Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-292/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakları ilə, 12 avqust 1980-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də baş mühasib işləyən, ali təhsilli, məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olmaqla, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisindən taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 1 ədəd kibrit qutusunun içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla idarə etdiyi “Opel Astra” markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımış, həmin tarixdə Şəmkir rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu, Təzəkənd kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zamar əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisindən, şəxsi istehlak miqdarından artıq 6,54 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində səhər yuxudan oyanıb özünə məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək kənd mərkəzinə getmiş, idarə etdiyi avtomobili saxlayıb yerə düşərək siqaret çəkmək istəmişdir. Cibinə baxan zaman alışqan olmadığını görüb avtomobildə alışqan axtarmış, lakin alışqan tapa bilməmişdir. İdarə etdiyi avtomobilin kənarında kibrit qutusu görüb yaxınlaşıb götürmüş və içərisini açıb baxan zaman özü narkotik vasitə marixuanadan istifadə etdiyi üçün kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Həmin içərisində narkotik vasitə marixuana bənzər kütlə olan kibrit qutusunu heç kim görmədən əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyaraq sakit bir yerdə istifadə edəcəyini fikirləşmiş, həmin gün saat 10:20 radələrində özünə məxsus “Opel Astra” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yoluna davam edən zaman polis əməkdaşları tərəfindən saxla işarə verildikdən sonra o, avtomobili saxlamış və polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə qəbul etməkdə və qanusuz narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə getməyini demişlər. Onlara etiraz etməyib avtomobili ilə birlikdə polis şöbəsinə onu rayon polis şöbəsinə aparmışlar. Şəmkir rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görüntü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif etmişlər. O, masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd içərisində narkotik vasitə marixuana bənzər kütlə olan kibrit qutusunu, digər ciblərində olan “Samsung” və “İphone” markalı mobil telefonları təqdim etmiş, onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütləyə baxış keçirilən zaman həmin 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, bundan sonra 1(bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə ilkin çəkisi 9,73 qram olduğu müəyyən edilmişdir. Qeyd edilən 01 ədəd içərisində marixuana olan kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, üzərində keçirilən axtarış zamanı qanunsuz əşya, narkotik vasitə, onların prekursorları və psixotrop maddə müəyyən olunmamışdır. Yuxarıda üzərindən aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan kibrit qutusu özünə aiddir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlədən başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa heç bir narkotik vasitə olmadığını bildirmişdir. Ona və proses iştirakçılarına baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının,əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bununlada onun üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Üzərində şəxsi axtarış keçirildikdən sonra təhqiqatçı hüquqlarının müdafiəsini həyata keçirən Mahir Kazımovun iştirakı ilə ona məxsus "Opel Astra” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda, həmin narkotik vasitə olan marixuananı 19 avqust 2023-cü il tarixdə yaşadığ kənd ərazisindən tapmışdır. O, narkotik vasitənin marixuana növündən mütamadi olaraq istifadə etmiş, lakin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını, "xxxx" MMC-də baş mühasib işləməklə daimi Gəncə şəhərinə getməsi nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin CAB-nin rəisi vəzifəsində xidmət edir, polis mayoru rütbəsi daşıyır. Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 19 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin KCMQ-nun baş inspektoru, polis baş leytenantı Şahid2 Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə Şəmkir rayon polis şöbəsinin KCMQ-nun baş inspektoru, polis baş leytenantı Şahid2 Şəmkir RPŞ-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Şəmkir rayon polis şöbəsinin KCMQ-nun baş inspektoru, polis baş leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və PPXBnün polis nəfəri, polis kiçik serjantı Şahid4 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Təzəkənd kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobilinə saxla işarəsi verib ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla polis şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və avtomobili ilə polis şöbəsinə gəlmişdir. Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Peyman Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutularaq ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra Şəmkir rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, təqdim olunmuş siyahı üzrə fərdi fəaliyyət göstərən vəkil X3 hüquqlarının müdafiə etməsini istədiyini bildirmiş, vəkil Mahir Kazımov müdafiəçi qismində dəvət olunandan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmişdir. İştirakçılar tərəfindən şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunması barədə hər hansı bir narazılıq daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və prekursorları varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu çıxarmış və içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmişdir. Sonra cibindən iki ədəd mobil telefonlar çıxarıb masaya qoyulmuş, onun cibindən çıxardığı kibrit qutusuna baxış zamanı qutunun içərisindəkinin narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kibrit qutusu ilə birlikdə 9,73 qram olması müəyyən edilmiş, həmin kütlə ağ kağız zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdi. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni 2023-cü ilin avqust ayının 19-da yaşadığı kənd ərazisindən tapdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı avtomobilinə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və həmin avtomobildən heç bir qanunsuz əşaya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ezamiyyətdə olduqlarından məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilənlər xüsusatları bir daha təsdiq etdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın cibindən kibrit qutusuna yığılmış yaşıl rəngli marixuanaya bənzər kütləni təqdim etdi. Kütlı elektron tərəzidə ölçülən zaman kibrit qutusu ilə birlikdə 9.73 qram təşkil etdi. Həmin kütlə ekspertiza üçün qablaşdırıldı və DİN-nin 118 saylı möhürü ilə möhürləndi. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Peyman Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi cərimə meydançasında olan Opel Astra markalı, **-EH- *** dövlət nömrə qeydiyyatlı avtomobilə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, onların prekursoları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs avtomobilin oturacağının üzərində olan falqanı təqdim etdi. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 19 avqust 2023-cü il tarixli 16/828 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,54 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Şəmkir RPŞ istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və həmin tarixdə barəsində tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar onun narkotik vasitə olan qurudulmuş marixuananın tapdığı yerin müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndindən tapdığını bildirmiş və törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 19 avqust 2023-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Peyman Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə xx.xx.2023-cü il tarixi qərarla maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. Şəmkir RPŞ-yə verilmiş 25 avqust 2023-cü il tarixli əməliyyat tapşırığının 05 sentyabr 2023-cü il tarixli cavabından görünür ki, tapşırıqla əlaqədar rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, tapşırıqda qeyd olunanlarla bağlı olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı 2023-cü ilin avqust ayının 19-da Şəmkir rayonu, Təzəkənd kəndi ərazisindən taparaq özü qəbul etmək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs analoji cinayətlərdə iştirakı müəyyən edilməmiş, qeyd olunan istiqamətdə tədbirləri davam etdirilir və müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəyi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd kibrit qutusunda 6,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə xx.xx.2023-cü il tarixi qərarla maddi sübut hesab edilmiş və həmin tarixli raportla Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş xx.xx.2023-cü il tarixli, 1660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionedlərdən sui-istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Şəmkir RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 803 və 804 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həyat yoldaşı, anası, qızı və oğlu ilə birlikdə yaşayır. Şəmkir RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı bildirilmişdir. "xxxx" MMC-nin 10 noyabr 2023-cü il tarixli 026 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də baş mühasib işləyir və maliyyə işləri ilə əlaqədar mütəmadi olaraq Gəncə şəhərində erləşən Ziraat Bank və AFB Bank-a gedib-gəlir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət əməli törətməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına, işinə və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 6,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 6,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 (bir yüz səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-292/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-292/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver