Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-300/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu Təəəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəsini aldığı gündən yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X15 oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair İmişli Rayon Məhkəməsinin 2(036)- 1167/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və əvvəllər analoji cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2020-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023-cü il tarixədək 9360 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə oların birgə nikahından 13 sentyabr 2010-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X15 oğlu adlı iki övladları olmuşdur. Evli olduqları müddətdə o, N saylı hərbi hissədə işləyib və aylıq N manat əməkhaqqı alırmış. Sonradan hərbi xidmətdən təxris olunmuşdur. Bundan sonra bir müddət atasına məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər, həmin müddət ərzində o, təsərrüfat işlərində işləmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs 2014-cü ildə ayrılaraq nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixli nikah qeydi ləğv edilməklə xx.xx.2014-cü il tarixdən başlayaraq ondan iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan qətnamə alimentin hesablanılması hissəsində ləğv edilərək xx.xx.2014-cü il tarixdən başlayaraq ondan iki uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşağa görə 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2015-ci il tarixdə Şəmkir rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Onun ölkədən getmək hüququm müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyinə görə İmişli rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan alınaraq Zərərçəkmiş şəxs verilməli olan aliment məbləği artırılaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat müəyyən edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Ona qanunvericiliyin tələbləri izah edilməklə dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınaraq, barəsində inzibati xəta haqqında prtokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. O bir neçə dəfə inzibati qaydada həsb olunsa da, yenə də maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. O hər iki qətnamə üzrə yaranmış 3920 manat qalıq aliment borcunu ödəyə bilmədiyinə görə barəsində cinayət işinin başlanılması məsələsinə baxılması üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş və buna görə cinayət işi başlanılmışdır. O hər iki məhkəmə qətnaməsini icra etmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə ona ittiham elan olunaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Ona təyin olunmuş cəzanın çəkilməsində kobub pozuntalara yol verdiyinə görə cəzanın dəyişdirilməsi haqqında təqdimatla Şəmkir rayon Məhkəməsinə müraciət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Buna baxmayaraq ilkin təqdimatda qeyd olunan 3920 manat aliment borcunu ödəməmişdir. O, azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra yenə də yaranmış aliment borcunu ödəyə bilməmişdir. xx.xx.2023-cü il tarixdə izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra ona yaranmış aliment borcunun ödənilməsi üçün yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də maddi imkanı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Cinayət təqibi məsələsinə baxılması üçün ilkin təqdimat verilən gündən yəni xx.xx.2020-ci il tarixdən, yenidən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimat verildiyi günədək yəni xx.xx.2023-cü il tarixədək ödəməli olduğu 9360 manat aliment borcundan maddi imkanı olmadığına görə heç bir ödəniş edə bilməmişdir. Hazırda Şəmkir rayonu ərazisində fərdi qaydada fəhlə işləyir və orta hesabla hər gün 10 manat qazanc əldə edir. Gələcəkdə maddi imkanı olarsa aliment borcundan ödənişlər edəcəkdir. X8 adlı xanımla rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşağı var. Aylıq qazancını özünün və yeni nikahdan olan uşağının zəruri tələbatları üçün xərcləyir. Hazırda maddi imkanı olmadığı üçün aliment borcundan ödəniş etməsi mümkün deyil. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə faktiki olaraq evlənmiş, nikahı xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxslə ilə olan nikahından 13 sentyabr 2010-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X15 oğlu adlı iki uşaqları olmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs N saylı hərbi hissədə gizir kimi işləyirmiş və orta hesabla aylıq N manat əməkhaqqı alırmış. Sonradan hərbi xidmətdən təxris olunmuşdur. Bundan sonra bir müddət Xəyalın atasına məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər, həmin müddət ərzində Xəyal təsərrüfat işlərində işləyirmiş və orta hesabla aylıq gəliri 1N manat olurmuş. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. Bu səbəbdən 2014-cü ildə ayrılaraq nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009cu il tarixli nikah qeydi ləğv edilməklə xx.xx.2014-cü il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin qətnamədən narazı qaldığına görə apellyasiya şikayəti verdiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan qətnamə alimentin hesablanılması hissəsində ləğv edilərək xx.xx.2014-cü il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşağa görə 75 manat cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2015-ci il tarixdə Şəmkir rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyinə görə İmişli rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməli olan aliment məbləği artırılaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat müəyyən edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2019-cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunmuş, izahatı alınaraq, barəsində inzibati xəta haqqında prtokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bir neçə dəfə inzibati qaydada həbs olunsa da, o, yenə də yaranmış borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs hər iki qətnamə üzrə olan 3920 manat qalıq borcunu ödəmədiyinə görə onun barəsində cinayət işinin başlanılması məsələsinə baxılması üçün təqdimatla xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş və buna görə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə ona ittiham elan olunaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək 2 il 1 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməsində kobub pozuntalara yol verdiyinə görə 12 avqust 2021-ci il tarixdə cəzasının dəyişdirilməsi haqqında təqdimatla Şəmkir rayon Məhkəməsinə müraciət edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay 27 gün hissəsi 11 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Onda olan məlumata görə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Buna baxmayaraq ilkin təqdimatda qeyd olunan 3920 manat aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra yenə də yaranmış aliment borcunu ödəməmiş və dəfələrlə şöbəyə dəvət olunsa da o, çağırışlara gəlməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs məcburi qaydada şöbəyə gətirilərək izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yaranmış aliment borcunun ödənilməsi üçün yeni müddət təyin edilmiş, lakin həmin müddətdə borclu Təqsirləndirilən şəxs yenə də, borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibi məsələsinə baxılması üçün ilkin təqdimat verilən gündən yəni xx.xx.2020-ci il tarixdən, yenidən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimat verildiyi günədək yəni xx.xx.2023-cü il tarixədək ödəməli olduğu 9360 aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamədə göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq müsbət nəticə çıxarmamış, dəfələrlə yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, aliment tələbi üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Onda olan məlumata görə hazırda Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində fərdi qaydada təsərrüfat işlərində işləyir və orta hesabla aylıq gəliri 1600-2000 manat təşkil edir. Qeyd edilən ödənməmiş aliment borcunun tam şəkildə Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda Təqsirləndirilən şəxs beş il müddətinə həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-94/2015 saylı, 23 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 21 avqust 2014-cü il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatandək saxlanması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi 07 iyul 2015-ci il tarixdə Şəmkir rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Başlanılmış icraat zamanı borclu alimenti ödəməmiş və onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Şəmkir Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli 8(076)-215/17 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı 14 may 2019-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməli olan aliment məbləği artırılaraq 260 manat müəyyən edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra sənədi 15 iyul 2019-cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs daimi yaşadığı ünvanına göndərilmişdir. Həmçinin 15 iyul 2019-cu il tarixdə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunmuş, izahatı alınaraq, barəsində inzibati xəta haqqında prtokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bir neçə dəfə inzibati qaydada həsb olunsa da, o, yenədə yaranmış borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs hər iki qətnamə üzrə olan 3920 manat qalıq borcunu ödəmədiyinə görə onun barəsində cinayət işinin başlanılması məsələsinə baxılması üçün təqdimatla 05 iyun 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş və buna görə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə ona ittiham elan olunaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)-43/2021 saylı, 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək 2 il 1 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməsində kobub pozuntalara yol verdiyinə görə 12 avqust 2021-ci il tarixdə cəzasının dəyişdirilməsi haqqında təqdimatla Şəmkir rayon Məhkəməsinə müraciət edilmişdir. Şəmkir rayon Məhkəməsinin 7(076)-51/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay 27 gün hissəsi 11 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Onda olan məlumata görə 06 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Borclu Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra yenə də yaranmış aliment borcunu ödəməmiş və dəfələrlə Şəmkir rayon icra və probasiya şöbəsinə dəvət olunsa da o, çağırışlara gəlməmişdir. Buna görə də 26 yanvar 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs məcburi qaydada şöbəyə gətirilərək izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmiş Şəmkir Rayon Məhkəməsinin 3(076)-129/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yaranmış aliment borcunun ödənilməsi üçün yeni müddət təyin edilmiş, lakin həmin müddətdə borclu Təqsirləndirilən şəxs yenə də, borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üçün ilkin təqdimat verilən gündən yəni 05 iyun 2020-ci il tarixdən, yenidən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimat verildiyi günədək yəni 05 iyun 2023-cü il tarixədək ödəməli olduğu 9360 aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, 14 may 2019-cu il tarixli qətnamədə göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq müsbət nəticə çıxarmamış, dəfələrlə yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, Məşğulluq Mərkəzinə müraciət etməmiş, habelə fərdi qaydada işləyərək aylıq gəlir əldə etsə də, aliment tələbi üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından elan edilmiş ifadəsindən görünür ki, şahid ifadəsində iş yoldaşı Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1167/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsi faktına görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X15 oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, icra sənədi icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi barədə bildiriş göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X15 oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75 manat cəmi 150 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, icra sənədi icra edilməsi üçün xx.xx.2015-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsində “xx.xx.2014-cü il tarixi” “xx.xx.2014-cü il tarixi” kimi oxunması və alimentin həmin tarixdən tutulması qərara alınmışdır. xx.xx.2015-ci il tarixli, 1991/15 saylı xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-94/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından yayındığı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq qedilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1167/2019 saylı, xx.xx.2019-cu il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 84/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. xx.xx.2019-cu il tarixli, 103954/2019-10 saylı xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1167/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayındığı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq qedilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(076)-215/2017 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(106)- 94/2015 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(076)-934/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(076)-934/2020 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin “xx.xx.2019-cu il tarixli” sözü “İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli” kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Məşğulluq Xidməti Şəmkir Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də aylıq əmək haqqı 250 manat olan fəhlə işi və Azforel MMC-də aylıq əmək haqqı 250 manat olan fəhlə işi təklif edildi. Lakin o yolun uzaq olunması və əmək haqqının az olmasını göstərərək bu işlərdən imtina etmişdir. Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs evində tələbin yönəldilə biləcəyi heç bir əşya tapmaq mümkün olmadı. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-43/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00dan səhər saat 7:00-dək Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(076)-51/2021 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(076)–43/2021 sayli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 306.1–ci maddəsi ilə təyin edilmiş 2 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 27 (iyirmi) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və o, məhkəmə iclas zalından dərhal həbs edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(076)-325/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-129/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qalıq borcunun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, Təqsirləndirilən şəxs X2 X1 filialında iş axtaran kimi qeydiyyata durması təklif olunmuşdur. Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs evində tələbin yönəldilə biləcəyi heç bir əşya tapmaq mümkün olmadı. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qalıq borcunun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qalıq borcunun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ona aliment borcunu ödəməmiş və onun buna görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X2 X1 Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyinin Mərkəzlişdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı mövcud deyil. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qalıq borcunun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. Şəmkir RİHB Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməmiş və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Şəmkir RİHB Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 372 və 373 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə anası, qardaşı ilə birlikdə yaşayır. X17 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına X10 X3 rayonu üzrə əkin bəyanı qeydiyyata alınmamış, ona hər hansı subsidiya hesablanmamışdır. Şəmkir rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Təzəkənd bələdiyyəsi mülkiyətində olan torpaq sahələri ilə bağlı müqaviləsi bağlanmamışdır. Təqsirləndirilən şəxs bələdiyyə torpaqlarından istifadə etmir və ümumiyyətlə şəxs kənd ərazisində hər hansı bir təsərüfatla məşğul deyil. İş materiallarında olan portal çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı bir əmlak mövcud deyil. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs qalıq borcunun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-129/2023 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)- 129/2023 saylı qərarında “Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 103/2022 saylı qətnaməsi” kimi yazılmış sözləri “İmişli rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(036)1167/2019 saylı qətnaməsi” kimi oxunması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə N manat cərimə edilmişdir, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 01 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin qərarına əsasən CM-nin 52-1.5-ci maddəsi ilə 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cu bəndinə əsasən cəzası 06 ay azaldılmış və 05 ay 13 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti sonu ilə azad edilmişdir. xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 arasında olan nikah ləğv edilmişdir. X5 Rzazadə soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli, 82 saylı İmişli rayon MKTİB-nin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs imişli şəhər, H.Aslanov küçəsi, ev-8, mənzil-15 də yaşamış, yaşadığı müddət ərzində İmişli MKTİB-nə heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki,232950197 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar xx.xx.1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cu il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə şəxsiyyətini təsdiq edən sənədlə gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə yerləşdirilməklə bu barədə dərhal Ədliyyə Nazirliyinin İstintaq idarəsinə məlumat verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində tutularaq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təhvil verilməsi üçün Şəmkir RPŞ-nin NH-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəni imzalayaraq təsdiq etmişdir. AZ-İİ 486949 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməyə görə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsini, inzibati qaydada tənbeh edilməsini, lakin yenidən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə cinayət törətməsini, uzun müddət borc məbləğindən heç bir ödəniş etməyərək zərərçəkmiş şəxslə razılıq və ya barışıq əldə etməməsini, həmçinin barışıq və borc məbləğindən ödəniş etməsinə dair hər hansı bir cəhd göstərməməsini, borc məbləğini, icra sənədinin icrası ilə bağlı keçən müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-300/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-300/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver