Məhkəmə qərarları › İş №1(076)-297/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-297/2025

05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-297/2025 05.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şəmkir rayon, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Seyfəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə saat 09 radələrində Şəmkir rayonu, Seyfəli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs birinci evlilikdən olan övladı Şahid evdən iş yerinə tərəvəz aparmasına narazı olması səbəbi ilə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyətdən götürdüyü ağac parçası ilə sonuncunun sarğı və bud nahiyələrinə qəsdən zərbələrlə vuraraq ona sol budun orta üçdə birinin və sağ budun aşağı üçdə birinin yumşaq toxumalarının dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində qızı, azyaşlı nəvəsi və arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır, rəsmi iş yeri yoxdur, Rusiya Federasiyasına gedib orada işləyərək dolanır. Həqiqət onun ikinci arvadıdır, birinci evliliyindən 3 övladı var, onlardan isə Bənövşə onunla yaşayır. Həqiqətlə münasibəti normaldır. 20 iyun 2025-ci il tarixdə saat 09 radələrində qızı Bənövşə işlədiyi gözəllik salonuna getmək üçün hazırlaşmış, həmin vaxt o, işə aparmaq üçün bir pomidor, iki xiyar götürüb çantasına qoymuş, o, də ona kömək etmiş, Həqiqət isə qabları yumuşdur. Həmin vaxt Bənövşənin iş yoldaşı onu küçədən çağırdıqda o, Həqiqətə cavab verməsini demiş, Həqiqət isə etiraz etmiş və Bənövşə çıxıb getmişdir. Bənövşə çıxdıqdan sonra isə Həqiqət onun evdən pay aparmasına görə söylənməyə başlamış və o, da onların yola getməməklərinə görə əsəbləşmiş və aralarında mübahisə yaranmışdır. Aralarında olan mübahisə zamanı o evdə olan ağac parçasını Həqiqətə tərəf atmış, ağac parçası Həqiqətə dəymişdir. Həqiqət acıq edərək atası evinə getmiş, eyni zamanda onu döyməyi barədə şikayət etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində Təqsirləndirilən şəxs və Məhərrəmin birinci evliliyindən olan qızı Şahid ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, evdar qadındır. Məhərrəmlə 5 ildir ki, evlidir, aralarında rəsmi nikah olmasa da ər-arvad münasibətində yaşayırlar, birgə evlilikdən övladları yoxdur. Bu evlilik onun birinci, Məhərrəmin isə ikinci evliliyidir. Məhərrəmin birinci evliliyindən 3 qızı var, onların ikisi evlidir, bir qızı Bənövşə də evli olub ayrılmışdır və onlarla birlikdə yaşayır. Məhərrəm isə Rusiya Federasiyasına gedib-gəlir, orada işləyir. Məhərrəmlə münasibətləri normal olmuşdur, lakin bir müddətdir ki, aralarında narazılıqlar olmuşdur. 20 iyun 2025-ci il tarixdə saat 09 radələrində Bənövşə və Məhərrəm evdə olmuşlar. Həmin vaxt küçədən Bənövşənin tanışlarından kiməsə onu çağırmışdır. Həmin şəxsi tanımasa da onun Bənövşənin rəfiqəsi olmasını bilmişdir. Bənövşə atası ilə pay bölüşdürülmüş və başı qarışıq olduğu üçün ona çölə çıxmağını, onu çağıran şəxsə cavab verməsini demişdir. O həmin vaxt Bənövşəyə çay yuduğunu və çölə çıxmayacağını demişdir. Bu vaxt əri Məhərrəm onun çölə çıxmadığına görə əsəbləşmiş və mübahisə yaratmışdır. Əri Məhərrəm onun Məhərrəmin qızı Bənövşənin onlardan tərəvəz payı aparacağına görə acıq etdiyini və çölə çıxmaması ilə mübahisəni də buna görə apardığını ona izah etmişdir və çölə getmişdir. Məhərrəmlə Həqiqətin isə aralarında sözlü mübahisə yaranmış, Məhərrəm həyətdən ağac parçası götürüb üstünə gəlmiş, ağac parçası ilə onu 2-3 dəfə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2025-ci il tarixli, 498 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər – sol budun orta üçdə birinin və sağ budun aşağı üçdə birinin yumşaq toxumalarının dərialtı hematomaları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 20 iyun 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aiddirlər. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 55 (əli beş) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 05 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 55 (əli beş) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar