Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-291/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1985–ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən “Sinan” marketin qarşısında ona pul borcunu ödəmədən spirtli içki satmayacağını deməsi səbəbindən Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış və həmin mübahisə zəmnində Talıb Əhmədov əlləri ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurub fiziki zor tətbiq edərək ona sağ qaş üstü nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünun sınığı, sağ və sol bazu nahiyəsinin üçdə birinin ön səthinin qançırları, sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Zəyəm qəsəbəsində yerləşən Karyer adlı yaşayış massivində kafedə pivə qəbul etmiş, bir neçə dəqiqə sonra evinə tərəf gələn zaman evinin yolunun üzərində olan “Sinan” marketi Ruslanın işlətməsi səbəbindən oraya daxil olaraq bir ədəd pivə verməsini istədikdə Ruslan ona 2,50 manat pul borcunun olduğunu, həmin pulu vermədən ona pivə verməyəcəyini deyərək onu təhqir etməyə başlamış və onu mağazadan çölə çıxartmışdır. Bu zaman əsəbiləşmiş və onun üzərinə gələrək bir dəfə üz nahiyəsinə yumruqla vurmuşdur. Ruslan yumruğun zərbəsindən yerə yıxılmış, daha sonra Ruslanın mağazası ilə evinin arasındakı məsafə az olduğundan evinə tərəf qaçmış, bu zaman yenidən onun üzərinə gələrək bir daha yumruqla vurmuşdur. Bu zaman Ruslan yerə yıxılaraq huşunu itirmişdir. Daha sonra Ruslanın atası ilə münasibəti yaxşı olduğundan onun gəldiyini görüb davanı saxlamışdır. Hadisə yerdində Ruslanın atası Famil DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, Zəyəm qəsəbəsində yerləşən, özünə məxsus market işlədir. xx.xx.2023-cü il tarixdə marketdə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs marketinə gəlmiş, onun əvvəlcədən marketə borcu olması səbəbindən marketdə olan zaman ondan spirtli içki satmağını istəmişdir. O, ona spirtli içkini əvvəlki borcunu verməsi qarşılığında satacağını dediyi üçün Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış və üzərinə gələrək onu yumruqla vurmuşdur. Əhmədin yumruğunun təsirindən huşunu itirmiş və yerə yıxılmışdır. Daha sonra o, ayılaraq evlərinə daxil olduğu zaman atası onun üzünün qanadığını görməsi səbəbindən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evinin qarşısında oğluna məxsus marketin yanında səs-küy gəldiyini eşitmiş, çölə çıxdıqda oğlu Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü görmüşdür. Oğlu Ruslanı yarı özündən getmiş halda evinə-çardağın altına gətirdiyində onun üz nahiyəsinin xəsarət aldığını görmüş və nə baş verdiyini soruşan zaman oğlu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Odur ki, dərhal hadisə barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 1134 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sağ qaş üstü nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünun sınığı, sağ və sol bazu nahiyəsinin üçdə birinin ön səthinin qançırları, sağ diz oynağının ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri 21 sentyabr 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ qaş üstü nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünun sınığı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ və sol bazu nahiyəsinin üçdə birinin ön səthinin qançırları, sağ diz oynağının ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan İşdə olan Şəmkir RİHB–nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 21 sentyabr 2023–cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı vuraraq ona sağ qaş üstü nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin şişkinliyi və əzilmiş yarası ilə müşaiyət olunan burun sümüyünun sınığı, sağ və sol bazu nahiyəsinin üçdə birinin ön səthinin qançırları, sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-291/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-291/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver