Məhkəmə qərarları › İş №1(076)-302/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-302/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-302/2023 20.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Qaracəmirli kənd Körpələr evində dayə işləyən, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə, saat 00:10 radələrində yaşadığı Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən evdə ailə üzvlərinin qonaqların gəlişi ilə əlaqədar məşğul olmalarından istifadə edərək özünün maddi sıxıntılar yaşaması səbəbindən əri Şahid2 ilə birgə mülkiyyətlərində olan pulu götürmək niyyətilə əvvəlcədən planlaşdıraraq guya, naməlum şəxsin qanunsuz olaraq yaşayış sahəsinə daxil olması və ona zor göstərməsini uydurma şəkildə təşkil edərək evdə olan insanları inandırmaq məqsədilə evin həyətyanı sahəsində yerləşən hamam otağının qarşısında özünə bilərəkdən ülgüc vasitəsilə xəsarətlər yetirməklə yataq otağında olan əri Şahid2 ilə birgə mülkiyyətlərində olan 3700 manat pulun naməlum şəxs tərəfindən quldurluq yolu ilə ələ keçirilməsi barədə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etməklə şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edərək Şəmkir rayon polis şöbəsinin normal iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci il tarixdə Şahid2 ilə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. О, 17 iyun 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinə ərizə və izahat yazaraq, həmin tarixdə saat 00:10 radələrində yaşadığı evin həyətindəki hamam otağından ayaq yoluna gedərkən divarın yanında gizlənmiş və üzündə qara maska olan 1 nəfər şəxsin onun üzərinə hücum edərək ağzını tutub qışqırmağa qoymaması və əlində olan kəsici alətlə sol qoluna çox saylı kəsik xəsarətləri yetirib qaçıb getməsi, daha sonra evin yataq otağındakı sandıqdan 3700 manat pulun oğurlanması ilə bağlı məlumat vermişdir. Həmin vaxt qayınatası Həsən Həsənovun bacısı Afərdə, əri İman və oğlu Mürsəl onlara qonaq gəlmişlər. Qohumlar onlara gəldiyinə görə evdə baş qarışıq olduğundan o, yataq otağına gedib sandığı açarla qıfılını açmış və orada olan təxminən 2000 manat civarında pulu götürüb həmin otaqda pəncərinin qarşısında olan qutuda gizlətmişdir. Belə ki, onunla əri Turab arasında ailə daxili narazılıqlar olmuşdur. Maddi sıxıntılar ailədə problemlər yaratmışdır. O, evə lazım olan bir şey almaq istəyəndə əri Turab narazılıq etmiş və ona pul verməmişdir. O, mənəvi cəhətdən çox sıxıldığı üçün artıq nəsə etmək üçün yol axtarmışdır. O, pulu götürüb özündə saxlamaq və evdən oğurluq olmasını demək üçün əlverişli vaxt gözləmişdir. Оnlar evdə süfrə açaraq axşam yeməyini yemişlər. Həmin gün yəni, 16 yun 2023-cü il tarixdə saat 22:30 radələrində o, suyu isitmək üçün yaşadığı evin arxa hissəsində olan hamam otağının içərisində yerləşən su bakının altını yandırmış və evə qayıdaraq qonaqlara çay vermişdir. Qonaqlar öz evlərinə getmək üçün hazırlıq görməyə başlamışlar. O, qonaqlar çıxıb evlərinə getməmiş evin arxa hissəsinə gedərək su qızdığı üçün qazı söndürməyə gedərkən birdən ağlına gəlmişdir ki, ülgüclə sol qolunu kəssin və guya evin həyətinə üzündə maska olan bir nəfər şəxsin onun üstünə gələrək ağzını tutub əlində olan ülgüclə qoluna xəsarət yetirdiyini desin. Çünki, o, belə deyəcəyi təqdirdə əri Turab və qohumlarının evdən oğurluq olub-olmamasını yoxlamaq üçün pul qoyduqları yerə baxacağını düşünmüşdür. Bundan sonra o, ülgüclə sol qoluna çoxsaylı xəsarətlət yetirmiş və sonra qışqıraraq evə oğru girdiyini deyib evdəkiləri köməyə çağırmışdır. Evdə olanların hamısı səsinə yanına qaçaraq gəlmişlər. O, özü səhnələşdirdiyi hadisəni evdəkilərə demiş və əri Turab gedib otaqda pul olan yerə baxmışdır. Bundan sonra qayınanası Sima polisə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları yaşadıqları evə gəlmişlər. O, polis əməkdaşlarına yalan deyərək özündən fikirləşib planlaşdırdığı hadisəni danışmış və səhnələşdirdiyi hadisə yerini göstərmişdir. Onun səhnələşdirdiyi hadisə inandırıcı olduğu üçün hər kəs ona inanmışdır. Bununla bağlı o, ərizə və izahat verərkən ona cinayət edilməsi ilə bağlı bilə-bilə yalan məlumat verilməsi barədə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq o, yenə də, hadisəni öz fikrində planlaşdırdığı kimi qeyd etmişdir. Lakin bundan sonra o, etdiyi səhvi başa düşərək hadisəni olduğu kimi polisə danışmış və təkrar izahat verərək reallıqda belə bir hadisə baş vermədiyini, qeyd olunanların hamısını özündən səhnələşdirdiyini bildirmişdir. Daha sonra evdə gizlətdiyi pulu polislərlə birlikdə götürmüş və həmin pulu saydıqda 2120 manat olduğunu bilmişdir. Hazırda əməlindən səmimi peşiman olmasını, himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Şahid2 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Gəlini Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinə ərizə və izahat yazaraq, həmin tarixdə saat 00:10 radələrində yaşadıqları evin həyətindəki hamam otağından ayaq yoluna gedərkən divarın yanında gizlənmiş üzündə qara maska olan 1 nəfər şəxsin üzərinə hücum edərək ağzını tutub qışqırmağa qoymaması və əlində olan kəsici alətlə sol qoluna çox saylı kəsik xəsarətləri yetirib qaçıb getməsi, daha sonra evin yataq otağındakı sandıqdan 3700 manat pulun oğurlanması ilə bağlı məlumat vermişdir. Belə ki, 16 iyun 2023-cü il tarixdə axşam saat 18 radələrində özlərinə məxsus fərdi yaşayış evinin həyətində yerləşən istixanada işlərini yekunlaşdırdıqdan sonra istirahət etmək üçün evə gəlmişlər. Daha sonra onlar axşam yeməyi üçün kabab çəkmək qərarına gəlmişlər. Həmin vaxt baldızı Afərdə, əri İman və oğlu Mürsəl ərini ziyarət etmək üçün onlara qonaq gəlmişlər. Gecə saat 00:10 radələrində suyu isitmək üçün gəlini Könül yaşadıqları evin arxa hissəsində olan hamam otağının içərisində yerləşən su bakının altını yandırmaq üçün çölə çıxmışdır. Bu zaman qəflətən gəlini Könülün qışqırıq səsləri gəlməyə başlamışdır. Onlar hamısı dərhal çölə çıxaraq Könülə tərəf qaçmışlar. Onlar Könülün yanına çatanda Könülün sol qolundan qan gəldiyini görmüşlər. Gəlini Könül divarın yanında gizlənmiş üzündə qara maska olan 1 nəfər şəxsin onun üzərinə hücum edərək ağzını tutub qışqırmağa qoymamasını və əlində olan kəsici alətlə sol qoluna çox saylı kəsik xəsarətləri yetirib qaçıb getməsini, daha sonra evin yataq otağındakı sandıqdan 3700 manat pulun oğurlanmasını onlara bildirmişdir. O, bundan sonra polisə zəng edib bu barədə məlumat vermişdirm. Daha sonra polis əməkdaşları yaşadıqları evə gələrək gəlini Könüldən ərizə və izahat almışlar. Könül onlara danışdığı hadisəni ərizə və izahatında qeyd etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittihama ona elan ediməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyun 2023-cü il tarixli, 674 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərsol saidin orta-aşağı üçdə birinin kəsilmiş səthi yaraları İTİ kənarlı əşyanın, ola bilsinki (lezvanın) təsirindən törənmişlər, törənmə müddətləri 17 iyun 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin sayına, lokalizasiyasına və xarakterinə əsasən onu demək olur ki, həmin xəsarətlər Təqsirləndirilən şəxs özü tərəfindən yetirilməyə daha xarakterikdirlər. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X6 Rayon Xəstəxanasının “X8” X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poloklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu, Qaracəmirli kəndi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla, müsbət xrakterizə olunur, evli olmaqla himayəsində 2007, 2008, 20212-ci il təvəllüdlü üç nəfər azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə vermiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, evli olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, (cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak mövcud deyil, mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMin 344-347, 349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul və Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar