Məhkəmə qərarları › İş №1(076)-296/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-296/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-296/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayon Etibar Həsənov adına Çinarlı qəsəbəsi tam orta ümumtəhsil məktəbində çağıraşa qədərki hərbi rəhbər vəzifəsində işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə X4 etibarından sui-istifadə edib aldadaraq anası mərhum X5 tərəfindən vəsiyyətnamə əsasında Sevil Kazımovaya verilmiş Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənədlərin (çıxarışın) alınıb əldə olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 2020-ci ildən 2024-cü ilədək istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə vahid niyyətlə ünvan 1 ünvanında və Şəmkir rayon Məhkəməsinin yaxınlığında yerləşən istintaqla adı müəyyən olunmayan çayçıda, hissə-hissə olmaqla ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyib aldadaraq ümumilikdə zərərçəkmiş şəxs X6 1500 (bir min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istitaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. Şəmkir rayon Etibar Həsənov adına Çinarlı qəsəbəsi tam orta ümumtəhsil məktəbində çağıraşa qədərki hərbi rəhbər vəzifəsində işləyir. X1 təxminən 6 ildir ki, tanıyır və normal münasibətləri olmuşdur. O, Sevil ilə ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Təxminən 2020-cu ildə Şəmkir rayon məhkəməsinin arxasında yerləşən çayçıda olarkən Sevil onun yanına gəlmiş və mərhum anasından ona ev qalmasını və həmin evi öz adına səsnədləşdirmək istəməsini söyləmiş, Sevilə evi öz adına sənədləşdirməkdə kömək edəcəyini demiş, Sevil ona inanmışdır. 2020-ci ildən 2024-cü ilədək olan müddət ərzində qeyd olunan məsələ ilə bağlı Sevil sonuncunun yaşadığı evdə və rayon məhkəməsnin həyətində bir neçə dəfəyə ona cəmi 1500 manat pul vermişdir. Pulları dəqiq nə vaxt aldığını xatırlamır. Hazırda əməlindən peşmandır, vurmuş olduğu ziyanı tam zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə emişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X2 onun bacısıdır. Mərhum bacısı Sevil Kazımovanın övladı olmamışdır. O, tək yaşamışdır. Onun qızı Şahid bacısı Sevilin yanında qalmışdır. X13 rayonu, Təzəkənd kəndində mərhum anaları X3 məxsus həyət evi vardır. Həmin evi anaları Zərnişan mərhum bacısı Sevilə vəsiyyət etmişdir. Lakin evin çıxarışı olmamışdır. Ona görə də, bacısı Sevil Təqsirləndirilən şəxs adlı şəxsin köməyi vasitəsi ilə həmin evə çıxarış almaq istəmişdir. Novruz Sevilə vəkil olmasını və evə çıxaırş alıb sonra evi onun adına keçirməyə kömək edəcəyini bildirmişdir. Mərhum bacısı Sevil Kazımova 2020-ci ildən 2024-cü ilədək, dəqiq bilmədiyi taarixlərdə bir neçə dəfə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat pul vermişdir. Bacısı Sevil hər dəfə Novruza pul verməsi ilə bağlı ona məlumat vermişdir. Bacısı Sevil həmin pulları Təqsirləndirilən şəxs ünvan 1 ünvanında və Şəmkir rayon Məhkəməsinin yaxınlığında yerləşən çayçıda anaları Zərnişandan qalma evə çıxarış alınması və sonra isə evin onun adına keçirilməsi üçün vermişdir. X14 tərəfindən aldadıldığını başa düşmüş, Novruzdən ona verdiyi pulları geri istəmiş, Novruz müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Sevil də məcbur olub onun barəsində şikayət etmişdir. Mərhum bacısı Sevil Kazımova ümumilikdə 1500 manat pulu 2020-ci ildən 2024-cü ilədək hissəhissə olmaqla Təqsirləndirilən şəxs mərhum anası Zərnişan Kazımovaya məxsus evə çıxarış almaqda ona köməklik etməsi üçün vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş 1500 manat məbləğində ziyanı tamamilə ödəmişdir, o, Novruzla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 07 ay 19 gün cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, hazırda məhkumluğu ödənilişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən dindirilmiş CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bununla yanaşı hesab edir ki, CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə CM–nin 73- 1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. CM-nin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla CM-nin 178.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq edilib o, cinayət məsuliyyətindən azad edilməli, onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla cəmi 132 manat məbləğində pul Dövlət büdcəsi hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli oln əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 132 (yüz otuz iki) manat pul Dövlət büdcəsi hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar