Məhkəmə qərarları › İş №1(076)-3/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-3/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-3/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonu Abbaslı kəndi doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayon, Abbaslı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8, 2022-ci ilin avqust ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Abbaslı kəndində yerləşən fərdi yaşayış evində bir qədər spirtli içki qəbul etdikdən sonra həmin tarixdə saat 04 radələrində qonşusu X2 yaşadığı fərdi yaşayış evinin internet xəttindən istifadə etmək məqsədilə sonuncunun mənzildə olmamasından istifadə edərək və sonuncunun qızı Mədinə Hüseynquluyevanın mənzildə olduğunu bilə-bilə mənzil toxunulmazlığını pozaraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, onun mənzilə daxil olduğunu görən Mədinə Hüseynquluyeva ucadan qışqıraraq Röyal Qasımovun sinəsindən itələyib evdən çıxarmağa çalışmış və bundan sonra sonuncu evdən çıxıb getmişdir. Bununla da, X8 Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əmilni törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X1 ilə qonşuluqda yaşayır. X10 və ailəsi ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, təxminən 1 ilə yaxın müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində qardaşı Ramal Qasımovun yanında fəhləlik etmişdir. Anası Əkilə də digər böyük qardaşı Sadiq Qasımov ilə birlikdə yaşamışdır. İşləri getdikcə zəiflədiyindən o, 08 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasından Şəmkir rayonuna qayıtmışdır. 2022-ci ilin avqust ayının ortalarında o, evdə yeməklə təxminən 300–400 qram araq içmişdir. Saat 02:00 radələrində o, bağa keçib ağacları sulamaq üçün suyu açmışdır. Ağaclar sulanana kimi o, qonşu Aydın Hüseynquluyevin evinə gedib internet xəttinə qoşulmaq istəmişdir. O, Aydının evinin qapısına yaxınlaşdıqda darvazanın açıq olduğunu görmüşdür. O, darvazadan həyətdə, həyətdən də evə daxil olmuşdur. Belə ki, evlərin bütün qapıları açıq olmuşdur. O, evə girdikdən təxminən 2–3 dəqiqə sonra Mədinə yataq otağından çıxıb üstünə qışqırmışdır. O, internet xəttinə qoşulmaq üçün gəldiyini dedikdə Mədinə qışqıraraq üstünə hücum çəkmişdir. Mədinə onu itələməyə başlamış və çox səs-küy yaratdığı üçün o, evdən çıxıb getmişdir. Təxminən 10–15 dəq. sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək polis şöbəsinə dəvət etmişlər. Hazırda törətdiyi əməlindən peşmandır. X3 ittiham olunduğu cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsi elan edilmiş, ifadəsində göstərmişdir ki, X8 onun qonşusudur. Röyalın yaşadığı ev ilə onun yaşadığı ev üzbəüz yerləşir. Onun qardaşı X4 və anası Şahid1 təxminən 2 il müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Belə ki, orada xırda bizneslə məşğul olurlar. Buna görə də o, atası Aydın Hüseynquluyev ilə birlikdə yaşayır. X15 ilə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, Röyal Qasımov da uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün heç bir münasibəti olmamışdır. Röyal Qasımov təxminən bir neçə ay bundan qabaq Rusiya Federasiyasından geri gəlmişdir. Təxminən 2022-ci ilin avqust ayının ortalarında saat 04 radələrində o, evdə yatarkən Röyal Qasımov gizlin şəkildə yataq otağına girərək üstünə hücum çəkmişdir. Röyal onun qollarından sıxaraq onunla cinsi əlaqədə olmaq istəmişdir. O isə razı olmayaraq Röyala müqavimət göstərmişdir. Röyal onun üstünə çıxıb əli ilə boğazını sıxaraq onu boğmağa başlamışdır. Röyal onun müqavimətini qıra bilmədiyini görüb cibində olan bıçağı çıxararaq onun boğazına dirəmişdir. O isə özünü müdafiə edən zamanda bıçaq onun sol əlindən ortancıl barmağını kəsmişdir. Onun barmağından qan axmağa başlamışdır. Daha sonra o, Röyalın əlindən çıxıb həyətə doğru qaçmışdır. Onun məqsədi Röyalın yaşadığı evə gedib olubbitənləri anası Əkiləyə danışmaq olmuşdur. Lakin, Röyal evdən çıxıb kəndin aşağısına doğru getməyə başlamışdır. Röyal evdən çıxdığı üçün o, evlərinə geri qayıtmışdır. Saat 08 radələrində atası Aydın işdən evə gəlmiş və yorğun olduğu üçün yatmışdır. O, atasından qorxduğu üçün ona bu barədə heç nə deməmişdir. Həmin hadisədən bir neçə gün keçdikdən sonra o, Şəmkir rayon polis şöbəsinə gəlib şikayət ərizəsi vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X8 cinayət məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan Şəmkir rayon İHB-nın Abbaslı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X8 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1. i/v 128). İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1(076)-142/2023 nömrəli qərarından görünür ki, X5 barəsində “həbs qətimkan tədbiri” seçilməklə axtarış elan edilmşdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-13-110/2-20420/2025 nömrəli Şəmkir Rayon Polis şöbəsinin tərəfindən vermiş məktuban və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli “axtarışdan olan şəxsin tutulması barədə” protokoldan görünür ki, X9 09.08.202-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhərində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1(076)-3/2025 nömrəli Şəmkir Rayon Məhkməsinin qərarından görünür ki, X3 barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmşdir. Göründüyü kimi X3 ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək X3 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X6 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası X8 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X3 məhkəmə istintaq dövründə 01 (bir) ay 17 (on yeddi) gün tutulması nəzərə alınsın, ona təyin edilmiş cəza yüngülləşdirilməli və üzərində qəti olaraq cəza saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. X3 istintaq dövründə həbsdə saxlanıldığı 01 (bir) ay 17 (on yeddi) gün müddət nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və X3 üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılsın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 159 (bir yüz əlli doqquz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar