Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-30/2024 23.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 2006–cı il tarixdə Rusiya Federasiyasının Tyumen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Şəmkir rayonu Zəyəm–Cırdaxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2006–cı il təvəllüdlü Təqsirləndirilən şəxs 20 fevral 2023–cü il tarixdə saat 22 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən evin qarşısında anası Şahid1 tanışı Zərərçəkmiş şəxs yaşadıqları evə gələrək anası Şahid1 ilə mübahisə etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan şəxslərin 15–20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər etməklə soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq ona döş qəfəsinin sağ arxa–yan səthinin, qarının ön divarının sol yarısının daxilə keçməyən deşilmiş–kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Belə ki, Şəmsi bir neçə dəfə anası Şəlaləni və onu narahat etmişdir. 20 fevral 2023–cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdən qardaşı 13 yaşlı Nuranla yaxınlıqda yerləşən çayxanaya getmiş, orada bir az oturduqdan sonra evə qayıtmışdır. Evdə anası Şəlalə, qonaqlar Xəyalə və Səlfinaz ilə oturub söhbət etmişdir. Qadınlar həyəcanlı olduqlarına görə nə baş verdiyini soruşmaq istədikdə ona Şəmsinin evə gəlib qonaqları yola salmaq istəyəndə səs–küy saldığını bildirmişlər. Söhbət zamanı Şəmsi evin həyətinə daxil olub, oradan otağa girmişdir. Şəmsiyə nə üçün onların evinə gəlməsinə iradını bildirərək, getməsini demiş, lakin o, getmək istəməmişdir. Bu vaxt o və qardaşı Nuran əlləri və ayaqları ilə Şəmsinin bədəninin müxtəlif yerlərinə vurub evdən çölə çıxarmışlar. O, küçəyə çıxmış, sonra Şəmsin hərəkətləri dəyişmiş və gödəkcəsinin iç sol cibindən 1 ədəd boz rəngli qatlanan bıçağı çıxarıb üstlərinə gəlməyə başlamışdır. Qardaşı Nuran da mətbəxdən 1 ədəd bıçağı götürüb çölə çıxmışdır. Həmin vaxt qardaşı Nuran Şəmsini arxadan təpiklə vurub yerə yıxmış, yerdə təpiklə kürəyinə vurmuşdur. O, Şəmsi ilə gələn tanımadığı şəxsə Şəmsini aparmasını bildirmişdir. Şəmsi həmin vaxtı yerdə ağzı üstə uzanmış vəziyyətdə olmuş və o, qardaşının əlində olan bıçağı alaraq bir dəfə Şəmsinin kürək nahiyəsindən vurmuşdur. Şəmsi çönmüş və o, bıçaqla Şəmsini vurmağa davam edəndə bıçaq onun qoluna və başına dəymişdir. Səsə həmin vaxtı orada tanımadığı 2 nəfər gəlmiş və onları ayırmışlar. Bundan sonra Şəmsi və yanında gələn oğlan hadisə yerindən sarı rəngli nömrəsini xatırlamadığı VAZ 2106 markalı avtomobil ilə getmişlər. Zərərçəkmiş şəxslə arasında mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs əvvəllər onu və anasını narahat etməsi, hətta onu hədələməsi olmuşdur. Bununla bağlı əvvəllər anası DİN–in 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs onu hədələməsi barədə məlumat da vermişdir. Hesab edir ki, hazırki cinayət əməlini törətməyə zərərçəkmiş şəxsin qanunsuz əməlləri səbəb olmuşdur. O, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəmnində sonuncuya xəsarət yetirmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 ilə əvvəllər qeyri–rəsmi ər–arvad münasibətlərində olmuş, sonradan münasibətləri pozulmuşdur. 20 fevral 2022–ci il tarixdə saat 21:30 radələrində Şəlalənin yaşadığı Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsində yerləşən evin qarşısına getmişdir. Belə ki, Şəlalənin hazırda qeyri– rəsmi münasibətdə olduğu polis əməkdaşı Ramin adlı şəxslə birlikdə evə gələcəklərini bilmişdir. Şəlalənin iş yoldaşı Xəyalənin markasını və nömrəsini xatırlamadığı, boz rəngli avtomobilinin gəlib evin qarşısında dayandığını, Xəyalə, bacısı Səlfinaz və Raminin avtomobildən düşdüklərini görüb qapının qarşısında Raminə yaxınlaşmışdır. Raminə Şəlalə ilə heç bir əlaqəsinin olmadığını ona deməsini xatırladıb, Şəlalənin evinə nəyə gəldiyini soruşduqda Ramin onu təhqir etmiş və sözlə mübahisə yaranmışdır. O, həmin vaxtı polis şöbəsinin rəis müavini Elşən müəllimə zəng etmiş və Ramini Şəlalənin evində tutduğunu bildirmişdir. Elşən müəllim ilə Ramin telefonda danışdıqdan sonra Ramin onunla mübahisə edərək yumruqla bir dəfə çənə nahiyəsinə vurmuşdur. Şəlalə, Xəyalə və bacısı Səlfinaz onları ayırmışlar. Ramin qadınlara “bunu vurun, mən sizi buraxdıracam”– sözlərini demişdir. Ramin gedəndə Xəyalə və Səlfinaz onun qollarından tutub saxlamış, Şəlalənin oğlu Odərqan ona yaxınlaşaraq bir dəfə qarnına, bir dəfə sağ qoluna və bir dəfə də kürək nahiyəsinə əlində olan bıçaqla vuraraq xəsarət yetirmişdir. O, oradan polis şöbəsinə gəlib ərizə yazmış, sonra isə xəstəxanaya getmiş, orada müayinə olunub evə qayıtmışdır. Həmin vaxt o, Şəlalənin evinə girməmiş, əlində bıçaq olmamış və heç kimi hədələməmişdir. Onun bədənində olan döş qəfəsinin sağ arxa–yan səthinin, qarının ön divarının sol yarısının daxilə keçməyən deşilmiş–kəsilmiş yaraları və sağ bazunun yuxan üçdə birinin bayır səthinin deşilmiş–kəsilmiş yarası xəsarətlərini Şahid1 oğlu Təqsirləndirilən şəxs bıçaqla yetirmişdir. Lakin hadisədən sonra Odərqan ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin PPXB–nin komandiri vəzifəsində xidmət edir. Şəmkir şəhər sakinləri Şahid1 Dilqəm qızını, Şahid3 və bacısı Şahid4 Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiklərinə görə xidməti ilə əlaqədar tanımışdır. Zərərçəkmiş şəxs tanımır və heç bir münasibəti olmamışdır. 20 fevral 2023–cü il tarixdə saat 21:00 radələrində Şəmkir RPŞ–nin həyətində keçirilən axşam təlimatında olduğu zaman Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində ölüm hadisəsi olması və meyitin müayinə olunması üçün Şəmkir rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertiza və Раtoloji Anatomiya birliyinə gətirildiyini növbətçi hissədən demişlər və həmin yerə naryad ayrılmasını bildirmişlər. O, təlimat başa çatandan sonra həmin yerə naryad ayırmış və özünə məxsus olan VAZ 21017 markalı 90–EM–683 dövlət qeydiyyat nişanlı avtomobili nasaz olduğu üçün həmin ünvana getmək üçün şöbədən çıxıb Şəmkir şəhəri, S.Vurğun küçəsinə keçmiş və həmin vaxt Xəyalə və bacısı Səlfinaz sonuncunun idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman qarşısında saxlayıb ondan hansı istiqamətə getdiyini soruşmuşlar. O, ekspertiza mərkəzinə getdiyini demiş və ona getdiyi yerə apara biləcəklərini bildirmişlər. O, Səlfinazın idarə etdiyi nömrəsini xatırlamadığı “Opel” markalı avtomobilinə minmişdir. Ekspertiza mərkəzinə gedərkən yolda Xəyalə bacısı Səlfinazdan ilk növbədə Şəlalənin evinin dayanmasını xahiş etdiyinə görə Səlfinaz həmin ünvana getmişdir. X6 avtomobilindən yerə düşəndən sonra bir nəfər sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ona yaxınlaşıb “tutdum–tutdum”–sözləri demişdir. Şəmsiyə nəyi tutduğunu və kim olduğunu soruşmuş, daha sonra oradan çıxıb məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə getmişdir. Sonradan eşitmişdir ki, Şəmsi ilə Şəlalənin oğlu arasında mübahisə baş vermiş, dalaşmışlar. Baş vermiş hadisədən onun sonradan xəbəri olmuş, mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, A.Hüseyn küçəsi ev 2–də övladları ilə yaşayır, rəsmi olaraq 17 ildir Şəmkir rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyir. xx.xx.2006–cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs tanıyır, aralarında 4–5 ay münasibət olmuşdur. Sonradan münasibətləri pozulmuş, buna baxmayaraq Şəmsi onu tez–tez narahat etmiş, evlənmək istədiyini bildirmişdir. Şahid2 tanıyır, Şəmkir RPŞ–də komandir işləyir, Ramin ilə tanışlığı pandemiya vaxtında Raminin “Covid 19” virusu tutub xəstə kimi müalicə olanda olmuşdur. Şəmsinin barəsində o, dəfələrlə polisə və prokurorluğa müraciət etsə də, Şəmsi yenə onu narahat etmiş və barəsində heç kim tədbir görməmişdir. Buna görə o, Raminə zəng edib xahiş etmişdir ki, işdə olduğu vaxtı xəstəxanaya post patrul avtomobili göndərsin ki, Şəmsi heç olmaya polisin gəldiyini görüb oradan getsin. Şahid3 və bacısı Şahid4 iş yoldaşlarıdır. Səlfinazın özünə məxsus markasını və nömrəsini bilmədiyim avtomobili vardır. 20 fevral 2023–cü il tarixdə saat təxminən 21–22 radələrində yaşadığı evə gələn qonşusunu yola salmaq üçün küçəyə çıxanda bir nəfər şəxsin ağacın yanında dayanıb gözlədiyini görmüşdür. Həmin şəxsin Şəmsi olmasını bilmişdir. Şəmsi onunla söhbət etmək istədiyini deyib ondan 2 dəqiqəlik dinləməsini istəmiş, lakin o, etiraz edərək girib qapını arxadan bağlamışdır. Təxminən 10 dəqiqə sonra küçədən səs gəldiyini eşidib çölə çıxmışdır. Evin qarşısında Səlfinaz və bacısı Xəyalənin Səlfinazın avtomobili ilə gəldiklərini görmüşdür. Nə baş verdiyini soruşanda Raminin avtomobilinin sındığını, yolda avtomobilə götürdüklərini, Xəyaləni onlara düşürüb sonra Ramini ekspertiza mərkəzinə aparmalı olduqlarını, Xəyaləni onlara düşürəndə yolda Şəmsi ilə qarşılaşdıqlarını bildirmişlər. Şəmsi öz fikrində Raminin onlara gəldiyini deyib, onu Ramin ilə tutduğunu dilə gətirmişdir. Sonradan Ramin oradan başqa avtomobil ilə getmişdir. Şəmsi də oradan uzaqlaşmışdır. Xəyalə və Səlfinaz onlara girdikdən sonra övladları evə gəlmişlər. Evdə oturub söhbət edən vaxtı Şəmsi qapını açaraq evin içərisinə girmiş və onu hədələməyə başlamışdır. X7 sinəsindən təpiklə vurmuş, digər oğlu Odərqan isə itələyib çölə çıxarmışdır. Şəmsi əynində olan gödəkcəsinin sağ cibindən qatlayan qara rəngli bıçağı çıxarıb açmış və onu öldürəcəyi ilə hədələmişdir. Şəmsinin onu hədələdiyinə görə oğlu Odərqan mətbəxə girib oradan 1 ədəd qara rəngli tutacağı olan bıçağı götürüb evin həyətinə gəlmişdir. Şəmsi əlində olan bıçağı nümayiş etdirmiş və oğlu Odərqan Şəmsinin bıçaqla onları vuracağını zənn etmişdir. Odərqan əlində olan bıçaqla Şəmsinin bir neçə dəfə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Şəmsi bundan sonra onlardan qaçaraq uzaqlaşmışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid6 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayon mərkəzi xəstəxanasında karidonator işləyir. Şahid1 Dilqəm qızı onun iş yoldaşı, Şahid4 isə bacısıdır. Bağırov X2 arxası ilə tez–tez işlədiyi xəstəxanaya gələrək narahat etmişdir. 20 fevral 2023–cü il tarixdə saat 20 radələrində o, özünə məxsus “Opel” markalı, 99–GJ–448 dövlət qeydiyyat nişanı avtomobil ilə işdən evə gedəndə bacısı Xəyalə ona Şəlalə ilə danışdığını və Şəlalənin evinə gedib görüşəcəyini demişdir. O, etiraz etməmiş və birlikdə xəstəxanadan çıxıb Şəlalənin yaşadığı evə tərəf gedəndə yolda Şəmkir RPŞ–də işləyən Raminin dayandığını görərək avtomobili saxlamış və Raminə hara getdiyini soruşmuşdur. Ramin Şəmkir Rayon Mərkəzi Xəstəxanasında olan ekspertizaya getdiyini demişdir. Onlar Ramini tanıdıqlarına görə apara biləcəklərini bildirmişlər. Ramin avtomobilə oturmuş və birinci Şəlalənin yaşadığı evə bacısı Xəyalənin Şəlalə ilə görüşdükdən sonra Ramini xəstəxanaya aparıb, oradan yaşadığı evə getmək üçün Şəlalənin evinə getmişlər. Evin qarşısında dayanan zaman Ramin avtomobildən düşərək buradan özünün gedəcəyini bildirmişdir. Həmin vaxt Şəmsi ona yaxınlaşaraq Ramin ilə mübahisə etməyə başlamış, səsə Şəlalə küçəyə çıxmışdır. Sonra Şəmsi kiməsə zəng edib telefonla danışmış və mübahisə böyüməməsi üçün Ramini avtomobili ilə xəstəxanaya aparmışdır. Şəlalənin evinə qayıtmış və bacısı Xəyalənin evdə Şəlalə ilə oturub söhbət etdiyini görmüşdür. O, evə girdikdən təxminən 2–3 dəqiqədən sonra Şəmsi gəlmiş və Şəlaləni təhqir etməyə başlamışdır. Sonra Şəmsi cibindən bıçaq çıxarıb onları öldürməklə hədələmişdir. Onlar və Şəlalə Şəmsiyə evdən getməsini, mübahisə etməməsini bildirmişlər. Lakin Şəmsi evdən çıxmamış və onları hədələməyə davam etmişdir. Şəlalənin oğlu Odərqan Şəmsinin bu hərəkətlərinə dözə bilməyib mətbəx bıçağını götürüb çölə çıxmışdır. Mübahisə zamanı Şəlalənin digər oğlu Nuran təpiklə vurub Şəmsini yerə yıxmışdır. Odərqan bıçaqla Şəmsini vurub xəsarət yetirmişdir. Sonra oraya gələn tanımadığı şəxslər köməklik edib onları ayırmışlar. Şəmsi oradan getmiş, onlar da Şəlalənin evinə girmiş, bir az sakitləşdikdən sonra yaşadığı evə getmişlər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşayır, Şahid1 Dilqəm qızı onun qonşusu, Kazımov X3 oğludur. Zərərçəkmiş şəxs isə tanımır. O, Şəlalənin evinə yaxınlıqda yerləşən meyvə satışı mağazasını işlədir. 20 fevral 2023–cü il tarixdə saat 19–20 radələrində yaşadığı evdə olan vaxtı küçədən səs gəldiyini eşidib çölə çıxanda Şəlalənin evinin qarşısında mübahisə olduğunu, Şəlalənin, iş yoldaşları Səlfinaz və Xəyalənin Odərqan ilə Şəmsini ayırdıqlarını görmüşdür. O, Şəmsiyə yaxınlaşmış və getməsini bildirmişdir. Şəmsi bundan sonra oradan uzaqlaşıb getmişdir. O, sonradan bildiyinə görə Odərqan mübahisə zamanı Şəmsini bıçaqla vurmuşdur. Şəmsi bununla bağlı polisə şikayət edəcəyini demişdir. Şəmsi ilə Odərqanın hansı səbəbdən mübahisə etdiklərini bilməmişdir. Cinayət işinin materiallarında olan 25 fevral 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan ünvan 5 ünvanında yerləşən evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq götürülmüş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 21 fevral 2023–cü il tarixli 159 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–döş qəfəsinin sağ arxa–yan səthinin, qarının ön divarının sol yarısının daxilə keçməyən deşilmiş– kəsilmiş yarası deşici–kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 20 fevral 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 20 aprel 2023–cü il tarixli, 16/422 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Şəmkir RİHB–nin Zəyəm–Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in X4 Xidmətinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Şahid1 102 xidmətinə zəng edib Şəmsi adlı şəxsin 15 yaşlı oğlu Odərqanı bıçaqla hədələməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM–nin 349.5.1–ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60–cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130–cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005–ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006–cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221–ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011–ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221–ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM–in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004–cü il tarixli qərarının 2– ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3–cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006–cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də Zərərçəkmiş şəxs onu və anasını hədələməsinə, 20 fevral 2023–cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs onların evinə daxil olmasına və təkrarən onları hədələməsinə, yəni zərərçəkmiş şəxsin qanunsuz əməllərinə görə mübahisə etmiş və bu zaman zərərçəkmiş şəxsi mətbəx bıçağı ilə bir neçə dəfə vuraraq ona döş qəfəsinin sağ arxa–yan səthinin, qarının ön divarının sol yarısının daxilə keçməyən deşilmiş–kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin zərərçəkən şəxsin səhv, qanunsuz hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni, hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsla təqirləndirilən şəxsin anası Şahid1 aralarında qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, Zərərçəkmiş şəxs da öz izahatında həmin halı etiraf etmişdir. Həmçinin, şahid ifadələrindən də görünür ki, hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxs Şahid1 evinə daxil olmuş, hadisə də Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış və sonuncunun qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs əvvəllər təqsirləndirilən şəxsi və onun anasını bir neçə dəfə narahat etmiş, bununla bağlı təqsirləndirilən şəxsin anası Şahid1 DİN–in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin hal cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası DİN X4 Xidmətinin xx.xx.2023–cü il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda Şahid1 DİN–in 102 xidmətinə zəng edib Şəmsi adlı şəxsin 15 yaşlı oğlu Odərqanı bıçaqla hədələməsi barədə məlumat verməsi öz əksini tapmışdır. Bu hal isə bir daha onu deməyə əsas verir ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış və onun qanunsuz əməlləri nəticəsində baş vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM–nin 25.2, 25.3., 28.5–ci maddə) Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə deyil, həmin Məcəllənin 128–ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikası Cinayət–Prosessual Məcəlləsinin 40.3–cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci, 73.2–ci, 73.3–cü, 73– 1.1–ci və 73–1.2–ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.2–ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3–cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2–ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2–ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM–nin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət–Prosessual Məcəlləsinin 156.4–cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 31,50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31,50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd gödəkcə qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 43.3, 40.2, 384–cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73–cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsindən, həmin Məcəllənin 128–ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128–ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2–ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərərçəkmiş şəxsdən götürülmüş 1 ədəd gödəkcə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-30/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-30/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver