Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-298/2024 15.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində əlindəki bıçaqla arvadı Zərərçəkmiş şəxs sol yan nahiyəsindən, sonradan yerə yıxılarkən baş nahiyəsinin sol hissəsindən vuraraq ona sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü qismən təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs qeyri-rəsmi olaraq onun arvadıdır və onunla birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir və taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evlənmiş, iki övladı olmuşdur. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Onların arasında olan dava-dalaşın əsas səbəbi arvadı Nahidənin səhər saatlarında işə gedib, axşam saatlarında işdən gəldiyindən evin səliqə-səhmanı ilə düzgün məşğul olmamasıdır. Buna görə də, aralarında mübahisə baş verir. Onların yaşadığı evdə paltar ütüsü düzgün işləmədiyindən və alt hissəsinə paltar yapışdığından paltar ütüləyən zaman həmin platara iz salır. Ona görə də, onun qızı məktəbə gedərkən paltarını ütüləyəndə paltara iz düşmüşdür. Bu səbəbdən də, onun bacısı Günay həmin izi görüb arvadı Nahidəyə zəng etmişdir. Nahidə əsəbləşərək ona zəng etmiş və aralarında söhbət zamanı mübahisə yaranmışdır. Mübahisə zamanı Nahidə uşaqdan imtina edəcəyini, onunla boşanmağını və anasının yaşadığı evə çıxıb gedəcəyi barədə bildirmişdir. O da, bu səbəbdən arvadı Nahidəyə əsəbləşərək idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xx.xx.2024-cü il tarxdə saat təxminən 15 radələrində Nahidənin işlədiyi Şəmkir şəhərində yerləşən "RUZİ" marketin qarşısına gəlmişdir. Həmin vaxt Nahidə ilə söhbət edib onun evə gəlməsini və mübahisənin olmamasını ona izah etmişdir. Lakin arvadı Nahidə ona etiraz edərək anasının yaşadığı evə gedəcəyini bildirmiş, onun valideynlərinə qarşı nalayiq ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 21 radələrində Nahidə işdən çıxıb Şəmkir şəhəri, Zaur Sarıyev küçəsi ilə piyada yol ilə gedərkən o, idarə etdiyi avomobili saxlayıb avtomobildən düşmüş və Nahidəyə yaxınlaşmışdır ki, öz aralarında olan narazılıq barədə söhbət edib, yaşadıqları evə çıxıb getsinlər. Lakin Nahidə ona narazlıq edərkən o, Nahidəyə qarşı onunla yaşadıqları evə getmədiyini, uşaqdan imtina etdiyi üçün əsəbləşmişdir. Həmin vaxt idarə etdiyi avtomobildə saxladığı meyvə və kəndir kəsmək üçün götürdüyü bıçaqla arvadı Nahidənin sol nahiyəsindən bir zərbə vurmuş və Nahidə yerə yıxılmışdır. Həmin vaxt o, Nahidəni tibbi yardım göstərilməsi üçün Şəmkir RMX-na aparmaq istəmişdir. Lakin ətrafa kənar şəxslər toplaşdığı üçün o, dərhal DİN-nin 102 xidmətinə müraciət edərək, Şəmkir RPŞ-nə yaxınlaşaraq özünü könüllü təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sualları cavablandırarkən ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs baş nahiyəsindən bıçaqla vurmamışdır, sadəcə olaraq sol yan nahiyəsindən bir bıçaq zərbəsi vurmuşdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, rəsmi olaraq heç bir yerdə işləmir. Özü Şəmkir şəhərində yerləşən mağazada satıcı kimi işləyir. Təqsirləndirilən şəxs ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evləmiş və iki övladı olmuşdur. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Münasibətləri sonradan pisləşməyə başlamışdır. Aralarında olan dava-dalaşın əsas səbəbi evdə 12 yaşlı qızının məktəb paltarının ütülənməsi səbəbindən baş vermişdir. Belə ki, o, hər gün səhər saat 09 radələrində işə gedir və axşam saat 21 radələrində işdən çıxıb evə gəlir. Qızı Sevdanın məktəbli paltarlarının ütülənmsi üçün vaxtı olmadığından Sevda paltarı özü ütüləyərkən onu yandırmışdır. Baldızı Günay onların yaşadığı evə gələrkən evin səliqəsiz olmasını və qızı Sevdanın paltarını ütüləyərkən yandırması barədə ona zəng edib irad bildirmişdir. O da, ütünün işləmədiyini ona bildirmişdir. Baldızı Günayın ona zəng edib irad tutması barədə o, əri Arzuya zəng edib evə baxmamağını və uşağa nəzarət etmədiyi barədə irad tutmuş və əri Arzuya əsəbləşmişdir. Bundan əlavə Arzu işləmədiyi üçün və evə düzgün nəzarət etmədiyinə görə o, Arzudan boşanmağı barədə ona bildirmişdir. Arzu da ona əsəbləşərək onun işlədiyi mağazanın qarşısına gəlmişdir. Həmin vaxt o, əri Arzuya çıxıb getməyini və hər ikisinin əsəbi olduğunu izah etmişdir. Lakin Arzu ona boşanmamağını bildirmiş və onun işdən çıxmağını gözləmişdir. xx.xx.2024cü il tarixdə axşam saat təxminən 21 radələrində o, işlədiyi Şəmkir şəhərində yerləşən "RUZİ" marketdən çıxarkən yolu piyada gedərkən əri Arzu idarə etdiyi “VAZ-2107” markalı avtomobili onun qarşısında saxlayaraq ona avtomobilə əyləşərək söhbət etməklərini təklif etmişdir. O da, əri Arzuya bildirmiş ki, anasının yaşadığı evə gedir, ona qarşı çox əsəbidir. Bu zaman onu anasının yaşadığı evə idarə etdiyi avtomobillə aparmaq istəyərkən o, Arzuya etirazını bildirmişdir. Həmin vaxt o, piyada biraz getmişdir ki, əri Arzu arxasınca gəlib təkrar yenə onu evə aparmaq istəmişdir və o da ona etiraz etmişdir. Arzu ona yaxınlaşmış və birinci saçından tutmuş və daha sonra bıçaqla birinci sol yan nahiyəsinə bir zərbə vurmuşdur. Sonra həmin bıçaqla ikinci dəfə onun başının sol gicgah nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman o, yerə yıxılmışdır. Daha sonra əri Arzu çıxıb getmişdir. Sonradan ona tibbi yardım göstərilməsi üçün Pərvanə adlı şəxs onu Şəmkir RMX-na aparmışdır. Həmin vaxt dərhal polis əməkdaşları gəlmişlər və əri Arzu onu döydüyü üçün Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Belə ki, Təqsirləndirilən şəxslə aralarında mübahisəli vəziyyət davam edir və onu hər gün ölümlə hədələyir. Hətta məhkəmə iclasını başlamamışdan əvvəl iclas qurtardıqdan sonra onu öldürəcəyi ilə hədələmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində işdən çıxıb evə gedərkən piyada yolun kənarı ilə hərəkətdə olan zaman qışqırtı səsi eşitmişdir. O da, dərhal gecə vaxtı gözü zəif gördüyündən qışqırtı səsi gələn tərəfə yaxınlaşmışdır. Yaxınlaşanda görmüşdür ki, oturacaq stolda bir nəfər qadın oturub və əli ilə sol yan hissəsini tutmuş və qışqıraraq köməklik istəyir. Həmin vaxt adını sonradan bildiyi Nahidənin sol yan hissəsi və sol alın nahiyəsindən qan gəldiyini görmüşdür. Hadisə yerində tanımadığı kənar şəxslər toplaşmışdır. O, da həmin şəxslərə təcili tibbi yardım avtomobilinin çağırmağını xahiş etmişdir. Lakin heç kim təcili tibbi yardım avtomobili çağırmamışdır. Ona görə də, yoldan ötən tanımadığı şəxsin avtomobili ilə Nahidəyə tibbi yardım göstərilməsi üçün Şəmkir RMX-na aparmışdır. O, adını sonradan bildiyi Nahidə adlı qadına kömək edərək xəstəxanaya təcili tibbi yardım şöbəsinə yerləşdirmiş və sonadək vəziyyətinin yaxşılaşacağına qədər gözləmişdir. O, xəstəxanada Nahidə özünə gəlib danışarkən hadisənin baş verməsini xəbər almışdır. Məlum olmuşdur ki, Nahidəni əri ilə aralarında yaranmış mübahisə nəticəsində bıçaqla vurub xəsarət yetirmişdir. Daha sonra o, xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra polis əməkdaşları və Nahidənin valideynləri gəldikdən sonra çıxıb getmişdir. İş materiallarında olan xx.xx.2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 945 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol gicgah, bel və sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşiciki-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, döş qəfəsinin ön səthinin, sağ bazunun orta üçdə birinin, sol saidinin aşağı üçdə birinin ön səthinin qançırları və sol saidin orta üçdə birinin ön səthinin sıyrığı isə KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol gicgah və bel nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin, sağ bazunun orta üçdə birinin, sol aşağı üçdə birinin ön səthinin qançırları və sol saidinin orta üçdə birinin ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Şəmkir RİHB–nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AA seriyalı 46385473 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Ümid adlı bir nəfər azyaşlı uşağı var. İş materiallarında olan AZ-İİİ 771942 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013 –cü ildə Şəmkir rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. İşə əlavə edilmiş Şəmkir RİHB–nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5947 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində atası X1, azyaşlı uşaqları X2 və X3 yaşayırlar. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində əlindəki bıçaqla arvadı Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vuran xəsarət yetirməsi tam təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və zərər çəkmiş şəxslə hazırda da qərəzli münasibətlərinin davam etməsini nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xaratkerizə edən halları, zərərçəkmiş şəxsə qarşı olan qərəzli münasibətini, cinayətin tördilməsi üsulunu, şəraitini, onun islah olunması üçün digər cəza növlərinin təsir tədbirlərinin kifayət etməyəcəyini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 15 oktyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-298/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-298/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver