Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-293/2024 01.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Barəsində şikayət verilmiş şəxs X2 iştirakları ilə, “Aktualinfo.orq” xəbər protalının rəhbəri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “Aktualinfo.orq” xəbər protalının rəhbəri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, o, 2021-ci ilin yanvar ayının 21-dən Ağcabədi Rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyirəm, əmək fəaliyyətində olduğu müddət ərzində heç bir nöqsana yol verməmişdir. Vəzifəsini layiqincə icra etmişdir. "Aktualinfo.org" xəbər portalı hazırda da müstəqil informasiya siyasəti həyata keçiran media qrumu kimi fəaliyyətini davam etdirir. Qrumun rəhbəri Telman Məmmədov olmaqla həmin media portalı vasitəsilə məqalələr dərc etməklə məşğul olur. Onun dərc etdiyi məqaləni isə digər internet informasya qəzet və portallarda dərc olunmaqla yayılır. Belə ki, Aktualinfo.orq" xəbər portalı 07 iyun 2024-cü ildə "X8 kimə tapşırıb?" başlıqlı məqaləsində onun barəsində heç bir əsası olmayan, yalan və böhtanlardan ibarət olan, onun işgüzar nüfuzunu, iş fəaliyyətini ləkələyən, həmçinin şərəf və ləyaqətimi kobud şəkildə alçaldan məqalə dərc etmiş, bu hərəkəti ilə də onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yerləşdirmiş, həmin məqalədə açıq-aşkar onu ağır cinayət törətdiyini bildirərək, onu rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə günahlandırmışdır. "Aktualinfo.orq" internet qəzeti həmin məqalənin 3-cü abzasında onun haqqında yalan və böhtan ifadələr qeyd etməklə yazır: "Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə X5 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş işə qəbula qədər hər şey daxildir. X5 Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yenilərini də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa icra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O, burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir. Yəni "qara kassa" rolunu oynayır." Həmin saxta böhtanlarla bağlı bildirir ki, o heç bir mənimsəmə və s qanunsuz əməl törətməmişdir və onların dedikləri yalan və böhtandır və onu ağır cinayətdə ittiham etmək deməkdir. Barəsində yalanlar və böhtanlarla dolu ifadələr qeyd etsədə xəbər portalında barəsində qeyd edilənləri hansı mənbədən əldə etdiyini, onun konkret olaraq hansı, həmçinin “qara kassa” pulunu oydadığını deyərkən nəyi nəzərdə tutduğunu bildirməmiş, ümumi ifadələrlə onu hədəf alaraq ləkələmişdir. O, məqalədə onun haqqında qeyd etdiklərinin həqiqət olmasına dair heç bir sübut və dəlil təqdim edə bilməmişdir. Onun barəsində dediyi böhtanı hansı mənbədən nə zaman əldə etdiyi barədə də heç bir fikir irəli sürməmişdir. Çünki bu məlumatların heç bir əsası yoxdur, həmin ifadələr sırf qarayaxma niyyəti ilə yalandan deyilmiş böhtan ifadələrdir. Onun tutduğu vəzifənin iş prinsipi ev təsərrüfatının uçotunu aparılması, rayonda abadlaşdırma və yaşıllaşdırma işlərinin həyata keçirilmsini əhatə edir, onun həmin məqalədə qeyd edilənlərlə heç bir bağlılığı, o, cümlədən Ağcabədi Manzil Kommunal va İstismar İdarəsinin idarə edilməsinə heç bir iştirakı yoxdur, olmamışdır və bu onun vəzifə səlahiyyətlərinə də aid deyildir. Məqalə müəllifi KX va Mİ- nin hansı işçilərin və hansı səbəblərdən dolayı olaraq da işdən azad edilməsi, onların yerinə kimlərin hər hansı pul müqabilində işə qəbul edilmələrinə dair heç bir sübut təqdim etmir. Çünki belə bir fakt mövcud deyil və həmin idarənin işinin ona heç bir aidiyyəti də yoxdur. Barəsində yazılanların heç biri həqiqəti əks etdirmir və bu kimi ifadələr onu ağır cinayətdə ittiham etmək məqsədi güdür. Həmin portalda yayımlanmış məqalə bütün internet xəbər portal və qəzetlərdə o, cümədən "Turantv.az" internet qəzetində, "Yeni gundem.az" internet portalında, "Xalq Xeber.AZ" xəbər saytında, "AzToday.az" xəbər saytında va s. internet xəbər sayırlarında dərc edilmiş və ölkə ərazisində yayılmaqla onnun şəxsiyyətinə və işgüzar fəaliyyətinə ciddi zərər vurmuşdur. Hesab edir ki, qeyd edilən məqalədə qeyd edilən ifadələr yəni, "X5 şəhərində hər yerdən pul toplamaqla məşğuldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş işə qəbula qədər hər şey daxildir. X5 Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yenilərini də təbii ki, pul müqabilində işə götürüb. O, burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir. Yəni "qara kassa" rolunu oynayır" ifadələri mənim barəmdə böhtan, yəni yalan olduğunu bilə-bilə hər şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlardır və Azərbaycan Respublikası CM-nin 147 va 148-ci maddələrinin təsiri altına düşür. Qeyd etdiyi məqalə məhkəməyə müraciət edərək hesab edirəm ki, "Aktualinfo.orq" xəbər portalının rəhbəri Telman Məmmədovun əməlində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tərkibi və əlamətləri vardır, onun barəsində cinayət işi qaldırılmalıdır və mənə qarşı böhtana qanuni hüquqi qiymət verilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilərini əsassız hesab edərək izahatında bildirdi ki, Aktualinfo.org saytının rəhbəri olaraq şikayətçi Fikrət Allahverdiyevə heç bir qərəzçiliyi, şəxsi ədavəti olmadığından bilə-bilə yaymamış, yayılmış məqalə tənqid xarakter daşımış və heç bir təhqiramiz ifadələrə yol verilməmişdir. Eyni zamanda şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunun tələblərinə zidd olaraq tərtib edilmiş, bir sıra prosessual prosedura riayət edilməmişdir. Verilmiş şikayətdə böhtan və təhqir olmadığından həmin böhtanın və təhqirin nələrdən ibarət olması dəqiq sadalanmadığından, həmçinin fərqləndirilmədiyindən, o cümlədən özünün barəsində anket məlumatlarını dəqiq göstərmədiyindən, təsisçi olduğun “Aktualinfo.org” saytının və onun barəsində məlumatlar əldə edib şikayətdə təqdim etməmişdir. Ona görə də şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri)təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də X2 hansı əməllərinə görə həmin Məcəllənin 147.1 və 147.2-ci maddələri cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: “Aktualinfo.orq” xəbər protalının rəhbəri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-293/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-293/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver