Məhkəmə qərarları › İş №1(076)-30/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-30/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-30/2025 01.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Zülfiqar qızının, onun nümayəndəsi Nümayəndə1 və Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şəmkir şəhəri, Aşıq Teymur küçəsi, ev-55 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21 dekabr 2020-ci il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMCdə kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 ilə bağlanmış 21 dekabr 2020-ci il tarixli, PLK004454 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs8 götürdüyü 1000 (bir min) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu özünə məxsus 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 11,30 qram olan 904 (doqquz yüz dörd) manat dəyərində üzüyü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 4,80 qram olan, 480 (dörd yüz səksən) manat dəyərində üzüyü və 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 1,6 qram olan 128 (bir yüz iyirmi səkkiz) manat dəyərində klonu ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 1512 (bir min beş yüz on iki) manat qəpik məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21 dekabr 2020-ci il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs3 ilə bağlanmış 21 dekabr 2020-ci il tarixli, PLK004462 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs3 götürdüyü 2300 (iki min üç yüz) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu özünə məxsus 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 11 qram olan, 1100 (bir min bir yüz) manat dəyərində sıqğanı və 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 31 qram olan 2480 (iki min dörd yüz səksən) manat dəyərində boyunbağını ələ keçirtməklə, ümumilikdə zərərçəkmiş şəxs Həmifə Əliyevaya məxsus 3580 (üç min beş yüz səksən) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 25 iyun 2021-ci il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Zərərçəkmiş şəxs7 ilə bağlanmış 25 iyun 2021-ci il tarixli, PLK005165 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs7 götürdüyü 1270 (bir min iki yüz yetmiş) manat pulu tam olaraq MMCyə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu arvadı Şahid2 məxsus 3 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 11,40 qram olan 912 (doqquz yüz on iki) manat dəyərində boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 1,10 qram olan, 88 (səksən səkkiz) manat dəyərində qolbağını, 3 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 6 qram olan 480 (dörd yüz səksən) manat dəyərində üzüyü və 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 3,60 qram olan, 288 (iki yüz səksən səkkiz) manat dəyərində sırqanı ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 1768 (bir min yeddi min altmış səkkiz) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 18 noyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir şəhəri, M.Abdullayev küçəsində yaşayan Zərərçəkmiş şəxs5 ilə bağlanmış 18 noyabr 2022-ci il tarixli, PLK005550 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs5 götürdüyü 5650 (beş min altı yüz əlli) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 5 ədəd 585 əyarlı xalis çəkisi 25 qram olan 2000 (iki min) manat dəyərində üzüyü, 2 ədəd 585 əyarlı xalis çəkisi 30 qram olan 2400 (iki min dörd yüz) manat dəyərində boyunbağını, 1 ədəd 585 əyarlı xalis çəkisi 4,4 qram olan 352 (üç yüz əlli iki) manat dəyərində sırğanı, 2 ədəd 585 əyarlı xalis çəkisi 6,10 qram olan 488 (dörd yüz səksən səkkiz) manat dəyərində klonu, 1 ədəd 585 əyarlı xalis çəkisi 2 qram olan 160 (yüz altmış) manat dəyərində qolbağını, 1 ədəd 750 əyarlı xalis çəkisi 9 qram olan 900 (doqquz yüz) manat dəyərində komplekti, 1 ədəd 750 əyarlı xalis çəkisi 8 qram olan 800 (səkkiz yüz) manat dəyərində üzüyü, 1 ədəd 585 əyarlı xalis çəkisi 1 qram olan 80 (səksən) manat dəyərində sancağı, 1 ədəd 875 əyarlı xalis çəkisi 8,6 qram olan 1150 (bir min yüz əlli) manat dəyərində onluğu, 1 ədəd 585 əyarlı xalis çəkisi 12 qram olan 960 (doqquz yüz altmış) manat dəyərində saatını ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 9290 (doqquz min iki yüz doxsan) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 27 yanvar 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir şəhəri, Posanlı qəsəbəsi, X.Əliyev küçəsi ev 44-də yaşayan Zərərçəkmiş şəxs9 ilə bağlanmış 27 yanvar 2023-il tarixli, PLK007053 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Sevil Süleymanovun götürdüyü 850 (səkkiz yüz əlli) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 2 ədəd 585 əyarlı xalis çəkisi 7.0 qram olan 595 (beş yüz doxsan beş) manat dəyərində olan üzüyü, 2 ədəd 585 əyarlı xalis çəkisi 6.30 qram olan 535 (beş yüz otuz beş) manat 50 (əlli) qəpik dəyərində sırqanı və 1 ədəd 585 əyarlı xalis çəkisi 1.30 qram olan 110 (yüz on) manat 50 (əlli) qəpik dəyərində lomunu ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs9 məxsus 1241 (bir min iki qırx bir) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 27 mart 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə bağlanmış 27 mart 2023-il tarixli, PLK007170 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs4 götürdüyü 1915 (bir min doqquz on beş) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 14,92 qram olan 1566 (bir min beş yüz altmış altı) manat 60 (altmış) qəpik dəyərində komplekti, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 8,90 qram olan 934 (doqquz otuz dörd) manat 50 (əlli) qəpik dəyərində üzüyü və 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 5, 07 qram olan 430 (dörd yüz otuz) manat 95 (doxsan beş) qəpik dəyərində üzüyünü ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 2932 (iki min doqquz otuz iki) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 04 may 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu Ağdərə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 Zülfiqar qızı ilə bağlanmış 04 may 2023-il tarixli, PLK007210 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 götürdüyü 20800 (iyirmi min səkkiz yüz) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 112,92 qram olan 9033 (doqquz min üç yüz otuz üç) manat 60 (altmış) qəpik dəyərində boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 31,91 qram olan 2552 (iki min beş yüz əlli iki) manat 80 (səksən) qəpik dəyərində qolbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 30,43 qram olan 3043 (üç min qırx üç) manat dəyərində boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 17,85 qram olan 1785 (bir min yeddi yüz səksən beş) manat dəyərində qolbağını,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 15,53 qram olan 1242 (bir min iki yüz qırx iki) manat, 40 (qırx) qəpik dəyərində klonu, 1 ədəd 585 əyarlı xalis çəkisi 14 qram olan 1120 (bir min yüz iyirmi) manat dəyərində komplektini, 1 ədəd 750 əyarlı xalis çəkisi 12,18 qram olan 1218 (bir min iki yüz on səkkiz) manat dəyərində sırqanı , 1 ədəd 585 əyarlı xalis çəkisi 6,04 qram olan 513 (beş yüz on üç) manat 40 (qırx) qəpik dəyərində sırqanı, 1 ədəd 585 əyarlı xalis çəkisi 3,41 qram olan 289 (iki yüz səksən doqquz) manat 85 (səksən beş) qəpik dəyərində sırqanı, 4 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 27,28 qram olan 2318 (iki min üç yüz on səkkiz) manat 80 (səksən) qəpik dəyərində üzüyünü, 2 ədəd 750 əyarlı xalis çəkisi 12,25 qram olan 1225 (bir min iki yüz iyirmi beş) manat dəyərində üzüyü, 1 ədəd 585 əyarlı xalis çəkisi 1 qram olan 80 (səksən) manat dəyərində lomunu, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 20,55 qram olan 1644 (bir min altı yüz qırx dörd) manat dəyərində boyunbağını, 1 ədəd 585 əyarlı xalis çəkisi 6 qram olan 510 (beş yüz on) manat dəyərində sırqanı, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 5,80 qram olan 493 (dörd yüz doxsan üç) manat dəyərində üzüyünü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 875 əyarlı xalis çəkisi 8,78 qram olan 878 (səkkiz yüz yetmiş səkkiz) manat dəyərində klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 8 qram olan 680 (altı yüz səkksən) manat dəyərində üzüyünü, , 1 ədəd 585 əyarlı xalis çəkisi 9,5 qram olan 807 (səkkiz yüz yeddi) manat 50 (əlli) qəpik dəyərində sırqanı ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 29434 (iyirmi doqquz min dörd yüz otuz dörd) manat 35 (otuz beş) qəpik məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 05 sentyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs1 anası X1 ilə bağlanmış 05 sentyabr 2023-il tarixli, PLK007313 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Xatirə Nağıyevanın götürdüyü 1370 (bir min üç yetmiş) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 23,56 qram olan 2002 (iki min iki) manat 60 (altmış) qəpik dəyərində qolbağını ələ keçirtməklə, ümumilikdə zərərçəkmiş şəxs Xatirə Nağıyevaya məxsus 2002 (iki min iki) manat 60 (altmış) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 19 oktyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-də kredit mütəxəssisi işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu Yeni Göyçə kəndində yaşayan Zərərçəkmiş şəxs6 ilə bağlanmış 19 oktyabr 2023-il tarixli, PLK007360 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında Zərərçəkmiş şəxs6 götürdüyü 550 (beş yüz əlli) manat pulu tam olaraq MMC-yə ödəməsinə baxmayaraq, sonuncunun girov qoyduğu 583 əyarlı xalis çəkisi 01 ədəd 2,81 qram olan 238 (iki yüz otuz səkkiz) maant 85 (səksən beş) qəpik dəyərində boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı xalis çəkisi 5,68 qram olan 482 (dörd yüz səksən iki) manat 80 (səksən) qəpik dəyərində boyunbağını klonla, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı xalis çəkisi 3,14 qram olan 266 (iki yüz altmış altı) manat 90 (doxsan) qəpik dəyərində üzüyünü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 583 əyarlı xalis çəkisi 4,57 qram olan 388 (üç yüz səksən səkkiz) manat ,45 (qırx qəpik) dəyərində üzüyü ələ keçirtməklə, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 1377 (min üç yüz yetmiş yeddi) manat məbləğində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs2 Zülfiqar qızının vəsatəti əsasında Şəmkir Rayon Məhkəməsinin qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qərar əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/9645 nömrəli ekspertiza rəyinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus qızıl zinət əşyalarının (2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 112,92 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 31,91 qram olan qolbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 30,43 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 17,85 qram olan qolbağını,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 15,53 qram olan klonu, 1 ədəd 585 əyarlı xalis çəkisi 14 qram olan komplektini, 1 ədəd 750 əyarlı xalis çəkisi 12,18 qram olan sırqanı , 1 ədəd 585 əyarlı xalis çəkisi 6,04 qram olan sırqanı, 1 ədəd 585 əyarlı xalis çəkisi 3,41 qram olan sırqanı, 4 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 27,28 qram olan üzüyünü, 2 ədəd 750 əyarlı xalis çəkisi 12,25 qram olan üzüyü, 1 ədəd 585 əyarlı xalis çəkisi 1 qram olan lomunu, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 20,55 qram olan boyunbağını, 1 ədəd 585 əyarlı xalis çəkisi 6 qram olan sırqanı, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 5,80 qram olan üzüyünü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 875 əyarlı xalis çəkisi 8,78 qram olan klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 8 qram olan üzüyünü, 1 ədəd 585 əyarlı xalis çəkisi 9,5 qram olan sırqa) 2023cü ilin yanvar ayı və 2024-cü ilin iyul ayı üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 31361,84 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Zərərçəkmiş şəxs2 məxsus qızıl zinət əşyalarının ibtidai istintaq zamanı müəyyən edilmiş məbləği ilə müvafiq rəydə göstərilən məbləğ arasında ziddiyyət olduğunu, ona görə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zülfiqar qızı vəsatət verərək göstərmişdir ki, cinayət istintaqı zamanı ona məxsus qızıllar 29.434 manat məbləğində hesab edilmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza həmin qızılların dəyərini 31.361 manat məbləğində müəyyən etmişdir. Bu səbəbdən, o hesab edir ki, Təqsirləndirilən şəxs barəsində yeni ittihamın irəli sürülməsi zərurəti yarandığından, cinayət işinin baxılmamış saxlanılması və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zülfiqar qızının nümayəndəsi və vəkili, Şəmkir rayon vəkil bürosunun vəkili Nümayəndə1 vəsatət verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsə 29.434,35 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləği 31.361,84 manat olaraq müəyyən edilmişdir. Ekspertiza rəyi ilə istintaq zamanı müəyyən edilmiş məbləğ arasında ziddiyyət yarandığından, təqsirləndirilən şəxsə yeni ittihamın irəli sürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, cinayət işinin hazırkı ittiham üzrə baxılmamış saxlanılması və təqsirləndirilən şəxsə yeni ittiham irəli sürülməsi məqsədilə işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə2 vəsatəti təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı dəymiş ziyanın məbləği ilə bağlı ziddiyyətlər olduğu üçün təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini, hazırkı mərhələdə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi alınana qədər zərər çəkmiş şəxsin vəsatətinin təmin edilmədən baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətə münasibət bildirərək, müvafiq qərarların qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdılar. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməməli, Zərərçəkmiş şəxs2 Zülfiqar qızı və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 112,92 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 31,91 qram olan qolbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 30,43 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 17,85 qram olan qolbağı,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 15,53 qram olan klon, 1 ədəd 585 əyarlı xalis çəkisi 14 qram olan komplekti, 1 ədəd 750 əyarlı xalis çəkisi 12,18 qram olan sırqa, 1 ədəd 585 əyarlı xalis çəkisi 6,04 qram olan sırqa, 1 ədəd 585 əyarlı xalis çəkisi 3,41 qram olan sırqa, 4 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 27,28 qram olan üzük, 2 ədəd 750 əyarlı xalis çəkisi 12,25 qram olan üzük, 1 ədəd 585 əyarlı xalis çəkisi 1 qram olan lom, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 20,55 qram olan boyunbağı, 1 ədəd 585 əyarlı xalis çəkisi 6 qram olan sırqa, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 5,80 qram olan üzük, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 875 əyarlı xalis çəkisi 8,78 qram olan klon, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 8 qram olan üzük və 1 ədəd 585 əyarlı xalis çəkisi 9,5 qram olan sırqaya ümumilikdə 29434 manat 35 qəpik dəyər müəyyən etsə də, iş materiallarından qeyd edilən qızılların dəyərinin 29434,35 manat olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından, eyni zamanda məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 Zülfiqar qızının ifadəsindən əmlakın dəyərinə dair mübahisə yaranması müəyyən edildiyindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/9645 nömrəli ekspertiza rəyinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus qızıl zinət əşyalarının (2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 112,92 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 31,91 qram olan qolbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 30,43 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 750 əyarlı xalis çəkisi 17,85 qram olan qolbağını,1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 15,53 qram olan klonu, 1 ədəd 585 əyarlı xalis çəkisi 14 qram olan komplektini, 1 ədəd 750 əyarlı xalis çəkisi 12,18 qram olan sırqanı , 1 ədəd 585 əyarlı xalis çəkisi 6,04 qram olan sırqanı, 1 ədəd 585 əyarlı xalis çəkisi 3,41 qram olan sırqanı, 4 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 27,28 qram olan üzüyünü, 2 ədəd 750 əyarlı xalis çəkisi 12,25 qram olan üzüyü, 1 ədəd 585 əyarlı xalis çəkisi 1 qram olan lomunu, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 20,55 qram olan boyunbağını, 1 ədəd 585 əyarlı xalis çəkisi 6 qram olan sırqanı, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 5,80 qram olan üzüyünü, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 875 əyarlı xalis çəkisi 8,78 qram olan klonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş 585 əyarlı xalis çəkisi 8 qram olan üzüyünü, 1 ədəd 585 əyarlı xalis çəkisi 9,5 qram olan sırqa) 2023cü ilin yanvar ayı və 2024-cü ilin iyul ayı üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 31361,84 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, ittiham aktında və cinayət işi materiallarında Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus qızıl zinət əşyalarının dəyərinin hansı əsaslarla qeyd edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, ibtidari araşdırma zamanı müstəntiq tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qızılların dəyəri ilə bağlı mübahisə olduğu halda qiymətləndirilməsi aparılmamış, iş materiallarında, verilən ittihamda Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus qızılların dəyəri 29434,35 manat müəyyən edilmiş, lakin məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/9645 nömrəli ekspertiza rəyində Zərərçəkmiş şəxs2 Zülfiqar qızına məxsus qızıl zinət əşyalarının 2023-cü ilin yanvar ayı və 2024-cü ilin iyul ayı üçün orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 31361,84 manat məbləğində olması müəyyən edilmişdir. Bu hal məhkəməyə əsas verir ki, ibtidai istintaq zamanı cinayət işinin Təqsirləndirilən şəxs qarşı verilən ittihamın düzgün olmadığı qənaətinə gətirir. Məhkəmə hesab edir ki, ekspertiza ilə müəyyən olunmuş yeni məbləğ və faktlar ittihamın ağırlaşdırıcı hal kimi qiymətləndirilməsinə əsas yaradır. Bu səbəbdən, qeyd olunan halların araşdırılması məqsədilə cinayət işinin prosessual rəhbərliyini həyata keçirən prokurora göndərilməsi zəruri hesab olunur. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, dövlət ittihamçısı Zərərçəkmiş şəxs2 məxsus qızıl zinət əşyalarının ibtidai istintaq zamanı müəyyən edilmiş məbləği ilə müvafiq rəydə göstərilən məbləğ arasında ziddiyyət olması əsası ilə ekspertiza təyin edilməsini xahiş etsə də, cinayət işinin materiallarında ibtidai istintaq zamanı Ş. Z. Məmmədovaya məxsus qızılların hansı əsasla dəyər müəyyən edilməsi aşkar edilmədiyindən, məhkəmə tərəfindən əldə edilmiş rəyin mötəbərliyi və əsaslılığı şübhə doğura bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.1, 8.0.3 və 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etməlidir. Həmin Məcəllənin 85.2 və 85.2.1-ci maddələrinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 290.2, 290.2.3, 290.2.4 və 290.2.6-cı maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini, cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsini, təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Lakin cinayət təqibi orqanı işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 37-ci bəndində göstərilmişdir ki, daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sülürməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokurorluğuna qaytarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 318 və 321ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Dövlət ittihamçısının təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməsin. Zərərçəkmiş şəxs2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və həmin cinayət işi Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir Rayon prokuroruna qaytarılsın. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar