min beş yüz) manat pul alacağını bildirmişdir. Daha sonra o, 2022-ci ilin avqust ayının sonlarında Şəmkir rayon Mərkəzi xəstəxanasında əri Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşüb onun üçün təqaüd düzəltmək məqsədilə 750 (yeddi yüz əlli) manat pulu nəğd olaraq Təqsirləndirilən şəxs vermişlər. Təxminən 2-3 gün sonra yenidən Şəmkir rayon Mərkəzi xəstəxanasında əri Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşüb ona təqaüd düzəltməsi üçün Təqsirləndirilən şəxs 750 (yeddi yüz əlli) manat pulu nəğd olaraq vermişlər. Lakin Təqsirləndirilən şəxs onlara verdiyi vədlərə əməl etməyərək, onlara məxsus ümumilikdə 1500 (min beş yüz) manat pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu ona təqüd düzəltməsi üçün verən zaman yanlarında başqa şəxslər olmamışdır. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, 10 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin- 73-1.2 maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 İİ Qarabağ müharibə vetiranıdır və Qarabağın alınmasında bir neçə medallarla təltif olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 113596 nömrəli vəsiqədən görünür ki, X1 müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-4113 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X1 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-32248 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X1 Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması və dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73–1.1–ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189–1.1 və 189– 1.2–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73–2 və 74–1–ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin- 73-1.2 maddələrinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini isə cinayət məsuliyyətindən azad edilməmişdən əvvəl, yəni 2022–ci ilin avqust aylarinin sonunda törətmiş, bu hal hazırki cinayət işi üzrə işin icraatına xitam verilməsini istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndi həmin Məcəllənin 72–73–2 və 74–1–ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar